Məhkəmə qərarları › İş №2(001)-2088/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2088/2021

12.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2088/2021 12.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Cavabdeh” İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi, 89, M5, m.3 ünvanında yerləşən mənzilə dair 1402AZ**********62 nömrəli qaz sayğacı vasitəsi ilə qanunsuz yazılmış 294,40 manat məbləğində borcun silinməsi və həmin mənzilə qaz təchizatı bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxxx 2021-ci il tarixdə İddiaçı cavabdeh “Cavabdeh” İB-nə qarşı borcun silinməsi və dəymiş maddi ziyanın kompensasiya tələbinə dair iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinə təmin edib, əlavə olaraq, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və cavabdeh “Cavabdeh” İstehsalat Birliyi ilə bağlanmış AKX-02113xx/xx-2020 saylı xx xxxxxx 2020-ci il tarixli müqavilənin 2.4.5 əndinə əsasən, maddi zərərin ödənilməsi üçün cavabdehdən 8.500 manat dəymiş maddi zərərin əvəzinin ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 89, M5, m3( ünvan 3) olan mənzilin əvvəlki sahibləri olan X1 və Vəliyev Valeh Zöhrab oğlunun adından çıxarılaraq, İddiaçı adına rəsmiləşdirilmiş və xx xxx 2019-cu ildə qeydiyyatda alınmışdır. Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(001)-15114/2017 nömrəli qərardadı icra olunaraq, X2 adına qeydiyyatdan keçmiş , Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 89, M5, m3 olan mənzilin üzərinə qadağa qoyulmuşdur. Həmin mənzil onun adına 2019-cu nilin may ayında rəsmiləşdirilməsinə baxmayaraq, iddiaçı orda yaşamamış və yalnız 2020-ci ilin fevral ayında su , qaz və digər xidmətləri müqavilə əsasında öz adına keçirmişdir. ASAN-1 Xidməti vasitəsi ilə Cavabdeh İB ilə xx xxxxxx 2020-ci il tarixliAKX-02113xx/xx- 2020 saylı müqaviləsi bağlanmışdır. Müqaviləni bağlayarkən, cavabdehin nümayəndələri sistemdə sayğacla və kartla bağlı heç bir probemin olmadığı və quraşdırılmış sayğacın müasir SMART PAYMENT tipli olduğundan “əvvəlcədən ödəmə” prinsipi əsasında işlədiyi üçün heç bir borcunun olmadığı və kart vasitəsi ilə sayğaca pul yüklənməsə klapanın qapalı qalaraq, qaz təchizatının dayandırıldığı bildirilmişdir. İddiaçı ölkədə karantin tədbirləri əsasında olan məhdudiyyətlər nəzərə alaraq, o, uzun müddət ərzində başqa ünvanda qalmış və həmin mənzildə qazdan istifadə etməmişdir. Lakin 2020-ci ilin avqust ayında ona Dövlət Neft Şirkəti nəzdində X4 Sahəsi nümayəndəsi tərəfindən zəng vurularaq, həmin mənzildə sayğacın dəyişdirilməsi üçün təlimatların olması və sayğacın yenisi ilə əvəz olunmalı olması bildirilmişdir. xx xxxxxxxx 2020-ci ildə X4 Sahəsinin iki nəfər nümayəndəsi tərəfindən sayğac yenisi ilə əvəz edilmiş, ******* nömrəli Akt tərtib olunmuşdur. Həmin aktda plombların yerində, sayğacda kənar müdaxilə yoxdur, sayğacın dəyişdirilmə səbəbi “əvəz etmə” və sayğacın çıxarılma səbəbi “mənfi rejimdə” işləməsi göstərilmişdir. Eyni zamanda iddiaçıya bildirmişlər ki, sayğac 314,40 manat borc yazıb və yeni kart alması üçün bu borcu protokol əsasında qəbul etməlidir. Aktın üzərində, müştəri qeydi olaraq, yazıb bildirmişdir ki, sayğaca kənar müdaxilə olmadığından laboratoriya yoxlaması zamanı onu mütləq dəvət etsinlər, lakin Cavabdeh İB tərəfindən bu dəvət baş tutmamışdır. Həmin nümayəndələr ona yeni sayğaca uyğun olaraq SMART kartı əldə etmək üçün, ASAN Xidmətə Aktla birlikdə yaxınlaşmalı olduğunu bildirmişlər. Lakin ASAN Xidmətdə Cavabdeh İB-nin nümayəndələri bildirmişlər ki, onlar tərəfindən kart yalnız “borcu qəbul etmə protokolu imzalandıqdan sonra, ona verə bilərlər. O buna etiraz etdikdə isə, ona Cavabdeh İB Bakı Regional Qaz Satışı Departamentinə yönəltmişlər. O, xx xxxxxxxx 2020-ci il tarixli ərizə ilə və əsaslı sənədlərlə “Cavabdeh” İstehsalat Birliyi Bakı X5 Departamentinin rəisi Zehin Rəsulovun adına müraciət edərək, xahiş etmişdir ki, haqsız yazılan və ona aid olmayan borcu silsinlər və soyuq payız-qış aylarını nəzərə alıb, müqaviləyə əsasən qaz təchizatını bərpa etmək üçün yeni sayğaca aid SMART kartı versinlər. Onun nəinki ərizə və şikayətinə baxmış, hətta ərizəsinə uzun müddət heç rəsmi cavab yazmamışlar. İdarəyə dəfələrlə zəng və müraciət etdikdən və məhkəməyə şikayət edəcəyini əsas göstərərək, "Cavabdeh”-ın Babək prospekti 22/24 ünvanında yerləşən idarəsində xx xxxxxx 2020-ci il tarixində cavab məktublarını şəxsən əldə etmişdir. Həmin məktubda, qanunsuz, olaraq, qeyd edirlər kİ, “1402AZ1301 14071962 nömrəli qaz sayğacı vasitəsilə ödəniş edilmədən istifadə olunmuş təbii qazın dəyəri ödənildikdən sonra mənzilinizin qaz. təchizatı bərpa oluna bilər”. Hesab edir ki, bu mövqe onun istehlakçı hüquqlarını və mövcud müqavilə şərtlərini pozur. Mənzildə qaz təchizatı “Cavabdeh” İB tərəfindən birtərəfli dayandırıldığına və isti su, isitmə sistemi, yemək bişirmək və sair yaşam üçün zəruri həyat tərzi mümkün olmadığına görə, o, ailə üzvləri ilə, xx xxxxxxxx 2020-ci il tarixindən öz mənzilinə köçə bilməmiş və məcburən başqa ünvanda artıq 4 ay yaşayır və bu pandemiya dövründə izafi xərclər verməli olmuşlar. Bu azmış kimi, qış mövsümündə mənzildə isitmə olmadığına görə (mənzil qazla işləyən kombi sistemi ilə təhiz olunub) bahalı təmir korlanıb və küllü miqdarda ziyan dəyib. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin tələbinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-15 İ 14/201 7 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadı icra olunaraq, X2 adma qeydiyyatdan keçmiş Bakı şəhəri.Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 89, M5, m.3 saylı mən/ilin üzərinə qadağa qoyulmuşdur. Yəni, MM-nin normalarına əsasən həmin əmlaka sahiblik etmək və ya sərəncam vermək hüququnun qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alındığı an hesab edilir (məsələn, daşınmaz əmlaka dair mülkiyyət hüququnun müvafiq orqanlar tərəfindən qeydiyyata alındığı, bu hüququn tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi, əmlakın alqı-satqısma dair əqdin bağlandığı an və sair). Ona görə də, göstərilənləri nəzərə alaraq tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi xx xxxxxx 2021-ci ildə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı “Cavabdeh” İstehsalat Birliyinə qarşı iddiasına etiraz edərək, iddianın təmin olunmaması və rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi etirazını onunla əsaslandırmışdır ki, İddiaçı qeyd etdiyi ünvanda quraşdırılmış G-4 markalı 1402AZ**********62 №-li qaz sayğacının klapanı bağlanmadığına görə istehlakçı tərəfindən ödəniş edilmədən 294 manat 40 qəpik məbləğində təbii qazdan istifadə olunduğu aşkarlanmış və xx xxxxxxxx 2020-ci il tarixli ******* saylı akt tərtib olunaraq, G-4 markalı **********8 №li qaz sayğacı ilə əvəzlənərək, yoxlamaya göndərilmişdir. Bu isə istehlakçının kod hesabında borc məbləğini yaratmış və onun kod hesabına borc kimi qeyd edilmişdir. Hal-hazırda iddiaçının borcu 294,40 manat təşkil edir. Bundan əlavə İddiaçı iddia ərizəsinə əlavəsində cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən tələb etdiyi 8.500 manat maddi ziyan məbləğinin isə heç bir əsası yoxdur və bunu əsaslandıracaq heç bir sənəd əlavə edilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh “Cavabdeh” İB məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə xx xxxxxx 2020-ci il tarixli müqaviləndən görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 3 ünvanı “Cavabdeh” İstehsalat Birliyi tərəfindən qazla təchiz edilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, ünvan 3-da smart itron tipli G-4 markalı 1402A7**********62 nömrəli sayğac mənfi rejimdə işlədiyi üçün yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan abonent İddiaçı məxsus **********8 №-li Smart sayğacına dair Abonent saldosundan görünür ki, 2020-ci il üçün qazdan istifadə etməklə yaranmış sərfin məbləği 0 manat, qalıq və akta görə hesablanmış borc 294,40 manat təşkil edir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh iddiaçının mənzilinə yeni sayğac quraşdırmış, daha sonra vurulmuş ziyana görə akt tərtib etmiş və iddiaçıdan 294,40 manat pul tələb etmiş, istehlakçı isə cavabdehin tələbi ilə razılaşmamışdır. İşin mübahisəsiz olan digər hallarına Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrarayon, Ş.Məmmədova küçəsi, 89, M5, m.3 (ünvan 3) qaz xəttinə quraşdırılmış qaz sayğacı evin daxilində deyil, mənzilin çöl hissəsində quraşdırılması aiddir. İddiaçı bildirir ki, qaz sayğacına hər hansı bir müdaxilə etməmişdir. Sayğaca hər hansı bir müdaxilə varsa belə o bundan məlumatsızdır və bu müdaxilə kənar şəxslər tərəfindən oluna bilər. Cavabdeh tərəf isə qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edildiyini qənaətindədir (hesablanmış cəriməyə əsasən), bununla belə məhkəməyə bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın .... 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə görə sayğaclar üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə nəzərə alır ki, MPM-də birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhz cavabdeh qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edildiyini sübut etməlidir. Cavabdeh tərəfindən isə bunu təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Aktla bağlı məhkəmə qeyd edir ki, həmin sübut özlüyündə texniki baxış nəticəsində aşkar edilmiş halları əks etdirməklə mübahisə predmetinə aid olmayan sübutdur. Belə ki, iddiaçı sözügedən sayğacda yoxlama zamanı aşkar edilmiş hallar barədə mübahisə etmir. Tərəflər arasındakı mübahisənin predmetini iddiaçının yaşadığı evin daxilində deyil, çöldə, ümumi istifadə edilən yolda quraşdırılmış sayğaca kim tərəfindən müdaxilə olunması təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının müdaxilə etdiyi bildirilən sayğacın iddiaçının yaşadığı evin daxilində deyil, çöldə, ümumi istifadə edilən yolda quraşdırılmış olması və bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsinin qeyri-mümkün olması nəzərə alınaraq müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmir. Odur ki, iddiaçının hüquq pozuntusuna yol verdiyinin öz təsdiqini tapmamasını nəzərə alaraq, məhkəmə sadalanmış qanunların tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “Cavabdeh” İB tərəfindən istehlakçı İddiaçı itirilmiş qaza görə hesablanmış 294,40 manat məbləğində borc silinməli və həmin mənzilə təbii qazın verilməsi bərpa edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Cavabdeh” İB-nin təbii qazın verilməməsi ilə bağlı hərəkəti nəticəsinə iddia ərizəsində tələb etdiyi 8.500 manat məbləğində maddi zərər dəyməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Yəni, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu səbəbdən maddi zərərlə bağlı müvafiq sübutları da iddiaçı tərəf məhkəməyə təqdim etməli və məhkəmə araşdırması zamanı ona 8.500 manat məbləğində maddi ziyan dəyməsini sübut etməli idi. Lakin, məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq sübuta yetirməməsi səbəbindən - hazırkı iş üzrə cavabdehə qarşı yönələn həmin iddia tələbi təmin edilə bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin uzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcüdluğundan və ya təkzib edilmiş oxşar fakt ehtimalarından irəli gələ bilər. Mülki Pessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar, 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dölət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı (abonent №**********31980, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi, 89, M5, m.3 (Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon Şövkət Məmmədova küçəsi, ev 9C, mənzil 199) ) itirilmiş qaza görə hesablanmış borcdan 294,40 (iki yüz doxsan dörd manat 40 qəpik) manat məbləğində borc silinsin və həmin mənzilə təbii qazın verilməsi bərpa edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar