Məhkəmə qərarları › İş №2(001)-2050/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2050/2024

05.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2050/2024 05.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi Bakı X1 Departamentinə qarşı “aktın etibarsız hesab olunması və qaza görə qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi Bakı X1 Departamenti tərəfindən tərtib edilmiş 30 mart 2018-ci il tarixli, 001831 nömrəli AKT-ın etibarsız hesab edilməsi və qanunsuz hesablanmış 345.6 manat əlavə sərfiyyatın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin mümkünlüyünü yoxlayaraq hesab edirəm ki, ərizə aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır.. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsində görünür ki, iddiaçı cavabdeh kimi tələb yönəltdiyi hüquqi şəxsin eyniləşdirmə məlumatlarını göstərməmişdir. Çünki elə bir hüquqi şəxs mövcud olmadığından onun eyniləşdirmə(VÖEN) məlumatları da ola bilməzdi. Hansı ki, tələbin faktiki olaraq yönəldilməli olduğu “Azəriqaz” İstehsalat Birliyinin hansısa Departamenti hüquqi şəxs deyildir və ona qarşı tələb yönəldilə bilməz. Beləliklə hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya tələb yönəltdiyi hüquqi şəxsin eyniləşdirmə məlumatlarını(hazırki halda cavabdehi düzgün müəyyən etməklə) göstərməklə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Eyni zamanda nəzərinizə çatdırıram ki, müxtəlif internet səhifələrində iddia ərizəsinin nümunəsi barədə məlumatlar tapmaq mümkündür. Misal olaraq www.courts.gov.az internet səhifəsinin “faydalı məlumatlar” bölməsində iddia ərizələrinin nümunəsi göstərilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi Bakı X1 Departamentinə qarşı “aktın etibarsız hesab olunması və qaza görə qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya tələb yönəltdiyi hüquqi şəxsin eyniləşdirmə məlumatlarını(hazırki halda cavabdehi düzgün müəyyən etməklə) göstərməklə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar