Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2415/2021 25.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İlk iddia üzrə cavabdehlərin, qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi, vəkil Vəkil iştirakı ilə, İddiaçı MTK-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair ilkin, Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı MTK-ya qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi(mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən cəlb edilmiş üçüncü şəxs “xxxx” MMC) üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MTK cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh2 arasında bağlanmış 17 yanvar 2019-cu il tarixli C-155/7 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.m , yaşayış sahəsi 87,90 olan izolə olunmuş 2 otaqdan ibarət C7-4 saylı və İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış 17 yanvar 2019-cu il tarixli B-154/10 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3-girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 84,27 kv.m, yaşayış sahəsi 71,80 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B10-4 saylı müqavilələrin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 18 A, mənzil 63 ünvanında 25 yanvar 2018-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə 5 nəfərdən ibarət (1. X8, 50 manat, 50 pay haqqı, 50 %; 2.X16-20 manat, 20 pay haqqı, 20 %; 3. X20 oğlu-5 manat, 5 pay haqqı, 5%, 4.X7-5 manat, 5 pay haqqı, 5 % və X17 20 manat, 20 pay haqqı, 20 %) İddiaçı MTK təsis etmişlər. İddiaçı MTK ünvan 2 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının inşa edilməsi məqsədilə sifarişçi “xxxx” MMC-ilə İddiaçı MTK arasında 05 iyul 2018-ci il tarixli 0507/01-18 nömrəli Əlavə Dəyər vergisi ilə birlikdə 5900000-00 manat məbləğində müqavilə imzalanmışdır. Eyni zamanda 05 oktyabr 2019-cu il tarixli razılaşma müqaviləsi ilə tərəflər sifarişçiyə mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanında yerləşən 0.3112 ha torpaq sahəsi üzərində təsdiq edilmiş komplekt sənədlər toplusu əsasında 2 ədəd 21 mərtəbəli (A və B blokları) 1-ci və 2-ci mərtəbəsində qeyri-yaşayış sahələri, zirzəmisində 2 mərtəbəli avtodayanacaq olacaq “Şəhər İncisi”yaşayış kompleksinin inşasının davam etdirilməsi barədə razılığa gəlmişlər. Tikinti başlayan vaxtdan işlərin Kooperativin digər üzvləri X9, Əliyev Araz Təmiraz oğlu və onun qardaşı Əliyev Tahir Təmiraz oğlu, Cavadov Vüqar Arif oğlu tərəfindən aparılması, X4 tikinti işlərində və Kooperativin idarə edilməsində səriştəsi olmaması səbəbindən tikinti obyektində işlərin görülməsinə rəhbərlik etmək və Kooperativin maliyyə təsərrüfat fəaliyyətinə aid özünün bütün səlahiyyətinin X5 verilməsi üçün Kooperativin digər üzvlərinin razılığı ilə X11 tərəfindən kooperativin digər üzvü X5 29 yanvar 2018-ci il tarixli 7E-1466 nömrə ilə qeydə alınmış etibarnamə vermişdir. İddiaçı MTK –nın üzvü Abbaslı Bəsrət Bəhram oğlu tərəfindən İddiaçı MTK-nın digər üzvü X5 verilən 29 yanvar 2018-ci il tarixl 7E-1466 nömrə ilə qeydə alınmış etibarnamədən sui istifadə edən X9 sifarişçi təşkilat olan “xxxx” MMC-yə məxsus mənzilləri səlahiyyəti olmayan halda başqa şəxslərə satmışdır. X3 qeyri-qanuni hərəkətlərindən xəbər tutan X11 dərhal araşdırma aparmış və araşdırma zamaı məlum olmuşdur ki, X9 qohumu və MTK-nın digər üzvü olan Əliyev Araz Təmiraz oğlu və X16 əlbir olaraq sifarişçiyə məxsus olan 100-dən çox mənzilləri müxtəlif vaxtlarda başqa şəxslərə satmışdır. Daha sonra X12 qohumu və MTK-nın digər üzvü Əliyev Araz Təmiraz oğlu, onun qardaşı Əliyev Tahir Təmiraz oğlu və X16 hətta bəzi sakinlərlə danışıqlar apararaq mənzilləri barter yolu ilə MTK-nın digər üzvlərinin xəbəri olmadan qarşı tərəfin təklif etdiyi əmlakı yaxın qohumlarının adına sənədləşdirdikdən sonra olmayan mənzillərin saxta müqavilələrini əmlak sahiblərinə vermişlər. İddiaçı MTK ilə Cavabdeh2 və Cavabdeh1 arasında balanmış müqavilələr qeyriqanunidir, ona görə ki, müqavilədə olan imzanın kimə məxsusluğu bilinmir. Yəni həmin imzalar icraçı direktora aid deyil. Ən əsası odur ki, olmayan mənzillərə necə müqavilə bağlanması bu hissədə sual doğurur. İddiaçı MTK ilə Cavabdeh2 arasında bağlanmış 17 yanvar 2019-cu il tarixli C-155/7 saylı müqavilə üzrə ünvan 3 ünvanında inşa olunan 3girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.m yaşayış sahəsi 87,90 olan izolə olunmuş 2 otaqdan ibarət C7-4 saylı, İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış 17 yanvar 2019-cu il tarixli B-154/10 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 71,80 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B10-4 saylı müqavilələr qeyri-qanuni olaraq heç bir hüquqi əsası olmayan müqavilələrdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı MTK arasında bağlanmış 17 yanvar 2019-cu il tarixli C- 155/7 saylı müqavilə üzrə ünvan 4 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış binasının giriş C blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.m , yaşayış sahəsi 87,90 olan izolə olunmuş 2 otaqdan ibarət C7-4 saylı mənzilin cavabdeh tərəfindən dərhal və qeyd şərtsiz Cavabdeh2 Rüfət oğluna, İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış 17 yanvar 2019-cu il tarixli B-154/10 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3-girişli 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 84,27 kv.m, yaşayış sahəsi 71,80 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B10-4 saylı mənzilin cavabdeh tərəfindən dərhal və qeyd şərtsiz Cavabdeh1 təhvil verilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qeyd olunan mənzillərin tam dəyəri ödənilməklə əldə edilmişdir, lakin ilkin iddiaçı isə mənzilləri onlara təhvil vermir, öz öhdəliyini yerinə yetirmir,faktiki olaraq müqavilələrin etibarsızlığını tələb etməklə müqavilə üzrə öhdəliyini icra etməkdən yayınır. Eyni zamanda etibarsızlığı tələb etməsinə baxmayaraq, müqavilə üzrə ödənilən pul məbləğinin aqibətinə münasibət bildirmir. Bu səbəbdən müqavilə üzrə öhdəliklərin icrasını tələb edirlər. Daha sonra iddiaçılar qarşılıqlı iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, 17 yanvar 2019-cu il tarixli B-154/10 saylı müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış binasının giriş B blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m, yaşayış sahəsi 71,80 kv.m olan, izolə olunmuş 2 otaqdan ibarət B10-4 saylı mənzil Cavabdeh1 olğuna satılsa da, pilot proyekt şərtlərinə görə həmin mənzilin evləri sökülən şəxslərə verilməsi zərurəti yarandığından Cavabdeh1lə B10-4 saylı mənzilə dair müqavilə bağlandıqdan sonra İddiaçı MTK həmin evin B14-4 mənzili ilə dəyişdirildiyini bildirmişdir. Müqavilədə dəyişiklik etmədən “xxxx” MMC-yə məktubda məhz B14-4 mənzilin Cavabdeh1 rəsmiləşdirilməsini xahiş etmişdir. Eləcədə şirkətlər arasında imzalanmış “mənzillərin bölgü aktında” B10-4 yox , B14-4 göstərilmişdr. Yəni, daha əvvəl imzalanmış müqavilədə Cavabdeh1 mənzili B10- göstərilmiş, şirkətlər arası bölgü zamanı bu mənzil B14-4 mənzilə dəyişdirilmişdir. Beləliklə həqiqətən də Cavabdeh1 B14 saylı mənzil satılmışdır. Odur ki, Cavabdeh1 ilə İddiaçı MTK arasında bağlanmış 17 yanvar 2019-cu il tarixli B-154/10 sayll müqavilədə Cavabdeh1 satılan mənzilin B10-4 yox, 14-cü mərtəbədə yerləşən B14-4 mənzil hesab edilməsi, Cavabdeh1 ilə İddiaçı MTK arasında bağlanmış 17 yanvar 2019-cu il tarixli B-154/10 saylı müqavilə üzrə Cavabdeh1 satılmış Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış binasının giriş B blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m yaşayış sahəsi 71,80 kv.m olan, izolə olunmuş 2 otaqdan ibarət B14-4 saylı mənzil qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən dərhal və qeyd-şərtsiz Cavabdeh1 təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş ilk iddia üzrə iddiaçının nümayəndəsi X6 təkrarən məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ilk iddia ərizəsinə baxılmasını cavabdehin nümayəndəsinin ərizəsi əsasında Mülki-Prosessual Məcəllənin 185.4-cü maddəsinin tələbinə əsasən mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsində qeyd edilmişdir ki, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Lakin əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, İddiaçı MTK ilə “xxxx” arasında Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar olaraq podrat müqaviləsi bağlanır.Tərəflər arasında bağlanan podrat müqaviləsində görüləcək işin dəyərinin hansı formada yəni natura və ya nəğd ormasında ödəniləcəyi müəyyən edilməmişdir. Tikinti işləri 2018-ci ilin iyul ayından başlayır. 2019-cu ilin avqust ayında məlum olmuşdur ki, bir qrup şəxs tərəfindən binalardakı mənzillər satılıb. Həmin vaxt icraçı direktor olan Rəsulov Dilafir isə bu işdə şübhəli bilinərək saxlanılıb. Dilafir vermiş olduğu ifadəsində bildirir ki, onun özü icraçı direktor olan zaman 20 nəfərə mənzil satmışdır. Sonradan isə məlum olmuşdur ki, 157 mənzilin satışını həyata keçirmişdir. Məsələ burasındadır ki, İddiaçı MTK-nın podratçı olaraq ümumiyyətlə mənzil satışına dair hüququ olmamışdır. Tikiləcək olan mülkün sahibi “xxxx” MMC-dir. Müqavilələrdə qeyd olunan mənzillər İddiaçı MTK-ya məxsus deyil. Məhkəmə qətnaməsi ilə qarşılıqlı idia təmin ediləcəyi təqdirdə icra mərhələsində məhkəmə qətnaməsinin icrası zamanı problem yaranacaqdır. Belə ki, mənzillər İddiaçı MTK-da olmadığından qətnamə MTK tərəfindən icra edilə bilməyəcəkdir. Bağlanmış alğı-satqı müqavilələri Rəsulov Dilafir tərəfindən imzalansa da, həmin şəxsin mənzil alğı-satqısı etməyə səlahiyyəti olmamışdır. Ona yalnız MTK-nın daxili qaydalarına əsasən nəzarət səlahiyyəti verilmişdir. Satılan mənzillərə görə ödənilmiş pul vəsaitləri İddiaçı MTK-nın büdcəsinə daxil olmamışdır. Həmin vəsaitlər dilafir tərəfindən mənimsənilmişdir. Əgər pul vəsaitləri hal-hazırda MTK-da olsaydı müqavilənin dəyəri vətəndaşlara qaytarılardı. Həmçinin əlavə olaraq bildirmişdir ki, MTK-nın nizamnaməsində icraçı direktor vəzifəsi nəzərdə tutulmamışdır. İş materiallarında olan təhvil-təslim aktı forma 2-yə uyğun olaraq tərtib olunub. Bugünki gündə tərəflər arasında kommersiya məhkəməsində mübahisə həmin forma 2-nin olmaması ilə əlaqədar davam edir. Forma 2 olsaydı, bəli o zaman təhvil-təslim aktı görülən işin natura formasında əvəzləşdirilməsinin əsası olardı. Balans saxlayıcı öz balansından müəyyən əmlakı podratçı təşkilata verməli idi. Podratçı təşkilat isə həmin mənzillərə dair sərəncam vermək hüququ əldə edərdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, tərəflər arasında mənzil alğı-satqısına dair müqavilə imzalanmış, mənzillərin dəyəri ödənilmişdir.Bina podratçı İddiaçı MTK tərəfindən inşa edilmişdir.Binanın tikintisi üçün sifarişçi isə “xxxx” MMC olmuşdur. Həmçinin “xxxx” MMC mənzillərin satış hüququnu MTK-ya vermişdir. İlkin iddia üzrə iddiaçı iddia ərizəsində “olmayan mənzillər” ifadəsi işlətmişdir. Binanın tikintisi başa çatmışdır. Olmayan mənzil faktı olsaydı iddiaçı məhkəmədən fakt təsdiqi üçün ekspertizanın keçirilməsinə təkid edərdi. Göründüyü kimi sadəcə mövcud halı təhrif etmək məqsədilə yazılmış ifadədir. Mənzil satışını həyata keçirən Rəsulov Dilafər həmin vaxt icraçı direktor olmuşdur. Dilafərin MTK-nın təsisçiləri ilə qohumluq münasibətlərinin olub-olmamasından məlumatlı deyildir. Əvvəlki məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, İddiaçı MTK ilə “xxxx” MMC arasında olan razılaşmaya əsasən “xxxx” gördüyü işin dəyərinin qarşılığı kimi İddiaçı MTK-ya natura formasında mənzillərlə ödəmişdir. Və həmin yaşayış sahəsinə dair satmaq hüququnu və satışdan əldə olunan pulu mənfəət kimi əldə etmək hüququnu İddiaçı MTK-ya ötürüb. Yəni “xxxx” MMC görülmüş işlərin əvəzini natura formasında ödəmişdir. Bu məqamı hazırki iş üzrə cavabdehlərlə bağlanan 2019-cu il tarixli alqı satqı müqavilələri əsasında alınan mənzillərin alıcıların adına rəsmiləşdirməsi üçün “xxxx” MMC-yə olan rəsmi müraciətləri ilə təsdiq etmişlər. İddiaçı MTK isə “xxxx” MMC ilə bağlamış olduğu müqavilələrə, yazılı razılaşmalara, imzaladığı təhvil-təslim aktlarına heç bir münasibət bildirmir. Halbuki, İddiaçı MTK-nın həmin mənzillərə dair hüququnun yaranma mənbəyi həmin razılaşmalardır. İlkin iddia əsassızdır. Mənzillər satılıb və dəyəri ödənilib. İddiaçı MTK bildirir ki, cavabdehlərin onunla olan müqaviləsi 2019-cu ildə bağlansa da, MTK ilə MMC arasında mənzillərlə bağlı razılaşma yəni təhvil-təslim aktı 2020-ci ildə olmuşdur. Görünür ki, MTK tərəfindən artıq “xxxx” MMC ilə razılaşmasına əsasən mənzillərin sənədləşməsinə başlanılmışdır. Burada keçən müddət bir daha hər iki hüquqi şəxs arasında olan sənədləşmə işlərində səliqəsizlikdən irəli gəlir. 2020-ci ilin yanvar ayında bir daha İddiaçı MTK və “xxxx” MMC birlikdə aralarında bağlanmış podrat müqaviləsinə və aralarında olan razılaşmaya istinad edərək mənzilləri cavabdehlərin adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Rəsulov Diləfər mübahisə üzrə təqsirli şəxs elan edilsə də, artıq 2020-ci ilin yanvar ayında İddiaçı MTK-nın sədri Bəsarət Abbaslı özü şəxsi imzası və MTK-nın möhüru ilə mənzilərin cavabdehlərin adına razılaşdırılmasını tələb etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gələməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MTK ilə Cavabdeh1 Afiq oğlunun arasında bağlanan 17 yanvar 2019-cu il tarixli B-154/10 saylı müqavilədən görünür ki, “Kooperativ” Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m olan yaşayış sahəsi, 71.80 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B10-4 saylı mənzilin “Payçıya” verilməsini “Payçı” isə bu Müqavilənin dəyərinin Kooperativə ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən mənzil sahəsinin hər kvadrat metrinin qiymədi ƏDV daxil olmaqla 1000 manat təşkil edir. Bu müqaviləyə əsasən payçıya verilən mənzilin ümumi dəyəri 84270 manat təşkil edir. İddiaçı MTK tərəfindən verilən 17 yanvar 2019-cu il tarixli, 126 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış binasının giriş B blokunun 10-cu mərtəbəsində yerləşən B10-4 saylı, ümumi sahəsi 84,27 kv.m, yaşayış sahəsi 71,80 kv.m olan, izolə olunmuş 2 otaqdan ibarət mənzilin dəyəri tam ödənilmişdir. İddiaçı MTK-nın sədri B.Abaslı tərəfindən “xxxx” MMC-nin direktoru M.Həsənovaya yazılan 25.01.2020-ci il tarixli, № 001 saylı məktubdan görünür ki, “İddiaçı MTK-nın sədri B.Abbaslı tərəfindən Məhərrəm Həsənovdan “xxxx”xxxx“İddiaçı MTK” 05 iyul 2018-ci il tarixində imzalanmış müqavilənin şərtlərinə , tərəflər arasında faktiki yerinə yetirilmiş Tikinti Quraşdırma İşlərinin (TQİ) həcminin müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsinə dair 07 yanvar 2020-ci il tarixdə imzalanmış “Təhvil– Təslim” Aktının habelə tərəflər arasında 21 yanvar 2020-ci il tarixdə imzalanmış 62 (altmış iki) ədəd, 6700,00 kv.m ümumi mənzil sahəsinin “Mənzillərin Bölgü AKT-nın müddəalarına uyğun olaraq B bloku, 4-cü sıra, mərtəbə 14, otaq sayı 2, sahəsi 84,27 kv.m olan mənzilin Cavabdeh1 adına rəsmiləşdirilməsi xahiş edilmişdir. İddiaçı MTK ilə Cavabdeh2 arasında bağlanan C-155/7 saylı, 17 yanvar 2019-cu il tarixli müqavilədən görünür ki, Kooperativ Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 7-ci mətəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.m, yaşayış sahəsi 87,90 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C7-4 saylı mənzilin payşıya verilməsini, payçı isə bu müqavilənin dəyərinin kooprativə ödənilməsini öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən mənzil sahəsinin hər kvadrat metrinin qiymədi ƏDV daxil olmaqla 1000 manat təşkil edir. Bu müqaviləyə əsasən payçıya verilən mənzilin ümumi dəyəri 98430.00 manat təşkil edir. İddiaçı MTK tərəfindən verilən 17 yanvar 2019-cu il tarixli, 127 saylı maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı MTK-nın ünvan 5 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış kompleksində Cblokunun 7-ci mərtəbəsində yerləşən C7-04 mənzil, ümumi sahəsi 98,43 kv.m, yaşayış sahəsi 87,90 kv.m olan 2 otaqdan ibarət yaşayış sahəsinin dəyərini tam ödəmişdir . İddiaçı MTK şirkətinə C-155/7 sömrəli müqaviləyə əsasən yuxarıda qeyd olunan şəxsin borcu yoxdur. İddiaçı MTK-nın sədri B.Abaslı tərəfindən “xxxx” MMC-nin direktoru M.Həsənovaya yazılan 24.01.2020-ci il tarixli, № 030 saylı məktubdan görünür ki, “İddiaçı MTK-nın sədri B.Abbaslı tərəfindən Məhərrəm Həsənovdan “xxxx”xxxx“İddiaçı MTK” 05 iyul 2018-ci il tarixində imzalanmış müqavilənin şərtlərinə , tərəflər arasında faktiki yerinə yetirilmiş Tikinti Quraşdırma İşlərinin (TQİ) həcminin müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsinə dair 07 yanvar 2020-ci il tarixdə imzalanmış “Təhvil – Təslim” Aktının habelə tərəflər arasında 21 yanvar 2020-ci il tarixdə imzalanmış 62 (altmış iki) ədəd, 6700,00 kv.m ümumi mənzil sahəsinin “Mənzillərin Bölgü AKT-nın müddəalarına uyğun olaraq C bloku, 4-cü sıra, mərtəbə 7, otaq sayı 2, sahəsi 98,43 kv.m olan mənzilin Cavabdeh2 adına rəsmiləşdirilməsi xahiş edilmişdir. 10 iyun 2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, podratçı İddiaçı MTK ilə sifarişçi “xxxx” MMC arasında ünvan 2 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının inşa edilməsi məqsədilə 05 iyul 2018-ci il tarixində ******* manat dəyərində podrat müqaviləsi bağlanmışdır. Tikinti obyektində işlərin görülməsi və kooperativin maliyyə təsərrüfat fəaliyyətinə aid özünün bütün səlahiyyətini X5 verilməsi üçün kooperativin digər üzvlərinin razılığı ilə X21 oğlu tərəfindən kooperatvin digər üzvü X5 29 yanvar 2018-ci il tarixli 7e-1466 nömrə ilə qeydə alınmış etibarnamə verilmişdir. X9 İddiaçı MTK-nin icraçı direktoru kimi Cavabdeh1 ilə arasında bağlanan 17 yanvar 2019-cu il tarixli B-154/10 saylı müqavilə əsasında Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m olan yaşayış sahəsi, 71.80 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B14-4 saylı mənzili alıcı Cavabdeh1 Afiq oğluna satmışdır. X2 İddiaçı MTK-nin icraçı direktoru kimi Cavabdeh2 ilə arasında bağlanan C-155/7 saylı, 17 yanvar 2019-cu il tarixli müqavilə ilə Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 7-ci mətəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.m, yaşayış sahəsi 87,90 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C7-4 saylı mənzili Cavabdeh2 satmışdır. Hazırda ilkin iddia üzrə İddiaçı MTK qeyd edilən müqavilələrin etibarsız olduğunu, müqavilələrdəki imzanın kimə məxsus olmasının bilinməməsini, həmin imzaların icraçı direktora aid olmamasını və ən əsasın olmayan mənzillərə dair bağlandığını iddia edərək həmin müqavilərin etibarsız hesab edilməsini xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçılar isə həmin müqavilərin etiibarsızlığına əsas olmamasını və mənzillərin dərhal və qeyd şərtsiz onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. İlkin iddia üzrə iddiaçının istinad etdiyi hallar və məhkəmənin həmin hala münasibəti aşağıdakılardır. 1)”İddiaçı” MTK-nın direktoru X9 MTK-ya məxsus olmayan mənzilləri səlahiyyəti olmayan halda başqa şəxslərə, o cümlədən cavabdehlərə satmışdır. Dəlili ondan ibarətdir ki, MTK-nın direktoru ona verilmiş etibarnamədən sui istifad etmiş, həmin mənzillərin MTKya məxsus olmadığını bilə-bilə mənzilləri hazırki iddia üzrə cavabdehlərə satmışdır. Halbuki, həmin mənzillər İddiaçı MTK-ya deyil “xxxx” MMC-yə məxsus olmuşdur. İddiaçı bununla bağlı hər-hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmənin mövqeyi isə ondan ibarətdir ki, cavabdehlər(alıcılar) sifarişçi ilə podratçı arasında hansı münasibətlərin, hansı razılaşmanın olmasını bilməklə mükəlləf deyildir. Mənzillərin alqı-satqısı müqaviləsi bağlanarkən alıcının müqavilənin digər tərəfində mənzillərin satışı ilə məşğul olan şirkətin qanuni təmsilçisi və şirkətin möhürünün onda olmasını bilmək mənzilləri satan şəxsin səlahiyyətli olmasını güman etməyə kifayətdir. 2) ”İddiaçı” MTK-nın direktoru X9 qohumu və MTK-nın digər üzvü Əliyev Araz Təmiraz oğlu və digər şəxslərlə birlikdə barter yolu ilə olmayan mənzilləri saxta müqavilə əsasında başqa şəxslərə satmışlar. Bu barədə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmənin mövqeyi isə ondan ibarətdir ki, MTK-nın bu əsası yuxarıda qeyd edilən birinci əsasla faktiki olaraq eynilik təşkil edir. Bundan başqa kreditor istənilən icranı qəbul edə bilər. Belə ki, Mülki Məcəllənin 435-ci maddəsində qeyd edilmişdir ki, kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. 3)İddiaçının başqa bir əsası ondan ibarətdir ki, müqavilədə icraçı direktor qrafasında əks olunmuş imzanın kimə məxsus olması məlum deyildir və təkrarən yuxarıda qeyd edildiyi kimi olmayan mənzillərə dair müqavilə bağlanması və icraçı direktora məxsus olmayan mənzillərin satılması qanunsuzdur. Məhkəmənin mövqeyi isə ondan ibarətdir ki, əvvəla iddiaçının müqavilənin etibarsızlığı ilə bağlı dəlilləri bir birini təqzib edir. Belə ki, iddiaçı müqavilələlərin səlahiyyəti olmayan icraçı direktor tərəfindən bağlandığını bildirsə də, sonradan müqavilədəki imzanın ona məxsus olmasını şübhə altına alır. Lakin müqavilədəki imzaların icraçı direktora məxsus olmamasına istinad edilərək bu barədə əsaslı şübhə yaradan dəlillər gətirilməsə də, müqavilədəki və maliyyə arayışındakı möhürün əsaslığı mübahisə predmeti olmamışdır. Bu isə onu deməyə əsas verir ki, müqavilə bağlanarkən möhür və imza səlahiyyəti icraçı direktorda olmuşdur və bu tip müqavilələrdə səlahiyyətli şəxsin müqaviləni bəyənməsi halı da istisna edilmir. Lakin müqaviləni imzalayan şəxs imzanın ona məxsusluğunu hal-hazıradək mübahisələndirməmiş və müqavilənin saxtalaşdırılması ilə bağlı hər hansı cinayət xarakterli ittiham cavabdehlərə qarşı irəli sürülməmişdir. Göstərilənlərə əsasən məhkəmə iddiaçının irəli sürdüyü dəlillərin müqavilənin etibarsızlığı üçün əsas olmadığı qənaətinə gələrək, eyni zamanda məhkəmə araşdırması zamanı da digər əsaslarla müqavilənin etibarsızlığını müəyyən etməmişdir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 49.1-ci maddəsinə əasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. - 49.2-ci maddəsinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. - 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. - 49.4-cü maddəsində hüquqi şəxsin adından çıxış edən şəxsin, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin hüquqi şəxsə və ya səhmdara (payçıya) dəyən zərərə görə məsuliyyət daşıdığı hallar göstərilmişdir. -324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. -324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. -331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. -337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. -337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. -337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. -337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. -340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. -340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. -385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. -405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. -407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. -407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə isə aşağıdakıları qeyd edir. Qarşılıqlı iddia ərizəsində məhkəmədən mənzillərin təhvil verilməsi və bir müqavilədəki mənzilin sıra nömrəsinin dəyişilmiş hesab edilməsi tələb edilsə də, iddia tələbi faktiki olaraq yeni sıra nömrəsiylə mənzillərin təhvil verilməsindən ibarətdir. Belə ki, müqavilədəki mənzillərin sıra nömrəsinin faktiki olaraq mənzillərin bölgü aktına uyğun dəyişilməsi mübahisə predmeti deyildir. Eyni zamanda zatən mövcud olan faktın təsdiqi barədə irəli sürülən tələb hüquqi nəticə doğurmamaqla, müqavilənin dəyişdirilməsi tələbi kimi qiymətləndirilməməlidir. Çünki müqavilədə qeyd olunan mənzil nömrələri, mərtəbələr və.s bina tikilən zaman şərti olaraq qeyd edilir və binanın tikintisi zamanı konstruksiyaya uyğun konkretləşdirilir. Lakin hazırki mübahisədə iddiaçı həmin halı mübahisələndirməyərək, yeni sıra nömrəsi ilə mənzilin təhvil verilməsini xahiş edir. Məhkəmə qarşılıqlı iddia tələbində cavabdehin mübahisə predmeti olan mənzilləri təhvil verməməsi barədə dəlili ilə razılaşır. Belə ki, ilkin iddia üzrə iddiaçı mübahisə predmeti olan mənzillərə dair bağlanmış müqavilələrin etibarsızlığını tələb etməklə, faktiki olaraq ilkin iddia üzrə iddiaçıların sahiblik və istifadəsinə verilməsi nəzərdə tutulan mənzillərin təhvil verilməsindən imtina edir. Belə ki, İddiaçı MTK(Kooperativ) ilə Cavabdeh1(Payçı) arasında bağlanan 17 yanvar 2019-cu il tarixli B-154/10 saylı müqaviləyə əsasən kooperativ Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m olan yaşayış sahəsi, 71.80 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B10-4 saylı mənzili payçıya verməsi barədə və Payçı isə müqavilənin dəyərini Kooperativə ödəməsi barədə öhdəlik götürmüşdür. Pay haqqının tam məbləği 84270 manat təşkil etmiş və payçı tərəfindən müqavilənin dəyərinin tam ödənilməsi barədə eyni tarixdə maliyyə arayışı tərtib edilmişdir. Bundan başqa İddiaçı MTK(Kooperativ) ilə Cavabdeh2(Payçı) arasında bağlanan C- 155/7 saylı, 17 yanvar 2019-cu il tarixli müqaviləyə əsasən kooperativ Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 7-ci mətəbəsində yerləşən ümumi sahəsi 98,43 kv.m, yaşayış sahəsi 87,90 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C7-4 saylı mənzili payçıya verməsi barədə və Payçı isə müqavilənin dəyərini Kooperativə ödəməsi barədə öhdəlik götürmüşdür. Pay haqqının tam məbləği 98430 manat təşkil etmiş və payçı tərəfindən müqavilənin dəyərinin tam ödənilməsi barədə eyni tarixdə maliyyə arayışı tərtib edilmişdir. Eyni zamanda İddiaçı sədri B.Abbaslı “xxxx” MMC-nin direktoru M.Həsənova 25.01.2020-ci il tarixli, 001 nömrəli məktubla müraciət edərək, “xxxx”xxxx“İddiaçı MTK” 05 iyul 2018-ci il tarixində imzalanmış müqavilənin şərtlərinə , tərəflər arasında faktiki yerinə yetirilmiş Tikinti Quraşdırma İşlərinin (TQİ) həcminin müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsinə dair 07 yanvar 2020-ci il tarixdə imzalanmış “Təhvil–Təslim” Aktının habelə tərəflər arasında 21 yanvar 2020-ci il tarixdə imzalanmış 62 (altmış iki) ədəd, 6700,00 kv.m ümumi mənzil sahəsinin “Mənzillərin Bölgü AKT-nın müddəalarına uyğun olaraq B bloku, 4-cü sıra, mərtəbə 14, otaq sayı 2, sahəsi 84,27 kv.m olan mənzilin Cavabdeh1 adına rəsmiləşdirilməsi xahiş edilmişdir. 21 yanvar 2020-ci il tarixli Mənzillərin bölgü “AKT”-na əsasən İddiaçı MTK-ya verilmiş 62 ədəd mənzilin siyahısına dair Cədvəl 1-dən görünür ki, B10-4 saylı mənzil Cədvəldə yoxdur. Yəni yuxarıda qeyd edilən məktuba əsasən mənzilin nömrəsinin dəyişilməsi ilə bağlı faktiki vəziyyət sifarişçi “xxxx” MMC ilə podratçı İddiaçı MTK arasında 21 yanvar 2020-ci ildə aparılmış Mənzillərin bölgü “AKT”-ının nəticəsidir. Bu isə onu deməyə əsas verir ki, İddiaçı MTK(Kooperativ) ilə Cavabdeh1(Payçı) arasında bağlanan 17 yanvar 2019-cu il tarixli B-154/10 saylı müqaviləyə əsasən payçıya ayrılmış Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 84,27 kv.m olan yaşayış sahəsi, 71.80 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət B10-4 saylı mənzilin nömrəsi B bloku, sıra 4, mərtəbə 14, otaq sayı 2, sahəsi 84.27 kv.m olan mənzilə dəyişdirilmişdir. Məhkəmə mübahisə predmeti olan müqavilələrə münasibətdə hesab edir ki, həmin müqavilələr təşkilati hüquqi formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq, tərəflər arasında bağlanmış müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Bu səbəbdən podratçı müqavilə üzrə öhdəliyini icra etməli və nəzərdə tutulmuş mənzilləri sifarişçiyə təhvil verməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; Həmin məcəllənin 762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Bundan başqa Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 112.2-ci maddəsinə əsasən Mənzil-tikinti kooperativi üzvlərindən ən azı biri tərəfindən pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativinin çoxmənzilli binada mülkiyyət münasibətlərinə bu Məcəllənin Vİ fəslinin müddəaları şamil edilir. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, ilkin iddia üzrə müqavilələrin etibarsızlığı tələbi öz təsdiqini tapmadığından və qarşılıqlı iddia üzrə iddiaçıların mənzillərin təhvil verilməsi barədə tələbi əsaslı olduğundan, qarşılıqlı iddia təmin edilməli və İddiaçı MTK tərəfindən ünvan 2 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının B bloku, 4-cü sıra, mərtəbə 14, otaq sayı 2, ümumi sahəsi 84,27 kv.m olan mənzil Cavabdeh1, ünvan 2 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının C bloku, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 98.43 kv.m olan 2 otaqlı C7-4 saylı mənzil isə Cavabdeh2 təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MTK-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddiası rədd edilməli, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı MTK-ya qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddiaları təmin edilməli, cavabdeh İddiaçı MTK tərəfindən ünvan 2 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının B blokunda, 4-cü sıra, mərtəbə 14-də, otaq sayı 2, ümumi sahəsi 84,27 kv.m olan mənzil iddiaçı Cavabdeh1, ünvan 2 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının C blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 98.43 kv.m olan 2 otaqlı C7-4 saylı mənzil isə Cavabdeh2 təhvil verilməlidir, ödənilçiş dövlət rüsumları iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MTK-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddiası rədd edilsin. İddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı MTK-ya qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddiaları təmin edilsin. Cavabdeh İddiaçı MTK tərəfindən ünvan 2 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının B blokunda, 4-cü sıra, mərtəbə 14-də, otaq sayı 2, ümumi sahəsi 84,27 kv.m olan mənzil iddiaçı Cavabdeh1 və ünvan 2 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının C blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 98.43 kv.m olan 2 otaqlı C7-4 saylı mənzil isə Cavabdeh2 təhvil verilsin. Hər iki iddia üzrə ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2415/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2415/2021
25.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver