Məhkəmə qərarları › İş №2(001)-2084/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2084/2022

14.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2084/2022 14.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh X4rşı 777,60 manat borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X4rşı 777,60 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, o, özünə məxsus Bakı şəhəri Binəqədi rayonu Cəfər Cabbarlı küçəsi 50 saylı evdə (abonent kodu **********00000) yaşayır. Yaşadığı müddətdə təbii qazdan istifadəyə görə daimi olaraq ödənişləri vaxtı-vaxtında aparmışdır. Bir müddət öncə cavabdehin əməkdaşları onun istifadəsində olan küçədə quraşdırılmış qaz sayğacını çıxararaq yenisi ilə əvəz etmişlər. Sayğac dəyişilən zaman heç bir problem olmasa da, sonradan Azəriqaz İB-nin əməkdaşları tərəfindən 26.01.2022-ci il tarixli akt tərtib edilərək sayğacın üzərində mənşəyi məlum olmayan plomb aşkar edildiyini qeyd etmişlər. Bu bəhanə ilə ona 31.01.2022-ci il tarixli dəymiş ziyanın bərpası barədə tələbnamə verilmiş və 778 manat borcun ödənilməsi tələb edilmişdir. Tərəfindən qaz sayğacına və ya plomba heç bir müdaxilə edilməmişdir. Eyni zamanda onun istifadəsinə əvəzsiz verilən, evindən kənarda yerləşən qaz sayğacına daim nəzarət edə bilmədiyi kimi onun yarasız hala düşməsi ilə bağlı da heç bir məsuliyyət daşıya bilməz. Hesab edir ki, yazılmış borc qanunsuz və əsassızdır. Bu səbəbdən də X8 tərəfindən qanunsuz olaraq ona məxsus ünvan 1 ünvanına (abonent kodu: **********00000) hesablanmış 777,60 manat cərimə borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh X6 nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazında göstərmişdir ki, 28.10.2021-ci il tarixli ******* saylı aktla 28024689 saylı sayğac çıxarılaraq laboratoriyada yoxlamadan keçirilmişdir. Yoxlama nəticəsində 26.01.2022-ci il tarixli 29/1710-00209-1 nömrəli akt əsasında sayğacın qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkarlandı rəyi verilmişdir. Qeyd edilən qüsur Azəriqaz İBnin direktoru tərəfindən təsdiq edilmiş 18.10.2018-ci il tarixli təlimata əsasən müdaxilə kimi qiymətləndirilmişdir. Bununla bağlı olaraq təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.01.2022-ci il tarixli ******* saylı akt tərtib edilmiş və dəymiş zərərin məbləği 6480 m3 x 0,12 manat = 777,60 manat hesablanaraq abonentin saldosuna daxil edilmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X6 nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahş etmiş, məhkəmə işə cavabdeh X3 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X6 əməkdaşları tərəfindən tərtib olunmuş 28.10.2021-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus yaşayış sahəsində quraşdırılmış 28024689 nömrəli qaz sayğacı yenisi ilə əvəz edilmişdir. X1 yoxlanılması barədə 26.01.2022-ci il tarixli 29/1710-00209-1 saylı aktından müəyyən olunur ki, 28024689 nömrəli sayğaca Metrologiya Departamenti tərəfindən keçirilmiş baxış zamanı sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmişdir. X6 28.01.2022-ci il tarixli ******* saylı aktından müəyyən olunur ki, İddiaçı məxsus yaşayış sahəsində quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və qaz sayğacının hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilərək dəymiş ziyanın hesablanması qərara alınmışdır. X8 tərəfindən tərtib olunan 31.01.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş 31.01.2022ci il tarixli ******* saylı akta əsasən qaz işlədicilərindən qaz sayğacının nominal qaz sərfi 6 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə cəmi 6480 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının evindən kənarda quraşdırılmış sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edən cavabdeh iddiaçının təqsirini sübuta yetirmədən qaz sərfiyyatına görə ona 777,60 manat ziyan hesablamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 777,60 manat borc hesablamışdır. Ona görə də məhkəmə iddia ərizəsini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. X6 İddiaçı qaz sərfiyyatına görə tələb etdiyi 777,60 manat borc silinsin. X5 dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar