Məhkəmə qərarları › İş №2(001)-2192/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2192/2022

25.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2192/2022 25.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh X4 iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı X3rşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istismarlarında olan Binəqədi Bakı Dş-200 mm.-lik yeraltı magistral neft kəmərinin 4-cü km.-liyində, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 10 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəsi-1, mən.55 ünvanında cavabdeh tərəfindən inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evinin hasarın və digər tikinti-quraşdırmanın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının bank hesabına tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X6 iddia ərizəsinə etiraz təqdim edərək sözügedən tikilinin onun deyil, X1 xüsusi mülkiyyətində olduğunu bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 30 dekabr 2014-cü il tarixli, 236/a saylı qərarından görünür ki, sözügedən torpaq sahəsi X2 ayrılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə göstərilənlərə münasibətdə bildirdi ki, iddiaçının əməkdaşları tərəfindən ərizədə göstərilən əraziyə baxış keçirilərkən cavabdeh X6 özünü sözügedən tikilinin sahibi kimi təqdim etdiyindən o, hazırki iddia üzrə cavabdeh kimi cəlb edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin kimliyi iddiaçı tərəfindən dəqiqləşdirilmədiyindən, habelə, hazırki iddianın cavabdehə aidiyyəti müəyyən edilmədiyindən, iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0, 261.0.1-ci maddələrinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ M: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı X3rşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar