Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2216/2020 26.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, ərizəçi X2 iştirakı ilə, xx xxxxxxx 1958-ci il tarixdə anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə X2 ərizəsinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 ərizə ilə məhkəməyə müraciət edərək anası - xx xxxxxxx 1958-ci il tarixdə anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X5 ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, X9 onun anasıdır. Tərlan Quliyeva uzun müddətdir ki, xəstədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı KPX-da dəfələrlə stasionar müalicələrdə olmuş, ona “şizofreniya paranoid forma” diaqnozu qoyulmuşdur, ruhi xəstəlikdən əziyyət çəkir, uzunmüddətli müalicələrdə olsa da, səhhətində irəliləyiş olmamışdır. Anası ikinci qrup əlil olmaqla əmək qabiliyyətsizdir, kənar şəxsin qulluğuna ehtiyacı vardır. Öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyətinə malik deyildir, hərəkətlərinin mənasını anlaya bilmir, kənar şəxsin köməyi olmadan sərbəst qərarlar qəbul etmək imkanı yoxdur. Sonda Ş.B.Quliyeva məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Şəlalə Bəxtiyar qızının anasıdır bacısıdır. - Azərbaycan Respublikası Əmək və X10 Nazirliyinin arayışından görünür ki, X9 İİ qrup əlildir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı X3 tərəfindən verilmiş çıxarışlardan görünür ki, 1958-ci il təvəllüdlü X7 “şizofreniya paranoid forma” diaqnozu qoyulmuşdur. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq D.M.Məmmədovanın psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Ambulator məhkəmə - psixatrik ekspertizasının xx xxxx 2020-ci il tarixli, 1253 saylı rəyində qeyd olunmuşdur ki, X6 şizofreniya paranoid forma xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar – 1998-ci ildən psixi xəstəlikdən əziyyət çəkməsi, ambulator və stasionar qaydada müalicə olunması, “Şizofreniya paranoid forma” diaqnozu ilə 2 nömrəli X3 və Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olması, psixi xəstəliyi ilə əlaqədar İİ qrup əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər – ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloqik olmaı, autikliyi, sayıqlama fikirləri aşkar etməsi, maraq dairəsinin məhdudluğu, emosional – iradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və s. sübut edir. X6 şizofreniya paranoid forma xroniki psixi xəstəliyi qeyd olunur. O, psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarına malik deyil. Onun psixi vəziyyəti fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X2 xahişi təmin edilsin. xx xxxxxxx 1958-ci il tarixdə Füzuli rayonunun Horadiz kəndində anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-2216/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2216/2020
26.08.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver