Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2073/2021 28.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə Ərizəçi qardaşı 28.09.1981-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi qardaşı 28.09.1981-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, onun qardaşı 28.09.1981-ci il təvəllüdlü X6 uşaqlıqdan məhdud fəaliyyət qabliyyətli şəxsdir. Uzun müddətli müalicə kursu keçməsinə baxmayaraq qardaşının fəaliyyət qabiliyyətinin bərpa edilməsi mümkün olmamış, bu səbəbdən də qardaşına müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən uşaqlıqdan İ qrup əlillik dərəcəsi verilmiş və 16.04.1991-ci il tarixli əlillik vəsiqəsi təqdim edilmişdir. Hazırda qardaşı İ qrup əlil olaraq qanunvericiliklə nəzərdə tutulmuş bütün imtiyazlardan istifadə edir. Öz hərəkətlərini dərk etmədiyinə və özünü sərbəst idarə edə bilmədiyinə görə qardaşını X2 qəyyum olaraq himayəsində saxlamış və buna görə də qanunla müəyyən edilmiş qaydada əlilə qəyyumluq etməsinə görə müvafiq olaraq təminat qeydə alınmışdır. X2 31.12.2020-ci ildə vəfat etdiyindən hazırda qardaşı onunla birgə yaşayır və o, qardaşına dair hərəkətlər qəyyumu olaraq öz üzərinə götürmək istəyir. Ona görə də 28.09.1981-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Bakı şəhəri Binəqədi rayon VVAQ şöbəsi tərəfindən verilmiş Xİ-ЖГ seriyalı № 496924 saylı 10.09.1986-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, X2, anası X5r. Gədəbəy rayonu Qumlu kənd soveti tərəfindən verilmiş Vİİ-ЖГ seriyalı № 422493 saylı 29.10.1981-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 28.09.1981-ci il tarixdə Gədəbəy rayonu Qumlu kəndində anadan olmuş, X2, anası X5r. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 12.01.2021-ci il tarixli AZ-İİ № 147916 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 31.12.2020-ci il tarixdə Bakı şəhərində ölmüş, bu barədə ölüm akt qeydləri kitabında 73 nömrə ilə qeyd aparılmışdır. Binəqədi ƏCMM tərəfindən 16.04.1998-ci il tarixdə verilmiş № 207212 saylı vəsiqənin surətindən müəyyən olunur ki, X6 İ qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının 29.03.2021-ci il tarixli 637 saylı rəyindən müəyyən olunur ki, X4 imbesillik dərəcəsində oliqofreniya müəyyən edilir. X6 öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X3 onda müəyyən edilən imbesillik dərəcəsində oliqofreniya ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını tam dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığı araşdırma zamanı təsdiq olunduğundan ərizə təmin edilərək 28.09.1981-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. 28.09.1981-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2073/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2073/2021
28.04.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver