Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2401/2022 29.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə (İB) qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi və qazın verilişinin bərpa edilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən ona məxsus ünvan 1 ünvanına (abonent kodu – **********00000) hesablanmış 403,2 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi və təbii qazın verilişinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçıya məxsus ev fərdi yaşayış evidir, qaz sayğacı evin hasarının çöl tərəfə baxan hissəsinə quraşdırılmışdır. Həmin evə 2016-cı ildən ümumiyyətlə istifadə edilməmiş, uzun müddətdir ki, boş qalmış, orada yaşayış üçün heç bir əşya mövcud olmamışdır. Bu yaxılnlarda iddiaçı həmin evin kommunal xidmətlərinin bərpası məqsədi ilə aidiyyəti qurumlara müraciət etmiş və müəyyən olunmuşdur ki, cavabdehin əməkdaşları 2018-ci ildə həmin ünvan üzrə quraşdırılmış sayğaca baxış keçirərkən sayğacın yivli birləşməsinə vurulmuş plombun qırılması faktını aşkat etmiş, buna görə iddiaçıya 403,2 manat borc hesablanmışdır. Halbuki, yaşayış olmayan evdə təbii qazdan kim, hansı məqsədlə qeyri-qanuni istifadə etsin?! Cavabdehin əməkdaşları tərəfindən sayğaca baxış keçirilərkən, akt tərtib edilərkən iddiaçının iştirakı təmin edilməmişdir. Halbuki, həmin aktda qeyd edilmişdir ki, güyə iddiaçı akta imza etməkdən imtina edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya borc hesablanmaqdan əlavə, evə təbii qazın verilişi də dayandırılmışdır. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin səlahiyyətli nümayəndəsi X1 iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq, iddianın rədd edilməsini xahiş etmiş, etirazda göstərmişdir ki, 29 mart 2018-ci il tarixli, 001678 saylı aktla 1102AQ**********7 saylı sayğacın flyans birləşməsində plombun aşkar edilməməsi rəsmiləşdirilmiş, qüsur sayğaca müdaxilə kimi qiymətləndirilmiş, dəymiş zərərin məbləği 403,2 manat hesablanaraq abonentin saldosuna daxil edilmişdir. Mülki iş materiallarında olan: - RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 İddiaçı mülkiyyətindədir. - Cavabdeh İB-nin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş 30 mart 2018-ci il tarixli, 001678 saylı aktdan görünür ki, İddiaçı məxsus evə quraşdırılmış sayğacın flyans birləşməsində plomb aşkar olunmamış, sayğaca baxış keçirilməsi və plomb vurulması tələbi qoyulmuşdur. Akt iddiaçının nümayəndələri tərəfindən imzalanmış, İddiaçı adının qarşısında “imtina etdi” qeydi aparılmışdır. - 30 mart 2018-ci il tarixli, 001678 saylı akt əsasında Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı yaşadığı ünvanda **********00000 abonent kodu üzrə itirilmiş təbii qazın miqdarı 2016 kub-metr həcmində müəyyən edilmişdir. - Bakı Regional Qazın Satışı Departamentinin rəis müavini tərəfindən Nümayəndə ünvanlandırılmış 21 dekabr 2021-ci il tarixli məktubda göstərilmişdir ki, “30.03.2018-ci il tarixdə növbəti baxış zamanı istifadənizdə olmuş əvvəlcədən ödənişli G-4 markalı, 1002AQ**********7 nömrəli qaz sayğacının filyans birləşmələrinə vurulmuş xüsusi nömrəli plomb aşkar olunmadığı, 001678 saylı akt tərtib olunaraq 403,2 manat məbləğində hesabat aparıldığı və istehlakçı hesabınıza daxil edildiyi məlum olmuşdur.” Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, əsaslı olduğundan iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: - 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. - 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. - 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilməsi barədə sübut təqdim olunmadığından, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış borc silinməli, iddiaçının evinə təbii qazın verilişi bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanına (abonent kodu – **********00000) Cavabdeh tərəfindən hesablanmış 403,2 manat məbləğində borc əsassız hesab edilərək silinsin, həmin ünvana təbii qazın verilişi bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-2401/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2401/2022
29.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver