Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2308/2023 14.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə və “tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, qızı xx.xx.2000ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X1 anasıdır. O, anadangəlmə əlildir, 2-ci dərəcəli əlil kimi pensiya alır, öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinədən xx.xx.2018ci ildə keçmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının mayinəyə dair məlumat vərəqəsinə əsasən qızı X3 “perinata hipoksik travmatik ensefalopatiyanın qalığı”, “yüksək dərəcəli 2 tərəfli lal-karlıq (sağ tərəfi İV dərəcəli, sol tərəfi karlıq)”, “eşitmənin konduktiv və neyrosensor itirilməsi”, “sinir-psixi inkişafının çox geri qalması”, “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu”, “dəqiqləşdirilməmiş xroniki qastrit” və “ətrafla ünsiyyətin müxtəlif səslər çıxarılmaqla olur” diaqnozu qoyulmuşdur. Qızının daimi qulluğa ehtiyacı olduğundan o ailəsi ilə birgə yaşayır. O, özünü müstəqil idarə edə bilmir, müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə qadır deyildir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verib, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 Ərizəçi xx.xx.2000-ci il təvəllüdlü qızı X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsinin təmin edilib-edilməsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 887561 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 14 mart 2000-ci il təvəllüdlü X1 atası X4, anası isə Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi barədə Arayışından görünür ki, 14 mart 2000-ci il təvəllüdlü X6 ikinci dərəcəli əlildir, ona “perinata hipoksik travmatik ensefalopatiyanın qalığı”, “yüksək dərəcəli 2 tərəfli lal-karlıq (sağ tərəfi İV dərəcəli, sol tərəfi karlıq)”, “eşitmənin konduktiv və neyrosensor itirilməsi”, “sinir-psixi inkişafının çox geri qalması”, “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu”, “dəqiqləşdirilməmiş xroniki qastrit” və “ətrafla ünsiyyətin müxtəlif səslər çıxarılmaqla olur” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 04 may 2023-cü il tarixli 1219 saylı rəyindən görünür ki, X2 “orta dərəcəli əqli gerilik, davranış pozuntuları”aşkar olunur. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. X1 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır.. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etməyən və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarına malik olmayan şəxsdir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Beləliklə, məhkəmə hesab edir ki, 14 mart 2000-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 14 mart 2000-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2308/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2308/2023
14.06.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver