Məhkəmə qərarları › İş №2(001)-2320/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2320/2020

07.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2320/2020 07.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, İddiaçı, onun vəkili X9, Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X15, Bakı şəhəri 26 saylı Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və digər sənədlərin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X15, Bakı şəhəri 26 saylı Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 26 saylı Notariat ofisi tərəfindən verilmiş “Birlik” firmasının nizamnamə kapitalında paylara dair xx xxxxxx 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında “Birlik” firmasının Nizamnaməsində və dövlət reyestrində aparılmış dəyişikliklərin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, xx xxxxxx 1997-ci il tarixli təsis müqaviləsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, özəlləşdirilmiş “Birlik” dövlət kiçik müəssisəsinin bazasında yaradılmış, Bakı şəhəri, Binəqədi qəsəbəsi, 4-cü mədən sahəsi ünvanında yerləşən “Birlik” firmasının təsisçisi olmuşdur. Təsis edilən zaman həmin firmanın nizamnamə fondunun 64% payı ona məxsus olmuşdur. Qalan payların hər biri 4,5% olmaqla 8 nəfər təsisçiyə, o cümlədən mərhum qardaşı X16 məxsus olmuşdur. Bakı şəhəri 27 saylı notariat kontorunda bağlanmış xx xxxx 2000-ci il tarixli müqaviləyə əsasən o, “Birlik” firmasındakı payını, yəni nizamnamə fondunun 64%-lik hissəni anası X4 bağışlamışdır. Bakı şəhəri 27 saylı notariat kontorunda bağlanmış xx xxxxxx 2006-cı il tarixli müqaviləyə əsasən anası X6 Bakı şəhəri, Binəqədi rayonu, 4-cü mədən sahəsi ünvanında yerləşən “Birlik” firmasının əmlakındakı özünə aid olan hissəsini bütünlüklə ona bağışlamışdır. Yaranmış hüquqlarımın qeydiyyata alınması üçün Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsi Hüquqi X3 müraciət etmədiyindən "Birlik” firmasının nizamnamə kapitalında maya miqdarının 64% üzərində yaranmış hüquqları dövlət qeydiyyatına alınmamışdır. “Birlik” firmasının qanuni təmsilçisi X10 xx xxx 2018-ci il tarixdə vəfat etmişdir. 2019-cu ilin dekabr ayında qanuni təmsilçi təyin edilməsi barədə təsisiçilərin ümumi yığıncağının qərarını Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X3 təqdim etdikdə ona məlum olmuşdur ki, xx xxxxxxxx 2013-cü ildə anasının vəfatından sonra bacısı Cavabdeh1 və vəfat etmiş qardaşı X12 övladı Cavabdeh4 müraciətləri əsasında xx xxxxxx 2015-ci il tarixdə Bakı şəhəri 26 saylı notariat kontorunun notariusu İ.B.Hüseynov tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr tərtib edilmişdir. Miras əmlak kimi mərhum anası X2 Bakı şəhəri, Binəqədi rayonu, 4-cü Mədən sahəsi ünvanında yerləşən “Birlik” firmasının nizamnamə kapitalında maya miqdarı 64% olan payı göstərilmişdir. Mərhum anası X2 qanun üzrə vərəsəsi kimi Cavabdeh1 16%, qardaşı Cavabdeh2 16%, o 16% və ölmüş vərəsənin vərəsələrinə çatan miras payı kimi qardaşı X13 uşaqları Cavabdeh3 8% və Cavabdeh4 8% hissələrdə mirasdan irs almalı olduqları qeyd olunmuşdur. Bacısı Cavabdeh1 16% paya, qardaşı oğlu Cavabdeh4 8% paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bacısı Cavabdeh1 “Birlik” firmasının nizamnamə kapitalında maya miqdarı 64% olan payın anaları X6 tərəfindən ona bağışlanmasını notariusa bildirməmişdir. Bakı şəhəri 26 saylı notariat kontorunun notariusu İ.B.Hüseynov qanun üzrə vərəsəlik hüququ haqqında xx xxxxxx 2015-ci il tarixli şəhadətnamələri (iş N« 47/xx.xx.2014-cü il) tərtib etməzdən əvvəl qanuni vərəsələr kimi onu və qardaşı Cavabdeh2 “Birlik” firmasının nizamnamə kapitalındakı 64% paya miras əmlak kimi şəhadətnamələr verilməsi barədə məlumatlandırmamış, bu əmlakın kimin mülkiyyətində olduğunu yoxlamamışdır. Cavabdeh1 və Cavabdeh4 “Birlik” firmasının nizamnamə kapitalına dair paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi nəticəsində onun həmin pay üzərində olan mülkiyyət hüququ pozulmuşdur. Bakı şəhəri 26 saylı notariat kontorunun notariusu İ.B.Hüseynov tərəfindən verilmiş “Birlik” firmasının nizamnamə kapitalında paylara dair xx xxxxxx 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr (vərəsəlik işinin N°-si 47/xx.xx.2014-cü il) əsasında “Birlik” firmasının nizamnaməsində və dövlət reyestrində dəyişikliklər aparılmışdır. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx xxxxxx 2020-ci il tarixli **********402300 nömrəli məktubunda nizamnamə kapitalında mayaların miqdarı Cavabdeh2 - 16%, Cavabdeh4 - 26%, Cavabdeh3 - 26%, İddiaçı - 16%, Cavabdeh1 - 16% kimi göstərilmişdir. O, “Birlik” firmasının nizamnamə kapitalında maya miqdarı 64% pay üzərində yaranmış hüquqlarının dövlət qeydiyyatına alınmaması səbəbindən firmanın qanuni təmsilçisini təyin edə bilmir, müəssisənin işi dayanmışdır. Belə ki, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsində ona bildirmişlər ki, qanuni təmsilçinin təyin olunmasına müəssisənin nizamnamə kapitalında 16% paya şəhadətnamə verilmiş Cavabdeh1 və digərlərinin nəzərdə tutulmuş qaydada razılığının alınması zəruridir. Göstərilənlərə əsasən də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, onun “Birlik” firmasının 64 faiz səhmlərinin İddiaçı məxsus olmasından məlumatı olmamışdır. Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirak olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 26 saylı Notariat ofisinin səlahiyyətli nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməni xəbərdar etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: “Birlik” firmasının xx xxxx 1997-ci il tarixli nizamnaməsindən görünür ki, müəssisəsnin Nizamnamə fondunun 64 faizi İddiaçı məxsus olmuşdur. xx xxxx 2000-ci il tarixli müqavilədən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 4-cü mədən sahəsi “Birlik” kiçik dövlət müəssisəsindəki özünə aid olan payını anası X4 bağışlamışdır. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən verilmiş xx xxx 2000-ci il tarixli “mülkiyyət hüququ haqqında şəhadətnamə”dən görünür ki, “Birlik” kiçik dövlət müəssisəsinin əmlakı X2 və X13 xüsusi mülkiyyətində olmuşdur. xx xxxxxx 2006-cı il tarixli müqavilədən görünür ki, X6 “Birlik” kiçik dövlət müəssisəsinin əmlakındakı ona aid olan hissəsi bütünlüklə oğlu İddiaçı bağışlamışdır. xx xxxxxx 2019-cu il tarixli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 xx xxxxxxxx 2013-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı X1 Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx xxxxxx 2015-ci il tarixli məktubundan görünür ki, “Birlik” firmasının təsisçiləri və nizamnamə kapitalında mayalarının miqdarı X2 64 faiz, X13 36 faiz olmuşdur. xx xxxxxx 2015-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lərin surətindən görünür ki, X2 vərəsələri ona məxsus 64 faizdən qızı Cavabdeh1 16 faiz, oğlu Cavabdeh2 16 faiz, oğlu İddiaçı 16 faiz, (mərhum oğlu X16 çatası 16 faiz ölmüş vərəsənin vərəsələrinə çatan miras pay) nəvələri Cavabdeh3 8 faiz və Cavabdeh4 8 faiz mirasdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X1 Hüququ Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx xxxxxx 2015-ci il tarixdə verilmiş **********654300 nömrəli arayışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, 4-cü mədən sahəsi ünvanında yerləşən, xx xxxx 1997-ci il tarixdə qeydiyyata alınmış dövlət qeydiyyat nömrəsi ********** olan təsisçilər və nizamnamə kapitalında maya miqdarı 64 faiz olan “Birlik” firmasından ibarətdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, “Birlik” firmasının nizamnamə kapitalında Cavabdeh2 16 faiz, X14 26 faiz, Cavabdeh3 26 faiz, İddiaçı 16 faiz, Cavabdeh1 16 faiz maya miqdarı vardır, firmanın qanuni təmsilçisi X5r. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1274-cü maddəsinə əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1300-cü maddəsinə əsasən, əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. 1301.1-1301.3-cü maddələrinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. 1321.3-cü maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 154.3-cü maddəsinə əsasən kommersiya və qeyri- kommersiya hüquqi şəxsləri onların təsisçilərinin (iştirakçılarının, üzvlərinin) maya və ya haqq kimi onlara verdikləri əmlakın, habelə həmin hüquqi şəxslərin başqa əsaslar üzrə əldə etdikləri əmlakın mülkiyyətçiləridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydası haqqında Təlimat”ın tələblərinə görə də şəhadətnamə alınan zaman vərəsə notariusa ondan başqa vərəsənin olub-olmaması barədə məlumat verərkən doğru məlumat verməyə borcludur, səhv məlumata görə məsuliyyəti müraciət etmiş vərəsə özü daşıyır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri 26 saylı notariat kontoru tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında xx xxxxxx 2015-ci il tarixli şəhadətnamələr tərtib edilmədən əvvəl qanuni vərəsələr kimi iddiaçını və onu və qardaşı Cavabdeh2 “Birlik” firmasının nizamnamə kapitalındakı 64% paya miras əmlak kimi şəhadətnamələr verilməsi barədə iş üzrə cavabdeh olan vərəsələr tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1300-cü maddəsinə zidd olaraq məlumatlandırmaması nəticəsində Cavabdeh4 “Birlik” firmasının nizamnamə kapitalına dair paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi iddiaçının həmin pay üzərində olan mülkiyyət hüququ pozulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X15, Bakı şəhəri 26 saylı Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və digər sənədlərin etibarsız hesab edilməsi” tələbi barədə iddiası təmin edilsin. Bakı şəhəri 26 saylı Notariat ofisi tərəfindən verilmiş “Birlik” firmasının nizamnamə kapitalında paylara dair xx xxxxxx 2015-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lər (vərəsəlik işinin nömrəli 47/xx.xx.2014-cü il) və həmin şəhadətnamələr əsaında “Birlik” firmasının Nizamnaməsində və dövlət reyestrində aparılmış dəyişikliklər etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar