Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-239/2022 24.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2, İlk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 vəkili, eyni zamanda ilk iddia üzrə Cavabdeh3 nümayəndəsi Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 MMC-yə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi, mənzilə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə müdaxilənin qadağan edilməsi” tələbinə ilk, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi, istifadə hüquqlarının həyata keçirilməsinə müdaxilənin qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbə, ümumi sahəsi 146 kv.m. olan 80 nömrəli mənzilinə dair Cavabdeh2 ilə X17 arasında bağlanmış 05.11.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi və 11.09.2006-cı il tarixli müqaviləyə əsasən mənzilin X8 vərəsəsi qismində ona təhvil verilməsi, onun həmin mənzilə olan sahiblik və istifadə hüquqlarına hər hansı formada ediləcək müdaxilənin Cavabdeh1 qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən binanın 2-ci blok, 5-ci mərtəbədə, ümumi sahəsi 146 kv.m olan 80 saylı, 3 otaqlı mənzilinə dair İddiaçı varisi olduğu şəxslə 11.09.2006-cı il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən binanın 2-ci blok, 5-ci mərtəbə, ümumi sahəsi 146 kv.m olan 80 saylı, 3 otaqlı mənzilə dair istifadə və sərəncam hüququna ilkin iddia üzrə iddiaçı tərəfindən istənilən müdaxilənin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia icraata qəbul edilmişdir. 19 avqust 2021-ci il tarixli məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianı müdafiə etmiş, qarşılıqlı iddianı qəbul etməmiş və ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 ilk iddianı müdafiə edərək və qarşılıqlı iddianı qəbul etməyərək, bildirmişdir ki, İddiaçı 11 sentyabr 2006-cı il tarixli müqavilənin tərəfi olmuş və 26 mart 2020-ci il tarixdə ölmüş X9 qızıdır və onun ölümündən sonra ondan miras qalmış əmlakı, o cümlədən mübahisəli mənzili faktiki olaraq qəbul etmişdir. Sadəcə olaraq, hər hansı qeydə alınmış miras əmlak olmadığından, habelə mübahisəli mənzil mülkiyyət kimi qeydə alınmadığından ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Mübahisəli mənzil İddiaçı anası tərəfindən alınmış və mənzilin müqavilə üzrə müəyyən edilmiş dəyəri, habelə mənzilin giriş qapısının dəyərini təşkil edən 100 manat məbləğində pul onun anası tərəfindən ödənilmişdir. Ötən dövr ərzində mənzil anasının və İddiaçı istifadə və sahibliyində olmuş, mənzilin giriş qapısının kilidinin açarı da onlarda olmuşdur. Anasının tapşırığı ilə hələ 2019-cu il tarixdə onun tərəfindən mənzilə sement məhsulu gətirilərək, yerləşdirilmişdir. Anasının ölümündən sonra da həmin mənzilə məhz İddiaçı sahiblik etmiş, bu mənzilə dair Cavabdeh2 ilə müqavilənin bağlanması barədə məlumatı isə ona yaxın vaxtlarda Cavabdeh1 vermişdir. Əsədova X15 Elçin Səlim oğlunu əvvəllər qeyd edilən mənzildə heç vaxt görməmişdir. Mənzilə dair müqavilə daha əvvəl X18 ilə bağlanmış və məhz o, onun ölümündən sonra isə İddiaçı mənzilə real olaraq sahiblik etmişdilər. Bu səbəbdən Cavabdeh2 ilə bağlanmış 05 noyabr 2006-cı il tarixli müqavilə etibarsız hesab edilməlidir. Hər bir halda, 11 sentyabr 2006-cı il tarixdə müqavilə bağlandıqdan sonra, eyni mənzillə bağlı 05 noyabr 2006-cı il tarixdə yenidən müqavilə bağlana bilməzdi. Göstərilənlərin nəzərə alınmasını və ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. 19 avqust 2021-ci il tarixli məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh1 iddianı qəbul etməyərək, bildirmişdir ki, mübahisəli mənzilin yerləşdiyi bina onun mərhum həyat yoldaşı X17 tərəfindən inşa edilmişdir. Cavabdeh2 da onun həyat yoldaşı tərəfindən inşa edilən binalarda mühəndis kimi fəaliyyət göstərmişdir. Mübahisəli mənzil hər hansı şəxsə, xüsusilə də Cavabdeh2 satılmamışdır. Mənzil ona və onun uşaqlarına məxsusdur. Göstərilənlərin nəzərə alınmasını və ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh1 vəkili, eyni zamanda ilk iddia üzrə Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 ilk iddianı qəbul etməmiş və bildirmişdir ki, mübahisəli mənzilin yerləşdiyi bina Cavabdeh1 həyat yoldaşı olmuş X17 tərəfindən inşa edilmişdir. X17 08.06.2011-ci il tarixdə vəfat etdikdən sonra tikinti ilə bağlı işlərə bir müddət Cavabdeh1 qardaşı X24 nəzarət etmiş, sonradan vərəsəlik qaydasında tikintiyə rəhbərliyi Cavabdeh1 həyata keçirmiş və bina tam tikilib başa çatdırılmışdır. Cavabdeh2 da onun həyat yoldaşı tərəfindən inşa edilən binalarda mühəndis kimi fəaliyyət göstərmiş və onun X17 tərəfindən inşa edilmiş digər binalarda mənzilləri mövcuddur. Lakin mübahisəli mənzil hər hansı şəxsə, xüsusilə də Cavabdeh2 satılmamışdır. Göstərilənlərin nəzərə alınmasını və ilk iddianın rədd edilməsini xahiş etmişdir. 19 avqust 2021-ci il tarixli məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili X28 qarşılıqlı iddianı müdafiə etmiş, ilk iddianı qəbul etməmiş və qarşılıqlı iddianın təmin, ilk iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili X28 məhkəməyə yazılı vəsatətlə müraciət edərək, iş üzrə müvafiq ekspertizanın keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(001)-4659/2021 saylı qərardadı ilə onun vəsatəti təmin edilmiş, iş üzrə kompleks məhkəmə-xəttşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmişdir. Həmin qərardadın icrası qaydasında aparılmış ekspert tədqiqatına uyğun olaraq tərtib edilmiş ekspert rəyi məhkəməyə təqdim edildikdən sonra iş üzrə icraat təzələnmiş və məhkəmə iclasının yeri və vaxtı barədə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 işə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iştirakı olmadan baxılmasını tələb etmişdir. Məhkəmə də ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasını, habelə ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 işə Cavabdeh2 iştirakı olmadan baxılması barədə tələbini nəzərə alıb, işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk iddia üzrə Cavabdeh4 və "xxxx" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən Cavabdeh4 məhkəmə iclasında iştirak etməmiş, Cavabdeh5 MMC isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə bu tərəflərin də iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 19 avqust 2021-ci il tarixli məhkəmə iclasında iştirakı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən təmin edilmiş şahid X29 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, mübahisəli mənzilin yerləşdiyi binada iki ildir ki, komendant vəzifəsində işləyir. Həmin binada yerləşən mənzillərin əksəriyyətinin sahibini tanıyır. Mübahisəli mənzilin sahibi kimi İddiaçı tanıyır. Belə ki, bu şəxsi həmin mənzilə bir neçə dəfə gəlib-gedən, habelə bir dəfə mənzilə sement kisələri yerləşdirən zaman görmüşdür. Cavabdeh2 cəmi bir dəfə, təxminən 1 il əvvəl 3-4 nəfərlə binaya gələndə görmüşdür. Həmin vaxt Cavabdeh2 mübahisəli mənzilin qapısının kilidini dəyişmişdir. Sonradan İddiaçı qapının kilidini bərpa etmişdir. Hazırda da mənzilin açarları İddiaçıdır. O, mənzilin yerləşdiyi bloka daxil olmaq üçün Cavabdeh2 açar verməmişdir. Tarix baxımından mənzilin kilidinin Cavabdeh2 tərəfindən dəyişdirilməsi İddiaçı tərəfindən mənzilə sement kisələrinin yerləşdirilməsindən sonra olmuşdur. 27 avqust 2021-ci il tarixli məhkəmə iclasında iştirakı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili X28 tərəfindən təmin edilmiş şahid X12 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, mübahisəli mənzilin yerləşdiyi binanı inşa edən X1 olmuş, sonradan isə kadrlar şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Mənzillərin alqı-satqısına dair müqavilələr də onun tərəfindən hazırlanırdı. Mübahisəli mənzilin alqı-satqısına dair Cavabdeh2 ilə bağlanmış müqavilə də X10 tapşırığına əsasən onun tərəfindən hazırlanmış, sonradan isə X17 tərəfindən imzalanmışdır. Cavabdeh2 inşa edilən binada mühəndis kimi fəaliyyət göstərmiş, lakin onun rəsmi olaraq bu vəzifəni tutubtutmadığı barədə məlumatı yoxdur. Lakin Cavabdeh2 binaya sakin kimi gəlib-getdiyi xatırlayır. Cavabdeh2 X17 tərəfindən inşa edilən binalarda başqa mənzilə sahib olubolmadığı barədə məlumatı yoxdur. Onun tərəfindən hazırlanan müqavilələr X17 tərəfindən imzalanırdı, həmin müqavilələrin hər hansı başqa şəxs tərəfindən imzalanıbimzalanmaması barədə məlumatlı deyil. O, Cavabdeh2 qohumu deyil, onun tərəfindən bu işə götürülməmişdir. Cavabdeh2 X10 inşa etdiyi binalardan müqavilə əsasında hansı sayda mənzil alması barədə məlumatı yoxdur. X17 rəhmətə gedəndən sonra o, 2012- 2016-cı illərdə Cavabdeh1 ilə işləmiş və Cavabdeh2 mübahisəli mənzilin yerləşdiyi binada az görmüşdür. 27 avqust 2021-ci il tarixli məhkəmə iclasında iştirakı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili X28 tərəfindən təmin edilmiş şahid X13 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, 2009-2014-cü illərdə X17 tərəfindən inşa edilən binada iş icraçısı olmuşdur. Cavabdeh2 da həmin binada mühəndis kimi fəaliyyət göstərmişdir. Mübahisəli mənzilin yerləşdiyi binada təmir işləri 2013-cü ildə başlamış, 2014-cü ildə həmin binada təxminən 10-15 ailə yaşamışdır. Həmin mənzilin qapısını Cavabdeh2 oğlu quraşdırmış, həmin vaxt Cavabdeh2 orada olmamışdır. Eyni zamanda, verilmiş suallara cavab olaraq, Cavabdeh2 ilə tələbə yoldaşı olduğunu və onun işə qəbul olunması ilə bağlı təqdimatın Cavabdeh2 tərəfindən verildiyini bildirmişdir. 27 avqust 2021-ci il tarixli məhkəmə iclasında iştirakı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili X28 tərəfindən təmin edilmiş şahid X25 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Cavabdeh2 oğludur. Cavabdeh2 X10 yanında işləmişdir. Mübahisəli mənzil onun atası tərəfindən alınmış və 2012-2013-cü illərdən başlayaraq, o, 2-3 aydan bir həmin mənzilə baş çəkmişdir. Mənzilin giriş qapısı 2009-cu və ya 2010-cu illərdə onun tərəfindən quraşdırılmış, həmçinin onun tərəfindən mənzilin daxilində olan divarda hörgü işləri aparılmışdır. Lakin bu işləri həyata keçirən fəhlələri xatırlamır. Mənzilin yerləşdiyi binada komendant kimi fəaliyyət göstərən şəxsi tanımır. Mənzilin yerləşdiyi blokun giriş açarını əvvəlki komendantdan onun dəyərini ödəməklə almışdır. X17 tərəfindən Bakı şəhəri Xətai rayonu ərazisində inşa edilmiş digər binada onun adına mənzil mövcuddur. Lakin həmin mənzil onun yeznəsi ilə bacısına məxsusdur. Sadəcə olaraq onun adına rəsmiləşdirilmişdir. Həmin binada onun digər yeznəsinə məxsus olan mənzildə mövcuddur. 27 avqust 2021-ci il tarixli məhkəmə iclasında iştirakı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili X28 tərəfindən təmin edilmiş şahid X11 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Cavabdeh2 kürəkənidir, 14 ildir artıq həmin ailənin üzvüdür. Mübahisəli mənzilə təxminən 3-4 ilə yaxın müddətdir ki, yəni 2017-ci ildən gedib gəlir. Mənzil 5-ci və ya 6-cı mərtəbədə yerləşir. Həmin mənzilin giriş qapısını onun yeznəsi X25 quraşdırmışdır. Həmin vaxt onu yanında olmamış, lakin bunu dəqiq bilir. Mənzildə hər hansı başqa işlərin görülməsi, habelə mənzilə sement kisələrinin yerləşdirilməsi barədə məlumatı yoxdur. X17 tərəfindən inşa edilmiş binada yerləşən mənzildə yaşayır. Həmin mənzili başqa bir şəxsdən almışdır. Həmin binada yaşayan onun bacanağı isə öz mənzilini X7 almışdır. 2009-2010-cu illərdə o da X17 tərəfindən inşa edilmiş binada bir müddət iş icraçısı kimi fəaliyyət göstərmişdir. 27 avqust 2021-ci il tarixli məhkəmə iclasında iştirakı İlk iddia üzrə Cavabdeh1 tərəfindən təmin edilmiş şahid X24 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Cavabdeh1 qardaşıdır və Rövşən Rüstəmovun qaynı olmuşdur. Rövşən Rüstəmov tərəfindən inşa edilmiş binalarda iş icraçısı olmuş və bir sıra mənzillərin alqı-satqısına dair müqavilələr onun tərəfindən imzalanmışdır. Əsasən müqavilələrin tərtib edilməsi ilə X12 məşğul olmuşdur. Onu vaxtı ilə Cavabdeh2 işə götürmüşdür. Mübahisəli mənzilin Cavabdeh2 satılmasını və onun həmin mənzilə sahiblik etməsini xatırlamır. Məhkəmə tərəfləri, habelə şahidlərin ifadələrini dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, “F.A.D-Tikinti“ MMC-nin rəhbəri fiziki şəxs X17 tərəfindən ünvan 3 ünvanında hündürmərtəbəli, çoxmənzilli yaşayış binası inşa edilmişdir. 11 sentyabr 2006-cı il tarixdə icraçı “F.A.D-Tikinti“ MMC-nin rəhbəri fiziki şəxs X17 ilə payçı (sifarişçi) X18 arasında bağlanmış müqaviləyə əsasən icraçı həmin çoxmənzilli yaşayış binasının İİ blok, V mərtəbə, ümumi sahəsi 146 kv.m. olan 80 saylı mənzilini inşa edib payçı (sifarişçi) X14 təhvil verməyi, payçı (sifarişçi) isə həmin mənzilin dəyərini təşkil edən 87.600 manat məbləğində pulu icraçıya ödəməyi öhdəsinə götürmüşdür. 05 noyabr 2006cı il tarixdə icraçı “F.A.D-Tikinti“ MMC-nin rəhbəri fiziki şəxs X17 ilə payçı (sifarişçi) Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən icraçı həmin mənzili inşa edib bu payçıya (sifarişçiyə) da təhvil verməyi, payçı (sifarişçi) isə həmin mənzilin dəyərini təşkil edən 65.700 manat məbləğində pulu icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Hər iki müqavilənin sonunda mənzilin dəyərinin ödənilməsi barədə aparılmış qeyd fiziki şəxs X10 imza və möhürü ilə təsdiq edilmişdir. “F.A.D-Tikinti“ MMC-nin rəhbəri (qanuni təmsilçisi) X17 08.06.2011-ci il tarixdə, 11 sentyabr 2006-cı il tarixli müqavilənin tərəfi olan X18 isə 26 mart 2020-ci il tarixdə ölmüşdür. Hazırda İddiaçı 11 sentyabr 2006-cı il tarixli müqavilənin tərəfi olmuş və 26 mart 2020-ci il tarixdə ölmüş X9 qızı olduğunu, onun ölümündən sonra ondan miras qalmış əmlakı faktiki olaraq qəbul etdiyini, mübahisəli mənzilin onun anası tərəfindən alındığını, mənzilin müqavilə üzrə müəyyən edilmiş dəyərinin, habelə mənzilin giriş qapısının dəyərini təşkil edən 100 manat pulun onun anası tərəfindən ödənildiyini, ötən dövr ərzində mənzilin anasının və onun istifadə və sahibliyində olduğunu, mənzilin giriş qapısının kilidinin açarının da onlarda olduğunu, anasının tapşırığı ilə 2019-cu il tarixdə onun tərəfindən mənzilə sement məhsulunun gətirilərək, yerləşdirildiyini, anasının ölümündən sonra da həmin mənzilə sahiblik etdiyini, bu mənzilə dair Cavabdeh2 ilə müqavilənin bağlanması barədə məlumatın ona yaxın vaxtlarda Cavabdeh1 tərəfindən verildiyini, Cavabdeh2 əvvəllər qeyd edilən mənzildə heç vaxt görmədiyini bildirir və mənzilə dair müqavilənin daha əvvəl onun anası ilə bağlandığını və məhz onların mənzildən real olaraq istifadə və ona sahiblik etdiyini vurğulayaraq, həmin mənzilə dair 05 noyabr 2006-cı il tarixdə Cavabdeh2 ilə bağlanmış müqavilənin etibarsız hesab edilməsini, mənzilin ona təhvil verilməsini, mənzilə sahiblik və istifadə edilməsinə hər hansı müdaxilənin qadağa edilməsini və ona qarşı qaldırılmış iddianın rədd edilməsini xahiş edir. Cavabdeh2 mübahisəli mənzilin 05 noyabr 2006-cı il tarixli müqaviləyə əsasən əldə etdiyini, mənzilin müqavilə üzrə müəyyən edilmiş dəyərini tam olaraq ödədiyini, X18 ilə bağlanmış 11 sentyabr 2006-cı il tarixli müqavilənin etibarsız olduğunu, o cümlədən imzalandığı tarixə aid olmadığını və həqiqətdə X17 tərəfindən imzalanmadığını bildirir və 11 sentyabr 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş edir. Cavabdeh2 tərəfin vəsatəti əsasında məhkəmə tərəfindən təyin edilmiş kompleks məhkəməxəttşünaslıq və sənədlərin məhkəmə-texniki ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizaqsı Mərkəzinin 07.12.2021-ci il tarixli, 4/1616-5/1256 saylı ekspert rəyinə əsasən mülki işin 12-13-cü vərəqələrində olan 11 sentyabr 2006-cı il tarixli müqavilənin kserosurətinin 2-ci vərəqində “Fiziki şəxs” qrafasında və “Dəyəri tam ödənildi” yazısı qrafasında əks olunmuş imzalar (2 ədəd) – X17 tərəfindən icra olunmuşdur. “Rüstəmov Rövşən ilə X18 arasında bağlanmış 11.09.2006-cı il tarixli müqavilə hansı tarixdə tərtib edilmişdir?” və “Rüstəmov Rövşən ilə Cavabdeh2 arasında bağlanmış 05.11.2006-cı il tarixli müqavilə hansı tarixdə tərtib edilmişdir?” sualları üzrə tədqiqat aparılmamışdır. Eyni zamanda, İddiaçı tərəfin vəsatəti əsasında 19 avqust 2021-ci il tarixdə tərəflərin iştirakı ilə mübahisəli mənzildə yerində müayinə keçirilmişdir. Yerində müayinə zamanı mübahisəli mənzilin giriş qapısının kilidi İddiaçı əlində olan açarla açılmışdır. Həmin mənzilə girişdə uzun dəhliz, giriş qapısı ilə üzbəüz dəhlizin sonunda sanitar qovşaq, giriş qapısından sağda 3 otaq, solda, yəni sanitar qovşağın yanında 1 otaq (mətbəx) yerləşir. Mənzil təmirsizdir. Giriş qapısının yanında, dəhlizdə hər biri 30 kq çəkidə "xxxx" MMC tərəfindən 2018-ci ildə istehsal edilmiş 15 kisə sement məhsulu var idi. İddiaçı həmin əşyaların onun tərəfindən 2019-cu il tarixdə mənzilə gətirildiyini bildirmişdir. Eyni zamanda, bu mənzilin evin bünövrəsi qazılan vaxtlarda mərhum anası tərəfindən alındığını və dəyərini təşkil edən 100 manat məbləğində pulu ödəməklə mənzilin giriş qapısının da onun mərhum anası tərəfindən quraşdırıldığını qeyd etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili X28 mübahisəli mənzilin giriş qapısının kilidinin açarının Cavabdeh2 olduğunu, sement kisələrinin bu mənzilə Cavabdeh2 icazəsi olmadan və çox gümankı bir müddət əvvəl gətirildiyini, mübahisəli mənzilin hazırda Cavabdeh2 istifadə və sahibliyində olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 09.02.2018-ci il tarixədək qüvvədə olan redaksiyada 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sayılırlar; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25.10.2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə mübahisənin mahiyyətini və tələblərin birinin digərini istisna etməsini nəzərə alıb, belə qənaətə gəlir ki, tərəflərin iddialarına eyni zamanda və müqayisəli şəkildə hüquqi qiymət verilməlidir. Məhkəmə vurğulayır ki, təşkilati hüquqi formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq tərəflər arasında bağlanmış müqavilələr öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Lakin mülki qanunvericiliyin yuxarıda qeyd edilən və bu sahəni tənzimləyən digər aidiyyəti müddəalarının tələbləri baxımından bir mənzilə dair müxtəlif şəxslərlə podrat müqaviləsinin bağlanması və bir mənzilin eyni zamanda müxtəlif şəxslərin istifadə və sahibliyinə verilməsi həm faktiki, həm də hüquqi baxımdan qeyri mümkündür (təbii ki, onlardan birinin xeyrinə bağlanmış müqavilənin qanuni əsaslarla ləğv olunması və ya etibarsız hesab edilməsi halı istisna olmaqla) və bir belə müqavilənin bağlanması, artıq ikinci müqavilənin bağlanmasını hüquqi nəticə etibarı ilə istisna etmiş olur. Belə ki, müqavilə bağlamaqla üzərinə öhdəlik götürmüş icraçı növbəlik etibarı ilə sonrakı müqaviləni imzalamaq üçün artıq hər hansı səlahiyyətə malik olmur və həm bu, həm də digər əsaslarla sonradan bağlanmış müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış müqaviləyə çevrilməklə etibarsız olur və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu baxımdan həm iddiaçının anası X18, həm də Cavabdeh2 ilə bağlanmış müqavilə etibarlı ola bilməz və onlardan biri bağlandığı andan etibarsızdır. Belə olan halda, mənzilin qanuni sahibi və istifadəçisi olan, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstün hüquqa malik olan (bu hüququ əldə etmək üçün real hüquqi gözləntiyə malik olan) şəxsin müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir. Bunun müəyyən edilməsi üçün də reallıqda müqavilələrdən hansının daha əvvəl bağlandığı (öhdəliyin əmələ gəldiyi), payçı (sifarişçi) qismində çıxış edən şəxslərdən hansının mənzilə daha əvvəl sahiblik və ondan istifadə etməyə, o cümlədən bu istiqamətdə hərəkətlərin edilməsinə başlaması və sair bu kimi aidiyyəti hallar araşdırılmalıdır. Bu baxımdan həmin mənzilə dair ilk müqavilə tarix etibarı ilə iddiaçının anası X18 ilə bağlanmışdır. Bununla da, “F.A.D-Tikinti“ MMC-nin rəhbəri fiziki şəxs X10 həmin mənzilin müqavilə üzrə müəyyən edilmiş dəyərini tam ödəməklə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş X14 təhvil verilməsi öhdəliyi əmələ gəlmiş, yəni bu mənzilə münasibətdə ilk olaraq məhz X32 qızının istifadə və sahiblik hüququ, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstünlük hüququ (bu hüququ əldə etmək üçün real hüquqi gözləntisi) yaranmışdır. Belə olan halda, həmin mənzillə bağlı Cavabdeh2 ilə X17 arasında yalnız X9 razılığı əsasında hazırda mübahisələndirilən (05 noyabr 2006-cı il tarixli) müqavilə bağlana bilərdi. Lakin göründüyü kimi, belə bir müqavilənin bağlanmasına onun razılığı olmamışdır. Nəticə etibarı ilə X17 ona artıq hər hansı aidiyyəti olmayan və müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əsasən X14 təhvil verilməli olan mənzillə bağlı Cavabdeh2 ilə müqavilə bağlamışdır (əgər reallıqda bağlamışdırsa). Bu da öz növbəsində 05 noyabr 2006-cı il tarixli müqavilənin etibarsız olmasını hüquqi baxımdan şərtləndirir. Məhkəmə o halı da nəzərə alır ki, həm İddiaçı (anasına münasibətdə), həm də Cavabdeh2 mənzilin məhz ona təhvil verildiyini bildirir və hər ikisi ilk olaraq mənzildən istifadə və mənzilə sahiblik etməyə başladığını qeyd edir. Lakin Cavabdeh2 bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilmir, mənzilə mütəmadi olaraq baş çəkdiyini, mənzilin giriş qapısının onun tərəfindən quraşdırıldığını bildirsə də bu halı sübuta yetirə bilmir. Onun mənzilə hər hansı aidiyyətinin olmasını təsdiq edən hal isə 30 iyun 2020-ci il tarixinə aiddir. Belə ki, həmin vaxt o, Bakı şəhəri Baş Polis İdarəsinə şikayət edərək, mübahisəli mənzilin giriş qapısının kilidinin dəyişdirildiyini bildirmişdir. Halbuki, həmin mənzilin (mənzilin giriş qapısının kilidinin açarının) bu şikayətdən əvvəl onun istifadə və sahibliyində olmasını, o cümlədən 2020-ci ilin aprel ayında onun mənzildə olmasını təsdiq edən hər hansı sübut yoxdur. Əksinə yerində müayinə zamanı mübahisəli mənzilin giriş qapısının kilidinin X9 vərəsəsi olan (qızı) İddiaçı tərəfindən açıldığı və mənzilin dəhlizində onun tərəfindən mənzilə gətirilmiş (dediyinə görə 2019-cu ildə gətirmişdir) hər biri 30 kq çəkidə "xxxx" MMC tərəfindən 2018ci ildə istehsal edilmiş 15 kisə sement məhsulunun olduğu müəyyən edilmişdir. Bu da öz növbəsində mübahisəli mənzilin X9 (həmçinin, onun qızı İddiaçı) istifadə və sahibliyində olmasına dəlalət edir. Başqa sözlə, həmin mənzil Cavabdeh2 istifadə və sahibliyinə verilməmiş, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində onun üstünlük hüququ (bu hüququ əldə etmək üçün real hüquqi gözləntisi) yaranmamışdır. Müqavilənin bağlanması tarixi baxımdan da həmin mənzilin X14 təhvil verilməsi öhdəliyi daha əvvəl əmələ gəlmişdir. Həmin müqavilənin də məhz “F.A.D-Tikinti“ MMC-nin rəhbəri fiziki şəxs X17 tərəfindən imzalandığı ekspert tədqiqatı ilə öz təsdiqini tapmışdır. Bu da öz növbəsində 11 sentyabr 2006-cı il tarixli müqavilənin etibarsızlığını istisna etməklə, 05 noyabr 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün hüquqi əsas yaradır. Məhkəmə, məhkəmə iclasında ifadələri alınmış şahidlərlə bağlı qeyd edir ki, X4 Elçin Səlim oğlunun oğludur, X2 Elçin Səlim oğlunun kürəkənidir, X5 isə Cavabdeh2 ilə tələbə yoldaşı olduğu və onun işə qəbul olunması ilə bağlı təqdimatın Cavabdeh2 tərəfindən verildiyi müəyyən edilmişdir. X24 isə Cavabdeh1 qardaşıdır. X19 isə mübahisəli mənzilin yerləşdiyi binada komendant və ya hər hansı vəzifədə işləməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə bu şahidlərin ifadəsini mötəbər sübut kimi qəbul etmir. X6 2006-cı ildə bağlanmış müqaviləni 14 ildən sonra tam aydın şəkildə (cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23.08.2020-ci il tarixdə bu barədə ilk dəfə izahat vermişdir) xatırladığı bir halda, X17 ilə işləyən hər hansı başqa bir şəxsin, habelə həmin illərdə ümumiyyətlə rəsmiləşdirdiyi müqavilələrin tərəfləri barədə məlumat verməsi (xatırladığı ad və soyad) barədə suala cavab verməkdən imtina etməsi, Mülki-Prosessual Məcəllənin 62-ci maddəsinin tələbləri ona izah edildikdən sonra isə “yadımda deyil, xatırlamıram” cavabını verməsi onun da ifadəsini mötəbər sübut kimi qəbul edilməsini qeyri-mümkün edir. Digər tərəfdən mötəbər sübut kimi qəbul edilməsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şahid X25 onun tərəfindən mənzilin daxilində olan divarda hörgü işlərinin aparıldığını və mənzilin yerləşdiyi binada komendant kimi fəaliyyət göstərən şəxsi tanımadığını bildirir. Halbuki, 2012-2013-cü illərdən başlayaraq, 2- 3 aydan bir həmin mənzilə baş çəkən bir şəxs kimi (özü qeyd edir) o, həmin vaxtdan bugünə kimi orada komendant kimi çalışan bütün şəxslərin, habelə ən azı birinin adını bilməyə sadəcə olaraq məcburdur. Belə ki, komendant bina ilə bağlı bütün, o cümlədən bloklarda giriş çıxışa nəzarət edilməsi, texniki, habelə təmir-tikinti işlərinin görülməsi, hətta liftlə tikinti materiallarının daşınmasına şəraitin yaradılması məsələlərində iştirak edir. Bu baxımdan bu müddət ərzində şahid X25 ehtimal nəzəriyyəsinin tələbləri baxımından, yəni təsadüfən ən azı bir dəfə bu şəxsi görməli və ya onunla ünsiyyətdə olmalı idi. Bununla belə, məhkəmə, ilk iddianı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi” hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, mübahisəli mənzillə bağlı X18 ilə 11 sentyabr 2006-cı il tarixdə, yəni daha əvvəl podrat müqaviləsi bağlandığından, həmin mənzilin dəyəri onun tərəfindən tam ödənildiyindən, mənzilin giriş qapısının açarının hazırda İddiaçı olduğundan, habelə mənzillə bağlı X18 tərəfindən müəyyən hərəkətlər edildiyindən bu mənzilə münasibətdə ilk olaraq məhz onun istifadə və sahiblik, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstünlük hüququ (bu hüququ əldə etmək üçün real hüquqi gözləntisi) yaranmışdır. Bu səbəbdən “F.A.D-Tikinti“ MMC-nin rəhbəri fiziki şəxs X17 ilə Cavabdeh2 arasında 05 noyabr 2006-cı il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilməli, 11 sentyabr 2006-cı il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbə, ümumi sahəsi 146 kv.m. olan, 3 otaqlı, 80 nömrəli mənzili İddiaçı təhvil (istifadə və sahibliyinə) verilməlidir. İlk iddianın bu hissədə təmin edilməsi, hüquqi nəticə etibarı ilə qarşılıqlı iddianın rədd edilməsini şərtləndirir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi, istifadə hüquqlarının həyata keçirilməsinə müdaxilənin qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Məhkəmə ilk iddianın “mənzilə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə müdaxilənin qadağan edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı mübahisəli mənzildən istifadə və ona sahiblik etməsini qeyri-mümkün edən hal bu mənzillə bağlı iki müqavilənin olması və ikinci müqavilənin tərəfi olan Cavabdeh2 məhz müqaviləyə əsaslanaraq bu mənzilə olan hüquqlarını mübahisələndirməsi ilə bağlı olmuşdur. İlk iddianın “müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi” hissəsində təmin edilməsi artıq mübahisəli mənzilə münasibətdə Cavabdeh2 hər hansı hüququnun olmasını istisna edir və onun bu mənzildən İddiaçı tərəfindən istifadə etməsinə hər hansı müdaxiləsini qeyrimümkün edir. Eyni zamanda, Cavabdeh1, Cavabdeh3 və "xxxx" MMC-nin də İddiaçı bu mənzildən istifadə etməsinə hər hansı maneənin yaratması müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini bu hissədə əsassız hesab edir və onun rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ilk iddia qismən təmin edilməli, “F.A.D- Tikinti“ MMC-nin rəhbəri fiziki şəxs X17 ilə Cavabdeh2 arasında 05 noyabr 2006-cı il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilməli, 11 sentyabr 2006-cı il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbə, ümumi sahəsi 146 kv.m. olan, 3 otaqlı, 80 nömrəli mənzili İddiaçı təhvil (istifadə və sahibliyinə) verilməli, ilk iddia qalan hissədə rədd edilməli, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi, istifadə hüquqlarının həyata keçirilməsinə müdaxilənin qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 153 manat məbləğində pul vəsaiti ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tutularaq dövlət nəfinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. X17 ilə Cavabdeh2 arasında 05 noyabr 2006-cı il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilsin. 11 sentyabr 2006-cı il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 2-ci blok, 5-ci mərtəbə, ümumi sahəsi 146 kv.m. olan, 3 otaqlı, 80 nömrəli mənzili İddiaçı təhvil (istifadə və sahibliyinə) verilsin. İlk iddia qalan hissədə rədd edilsin. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi, istifadə hüquqlarının həyata keçirilməsinə müdaxilənin qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 153 (bir yüz əlli üç) manat məbləğində pul vəsaiti ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tutularaq dövlət nəfinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-239/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-239/2022
24.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver