Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2352/2020 29.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi ilə, Ərizəçi2 maraqlı şəxs Laçın Rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Ərizəçi X2 ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda qeydiyyatda olan 1936-cı il təvəllüdlü Ərizəçi1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-2352/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizəçi X1 maraqlı şəxs Laçın Rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə əsl olmayan ərizəçi X2, əsl olan Ərizəçi2 ilə əvəz edilməsi və iş üzrə icraat təzələnərək işə əvvəldən baxılmağa başlanılması qərara alınmışdır. xx xxxxxx 2020-ci il tarixində Ərizəçi2 vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələb olunan Ərizəçi1 vəfat etdiyindən iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə aşağıdakılara görə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin nümayəndəsi,vəkil tərəfindən ərizənin baxılmamış saxlanılması barədə ərizə verildiyindən ərizə baxılmamış saxlanılaraq, ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Ərizəçi2 maraqlı şəxs Laçın Rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılaraq, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2352/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2352/2020
29.12.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver