Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2391/2021 30.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə bağlanmış xx xxxxxx 2019-cu il tarixli MAS-1182 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2019-cu il buraxılışlı, “QAZ 330252-750” yük markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı, K0702574 mühərrik, X96330252K2773450 ban nömrəli, ağ rəngli avtomobilin mülkiyyətçi İddiaçınə geri qaytarılması, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli MAS-1182 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2021-ci il tarixə 3.663,64 manat əsas, 1.397,38 manat mükafat və həmin günə hesablanmış 1.036,58 manat dəbbə pulu, ümumilikdə 6.097,60 manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli MAS-1182 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2019-cu il buraxılışlı, “QAZ 330252-750” yük markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı, K0702574 mühərrik, X96330252K2773450 ban nömrəli, ağ rəngli avtomobil 20.280 manat məbləğinə İddiaçı mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 723,04 manat, ümumilikdə isə 26.029 manat məbləğində pulu İddiaçı hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx xxxx 2020-ci il tarixdə 1.785 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh xx xxxxxx 2019-cu il tarixli MAS-1182 saylı “X2” üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxxx 2021-ci il tarixə 3.663,64 manat əsas, 1.397,38 manat mükafat və həmin günə hesablanmış 1.036,58 manat dəbbə pulu, cəmi 6.097,60 manat borcu yaranmışdır. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3% hesablanmaqla cərimə ödəyir. “Daxili lizinq” müqaviləsinin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli MAS-1182 saylı X2nə, 1 saylı əlavəyə və 3 saylı ödəniş cədvəlinə əsasən lizinq verən lizinq alanın sifariş etdiyi əmlakı (“QAZ 330252-750” yük maşını) müqavilənin şərtlərinə əsasən muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan Cavabdeh isə lizinq obyektini qəbul etməyi və 36 ay müddətində illik 17 % həcmində mükafat hesablanmaqla, 723,04 manatı, sonuncu ay 723,06 manatı müqaviləyə əlavə edilmiş ödəniş cədvəli üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0.3 % dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Həmin müqavilənin 9-cu bəndinə əsasən lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edilir. Müqaviləyə 1 saylı əlavəyə əsasən, lizinq predmetinin dəyəri 20.280 manat məbləğində müəyyən edilmişdir; xx xxxxxx 2019-cu il tarixli təhvil-təslim aktının təsdiq edilmiş surətinə əsasən lizinq obyekti olan “QAZ 330252-750” markalı, X96330252K2773450 ban nömrəli, ağ rəngli avtomobil “X2”nə əsasən İddiaçı tərəfindən “Lizinq Alan” Cavabdeh təhvil verilmişdir; AD seriyalı, 585862 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “QAZ 330252-750” yük markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdir; İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq (pretenziya) məktubuna əsasən cavabdehə X2 üzrə borcunun yarandığı bildirilmiş və həmin məbləğ dərhal ödənilmədiyi təqdirdə borcun tələbi, lizinq müqaviləsinin ləğvi və avtomobilin qaytarılması barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; “Azari” Express poçtdaşıma kuryer xidmətinin xx xxxxxx 2020-ci il tarixli aktından görünür ki, xx xxxxxx 2020-ci il tarixində İddiaçındən qəbul edilmiş zərf 269000 nömrəli qaimə ilə Cavabdeh göndərilən məktub çatdırılmamışdır. Səbəb ünvana gedilib bu ünvanda bu adda adam yaşamır qeyd edilmişdir. Aktın doğruluğu menecer İskəndərova Günay tərəfindən öz imzası ilə təsdiq edilmişdir; İddiaçı tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli arayışına əsasən Cavabdeh xx xxxxxx 2019-cu il tarixli MAS-1182 saylı “Daxili lizinq” müqaviləsi üzrə xx xxxxxx 2021-ci il tarixə əsas borcu 3.663,64 manat, mükafat borcu 1.397,38 manat və həmin günə gecikdirməyə görə hesablanmış dəbbə pulu 1.036,58 manat, cəmi 6.097,60 manat məbləğində borcu var; 6-219354-1 saylı hesabdan çıxarışdan görünür ki, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixində 723 manat, xx xxxxxxx 2019-cu il tarixində 726 manat, xx xxxxxx 2019-cu il tarixində 727 manat, xx xxxxxx 2019-cu il tarixində 725 manat, xx xxxxxx 2020-ci il tarixində 723 manat, xx xxxxxx 2020-ci il tarixində 726 manat, xx xxxxx 2020-ci il tarixində 1.489 manat, xx xxxx 2020-ci il tarixində 1.785 manat, ümumilikdə 7.624 manat məbləğində ödənişlər etmişdir; xx xxxxxx 2021-ci il tarixli mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən qaldırılmış iddia üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixli MAS-1182 saylı X2 bağlanmış və həmin müqavilə üzrə Lizinq verən İddiaçı lizinq obyekti olan “QAZ 330252-750” yük markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobili lizinq alan Cavabdeh 36 ay müddətinə lizinqə vermiş, lakin cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Nəticədə xx xxxx 2021-ci il tarixli maliyyə arayışına əsasən onun iddiaçıya 3.663,64 manat məbləğində əsas, 1.397,38 manat məbləğində mükafat, 1.036,58 manat məbləğində hesablanmış cərimə, cəmi 6.097,60 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; Məhkəmə aparılmış araşdırmanın nəticələrini rəhbər tutub, bu münasibətləri tənzimləyən maddi hüquq normaların tələblərini əsas götürüb belə qənaətə gəlir ki, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də sonuncu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan əsas və mükafat borcunu ödəməlidir. Bununla yanaşı, cavabdeh lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədiyindən, lizinq müqaviləsi ləğv edilərək lizinq obyekti olan avtomobil iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan lizinq müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh dəbbə pulunu ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin lizinq müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı lizinq müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 1.036,58 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alıb belə qənaətə gəlir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış dəbbə pulu azaldılmalı və 300 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, MAS-1182 nömrəli “Daxili lizinq” müqaviləsi ləğv edilməli, lizinq obyekti olan “QAZ 330252-750” yük markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçınə qaytarılmalı, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, MAS-1182 nömrəli “Daxili lizinq” müqaviləsi üzrə 3.663,64 manat məbləğində borc, 1.397,38 manat məbləğində mükafat və 300 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 5.361,02 manat məbləğində borc tutulmalı, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 26 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, MAS-1182 nömrəli “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Lizinq obyekti olan “QAZ 330252-750” yük markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçınə qaytarılsın. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, MAS-1182 nömrəli “Daxili lizinq” müqaviləsi üzrə 3.663,64 (üç min altı yüz altmış üç manat, altmış dörd qəpik) manat məbləğində borc, 1.397,38 (bir min üç yüz doxsan yeddi manat, otuz səkkiz qəpik) manat məbləğində mükafat və 300 (üç yüz) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 5.361,02 (beş min üç yüz altmış bir manat, iki qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 26 (iyirmi altı) manatı İddiaçı xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-2391/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2391/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver