Məhkəmə qərarları › İş №2(001)-2395/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2395/2022

02.08.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2395/2022 02.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan 13 fevral 1995-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, 13 fevral 1995-ci il təvəllüdlü qızı X5 uşaqlıqdan xəstədir və ağır kəmağıllılıq, nitq və davranış xəstəliyindən əziyyət çəkir. Dəfələrlə müalicə olmuşdur, lakin bir nəticəsi olmamışdır. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona ümumi xəstəlik üzrə İİ qrup əlillik dərəcəsi verilmiş və kənar şəxslərin qulluğuna ehtiyacı olduğu göstərilmişdir. AR Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzində müayinə olunmuşdur. Ona “Ağır kəmağıllılıq, nitq və davranış pozuntuları ilə” diaqnozu qoyulmuşdur. O, Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 10 saylı şəhər Poliklinikasında qeydiyyatdadır. 10 saylı şəhər Polliklinikası tərəfindən verilmiş 04 mart 2022-ci il tarixli cavabda X2 2013-cü ildən “ağır kəmağıllılıq, nitq və davranış pozuntuları ilə F72” diaqnozu ilə RƏXD müşahidəsində olması göstərilmişdir. X5 əmək qabiliyyətsizdir. Öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir. Kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanı yoxdur. O, öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyətinə malik deyil. Ona özü qulluq edir. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları və ərizəyə münasibəti:

3. Əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə etdiyini bildirərək, növbəti məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. Bakı şəhəri Nizami rayonu VVAQŞ tərəfindən verilən XİX-ЖГ seriyalı, 251973 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1995-ci il tarixində Bakı şəhərində doğulmuşdur. X4, anası Ərizəçidır.

6. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta ürə Dövlət Agentliyi “ Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X10 Bakı Şəhəri Baş Səhiyyə İdarəsi 10 №-li şəhər poliklinikası tərəfindən Bakı şəhəri 11 saylı Vəkil Bürosuna göndərilən xx.xx.2022-ci il tarixli, 156 saylı məktubdan görünür ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, 125-ci korpus, ev 27B ünvanda qeydiyyatda olan xx.xx.1995-ci il təvəllüdlü X5 2013-cü ildən “Ağır kəmağıllılıq, nitq və davranış pozuntuları ilə F72” diaqnozu ilə RƏXD müşahidəsindədir.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi tərəfindən 26 saylı poliklinikaya ünvanlanan 236 saylı, xx.xx.2014-cü il tarixli məktubundan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü X5 xx.xx.2014-cü il tarixdə tibb elmləri doktoru F.N.İsmayılov tərəfindən müayinə olunub və ona ağır kəmağıllılıq- nitq və davranış pozuntuları ilə diaqnozu qoyulmuşdur.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X1 X10 tərəfindən 07 iyun 2022-cil tarixində verilən 2002 nömrəli ekspertiza rəyindən görünür ki, xx.xx.1995ci il təvəllüdlü X3 ağır dərəcəli əqli gerilik aşkar olunur. xx.xx.1995-ci il təvəllüdlü X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də xx.xx.1995-ci il təvəllüdlü X2 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır.

9. 11 mart 2022-ci il tarixli mədaxil qəbzinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək üçün ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

10. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin:

11. 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.

12. 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.

13. 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir.

14. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

15. 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır;

16. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər;

17. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir;

18. 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir;

19. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər;

20. 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabilyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır;

21. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

22. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən xx.xx.1995-ci il təvəllüdlü X2 anasıdır. xx.xx.1995-ci il təvəllüdlü X2 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X1 X8 məhkəmə psixiatrik ekspertizasının rəyində qeyd olunmuşdur ki, xx.xx.1995-ci il təvəllüdlü X3 ağır dərəcəli əqli gerilik aşkar olunur. xx.xx.1995-ci il təvəllüdlü X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də xx.xx.1995-ci il təvəllüdlü X2 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Tətbiq edilən prosessual normalar:

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

24. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

25. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

26. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

27. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

28. Beləliklə, məhkəmə mülki iş materiallarına, ekspertiza rəyinə əsaslanaraq hesab edir ki, şəxsin öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsas olduğundan ərizə təmin edilməli, ünvan 2 ünvanda qeydiyyatda olan xx.xx.1995-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216- 220-ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi ərizəsi təmin edilsin. ünvan 2 ünvanda qeydiyyatda olan xx.xx.1995-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar