Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2154/2024 07.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi, Cavabdeh7 nümayəndəsi və vəkili Vəkil5, Cavabdeh5 nümayəndəsi Nümayəndə Ramiz oğlu, nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınar və daşınmaz əmlakların iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X20 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı, müstəqil tələblər irəli sürməyən, üçünçü şəxslər qismində 13 saylı Notariat Ofisi və "xxxx" firmasını qeyd etməklə, “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı X20 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və İddiaçı mülki işə iddiaçının hüquqi varisi qismində cəlb edilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil3 tərəfindən “iddianın dəqiqləşdirilməsinə dair” ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Həmin ərizədə iddiaçı Bakı şəhəri 50 saylı DNK-da 09 noyabr 2016-cı il tarixdə mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 89a, mənzil 29 etibarnamə əsasında Cavabdeh2 və Cavabdeh1 aralarında bağlanmış alqı-satqı müqaviləsinin; "xxxx" firması tərəfindən inşa edilmiş mərhum X9 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, 9a saylı evin 106 saylı mənzilinin Cavabdeh2 etibarnamə əsasında 30 mart 2018-ci il tarixdə Cavabdeh4 satılmasına dair alqı-satqı müqaviləsinin, bundan sonra 01 may 2018-ci il tarixdə sonuncu ilə Cavabdeh5 aralarında bağlanmış alqı-satqı müqaviləsinin; "xxxx" firması tərəfindən inşa edilmiş mərhum X15 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, 9a saylı evin 105 saylı mənzilinin Cavabdeh2 etibarnamə əsasında 04 fevral 2019-cu il tarixdə Cavabdeh3 satılmasına dair alqı-satqı müqaviləsinin; Bakı şəhəri 53 saylı DNK-da 03 avqust 2019-cu il tarixdə Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, 9a saylı evin 105 saylı mənzilinə dair Cavabdeh3la Cavabdeh7 aralarında bağlanmış alqı-satqı müqaviləsinin; Bakı şəhəri 13 saylı DNK-da 05 fevral 2019-cu il tarixdə mərhum X10 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağları, 899v/19 ünvanda yerləşən bağ evinin etibarnamə əsasında Cavabdeh2 və Cavabdeh1 aralarında bağlanmış alqı-satqı müqaviləsinin; Abşeron rayonu 1 saylı DNK-da Ç.Mənsimova məxsus olan “Toyota Land-Kruizer” markalı, 90XR092 dövlət qeydiyyat nişanlı avtomaşının etibarnamə əsasında Ş.X2 aralarında 11 iyul 2017-ci il tarizdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və yuxarıda sadalanan daşınar və daşınmaz əmlakların iddiaçıya qaytarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil3 izahatında məhkəməyə bildirmişdir ki, İddiaçı cinayət üzrə zərərçəkmiş şəxs olub, Çingiz Məmsimov onun atasıdır. Sürücüsü ilə təhlükəsizlik xidmətinin nümayəndəsi onun əmlakını qanunsuz şəkildə satıb. Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü var, apellyasiya və kassasiya instansiyaları hörkmü quvvədə saxlayıb. Qanuni quvvəyə minmiş qərar varsa, əlavə nəyisə sübut etməyə ehtiyac yoxdur. İddiaçı atasının hüquqi varisidir, iddiaçı heç kimə heç nə satmayıb, onların bütün əmlaklarının özlərinə qaytarılmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki: Alqı-satqı müqavilələri o əsasla etibarsız hesab edilməlidir ki, iddiaçının əmlakı dələduzluq yolu ilə əlindən alınıb. Məhkəmənin qanuni quvvəyə minmiş hökmü var. Onların problemi cavabdehlərlə deyil. İddiaçı demir ki, onlar əmlakı cinayət yolu ilə əldə ediblər, cavabdehlər vicdanlı alıcıdırlar. İddiaçının alıcılar ilə problemi yoxdur, onları da aldadan məhkumlar olub. Cavabdehlərin heç bir təqsiri yoxdur. Məhkəmə hökmünə görə müqavilələr qanunsuzdur. Dələduzluq yolu ilə külli miqdarda vəsaiti mənimsəyən şəxs tərəfindən əmlaklar satılıb, ona görə də əmlaklar qaytarılmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil3 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını, ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və ərizəsinə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iclasında iştirak edən Cavabdeh7 nümayəndəsi və vəkili Vəkil5 və Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil4 işin mahiyyəti üzrə həll olunmasını və iddia ərizəsinin rədd edilməsi barədə yekun məhkəmə aktının qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə cavabdehlərin mövqeyini dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, işə mahiyyəti üzrə baxılmalı və iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və qanuni qüvvəsini almış Bakı Ağir Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-175/2022 saylı hökmündə aşağıdakılar göstərilmişdir: “ ... Cavabdeh2 etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə ailə sürücüsü olduğu İddiaçı inam və etibarını qazandıqdan sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq İddiaçı bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bütün şəxslərdən müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, imza etməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərinin bütünlükdə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək hüququ ilə bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri və cinayət işlərini aparmağı, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, adından imza etməyi, iddia ərizəsini imzalamağı, ərizə tərtib və təqdim etməyi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyin etibar edilməsi səlahiyyətləri üzrə 01 dekabr 2015-ci il tarixdə Bakı şəhəri 2 saylı Dövlət Notariat kontorunda İddiaçı tərəfindən öz adına 20 illik müddətə etibarnamə sənədinin rəsmiləşdirilməsinə nail olduqdan sonra İddiaçı ona etibar etdiyi həmin səlahiyyətlərdən öz xeyrinə sui-istifadə etməklə həmin etibarnamə əsasında İddiaçı gizli, onun xəbəri və məlumatı olmadan hərəkət edərək sonuncuya məxsus Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 04.06,2015-ci il tarixdə İddiaçı verilmiş **********21-05101- 093024 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə 48 kvadratmetr ümumi sahəyə malik, ünvan 2 ünvanında yerləşən, 2016-cı ilin noyabr ayına orta bazar qiyməti ilə dəyəri 78.219 manat 36 qəpik təşkil edən yaşayış sahəsini 09 noyabr 2016-cı il tarixdə Bakı şəhəri 50 saylı Notariat kontorunda daşınmaz əmlakın alqı-satqı müqaviləsi rəsmiləşdirməklə həmin müqavilə əsasında Cavabdeh1 sataraq əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməklə zərərçəkmiş şəxs İddiaçı 78.219 manat 36 qəpik məbləğində külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə yolu ilə özgənin xüsusilə külli miqdarda əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə ailə sürücüsü olduğu X7 inam və etibarını qazandıqdan sonra harada yerləşməsindən və nədən İbarət olmasından asılı olmayaraq Çingiz Mənsimovun bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, Azərbaycan Respublikasının bütün banklarında onu təmsil etməyi, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, İşləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, onun adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyin etibar edilməsi səlahiyyətləri üzrə 01 dekabr 2015-ci il tarixdə Bakı şəhəri 13 saylı Dövlət Notariat kontorunda Çingiz Mənsimov tərəfindən öz adına 20 illik müddətə etibarnamə sənədinin rəsmiləşdirilməsinə nail olduqdan sonra Çingiz Mənsimovun ona etibar etdiyi həmin səlahiyyətlərdən öz xeyrinə sui-istifadə etməklə həmin etibarnamə əsasında Çingiz M ən si m ovdan gizli, onun xəbəri və məlumatı olmadan hərəkət edərək sonuncuya məxsus və xx.xx.2010-cu il tarixli AB383092 nömrəli şəhadətnamə əsasından Çingiz Mənsimovun adına qeydə alınmış, 2017-ci ilin iyul ayına orta bazar qiyməti ilə dəyəri 42.000 manat təşkil edən “Toyota Land-Cruiser Prado’’ markalı **-XR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 11 iyul 2017-ci il tarixdə alqı-satqı müqaviləsi üzrə X4 sonuncunun adına rəsmiləşdirib əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməklə zərərçəkmiş şəxs Çingiz Mənsimova 42.000 manat məbləğində, həmçinin bu məqsədlə eyni üsulla Çingiz Mənsimovun ona etibar etdiyi həmin səlahiyyətlərdən öz xeyrinə sui-istifadə etməklə həmin etibarnamə əsasında Çingiz Mənsimovdan gizli, onun xəbəri və məlumatı olmadan hərəkət edərək sonuncuya məxsus, "xxxx" firmasının ünvan 3 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasından 18 mart 2005-ci il tarixli müqavilə əsasında Çingiz Mənsimovun adına alınmış, həmin binanın 1-ci giriş, 14-cü mərtəbəsində yerləşən, 176.9 kvadratmetr ümumi sahəyə malik, 2018-ci ilin mart ayına orta bazar qiyməti ilə dəyəri 309.992 manat 50 qəpik təşkil edən dörd otaqlı 106 nömrəli mənzili "xxxx" firmasında 30 mart 2018-ci il tarixdə Çingiz Mənsimovun adından əvvəlcə müqavilə sənədi üzrə Cavabdeh4 adına, bundan sonra isə Cavabdeh4 adından müqavilə sənədi üzrə 01 may 2018-ci il tarixdə Cavabdeh5 adına rəsmiləşdirib sataraq əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməklə zərərçəkmiş şəxs Çingiz Mənsimova 309.992 manat 50 qəpik məbləğində, həmçinin bu məqsədlə eyni üsulla Çingiz Mənsimovun ona etibar etdiyi həmin səlahiyyətlərdən özünün və tanışı Cavabdeh3 xeyrinə sui-istifadə etməklə özgənin əmlakını etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Cavabdeh3la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarındakı cinayətkar razılaşmaya əsasən həmin etibarnamə əsasında Çingiz Mənsimovdan gizli, onun xəbəri və məlumatı olmadan hərəkət edərək sonuncuya məxsus, "xxxx" firmasının ünvan 3 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasından 18 mart 2005-ci il tarixli müqavilə əsasında Çingiz Mənsimovun adına alınmış, həmin binanın 2-ci giriş, 14-cü mərtəbəsində yerləşən, 137.4 kvadratmetr ümumi sahəyə malik, 2019-cu ilin fevral ayına orta bazar qiyməti ilə dəyəri 232.714 manat 40 qəpik təşkil edən üç otaqlı 105 nömrəli mənzili "xxxx" firmasında 04 fevral 2019-cu il tarixdə Çingiz Mənsimovun adından əvvəlcə müqavilə sənədi üzrə Cavabdeh3 adına rəsmiləşdirilməsinə, bundan sonra Cavabdeh3 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixdə **********39-05301-093109 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədi əldə etməyə nail olaraq həmin mənzili Cavabdeh3la qabaqcadan əlbir olan bir qrup şəxs halında 03 avqust 2019-cu il tarixdə Bakı şəhəri 53 saylı Notariat ofisində rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında Cavabdeh7 sataraq əldə etdikləri pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməklə zərərçəkmiş şəxs Çingiz Mənsimova 232.714 manat 40 qəpik məbləğində, həmçinin bu məqsədlə eyni üsulla Çingiz Mənsimovun ona etibar etdiyi həmin səlahiyyətlərdən öz xeyrinə sui-istifadə etməklə həmin etibarnamə əsasında Çingiz Mənsimovdan gizli, onun xəbəri və məlumatı olmadan hərəkət edərək sonuncuya məxsus, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X12 verilmiş **********68-11301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə 313,72 kvadratmetr ümumi sahəyə malik, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağlan, 899v/19 ünvanında yerləşən, həyətyanı torpaq sahəsi ilə birlikdə 2019-cu İl tarixə orta bazar qiyməti ilə dəyəri 144.311 manat 20 qəpik təşkil edən fərdi bağ evini 05 fevral 2019-cu il tarixdə Bakı şəhəri 13 saylı dövlət Notariat Ofisində rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 sataraq əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməklə zərərçəkmiş şəxs Çingiz Mənsimova 144.311 manat 20 qəpik məbləğində, ümumilikdə isə zərərçəkmiş şəxs Çingiz Mənsimova 729.018 manat 10 qəpik məbləğində xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. ... Belə ki, iş materiallarında olan 02 fevral 2021-ci il taixli Cavabdeh2 və Cavabdeh3 arasında keçirilmiş üzləşdirmə protokolundan görünür ki, Cavabdeh2 ibtidai istintaq zamanı ifadələrində göstərdiyi xüsusatları Cavabdeh3 üzünə qarşı bir daha təsdiq edərək bildirmişdir ki, 2019-cü ilin yanvar ayında özü Cavabdeh3 ilə birlikdə aralarında belə razılığa gəlmişlər ki, Çingiz Mənsimovun onda olan etibarnamə sənədi üzrə əldə etdiyi səlahiyyət əsasında Çingizdən xəbərsiz onun ünvan 5 ünvanında yerləşən 105 nömrəli 165 kv metr sahəsi olan mənzilini birgə satıb pul əldə etsinlər. Həmin dövrdə özünün pula ehtiyacı yarandığı kimi İlhamın da kimlərəsə bildiyinə görə xeyli pul borcu olmuşdur, Özü İlhama belə bir təklif etmiş, İlham da onunla razılaşmışdır. Bundan sonrakı günlərdə o və İlham "xxxx" firmasının rəhbəri Abbas adlı şəxsin yanına getmişlər. O, əvvəlcə təklikdə Abbasın MTK-da işçisi olan Ramiz adlı komendant şəxsə yalandan bildirmişdir ki, Çingiz Mənsimov mənzilini özünün İlham adlı yaxın adamının adına keçirmək istəyir, ona görə müqaviləni dəyişmək istəyirlər, bunu etmək üçün Çingizin ona verdiyi etibarnaməsi də var. Ramiz adlı həmin kişi onun bu dediyini Abbasa demiş, Abbas da razılıq vermişdir. Bundan sonra o və İlham müqaviləni İlhamın adına keçirmə məsələsini həll etmək üçün Abbasın Bakı şəhərində köhnə Qaqarin körpüsü yanındakı binada olan ofisinə getmişlər. İlham özü də Abbası üzdən tanımış, əvvəllər oraya yanına gəlib getmişdir. Orada əsasən söhbəti Abbasla özü etmiş, İlham da orada olmuş, lakin söhbəti özü aparmış və Abbasa bildirmişdir ki, Çingiz müəllim həmin binada olan 105 nömrəli mənzilini İlhamın adına keçirib çıxarış sənədi almaq istəyir. Lakin evin satılacağı ilə bağlı Abbasa heç nə deməmişlər. Abbas da etiraz etməmiş, müqavilənin ada dəyişdirilməsi üçün 1500 manat lazım olduğunu, özünün müvafiq dövlət orqanından, yəni çıxarış sənədini tanışlıqla 4000 manata almaq imkanı olmasını bildirmişdir. Sonra o, etibarnamə səlahiyyəti üzrə Çingiz Mənsimovun adından mənzildən imtina ərizəsi yazaraq həmin mənzilin Cavabdeh3 adına keçirilməsinə razılığını vermişdir. Sonra 105 nömrəli mənzilin Cavabdeh3 adına keçirilməsi barədə orada müqavilə yazılmış, İlham sənədləşmə xərclərinin çəkilməsi üçün haradansa 5500 manat pul tapıb gətirmiş, özü İlhamın iştirakı ilə pulu "xxxx" firmasının rəhbəri Abbasa vermişdir. 1500 manat müqavilənin dəyişdirilməsi pulu olmuş, 4000 manata isə Abbas həmin mənzilə görə müvafiq dövlət orqanından Cavabdeh3 adına mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədi alıb verməyi vəd etmişdir. Çıxarış sənədi onlara ona görə lazım olmuşdur ki, həmin mənzili özü və İiham sonradan bir qədər baha qiymətə sata bilsinlər. Təxminən 2 aydan sonra Abbas öz işçisi olan Ramiz adlı şəxs vasitəsi ilə xəbər göndərmişdir ki, mənzilə görə İlhamın adına çıxarış sənədi artıq hazırdır. Çıxarış almaq üçün tələb olunan sənədləri isə özü əvvəldən Abbasa vermiş, yəni DƏDRXnə heç getməmişdir. Çıxarışın hazır olması barədə özü İlhama bildirmişdir ki, gedib çıxarış sənədini DƏDRX-dən götürsün, İlham özü də gedib həmin sənədi götürüb gətirərək ona vermişdir. Sonra o, həmin mənzili satmaq üçün hazırda adını xatırlamadığı bir nəfər maklerə demiş, hətta bir çox şəxsə demişdir. Sonda isə makler tərəfindən bir nəfər müştəri tapılıb gətirilmiş, bir nəfər alıcı kişi bir nəfər qadınla gəlmişdir. Özü İlhamı alqı-satqı üçün Bakı şəhərində Vergilər Nazirliyinin binasının arxa tərəfində yerləşən notariat kontoruna çağırmışdır. Orada 105 nömrəli həmin mənzil İlhamın adından adını hazırda xatırlamadığı kişiyə 80.000 ABŞ dolları dəyərində manat pulla satılmışdır. Həmin alqı-satqı prosesində o və İlham iştirak etmişdir. Mənzilin satışı zamanı müştəri tərəfindən ödənilən 80.000 ABŞ dolları dəyərində olan 136.000 manat puldan özü və İlham orada müəyyən məbləğdə vergi və sair xərclər çıxılmaqla təxminən 125.000 manat civarında pul əldə etmiş, bankın kassasından pulu İlham özü qəbul etmiş, əldə etdikləri təxminən 125.000 manat pulu özü və İlham aralarında bölmüşlər. Sonradan həmin pulu öz ehtiyaclarına xərcləmiş, İlhamın hara xərclədiyini isə bilmir. X30 tərəfindən ona verilmiş etibarnamə səlahiyyəti üzrə Çingizə məxsus həmin mənzilin satılmasında özü ilə birlikdə iştirak etmiş, mənzilin satışından əldə olunan pulları da özü və İlham öz aralarında bölüb xərcləmişlər. Çingiz Mənsimova və ya onun ailə üzvlərinə məxsus digər əmlakların özgəninkiləşdirilməsi prosesində isə İlhamın iştirakı olmamış, yalnız sözügedən 105 nömrəli mənzilin satışında iştirakı olmuşdur. Cavabdeh3 alqı-satqısını həyata keçirdikləri həmin mənzilin Çingiz Mənsimova məxsus olduğunu əvvəldən bilmiş, özü bu barədə ona demiş, hələ əvvəldən mənzilin müqaviləsini İlhamın adına keçirmə prosesində də sənədlərdə Çingizin adını və soyadını görmüş, bu barədə əvvəldən məlumatı olmuşdur. Həmin mənzilin satışından qazandıqları pulu özü və İlham öz aralarında bölmüşlər. O, İlhamı bu işi görməyə sövq etmiş, ona “narahat olma, bu iş mənlikdi, sənlik bir iş olmayacaq” deyə bildirmişdir. Həmin mənzilin Çingiz Mənsimova məxsus olduğunu da İlham mənzilə dair müqavilə onun adına rəsmiləşərkən bilmiş, Çingiz Mənsimov tərəfindən ona etibarnamə verilmiş olduğunu da özü İlhama əvvəldən demişdir. ... Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş X28 bildirmişdir ki, 2005-ci ildən "xxxx" Mənzil Tikinti Kooperativinin təsisçilərindən biridir, hazırda həmin MTK-nın sədridir. X13 tanıyır, lakin onunla özü arasında elə də yaxın şəxsi münasibət olmamışdır. Bildiyinə görə Çingiz Mənsimov "xxxx" ASC-də işləyir. Çingizlə özünün tanışlığı sədri olduğu MTK tərəfindən ünvan 6 ünvanında inşa edilmiş 18 mərtəbəli yaşayış binasının 14- cü mərtəbəsində yerləşən 4 otaqlı 106 nömrəli və 3 otaqlı 105 nömrəli mənzilləri öz adına satın alması ilə bağlı olmuşdur. Hər iki mənzillərin Çingiz Mənsimov tərəfindən alınması ilə bağlı yaşayış binasının o vaxtlar satıcısı qismində çıxış edən X29 ilə Çingiz Mənsimov arasında 18 mart 2005-ci il tarixdə müqavilələr rəsmiləşdirilmiş, lakin faktiki olaraq həmin yaşayış binası özünə aid olan "xxxx" firması tərəfindən inşa edilmiş və firma faktiki olaraq özünə məxsus olmuşdur, hazırda da firmanın rəhbəri özüdür. Sadəcə rəsmiyyətdə Adil Yusifovun adından sənədləşdirilmişdir. Çingiz Mənsimov ona 4 otaqlı mənzilə görə cəmi 120.000 ABŞ dolları, 3 otaqlı mənzilə görə isə 100.000 ABŞ dolları məbləğində müqavilələr üzrə nəzərdə tutulan pul vəsaitini ödəmişdir. O dövrdə mənzillərin hələ nömrələri qeyd olunmamışdır. 2018-ci ilin mart ayında ünvan 6 ünvanındakı həmin binanın komendantı işləyən Ramiz Həsənov ona yaxınlaşaraq bildirmişdir ki, Çingiz Mənsimov deyilənə görə ağır xəstə olduğu üçün həmin binada aldığı mənzillərdən birini təcili satmaq istəyir. Özü də eşitdiyinə görə Çingiz Mənsimovun arvadı da bir neçə il qabaq ağır xəstəlikdən öləndən sonra onun özü də nə isə bir xəstəliyə tutulmuşdur. Bildiyinə görə Çingizin bir oğlu və bir qızı da var, həmin mənzilləri də övladları üçün almışdır. Komendant Ramiz ona bildirmişdir ki, Çingiz Mənsimov özü hazırda xarici ölkədə müalicə alır, ona görə mənzilin birini satmaq barədə öz sürücüsü Cavabdeh2 əvvəldən etibarnamə üzrə səlahiyyət də vermişdir ki, sənədləşmə işini onun adından həyata keçirsin. Özü etiraz etməmiş, bildirmişdir ki, mənzili kimin adına keçirmək lazımdırsa sənədləşdirə bilər. Bundan sonra MTK-da sənədləşmə işlərinə nəzarət edən katibə xanım Nataliyaya tapşırmışdır ki, sənədləri götürüb nəzərdən keçirsin və qanuniliyini yoxlasın. Özü Cavabdeh2 əvvəldən tanımamış, onunla özünün heç bir şəxsi münasibəti də olmamışdır. Həmin vaxt da Şahin bu barədə əvvəlcə binanın komendantı Ramizə müraciət etmişdir. O, razılıq verəndən sonra Şahin və onun yanında gətirdiyi Cavabdeh4 adlı şəxs onun ofisinin yerləşdiyi Bakı şəhəri, köhnə Qaqarin körpüsü adlanan yerin yanındakı, yəni ünvan 7 ünvanına gəlmiş, özü onlarla görüşmüş, özü də Şahin tərəfindən təqdim edilən sənədləri götürüb baxmışdır. Şahinin əlində Çingiz Mənsimov tərəfindən ona bütün əmlakının idarə olunması və üzərində sərəncam verilməsi səlahiyyəti verilməsinə dair 01 dekabr 2015-ci il tarixli etibarnamə blankı olmuşdur. Şahin ona bildirmişdir ki, Çingiz müəllim mənzilin birini, yəni ünvan 6 ünvanındakı 4 otaqlı 106 nömrəli mənzili Nurlan adlı həmin şəxsə satır, onun adına keçirmək istəyir. Qanuni etibarnaməsi olduğundan etiraz etməmiş, razılıq verərək Çingiz Mənsimovun adına olan həmin 106 nömrəli 4 otaqlı mənzilin Şahinin yanında gəlmiş Cavabdeh4 adlı şəxsin adına keçirilməsinə dair 30 mart 2018-ci il tarixdə alqı-satqı müqaviləsini rəsmiləşdirmiş, mənzil Cavabdeh4 adına keçmişdir. Həmin alqı-satqı müqaviləsi "xxxx" firmasının müdiri şəxsində X8 ilə Cavabdeh4 arasında imzalanıb bağlanmışdır. Bundan sonra onlar çıxıb getmişlər. Təxminən bir ay sonra Şahin özü Nurlanın adından ona verilmiş 28 aprel 2018ci il tarixli, ünvan 6 ünvanındakı həmin mənzilin üzərində sərəncam vermək hüququna dair olan etibarnamə ilə komendant Ramizə yenə müraciət edib həmin mənzilin başqa bir şəxsin adına keçirilməklə satmaq istədiyini bildirmişdir. Komendant Ramiz də ona bu barədə deyəndən sonra o, razılıq vermişdir. Bundan sonra Şahin bir nəfər Cavabdeh5 adlı qadınla və sonuncunun tanımadığı ailə üzvləri ilə onun yanına gələrək həmin mənzilin Səfiyyə xanım tərəfindən alınmaq istədiyini bildirmiş və mənzilin onun adına keçirilməsi üçün müqavilə bağlamağı xahiş etmişdir. O, də yenə Şahinin əlində etibarnamə sənədinin olduğunu nəzərə alıb etiraz etməmiş, rəsmiləşməyə icazə vermiş və eyni qaydada "xxxx" firmasının müdiri şəxsində X8 ilə Cavabdeh5 arasında 01 may 2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Beləcə firmada ünvan 6 ünvanındakı 106 nömrəli həmin mənzil Cavabdeh5 adına keçirilmişdir. Həmin rəsmiləşmə üçün Cavabdeh4 arvadı olan X25 da "xxxx" firmasına notarial təsdiqlənmiş razılıq ərizəsini təqdim edərək mənzilin satılmasına və ya digər şəxsin adına keçirilməsinə etirazı olmadığını bildirmişdir. Hazırda da Cavabdeh5 adlı həmin qadın qeyd olunan ünvanda yaşamaqdadır, bildiyinə görə mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədi də almışdır. ... Məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivi, döngə 6, nömrəsiz fərdi evdə atası X26, həyat yoldaşı X6 ilə və üç azyaşlı uşaqları ilə birlikdə yaşayır, fərdi qaydada taksi sürücülüyü ilə məşğul olur. Cavabdeh2 ilə tanışlığı atası Sabir vasitəsilə olmuşdur. Təxminən 2016-cı ildə öz ailəsi ilə birgə yaşamaq üçün Bakı şəhəri köhnə «İnqilab» küçəsi, hazırki Həsən Əliyev küçəsində, yaxud ona yaxın bir ərazidə mənzil almaq qərarına gəlmişdir, Həmin günlərdə atası Sabir ona bildirmişdir ki, tanıdığı Cavabdeh2 həmin ərazidə öz mənzilini satışa qoyub, mənzili 50.000 ABŞ dollarına satır. Atasının deməsinə görə Şahinin satmaq istədiyi həmin mənzil Bakı şəhəri Azadlıq prospektində 5 mərtəbəli binada yerləşmiş, Həsən Əliyev küçəsinə də yaxın olmuşdur. Atası ona məsləhət görmüşdür ki, Şahinlə görüşüb həmin mənzilə baxsın. Bir iki gün ərzində özü və atası Sabir Şahinlə Bakı şəhəri Nəsimi bazarı yanındakı çayxanada görüşmüşlər. Aralarındakı söhbət zamanı Şahin ona bildirmişdir ki, satmaq istədiyi həmin mənzil özünündür, müdiri həmin mənzili onun uşağına hədiyyə edib, hazırda uşağını İrana aparıb müalicə etdirmək istəyir, ona görə pula ehtiyacı olduğundan mənzili bir qədər ucuz 50.000 ABŞ dollarına təcili satmaq fikrindədir, mənzilin fotoşəkilləri və videogörüntüsü Şahinin özündə olduğu üçün elə həmin yerdə fotoşəkilləri və videogörüntüsünü göstərmiş, baxıb mənzili bəyənmişdir. Ona görə də atası Sabirin iştirakı ilə Şahinlə həmin mənzilin qiyməti barədə söhbət etmiş, Şahinə son qiymət olaraq 45.000 ABŞ dolları pul təklif etmiş, o da razılaşmışdır. Bir neçə gün sonra Şahinlə görüşmüş, Şahin onu və atasını mənzilə baxmağa aparmışdır. Mənzilə baxıb bir daha bəyənmiş və Şahinlə alqı-satqı etmək üçün gün təyin etmişlər. Həmin mənzil Bakı şəhəri Azadlıq prospekti ev 89A-da yerləşən 29 nömrəli mənzil olmuş, 2 otaqdan 3 otağa düzəldilmiş, təmiri də zəif olmuşdur. Bir neçə gün sonra o və atası Şahinlə birlikdə Bakı şəhərində Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsinə yaxın yerləşən notariat kontoruna getmiş, lakin orada hansısa səbəbdən rəsmiləşmə edə bilməmişlər. Ona görə də həmin yerdən çıxıb Bakı şəhərində Elmlər Akademiyası metrostansiyasına yaxın olan 50 nömrəli notariat kontoruna getmişlər, orada Şahinlə onun arasında həmin mənzilə dair alqı- satqı müqaviləsi bağlanmış, səhv etmirsə alqı-satqıya Şahinin həyat yoldaşı olan adını bilmədiyi bir qadın da gəlmişdir. O, həmin mənzilə görə Şahinə 45.000 ABŞ dolları pul ödəyib mənzili müqavilə ilə almışdır. Həmin gün mənzilə dair mülkiyyət hüququnun qeydə alınması üçün çıxarış sənədi almaq üçün sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ərazi idarəsinə də təqdim etmişdir. Təxminən iki həftə sonra Şahin ona zəng edib bildirmişdir ki, onunla görüşmək istəyir, nə isə işi var. O, nə barədə işi olmasını soruşanda Şahin ona demişdir ki, mənzili satanda onun atasına da demişdir ki, pul tapa bilsə ona pulu qaytarıb həmin mənzili yenidən geri alacaqdır. O, Şahinin bu sözü ilə razılaşmamış, çünki mənzili öz ailəsi ilə yaşamaq üçün almış, satmaq məqsədi olmamışdır. O, bu barədə atasından da zəng edib soruşmuş, atası isə xatırlayaraq ona demişdir ki, Şahin ona bu formada yox, başqa formada demişdir ki, əgər gələcəkdə mənzili satsanız, mənim də pulum olsa həmin mənzili yenidən mən özüm alaram. Həmin günlərdə Şahin özü dəfələrlə xahiş etmişdir ki, mənzili ona geri satsın, mənzil onun uşağına hədiyyə olunmuş mənzildir. Hətta Şahinin tanıdığı bir nəfər Sərdar adlı şəxs də ondan bu barədə xahiş etmişdir ki, Şahin əlavə 5000 manat artıq pul da verir və mənzili ona geri satsın. Atası da ona Şahinin xahişinə əsasən bu barədə bildirmişdir. Nəhayət özü razılaşmış, mənzili yenidən Şahinə alqı-satqı etməklə öz pulunu ondan geri götürmək qərarına gəlmişdir. Şahin onun 45.000 ABŞ dolları pulunu ona geri qaytarmış, əlavə heç bir pul ondan almamış, birlikdə Bakı şəhərində Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsinə yaxın yerləşən notariat kontoruna getmişlər. Həmin vaxt Şahin oraya Sərdar adlı həmin dostu ilə, özünün qaynı olan bir nəfər kişi ilə və onun arvadı olan qadınla gəlmiş, lakin onların adlarını bilməmişdir. Sərdar adlı dostu isə heç gəldikləri avtomobildən düşməmişdir. Şahin bildirmişdir ki, mənzili onun qaynı olan həmin kişinin adına alqı-satqı etsin. O, nə üçün mənzili həmin şəxslə alqı-satqı etməsini istədiyini soruşanda Şahin yenə demişdir ki, mənzil onsuz da öz uşağının mənzilidir, sadəcə dayısının adına rəsmiləşdirmək istəyir. Orada mənzili yenidən Şahinin qaynı kimi təqdim etdiyi həmin kişinin adına alqı-satqı etmiş və öz 45.000 ABŞ dolları pulunu götürüb getmişdir. Bundan sonra Şahinlə heç bir əlaqəsi, danışığı və sövdələşməsi olmamışdır. Təxminən 2-3 il keçəndən sonra Bakı şəhərində Həsən Əliyev küçəsində «Kral» şadlıq evinin yanında Şahinlə təsadüfən görüşmüş, özünün taksi sürücülüyü ilə məşğul olmağını bilib Şahin ondan xahiş etmişdir ki, onu taksi maşını ilə sərnişin kimi Bakı şəhəri köhnə Qaqarin körpüsü adlanan yerin yanına aparıb düşürsün. Həmin ünvana Şahini avtomobilində aparanda Şahin ondan ev alıb- almadığını soruşmuş, o isə ev tapa bilmədiyini demişdir. Həmin vaxt Şahin ona demişdir ki, dayısının Nardaranda bağ evi var, dayısı hazırda xarici ölkədə yaşayır, yaxşı maddi imkanı var, həmin bağ evini dayısı təcili satmaq istəyir. Şahin demişdir ki, istəsə danışar, həmin bağ evini ona bir qədər ucuz təşkil edə bilər. Bir-iki gün sonra Şahin ona zəng edib bildirmişdir ki, həmin bağ evini dayısı ucuz satır və təklif etmişdir ki, bağ evini alsın, lap alıb sonra baha da sata bilər. Şahin demişdir ki, bağ evinin torpağının sahəsi sənəddə 22 sotdur, lakin faktiki bir qədər artıqdır, evin özünün də sənədi vardır, qiyməti isə 40.000 ABŞ dollarıdır.O, evdə Şahinin təklifi barədə atasına da demiş, atası da bundan xəbəri olduğunu, Şahinin ona da bu barədə dediyini bildirmişdir. Atası ilə belə qərara gəlmişlər ki, həmin bağ evinə gedib baxsınlar. Şahinlə biriki gün ərzində görüşmüşlər, Şahin onu və atasını Nardarandakı həmin bağ evinə baxmağa aparmışdır. Həmin bağ evi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağları, 899v/19 ünvanda yerləşən bağ evi olmuşdur. O, bağ evinə baxıb bəyənmiş, bağ evini almaq qərarına gəlmişdir. Təxminən bir həftə sonra Şahinlə bağ evinə görə qiymətdə 35.000 ABŞ dollarına razılaşmışdır. Bir neçə gündən sonra atası və Şahinlə birlikdə bağ evini alqı-satqı etmək üçün Bakı şəhəri Nəsimi rayonunda Bakıxanov prospektinə yaxın olan notariat kontoruna getmiş və orada Şahinlə onun arasında həmin bağ evinə dair alqısatqı müqaviləsi rəsmiləşdirilmiş, Şahinə 35.000 ABŞ dolları pul ödəyib həmin bağ evini almışdır. ... Cinayət işinin materiallarına əlavə edimiş məhkəmə-əmtəəşünaslıq və tikintitexniki ekspertizasının xx.xx.2021-ci il tarixli 113 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən 89 a saylı evin 29 saylı mənzilinin hazırkı Respublika daxili orta bazar qiyməti 97180,00 manat, 2016-cı ilin noyabr ayına olan orta bazar qiyməti isə 78219,36 manat təşkil edir. Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsində yerləşən 9A saylı evin, ümumi sahəsi 176,9 kvadratmetr olan 106 saylı mənzilinin hazırki Respublika daxili orta bazar qiyməti 413946,0 manat, 2018-cİ ilin mart ayına olan orta bazar qiyməti isə 309992,5 manat təşkil edir. Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsində yerləşən 9A saylı evin ümumi sahəsi 137.4 kavdrat metr olan 105 saylı mənzilinin hazırki Respublika daxili orta bazar qiyməti 321516,0 manat, 2019-cu ilin fevral ayına olan orta bazar qiyməti isə 232714,4 manat təşkil edir. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağlar sahəsində yerləşən, ümumi sahəsi 313,72 kvadrat metr olan 899v/19 nömrəli bağ evinin həyətyanı torpaq sahəsi ilə birlikdə 2019-cu il və hazırki Respublika daxili orta bazar qiyməti 144311,2 manat (313.72x460 manat) təşkil edir. ... Məhkəmə istintaqı zamanı təkzibedilməz sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Cavabdeh2 01 dekabr 2015-ci il tarixdə Bakı şəhəri 2 saylı Dövlət Notariat kontorunda İddiaçı tərəfindən öz adına 20 illik müddətə etibarnamə sənədinin rəsmiləşdirilməsinə nail olduqdan sonra İddiaçı ona etibar etdiyi həmin səlahiyyətlərdən öz xeyrinə sui-istifadə etməklə həmin etibarnamə əsasında İddiaçı gizli, onun xəbəri və məlumatı olmadan hərəkət edərək sonuncuya məxsus Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 04.06,2015-ci il tarixdə İddiaçı verilmiş **********21- 05101-093024 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə 48 kvadratmetr ümumi sahəyə malik, ünvan 2 ünvanında yerləşən, 2016-cı ilin noyabr ayına orta bazar qiyməti ilə dəyəri 78.219 manat 36 qəpik təşkil edən yaşayış sahəsini 09 noyabr 2016-cı il tarixdə Bakı şəhəri 50 saylı Notariat kontorunda daşınmaz əmlakın alqı-satqı müqaviləsi rəsmiləşdirməklə həmin müqavilə əsasında Cavabdeh1 sataraq əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməklə zərərçəkmiş şəxs İddiaçı 78.219 manat 36 qəpik məbləğində külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bunda başqa, 01 dekabr 2015-ci il tarixdə Bakı şəhəri 13 saylı Dövlət Notariat kontorunda Çingiz Mənsimov tərəfindən öz adına 20 illik müddətə etibarnamə sənədinin rəsmiləşdirilməsinə nail olduqdan sonra Çingiz Mənsimovun ona etibar etdiyi həmin səlahiyyətlərdən öz xeyrinə sui-istifadə etməklə həmin etibarnamə əsasında Çingiz M ən si m ovdan gizli, onun xəbəri və məlumatı olmadan hərəkət edərək sonuncuya məxsus və xx.xx.2010-cu il tarixli AB383092 nömrəli şəhadətnamə əsasından Çingiz Mənsimovun adına qeydə alınmış, 2017-ci ilin iyul ayına orta bazar qiyməti ilə dəyəri 42.000 manat təşkil edən “Toyota Land-Cruiser Prado’’ markalı **-XR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 11 iyul 2017-ci il tarixdə alqı-satqı müqaviləsi üzrə X4 sonuncunun adına rəsmiləşdirib əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməklə zərərçəkmiş şəxs Çingiz Mənsimova 42.000 manat məbləğində, həmçinin bu məqsədlə eyni üsulla Çingiz Mənsimovun ona etibar etdiyi həmin səlahiyyətlərdən öz xeyrinə sui-istifadə etməklə həmin etibarnamə əsasında Çingiz Mənsimovdan gizli, onun xəbəri və məlumatı olmadan hərəkət edərək sonuncuya məxsus, "xxxx" firmasının ünvan 3 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasından 18 mart 2005-ci il tarixli müqavilə əsasında Çingiz Mənsimovun adına alınmış, həmin binanın 1-ci giriş, 14-cü mərtəbəsində yerləşən, 176.9 kvadratmetr ümumi sahəyə malik, 2018-ci ilin mart ayına orta bazar qiyməti ilə dəyəri 309.992 manat 50 qəpik təşkil edən dörd otaqlı 106 nömrəli mənzili "xxxx" firmasında 30 mart 2018-ci il tarixdə Çingiz Mənsimovun adından əvvəlcə müqavilə sənədi üzrə Cavabdeh4 adına, bundan sonra isə Cavabdeh4 adından müqavilə sənədi üzrə 01 may 2018-ci il tarixdə Cavabdeh5 adına rəsmiləşdirib sataraq əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməklə zərərçəkmiş şəxs Çingiz Mənsimova 309.992 manat 50 qəpik məbləğində, həmçinin bu məqsədlə eyni üsulla Çingiz Mənsimovun ona etibar etdiyi həmin səlahiyyətlərdən özünün və tanışı Cavabdeh3 xeyrinə sui-istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Cavabdeh3la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarındakı cinayətkar razılaşmaya əsasən həmin etibarnamə əsasında Çingiz Mənsimovdan gizli, onun xəbəri və məlumatı olmadan hərəkət edərək sonuncuya məxsus, "xxxx" firmasının ünvan 3 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasından 18 mart 2005-ci il tarixli müqavilə əsasında Çingiz Mənsimovun adına alınmış, həmin binanın 2-ci giriş, 14-cü mərtəbəsində yerləşən, 137.4 kvadratmetr ümumi sahəyə malik, 2019-cu ilin fevral ayına orta bazar qiyməti ilə dəyəri 232.714 manat 40 qəpik təşkil edən üç otaqlı 105 nömrəli mənzili "xxxx" firmasında 04 fevral 2019-cu il tarixdə Çingiz Mənsimovun adından əvvəlcə müqavilə sənədi üzrə Cavabdeh3 adına rəsmiləşdirilməsinə, bundan sonra Cavabdeh3 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixdə **********39-05301-093109 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədi əldə etməyə nail olaraq həmin mənzili Cavabdeh3la qabaqcadan əlbir olan bir qrup şəxs halında 03 avqust 2019-cu il tarixdə Bakı şəhəri 53 saylı Notariat ofisində rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında Cavabdeh7 sataraq əldə etdikləri pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməklə zərərçəkmiş şəxs Çingiz Mənsimova 232.714 manat 40 qəpik məbləğində, həmçinin bu məqsədlə eyni üsulla Çingiz Mənsimovun ona etibar etdiyi həmin səlahiyyətlərdən öz xeyrinə sui-istifadə etməklə həmin etibarnamə əsasında Çingiz Mənsimovdan gizli, onun xəbəri və məlumatı olmadan hərəkət edərək sonuncuya məxsus, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X12 verilmiş **********68-11301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə 313,72 kvadratmetr ümumi sahəyə malik, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağlan, 899v/19 ünvanında yerləşən, həyətyanı torpaq sahəsi ilə birlikdə 2019-cu İl tarixə orta bazar qiyməti ilə dəyəri 144.311 manat 20 qəpik təşkil edən fərdi bağ evini 05 fevral 2019-cu il tarixdə Bakı şəhəri 13 saylı dövlət Notariat Ofisində rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 sataraq əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməklə zərərçəkmiş şəxs Çingiz Mənsimova 144.311 manat 20 qəpik məbləğində, ümumilikdə isə zərərçəkmiş şəxs Çingiz Mənsimova 729.018 manat 10 qəpik məbləğində xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. ... Məhkəmə istintaqı zamanı təkzibedilməz sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Cavabdeh3 01 dekabr 2015-ci il tarixdə Bakı şəhəri 13 saylı Dövlət Notariat kontorunda Çingiz Mənsimov tərəfindən öz adına 20 illik müddətə etibarnamə sənədinin rəsmiləşdirilməsinə nail olduqdan sonra Cavabdeh3 və Cavabdeh2 sonuncuya Çingiz Mənsimovun etibar etdiyi həmin səlahiyyətlərdən özlərinin xeyrinə sui-istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək barədə aralarındakı cinayətkar razılaşmadan irəli gələrək həmin etibarnamə əsasında Çingiz Mənsimovdan gizli, onun xəbəri və məlumatı olmadan hərəkət edən Cavabdeh2lə birlikdə Çingiz Mənsimova məxsus, "Kapitol” firmasının ünvan 3 ünvanında İnşa etdiyi çoxmərtəbəli yaşayış binasından 18 mart 2005-ci il tarixli müqavilə əsasında Çingiz Mənsimovun adına alınmış, həmin binanın 2-ci giriş, 14-cü mərtəbəsində yerləşən, 137.4 kvadratmetr ümumi sahəyə malik, 2019-cu ilin fevral ayına orta bazar qiyməti ilə dəyəri 232.714 manat 40 qəpik təşkil edən üç otaqlı 105 nömrəli mənzili "xxxx" firmasında 04 fevral 2019-cu il tarixdə Çingiz Mənsimovun adından əvvəlcə müqavilə sənədi üzrə öz adına satılmasının rəsmiləşdiriiməsinə nail olmuş, bundan sonra Cavabdeh3 öz adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixdə **********39-05301- 093109 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququnu təsdiq edən çıxarış sənədi əldə etməklə həmin mənzili Cavabdeh2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında 03 avqust 2019-cu il tarixdə Bakı şəhəri 53 saylı Notariat ofisində rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi əsasında Cavabdeh7 sataraq Cavabdeh2lə birlikdə əldə etdikləri pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməklə zərərçəkmiş şəxs Çingiz Mənsimova 232.714 manat 40 qəpik məbləğində külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. ... Məhkəmə baxışı zamanı mülki İddiaçı mülki cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 50 saylı Dövlət Notariat Kontorunda 09 noyabr 2016-cı il tarixdə mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 89a, mənzil 29 etibarnamə əsasında Cavabdeh2 və Cavabdeh1 aralarında bağlanmış alqı-satqı müqaviləsi; "xxxx" firması tərəfindən inşa edilmiş mərhum X16 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, 9a saylı evin 106 saylı mənzilinin Cavabdeh2 etibarnamə əsasında 30 mart 2018ci il tarixdə Cavabdeh4 satılmasına dair alqı-satqı müqaviləsi, bundan sonra 01 may 2018ci il tarixdə sonuncu ilə X5 arasında bağlanmış alqı-satqı müqaviləsi; "xxxx" firması tərəfindən inşa edilmiş mərhum X16 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, 9a saylı evin 105 saylı mənzilinin Cavabdeh2 etibarnamə əsasında 04 fevral 2019- cu il tarixdə Cavabdeh3 satılmasına dair alqı-satqı müqaviləsi; Bakı şəhəri 53 saylı DNK-da 03 avqust 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, 9a saylı evin 105 saylı mənzilinə dair İ.X3 aralarında bağlanmış alqısatqı müqaviləsi, Bakı şəhəri 13 saylı DNK-da 05 fevral 2019-cu il tarixdə mərhum atası X11 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağları, 899v/19 ünvanda yerləşən bağ evinin etibarnamə əsasında Cavabdeh2 və Cavabdeh1 aralarında bağlanmış alqı-satqı müqaviləsi və Abşeron rayonu 1 saylı DNK-da mərhum atası Ç.Mənsimova məxsus olan «Toyota LandKruizer» markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomaşının etibarnamə əsasında Ş.X1 aralarında 11 iyul 2017-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilmələrini və yuxarıda sadalanan daşınar və daşınmaz əmlakların onun özünə qaytarılmasını xahiş etmişdir. Məhkəmə mülki iddianı və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, mülki İddiaçı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 72-ci bəndinə əsasən, əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqdiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirilməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırılmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviriəsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Hazırki cinayət işi üzrə irəli sürülmüş ittihama görə təqsirləndirilən şəxslər Cavabdeh2 və Cavabdeh3 etibardan sui-istifadə etmə yolu ilə zərərçəkmiş şəxslər X12 və İddiaçı məxsus daşınar və daşınmaz əmlakları ayrı-ayrı şəxslərə sataraq əldə etdikləri pul vəsaitlərini öz şəxsi ehtiyaclarına xərcləməklə zərərçəkmiş şəxslərə cəmi 807.237 manat 10 qəpik məbləğində ziyan vuraraq dələduzluq etmişlər”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hazırkı iddia tələbinin hüquqi əsasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, əldə edən şəxs(lər) özünün vicdanlı əldə edən olmasını isbat etməli deyil, əksinə, şəxsin vicdanlı əldə edən olmadığını iddia edən tərəf sübuta yetirməlidir. Vicdanlı olmama faktının isbatı üçün əldə edən şəxsin əmlakı və ya hüququ əldə etməsinə mane olan halı bilməsi və ya bilmək üçün ondan gözlənilən diqqəti göstərməməsinin sübut olunması tələb edilir ki, iddiaçı nəyinki belə sübut növü təqdim etməmiş, hətta iddiaçının nümayəndəsi və vəkili özü məhkəmə iclasında cavabdehlərin vicdanlı alıcı olmalarını izahatında ifadə etmiş və iddiaçının cavabdehlərlə “hər hansı probleminin olmamasını” bildirmişdir. "S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunlugunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı üçün onun etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və ya bilməli olmalı, buna baxmayaraq əqdi bağlamalıdırlar. Hazırkı halda alıcıların bağladıqları əqdlərə münasibətdə vicdanlı olması və müqavilələr bağlanarkən əqdin legitimsizliyi barədə onlarda hər hansı şübhə olmadığı iş materialları ilə təkzib olunmur. Məhkəmə hesab edir ki, qeyd olunanların əksini sübut etmək alıcıların deyil, əqdi mübahisələndirən iddiaçının vəzifəsidir. "Könül Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, “ ... əmlakın üçüncü şəxsə keçməsində mülkiyyətçinin birbaşa və ya dolayısı iştirakının olmaması, əldə edənin (vicdanlı sahibin) əmlakla bağlı hüquqlarının yaranmasının əsasının isə onun mülkiyyətçisi ilə bağlanan əqddən törənən əlaqələrə söykənməməsi, onun mülkiyyətçiyə geri qaytarılmasına məhdudiyyət qoyan təminatın əqdin etibarsız hesab edilməsi ilə bağlı iddia ilə dəf olunmasını istisna edir. Vicdanlı sahibin xoşniyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. "N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarında qeyd edilir ki, “ ... mülkiyyət hüququnun toxunulmazlığına dair konstitusiya prinsipi qanunla müəyyən olunmuş qaydada belə hüququ əldə etmiş və müvafiq qaydada rəsmi qeydə aldırmış şəxslərin mülkiyyət hüququ ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə rəsmi reyestrdə qeydə alınmış daşınmaz əmlak mülkiyyətçisi yalnız o halda vicdansız hesab edilir ki, bu qeydə dair etiraz əvvəlcədən reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyri-dəqiq olmasını bilsin”. Mülki qanunvericiliyə əsasən əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Hər hansı əqdin etibarlılığı üçün isə, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. İş materialllarından görünür ki, mübahisəli əmlaklara dair alqı-satqı müqavilələri bağlanarkən, müqavilələrin bağlanması ilə əlaqədar qanunvericiliyin tələblərinə riayət edilmiş, hər-hansı nöqsana yol verilməmişdir. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. Bakı Ağir Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-175/2022 saylı hökmündə göstərilmişdir ki, cinayət işinin materiallarında olan etibarnamənin surətindən görünür ki, “ ... 01 dekabr 2015-ci il tarixdə Bakı şəhəri 2 saylı Dövlət Notariat kontorunda İddiaçı tərəfindən Cavabdeh2 İddiaçı məxsus harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bütün şəxslərdən müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, imza etməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərinin bütünlükdə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək hüququ ilə bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri və cinayət işlərini aparmağı, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, adından imza etməyi, iddia ərizəsini imzalamağı, ərizə tərtib və təqdim etməyi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmək səlahiyyətlərinin verilməsinə dair 20 illik müddətə etibarnamə sənədi rəsmiləşdirilmişdir. Həmçinin, cinayət işinin materiallarında olan etibarnamənin surətindən görünür ki, 01 dekabr 2015-ci il tarixdə Bakı şəhəri 13 saylı Dövlət Notariat kontorunda X20 tərəfindən Cavabdeh2 Çingiz Mənsimova məxsus harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, Azərbaycan Respublikasının bütün banklarında onu təmsil etməyi, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, onun adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmək səlahiyyətlərinin verilməsinə dair 20 illik müddətə etibarnamə sənədi rəsmiləşdirilmişdir”. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınar və daşınmaz əmlakların iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınar və daşınmaz əmlakların iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2154/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2154/2024
07.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver