Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-212/2021 09.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı SOCAR-ın “Neft Kəmərləri” İdarəsi Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 mm-lik magistral neft kəmərinin 4-cü km-də, kəmərdən 40 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü yeni massiv, 1-ci Məlikaslanov küçəsi, döngə 5, ev 2 ünvanında qeydiyyatda olan Cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş tikilinin (hasar) cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” İdarəsinin istismarında olan Binəqədi-Bakı DŞ-200 mm-lik magistral neft kəmərinin 4-cü km-də, kəmərdən 40 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 1 ünvanında qeydiyyatda Cavabdeh tərəfindən elə həmin ünvanda köhnədən inşa edilmiş yaşayış evinin qarşısında (hasar) yeni tikinti işlərinin aparılması tərəflərindən aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx xxxxxx 2003-cü ildə Ədliyyə nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış "Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahə şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən "Neft Kəmərləri” İdarəsinin rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılma qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərini quraşdırılması; Torpaq Məcəlləsinin 111 -ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) Azərbaycan Respublikasında torpaqlarin özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli, 685 saylı Fərmanında, eləcə də Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən "tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və yə şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.” Bundan əlavə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə razıdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Neft kəmərləri X3 Bölümünün NBKXS-nin rəisi R.Məhərrəmov, Qaradağ İstehsalat Bölümünün NBKXS-nin böyük mühəndisi X5 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə SOCAR-in Təhlükəsizlik İdarəsinin 35 saylı komandanın rəis müavini E.Cavadovun təqdim etdiyi Bildiriş №22 əsasında əraziyə baxış keçirilmişdir. Baxış zamanı məlum oldu ki, Qaradağ İstehsalat Bölümünün istismarında olan Binəqədi-Bakı Dş200 neft kəmərinin 4,0-cı km-də kəmərdən 40 metr aralı məsafədə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-yeni massiv, 1-Məlikaslanov küçəsi, döngə 5, ev 2-də ünvanında qeydiyyatda olan Cavabdeh məxsus yeni hasar tikintisi işlərinin aparılması aşkarlanmışdır. Cavabdeh tikinti işlərinin dayandırılması barədə yazılı xəbərdarlıq olundu. Xəbərdarlığa baxmayaraq tikinti işləri davam etdirilir. Tİ-nin 35 saylı komandasının rəis müavini E.N.Cavadov tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, 22 saylı bildirişdən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə SOCAR Təhlükəsizlik İdarəsinin 35 saylı komandasının nəzarət etdiyi ərazidə Şirvan-Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinə birləşən Binəqədi-Bakı Dş 200-mm-lik magistral neft kəmərinin 4-cü km-liyində kəmərin mühafizə zonasında, kəmərdən 40 metr aralıda, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-yeni massiv, 1-Məlikaslanov küçəsi, ev döngə 5, ev 2-də qeydiyyatda olan Cavabdeh məxsus və həmin ünvanda yerləşən həyətyanı sahədə, köhnədən inşa edilmiş hasar tikilisinin üzərində yeni tikinti işlərinin (hasa) aparılması aşkar edilmiş, dayandırılması və sökülməsi barədə tikinti işləri aparan şəxsə (Cavabdeh) şifahi və yazılı xəbərdarlıq olunmuşdur. Qeyd olunan bildiriş qeydiyyat jurnalında xx xxxxxx 2020-ci il tarixdə 22 nömrə ilə qeydiyyata alınmışdır. Odur ki, qanunsuz tikintinin sökülməsi istiqamətində tədbirlərin keçirilməsi və qarşısının alınması məqsədi ilə, təlimatın tələblərinə əsasən aşkarlanmış tikinti barədə SOCAR Neft Kəmərləri X3 Bölümünün rəisi H.Q.Məmmədova məlumat verilmişdir. xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Neft kəmərləri İdarəsinə məxsus, halhazırda istismarda olan (Şirvan-Böyükşora qoşulan Binəqədi xətti Dş 200-mm-lik neft kəmərinin 4-cü km-liyində) magistral neft kəmərinin mühafizə zonasında (ünvanda Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, döngə 5) yerləşən tikinti işlərinin aparılmasının, iri tonnajlı nəqliyyat saxlanılmasının, tikinti materiallarının yığılmasının və satışının yolverilməz və qanuna zidd olması barədə müvafiq xəbərdarlıq edilir və məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2002-ci il tarixli 685 saylı Fərman və 167 saylı qərarı ilə neft kəmərlərinin mühafizə zonasında tikinti işlərinin aparılmasına, satış məqsədilə tikinti materiallarının yığılmasına məhdudiyyət müəyyən edilmişdir. Eyni zamanda nəzərinə çatdırılmışdır ki, neft kəmərinin mühafizə zonasında müvafiq qaydada icazə alınmadan tikinti işlərinin aparılmasına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2 maddəsinə əsasən cinayət məsuliyyəti və müəyyən məbləğdə cərimələr nəzərdə tutulub. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxxx 2020-ci il tarixli, **********34 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh tərəfindən SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 mm-lik magistral neft kəmərinin 4-cü km-də, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü yeni massiv, 1- ci Məlikaslanov küçəsi, döngə 5, ev 2 ünvanında kəmərin mühafizə zonasında tikili (hasar) inşa olunmuşdur (sxem əlavə edildi). Tədqiqatın dəyəri 67,2 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 10/2921 nömrəli rəyindən görünür ki, «SOCAR»ın «Neft Kəmərləri» İdarəsinin istismarında olan «Binəqədi-Bakı» Dş-200 mm- lik magistral neft kəmərinin 4-cü kilometrliyində, yəni Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü yeni massiv, 1-ci Məlikasianov küçəsi, döngə 5, ev 2 ünvanında inşa olunmuş tikili (hasar) ilə həmin magistral neft kəməri arasında olan məsafə 40 m təşkil edir. «Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları»nın 6.3 bəndinə əsasən «Binəqədi-Bakı» Dş-200 mm-lik magistral neft kəmərinin 4-cü kilometrliyində, yəni Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü yeni massiv, 1-ci Məlikasianov küçəsi, döngə 5, ev 2 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş tikili (hasar) həmin magistral neft kəmərinin mühafizə zonasında yerləşir. Cavabdeh tərəfindən «SOCAR»ın «Neft Kəmərləri» İdarəsinin istismarında olan «Binəqədi-Bakı» Dş-200 mm-lik magistral neft kəmərinin 4-cü kilometrliyində, yəni Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü yeni massiv, 1-ci Məlikaslanlı küçəsi, döngə 5, ev 2 ünvanında kəmər mühafizə zonasında hasar inşa olunmuşdur. Tədqiqatın dəyəri 102 manat təşkil edir. xx xxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 4.3-cü maddəsinə əsasən torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir; 22.2.-ci maddəsinə görə, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir; 49.1.-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur; 50-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir; 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır; 67.2-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir; 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir; 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır; 111-ci maddəsinin əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz; 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydalarının 6.3-cü maddəsinə əsasən boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin Qaydaların 6.7-ci maddəsinin a) bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər tərəfindən magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və quraşdırma işlərinin aparılması qadağandır. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 2-ci maddəsində nəzərdə tutulduğu kimi, yaşamaq hüququnu qorumaq üçün bütün tədbirləri görmə öhdəliyi hər şeydən əvvəl dövlətin üzərinə vətəndaşların yaşamaq hüququna təhlükə yaradan hallara qarşı mübarizə mexanizmini təmin edən qanuni və inzibati resurslar yaratmaq və həmin fəaliyyətin insan həyatı baxımından yaratdığı potensial riskə uyğun olaraq müxtəlif tədbirlərin həyata keçirilməsini zəruri edir (Önəryıldız /Türkiyə, Paul və Audrey Edwards, paraqraf 54, 2000-Vİİ). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim edilmiş o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının istismarında olan Binəqədi-Bakı Dş-200 mm-lik magistral neft kəmərinin 4-cü km-də, kəmərdən 40 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü yeni massiv, 1-ci Məlikaslanov küçəsi, döngə 5, ev 2 ünvanında tikili – hasar inşa edilmiş, bununla bağlı iddiaçıdan hər hansı razılıq alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən Binəqədi-Bakı Dş-200 mm-lik magistral neft kəmərinin 4-cü km-də, kəmərdən 40 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü yeni massiv, 1-ci Məlikaslanov küçəsi, döngə 5, ev 2 ünvanında inşa edilmiş tikili – hasar neft kəmərinin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən, ətrafdakı insanların sağlamlığı və əmlakı üçün ciddi təhlükə yaratdığından cavabdehin hesabına sökülərək kəmərin mühafizə zonasından çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 102 manat məbləğində vəsait cavabdehdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməli, habelə iş üzrə alınmış mütəxəssis rəyinin dəyərini təşkil edən 67,20 manat məbləğində vəsait cavabdehdən tutularaq “xxxx” MMCnin hesabına ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş-200 mm-lik magistral neft kəmərinin 4-cü km-də, kəmərdən 40 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3-cü yeni massiv, 1-ci Məlikaslanov küçəsi, döngə 5, ev 2 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş tikili – hasar Cavabdeh hesabına sökülərək kəmərin mühafizə zonasından çıxarılsın. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı SOCAR-ın “Neft Kəmərləri” İdarəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 102 (bir yüz iki) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İş üzrə alınmış mütəxəssis rəyinin dəyərini təşkil edən 67,20 (altmış yeddi manat, iyirmi qəpik) manat məbləğində vəsait Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına ödənilsin. (“xxxx” ASC-nin Xətai filialı, filialın kodu 200071, vöen **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, benefisiarın adı Kadastr və Yerqur Layiha TADQ MAR, benefisiarın hesabı AZ23AİİB********************, Vöen **********) Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-212/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-212/2021
09.02.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver