Məhkəmə qərarları › İş №2(001)-21/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-21/2024

14.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-21/2024 14.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər X4, Cavabdeh2 Abdullayeviçə və Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə 14 iyun 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X6 ilə Cavabdeh2 arasında bağlanmış "X15 PRADO" markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobilin alqı satqısına dair xx.xx.2018-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 Abdullayeviç ilə Cavabdeh1 arasında bağlanmış “X15 RPADO” markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobilin alqı satqısına dair xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin avtomobil üzərində cavadeh X6 ilə İddiaçı hər birinin 1\2 hissədə payı olmaqla birgə mülkiyyət hüququnun müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 18 may 2004-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, Qeydiyyat şöbəsində rəsmiləşən nikahla cavabdeh X6 ilə ailə qurmuşdur. Birgə nikah dövründə onlar "X15 PRADO" markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobil almışlar. Avtomobil cavabdeh X3 adına sənədləşdirilərək qeydiyyat şəhadətnaməsi verilmişdir. Həmin avtomobili idarə etmək üçün cavabdeh X6 tərəfindən etibarnamə əsasında kürəkəni X5 verilmişdir. Cari ilin ortalarında cavabdeh X6 ilə onun münasibətləri pozulmuşdur. O, məcbur qalıb birgə yaşadıqları evdən getmişdir. Faktiki olaraq həmin tarixdən ayrılmışlar. X6 iddiaçı ilə arasında olan nikahın ləğv edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasnda olan nikah pozulmuş, o, cavadehdən birgə mülkiyyətlərində olan yuxarıda qeyd edilən avtomobilin satılaraq əldə edilən vəsaitin bölünməsini tələb etdikdə, o bundan imtina etmişdir. Avtomobillə bağlı BDYP-nə sorğu verdikdə cavabdeh Y.M.Şamilovun sözügedən avtomobili iddiaçıdan xəbərsiz özgəninkiləşdrdiyi haqqında məlumat almışdır. Vəziyyətdən sui-istifadə edən cavabdeh X6 qeyd edilən avtomobili xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən digər cavadeh Cavabdeh2 satmışdır. Alqı satqı müqaviləsini sənədləşdirdikdən sonra yenidən həmin avtomobil xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdehin qızı, Cavabdeh1 satılmışdır. Qeyd edildiyi kimi BDYPİ-nin verilmiş sorğuya cavab verildikdə bu məlumatları əldə etmişdir. Həmin arayışda cavdehlərin qeydiyyatda olduqları ünvanlar haqqında rəsmi məlumat verilmişdir. Bununla da cavabdehlər arasında guya "müqavilə" bağlamaqla cavabdeh X6 onunla birgə mülkiyyətində olan avtomobili qanunsuz olaraq qızının mülkiyyətinə keçirilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil2 qəbul etməyərək izahatında göstərmişdir ki, hazırda mübahisə predmeti olan nəqliyyat vasitəsi 2013-cü ildə Cavabdeh1 həyat yoldaşı Abdullayev Nazim tərəfindən alınıb, lakin qayınatası Yaqub Şamilovun adına rəsmiləşdirilmişdir. Etibarnamə ilə özü idarə edirdi və 2018-ci ildə 3-cü şəxsə satıb. 2019-cu ildə həmin avtomobili təsadüfən görüb və 2000 manat bahasına digər cavabdeh olan Cavabdeh2 Abdullayeviçdən almış, Cavabdeh1 adına rəsmiləşdirmişdir. Məhkəmənin 24 aprel 2024-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil1 iddia tələbini müdafiə edib, izahatında göstərmişdir ki, iddiaçının cavabdeh Şamilov Yaqubla birgə nikah dövründə X15 Prado alınmış, nikah xx.xx.2020-ci ildə pozulmuşdur. İddiaçı həmin nəqliyyat vasitəsinə pay hüququnun tanınmasını istəmiş, lakin onun satdıldığını müəyyən etmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh Şamilov Yaqub vəfat etmiş. Avtomobili kürəkən satmış. İddiaçının satmağa razılığı alınmamışdır. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilərək cavabdeh X6 ilə Cavabdeh2 arasında bağlanmış "X15 PRADO" markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobilin alqı satqısına dair xx.xx.2018-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 Abdullayeviç ilə Cavabdeh1 arasında bağlanmış "X15 RPADO” markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobilin alqı satqısına dair xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin avtomobil üzərində cavadeh X6 ilə İddiaçı hər birinin 1\2 hissədə payı olmaqla birgə mülkiyyət hüququnun müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 Abdullayeviç məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-2377/2020 saylı qətnaməsindən görünür ki, X6 ilə Şamilova (Meşədiyeva) Həqiqət Teymur qızı arasında 18 may 2004-cü il tarixə Binəqədi Rayon Qeydiyyat Şöbəsində bağlanmış, 341 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 15 dekabr 2020-ci il tarixdə ölmüşdür. - Məhkəmənin sorğusuna 27 saylı noratiat ofisindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 adında qalmış miras əmlaka məcburi paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün X2 xx.xx.2021-ci il tarixli ərizəsi əsasında tərəfimizdən vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmiş, lakin vərəsələrə şəhadətnamələr verilməmişdir. Cavabdeh1 əlavə olaraq digər vərəsələr X9 və X10 vəsiyyətnamə üzrə vərəsələrdir. - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi idarəsindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, «TOYOTA LAND-CRUİSER-PRADO» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onların müvafiq qaydada məhv edilməsi qeyd edilmiş, eləcə də göstərilən nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışına əsasən; - Nömrə nişanı: 90BX808 Şəhadətnamə: AC032596 Şəhadətnamənin verilmə tarixi: xx.xx.2013 Markası:-X15 PRADO Mİ B/ili: 2008 Rəngi: QARA Mühərrik: 2TR0580470 Ban: JTEBL29J285105446 M.İ.H:2700 - Sahibi: X6 Doğum tarixi: xx.xx.1945 - Sahibinin qeydiyyat ünvanı: Bakı şəh, Binəqədi r/nu, Rəsulzadə qəs, Ə.Əlixanov küç. ev 79, +**********28 - Qeydiyyat üçün əsas: ALQİ SATQİ MÜQAVİLƏSİ BDYPİ BAKİ Xüsusi qeyd: E4B - Etibarnamə ilə: X7 xx.xx.2015 - xx.xx.2016 – qüvvədən düşüb xx.xx.2016, - Etibarnamə ilə ünvanı: BAKİ SUMQAYİT ŞOS., ev 10 - Etibarnamənin hüquqi əsası: Nəqliyyat vasitəsinə dair sərəncam hüququ - QEYDİYYATDAN ÇİXİB Alqı-satqı müqaviləsi BDYP QEYDİYYATDAN ÇİXMA TARİX xx.xx.2018 - Nömrə nişanı: 90BX808 Şəhadətnamə: AD316504 Şəhadətnamənin verilmə tarixi: xx.xx.2018 - Markası: TOYOTA LAND-CRUİSER-PRADO MİNİK B/ili: 2008 Rəngi: Qara Mühərrik: 2TR0580470 Ban: JTEBL29J285105446 M.İ.H:2700 - Sahibi: Cavabdeh2 Doğum tarixi: xx.xx.1990 - Sahibinin qeydiyyat ünvanı: BAKİ NİZAMİ NƏSİMİ KÜÇ. ev.32A m.75, +**********23 Qeydiyyat üçün əsas: Alqı satqı müqaviləsi BDYP - Xüsusi qeyd: E4B - QEYDİYYATDAN ÇİXİB Alqı satqı müqaviləsi BDYP QEYDİYYATDAN ÇİXMA TARİX xx.xx.2019 - Nömrə nişanı: 90BX808 Şəhadətnamə: AD462527 Şəhadətnamənin verilmə tarixi: xx.xx.2019 - Markası: TOYOTA LAND-CRUİSER-PRADO MİNİK B/ili: 2008 Rəngi: Qara Mühərrik: 2TR0580470 Ban: JTEBL29J285105446 M.İ.H:2700 - Sahibi: Cavabdeh1 QİZİ Doğum tarixi: xx.xx.1973 - Sahibinin qeydiyyat ünvanı: Bakı şəh, Binəqədi r/nu, C.Xəndan küç, ev 1, mən 5 +**********89 - Qeydiyyat üçün əsas: Alqı satqı müqaviləsi BDYP - Xüsusi qeyd: E4B - Qeydiyyatda - xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, X6 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, onun mülkiyyətində olan daşınar əmlakı idarə etməyi, üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri o cümlədən satmaq, almaq bağışlamaq dəyişmək, daşınar əmlakı ipoteka (girov) qoymaq, ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı bu əqdlər üzrə haqq hesab aparmağı, pul ödəməyi, bu əqdlər üzrə bütün şəxslərdən, müəssisələrdən idarələrdən, təşkilatlardan o cümlədən bank qaydalarından, poçtdan və teleqrafdan bütün əşyalar üzrə ona çatası sənədləri almağı, bütün dövlət idarələrində, hüquq mühafizə orqanlarında, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə və digər sənədləri işləri aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olaraq bütün hərəkətlər etməyi qızı Cavabdeh1 etibar etmişir. - Nikah şəhadətnaməsindən görünür ki, X7 ilə X8 ilə 02 aprel 1994-cü il tarixdə nikaha daxil olmuş və həmin nikah 385 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. - Nəqliyyat vasitənə dair xx.xx.2015-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 atası X3 mülkiyyətində olan "X15 PRADO" markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili 1 il müddətinə idarə etmək, qeydiyyatdan çıxarımaq, qeydiyyata salmaq, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar onun adından ərizə vermək və digər hərəkətləri etməyi, əri X5 etibar etmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 225.1-ci ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Maddə 225.5. Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). - 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. - 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. - 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. - 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf məhkəmədə istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbi ilə bağlı ilk olaraq onu qeyd edir ki, hazırki iş üzrə mübahisə predmeti olan “X15 RPADO” markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobilin cavabdeh X6 ilə İddiaçı birgə nikah dövründə əldə etmələri işin mübahisəsiz halıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iş üzrə İddiaçı ilə X6 18 may 2004-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikah dövründə onlar xx.xx.2013-cü il tarixdə “X15 RPADO” markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobili almışlar. Həmin avtomobil AC032596 nömrəli Şəhadətnamə ilə iş üzrə cavabdeh X3 adına rəsmiləşdirilmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-2377/2020 saylı qətnaməsi ilə X6 ilə Şamilova (Meşədiyeva) Həqiqət Teymur qızı arasında 18 may 2004-cü il tarixdə bağlanmış nikah pozulmuşdur. X6 isə 15 dekabr 2020ci il tarixdə ölmüşdür. Bundan əlavə müəyyən edilmişdir ki, X6 mübahisə predmeti olan “X15 RPADO” markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 Abdullayeviçə satmış, Cavabdeh2 Abdullayeviç isə mübahisə predmeti olan “X15 RPADO” markalı, **-BX-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satmışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk olaraq onu qeyd edir ki, hazırda mübahisə predmeti olan «TOYOTA LAND-CRUİSER-PRADO» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən) saxlama müddəti bitdiyindən və onlar məhv edildiyindən iddia tələbində göstərilən xx.xx.2018-ci və xx.xx.2019-cu il tarixli müqavilələrə (etibarlı əqd kimi) qiymət verilməsi mümkün deyil. Məhkəmə həmçinin qeyd edir ki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 saylı qərarında göstərilmişdir ki, (7.14). Oxşar mübahisələrlə bağlı F.Nəcəfovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 2023-cü il 3 mart tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. (7.15). Konstitusiya Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidirlər. (7.16). Beləliklə, ər-arvadın ümumi birgə mülkiyyətində olan əşyalara dair sərəncam əqdlərinin mübahisələndirilməsi ilə bağlı işlərə baxarkən məhkəmələr Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında ifadə edilmiş hüquqi mövqeləri, həmçinin ər-arvadın əqdin bağlanmasından sonra ailə birliyi içərisində yaşadığı dövrü, əqdin bağlanmasından sonra keçən müddəti, bu zaman ərzində razılığı alınmayan tərəfin əşyaya münasibətini və işin diqqətəlayiq digər hallarını nəzərə almaqla, ağlabatan mühakimə əsasında əqdin bəyənilib-bəyənilmədiyi barədə əsaslandırılmış qənaət formalaşdırmalıdırlar. Hazırki işdə isə yuxarıda adı çəkilən qərarın 7.14, 7.15 və 7.16-cı bəndlərində göstərilənlərə uyğun olaraq qeyd edilməlidir ki, mübahisə predmeti olan «TOYOTA LAND- CRUİSER-PRADO» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilk dəfə xx.xx.2018-ci il tarixdə Cavabdeh2 Abdullayeviçə, xx.xx.2019-cu il tarixdə isə Cavabdeh1 satılmasından İddiaçı məlumatsız olmasını məhkəmə inandırıcı hesab etmir. Belə ki, qeyd edilən avtomobil ailənin ümumi istifadəsində olması güman edilməsə belə, 2 ilə yaxın müddətdə ondan Yaqub Şamilovun istifadə etməməsini iddiaçı bilməyə bilməzdir. Yəni, həmin dövrdə onlar birgə təsərrüfat apardıqlarından, iddiaçı qeyd edilən avtomobilin özgəninkiləşdirilməsindən məlumatsız olması ağlabatan deyil. Halbu ki, tərəflər arasında nikah xx.xx.2020-ci il tarixdə pozulmuşdur. İddiaçı isə nikahın pozulması tarixindən hesablansa, iddia tələbi ilə cavabdeh Yaqub Şamilovun ölümündən 3 ay sonra məhkəməyə müraciət etmişdir. Xüsusi ilə qeyd edilməlidir ki, hazırda iş üzrə cavabdeh Yaqub Şamilov öldüyündən «TOYOTA LAND-CRUİSER-PRADO» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə edilən pulun hara və hansı məqsədlər üçün xərclənməsini də, müəyyən etmək mümkün olmamış, bununla bağlı iddiaçı tərəfindən isə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərlə yanaşı iddiaçının qeyd edilən avtomobilin özgəninkiləşdirilməsindən məlumatlı olmamasına dair onu da qeyd edir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halların heç biri ilə bağlı məhkəməyə mötəbər və tutarlı sübut növü təqdim etməmiş, irəli sürdüyü dəlillər isə mübahisələndirdiyi müqavilənin etibarsız hesab olması üçün hüquqi əsas olmamışdır. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilkin olaraq iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Belə olan halda, məhkəmənin qənaətinə görə, iddiaçının alqı-satqı müqaviləsinin etibarsız hesab olunması ilə bağlı mülahizəsinə əsasən irəli sürdüyü, öz təsdiqini tapmayan, faktiki hesab etdiyi hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamamışdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblər əsassızdır və təmin edilməməldir. Məhkəmə həmçinin qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, iş üzrə cavabdeh X6 15 dekabr 2020-ci il tarixdə ölmüşdür. Məhkəmə hesab edir ki, hazırda cavabdeh Yaqub Şamilova yönəlmiş hüquq münasibətinin hüquq varisliyinə yol vermədiyindən, cavabdeh X4 aid hissədə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, cavabdeh X6 ilə Cavabdeh2 arasında bağlanmış "X15 PRADO" markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobilin alqı satqısına dair xx.xx.2018-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 Abdullayeviç ilə Cavabdeh1 arasında bağlanmış “X15 RPADO” markalı **-BX-*** dövlət nömrə nişanlı avtomobilin alqı satqısına dair xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin avtomobil üzərində cavadeh X6 ilə İddiaçı hər birinin 1\2 hissədə payı olmaqla birgə mülkiyyət hüququnun müəyyən olunması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar