Məhkəmə qərarları › İş №2(001)-2418/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2418/2023

10.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2418/2023 10.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 ünvana **********00033 abonent koduna əsassız hesablanmış 833,99 manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən ona qarşı məhkəmədə iddia qaldırılaraq istifadə edilmiş elektrik enerjisi üzrə (abonent kodu **********00033) yaranmış 1031,58 manat borcun tutulmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3031/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir və istifadə edilmiş elektrik enerjisinə görə 197,59 manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsinə və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilmişdir və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası apellyasiya şikayətinə xx.xx.2021-ci il tarixdə baxaraq apellyasiya şikayətin təmin edilməməsinə və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qətnamə çıxarılmışdır. Qətnamədə 3 illik iddia müddətində iddia qaldırmadığı və iddia müddəti ötürüldüyündən tələb hüququnun olmaması göstərilmişdir. Buna baxmayaraq ona göndərilmiş bildirişdə **********00033 abonent kodu üzrə 962 manat borcun ödənilməsi və əks təqdirdə elektrik enerjisinin dayandırılacağı göstərilmişdir. Borcun yenidən hesablanaraq, tələb edilməsi əsassızdır, görünüdüyü kimi qətnamə ilə borcun müəyyən hissəsi təmin edilməmişdir, qətnamə qanuni qüvvəsini almışdır və cavabdeh tərəfindən yenidən həmin borcun hesablanaraq ondan tələb edilməsi tam qanunsuzdur. Qeyd olunmalıdır ki, istehlak etdiyi elektrik enerjisi sərfiyyatını çıxdıqda cavabdeh tərəf 833,99 manat əsassız olaraq borc hesablanmışdır. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6622/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 1031,58 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barəcə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3031/2021 saylı 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, istifadə edilmiş elektrik enerjisinə görə 197,59 (bir yüz doxsan yeddi manat əlli doqquz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 6(altı) manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6622/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3031/2021 saylı 29 aprel 2021-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi, iddiaçının halhazırda silinməsini tələb etdiyi borc məbləğinə dair mübahisə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3031/2021 saylı 29 aprel 2021-ci il tarixli qətnaməsində həll edilmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, iddia ərizəsinin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar