Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2094/2022 07.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh (İB) Binəqədi rayon X1rşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh İB-nin Binəqədi rayon X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15 oktyabr 2018-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktın etibarsız hesab edilərək, hesablanmış 918,6 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 15 oktyabr 2018-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktla iddiaçının mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Y.massivi fərdi yaşayı evində quraşdırılmış mexaniki qaz sayğacı yeni elektron sayğacla əvəz edilmişdir. İddiaçı həmin evdə uzunmüddətli yaşamır. Bir gün evin qaz sayğacına pul yükləyərkən yüklədiyi pulun borca tutulmasını müəyyən etmişdir. İddiaçı bu barədə cavabdehin əməkdaşlarına məlumat vermiş, əməkdaşlar qaz sayğacında sızıntı səbəbi ilə batareyanın bitdiyini demişlər, sayğac çıxarılaraq yenisi ilə əvəz olunan zaman 918 manat borc hesablanmışdır. Halbuki, iddiaçı tərəfindən sayğaca heç bir kənar müdaxilə olunmamışdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edib iddianı müdafiə etdiyini bildirmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə yazılı etiraz ünvanlamış, etirazda göstərilmişdir ki, iddiaçının evinə quraşdırılmış 1102AQ**********41 nömrəli sayğacın çıxarılması zamanı mexaniki və elektron hissələrin göstəriciləri 15395 kub-metr olmuşdur. Lakin, abonentin həmin sayğac istifadəsində olduğu dövr ərzində ödəniş edərək aldığı qaz sərfiyyatı ilə 9186 kub-metr olmuşdur. Yaranan fərq 6209 kub-metr, yəni 1241,8 manat təşkil edir. 06 aprel 2022-ci il tarixə İddiaçı Cavabdehnə ümumi borcu 466,8 manat təşkil edir. Bundan 11,4 manat mexaniki sayğac göstəricisinə görə qalıq borc, 1241,8 manat istifadə edilmiş, lakin ödənilməmiş sayğac göstəricisidir. 786,4 manat borca görə tutulmalar aparılmış və cari borc 466,8 manat təşkil edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə etirazda göstərilənləri təsdiq edib iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan: - 15 oktyabr 2018-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilmiş, sayğacda 6198 kubmetr dəyəri ödənilməyən qaz olduğu müəyyən edilmişdir. - abonentin saldosundan görünür ki, 2018-ci ilin oktyabr ayına iddiaçıya 1241,8 manat borc hesablanmış, həmin tarixdən tutmalar aparılmaqla 466,8 manat borc qalmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 15 oktyabr 2018-ci il tarixli, ******* saylı aktın əslindən görünür ki, həmin akt tərtib edilərkən Əbilov Eldəniz, Mirzəyev Fariz və Dadaşov Hikmət adlı cavabdehin əməkdaşları, habelə, istehlakçının, yəni İddiaçı nümayəndəsi qismində Mürşüdov Etiram iştirak etmiş, Etiram öz imzası ilə aktın doğruluğunu təsdiq etmiş, aktın bir nüsxəsi ona təqdim edilmişdir. Həmin aktda ödənilməyən qaz borcunun olmadı faktı öz əksini tapmış, hazırki mübahisələndirilən borc məbləği də məhz həmin akta əsasən müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: - 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. - 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. - 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərdən belə müəyyən olunur ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus yaşayış sahəsinə quraşdırılmış qaz sayğacı smart tipli olmuşdur. Belə sayğaclarda təbii qazdan istifadə istehlakçıya verilmiş smart kart balansına ödənilən pul vəsaiti ilə hesablanır. Sayğacda ödənilməyən qaz dəyərinin olması ilə bağlı tərtib edilmiş akt istehlakçının nümayəndəsi tərəfindən imza ilə təsdiq edilmişdir. Bu isə o deməkdir ki, sayğacda baş vermiş hər hansı texniki nasazlıq və ya ətraf müdaxilə nəticəsində istehlakçı pulunu ödəmədiyi halda təbii qazdan istifadə etməklə qəsdən istehsalçıya maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.2.7-ci bəndinə əsasən, qaz qurğusunda nasazlıq ... yaranması zamanı istehlakçı ... qaz paylayıcısına təcili məlumat verməlidir. Hazırki halda iddiaçı pulunu ödəmədiyi halda təbii qazdan istifadə etməklə, əslində smart tipli qaz sayğacında nasazlığın yarandığını bildiyi halda, bu barədə qaz paylayıcısına məlumat verməyərək cavabdehə ziyan vurmuşdur. Məhkəmə bir daha qeyd edir ki, iddiaçıya borc məbləği cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 15 oktyabr 2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış, həmin aktın doğruluğunu həmin cavabdehin əməkdaşları, həm də istehlakçının nümayəndəsi öz imzaları ilə təsdiq etmişlər. Borcun silinməsi üçün həmin akt etibarsız hesab edilməlidir ki, hazırda buna heç bir əsas yoxdur. Göstərilənlərə əsasən, məkhəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-2094/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2094/2022
07.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver