Məhkəmə qərarları › İş №2(001)-2305/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2305/2021

15.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2305/2021 15.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi İddiaçıların nümayəndəsi Hüseynzadə Vüqar Nadir oğlunun, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh X3 qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh X3 qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin yetkinlik yaşına çatmayan övladı X5 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Mircəlal küçəsi, ev 121, 81 saylı mənzildən istifadə hüquqlarına 7000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçıların nümayəndəsi, vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, cavabdeh X2 yetkinlik yaşına çatmayan övladı X5 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Mircəlal küçəsi, ev 121, 81 saylı mənzildən istifadə hüquqlarına kompensasiya verilməklə və həmin kompensasiyanın ödənilmiş 25200 mant pul məbləği ilə əvəzləşdirilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Elektron məhkəmə sistemindən görünür ki, xx.xx.2019-cu il tarixindən iddiaçılar İddiaçı4 və İddiaçı2 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına daxil olmuşdur. Hal-hazırda 2(001)- 97/2021 iş nömrəsi altında Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin icraatındadır. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi, vəkil izhatında bildirmişdir ki, onun bu mübahisənin mövcud olmağından xəbəri olmamışdır və mülki işin baxılmamış saxlanmasına etiraz etmir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi həmin iddiadan xəbəri olmadıqlarını və bu yaxınlarda məhkəmə iclası barədə sms bildiriş aldıqlarını və mülki işin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirmişdir. İddia ərizələrinin müqayisəli təhlilindən görünür ki, mübahisə eyni mənzil barəsindədir və eyni əsasla istifadə hüququnun itirilməsindən söhbət gedir. Kompensasiya məbləğinin artırılması və ya azaldılması iddianın obyekti deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli Plenum Qərarında qeyd olunmuşdur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Bundan başqa hazırki iddia ərizəsində iddiaçıların sayının digər işdə olan iddiaçıların sayından çox olması da mübahisənin eyni tərəflər arasında olmasını istisna etmir. Belə ki, hazırki iddiada, digər mülki işdə olan iddiaçılar da mübahisəli mənzilə dair orderdə adları qeyd olunan şəxslərdir. Yəni iddiaçıların sayı iddianın mahiyyəti baxımından əhəmiyyət kəsb etmir. Eyni zamanda məhkəmənin icraatında olan mülki işlərin mahiyyət baxımından eyni olduğu nəzərə alınarsa, mülki işin baxılmamış saxlanılması halında qəbul ediləcək məhkəmə qətnamələri arasında ziddiyət yarada bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəmənin icratında artıq mülki iş olduğundan hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa iddia ərizəsi baxılmamış saxlanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh X3 qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar