Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2302/2021 07.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə Ərizəçi qızı 14.12.1994-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi qızı 14.12.1994-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, onun qızı 14.12.1994-cü il təvəllüdlü X5 uzun müddətdir ki, xəstədir və uşaq serebral iflici xəstəliyindən əziyyət çəkir. Dəfələrlə müalicələrdə olmuş, lakin nəticəsi olmamış və onun qızına uşaq serebral iflici, əqli və fiziki inkişafın geriliyi diaqnozu qoyulmuşdur. Uzun müddətli müalicələrdə olsa da övladında yaxşılaşma halı baş verməmişdir. X4 Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ümumi xəstəlik üzrə İ qrup əlillik dərəcəsi verilmiş, övladı əmək qabiliyyətsiz olmaqla kənar şəxsin qulluğuna ehtiyacı vardır. Onun qızı 15 saylı poliklinikada qeydiyyatdadır. X5 müddətsiz İ qrup əlil olamqla əmək qabiliyyətsizdir, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir, kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanları yoxdur, həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirmək imkanlarına malik deyildir. Qızı öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyətinə malik deyildir, hərəkətlərinin mənasını anlaya bilmir, kənar şəxsin köməyi olmadan sərbəst qərarlar qəbul etmək imkanları yoxdur, öz hərəkətlərini idarə edə bilmir. X4 o, baxır və qulluq edir. X4 qəyyum təyin edilməsi barədə o, İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, lakin ona ilk növbədə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Onun qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi gələcəkdə qızının hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Ona görə də 14.12.1994-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Bakı şəhəri Nizami rayonu VVAQ tərəfindən verilmiş XVİİİ-ЖГ seriyalı № 460889 saylı 29.12.1994-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 14.12.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası X6, anası Ərizəçidır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 15 №-li poliklinikanın 09.12.2020-ci il tarixli ambulator kartadan çıxarışdan müəyyən olunur ki, 14.12.1994-cü il təvəllüdlü X4 uşaq serebral iflici, mikrosefoliya, əqli və fiziki inkişafın geriliyi diaqnozu qoyulmuş, xəstənin danışıq, nitq qabiliyyəti yoxdur, kənar şəxsin qulluğuna daima ehtiyacı vardır. Azərbaycan Respublikası ƏƏSMN 6 №-li Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 № 091113 saylı arayışının surətindən müəyyən olunur ki, 1994-cü il təvəllüdlü X5 ümumi xəstəlikdən İ qrup əlildir, əmək qabiliyyətsizdir və kənar şəxsin qulluğuna ehtiyacı vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının 14.04.2021-ci il tarixli 783 saylı rəyindən müəyyən olunur ki, X3 ağır əqli gerilik davranış pozuntuları ilə müəyyən edilir. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X5 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, 14.12.1994-cü il təvəllüdlü X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını tam dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığı araşdırma zamanı təsdiq olunduğundan ərizə təmin edilərək 14.12.1994-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. 14.12.1994-cü il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2302/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2302/2021
07.05.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver