Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2432/2022 19.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh X1rşı 518 manat borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X1rşı 518 manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində quraşdırılmış GPG13060337 nömrəli qaz sayğacı cavabdehin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə akt tərtib edilməklə çıxarılmışdır. Qeyd edilən qaz sayğacının yoxlanılması barədə tərtib olunan xx.xx.2022-ci il tarixli 29/1710-05204-1 saylı akta əsasən G-4 markalı qaz sayğacının çıxış plastmas borusunun deşilməsi aşkar olunmuş və kənar müdaxilə aşkar olunması göstərilmişdir. Bundan sonra onun barəsində xx.xx.2022-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmiş və dəymiş ziyana görə Azəriqaz İB-nin qərarına əsasən ona 518 manat borc hesablanmışdır. Sayğac küçədə yerləşdiyindən sayğaca baxış keçirilməsi və akt tərtib edilməsindən onun məlumatı olmamışdır. Onun və ailə üzvlərinin sayğaca müdaxilə etmələri isə qeyri-mümkündür. Ona görə də Azəriqaz İB tərəfindən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı ilə bağlı əsassız hesablanmış 518 manat borc məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh X3 nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən iddiaçının istifadəsində olan 1302AZ**********37 saylı sayğac çıxarılmış və laboratoriyada yoxlamasından keçirilmişdir. 1302AZ**********37 nömrəli sayğacın yoxlanması barədə 29/1710-05204-1 nömrəli akt əsasında sayğacın çıxış plastmast borsunun deşilməsi barədə rəy verilmişdir. Məişət tipli qaz sayğaclarının yoxlanması nəticəsində aşkar ediləcək qüsurların icrası barədə Azəriqaz İB-nin direktoru tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş təlimatda qeyd edilən qüsur müdaxilə kimi qiymətləndirilmişdir. Rəy əsasında təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə dəymiş zərərin məbləği 518,40 (4320 m2 x 0,12=518,40) manat hesablanaraq abonentin saldosuna daxil edilmişdir. Sayğaca müdaxiləyə maraqlı olan və faydalanan yeganə şəxs istehlakçı olmuşdur. Belə ki, sayğac dəyişməzdən əvvəlki ay, yəni 2021-ci ilin noyabr ayı üçün cəmi ödəniş 10 manat, sərfiyyat isə 84 m3 olmuşdur. Sayğac eyni tipli smart sayğacla əvəz edildikdən sonrakı ilk ayın yəni 2021-ci ilin dekabr ayının ödənişi isə 60 manat olmaqla sərfiyyat 500 m3 təşkil etməkdədir. Bu faktın özü iddiaçının sayğaca müdaxilə yolu ilə daha çox təbii qaz istehlak edərək daha az məbləğ ödəmək məqsədinə nail olmasının təkzib edilməz sübutudur. Həm ödəniş, həm də sərfiyyat arasında yalnız bir ay üçün 6 dəfəyədək fərqin olması danılmaz bir faktdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X3 əməkdaşları tərəfindən tərtib olunan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu barədə xx.xx.2021-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı istifadəsində olan 1302AZ**********37 sayğaca baxış zamanı sayğacın aşağı sərfiyyatı qeyd etmədiyi müəyyən edilmişdir. X3 əməkdaşları tərəfindən tərtib olunan qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli MSK-29/1710-05204-1 saylı aktın surətindən müəyyən olunur ki, Azəriqaz İB-nin Socar xx.xx.2021-ci il tarixli telefonoqramına əsasən xx.xx.2021-ci il tarixdə əhali sektorunda istismarda olan BRQS Departamentindən Metrologiya Departamentinə gətirilmiş 1302AZ**********37 saylı sayğaca baxış zamanı sayğacın çıxış plasmas borusunun deşilməsi və hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi müəyyən edilmişdir. X3 əməkdaşları tərəfindən tərtib olunan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, **********102 zavod nömrəli sayğaca baxış zamanı sayğacın çıxış plasmas borusunun deşilməsi müəyyən edilərək dəymiş ziyanın hesablanması qərara alınmış, İddiaçı aktı imzalamaqdan imtina etmişdir. X3 xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən qaz sayğacının nominal qaz sərfi 4 m3 orta gündəlik iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə cəmi 4320 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Azəriqaz İB-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, fiziki şəxs olan istehlakçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.9.-cu bəndinə əsasən zədələnmənin istehlakçının təqsiri üzündən baş verdikdə zədələnmiş qaz sayğacının təmir olunması texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılmasının istehkalçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilməsi, Qaydalara 2 nömrəli əlavə ilə təsdiqlənmiş “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın aıqı-satqı müqaviləsi”nin (müqavilə) 2.2.4-cü yarımbəndinə uyğun olaraq aşkar olunmuş nöqsanlar müvafiq qaydada rəsmiləşdirilərək baxılması üçün aidiyyati dövlət orqanlarına göndərilməsi və yalnız təqsirli səbəbindən qaz sayğacı yararsız vəziyətə düşərsə onun təmirinin, dəyişdirilməsinin istehlakçıdan tələb edilməsi bildirilmişdir. Azəriqaz İB tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, aktlar üzrə İddiaçı borcu 518,40 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən qaz sərfiyyatına görə ona 518,40 manat ziyan hesablamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 518,40 manat ziyan hesablamışdır. Ona görə də məhkəmə istehlakçının iddia ərizəsini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. X3 İddiaçı maddi ziyana görə tələb etdiyi 518 manat silinsin. X2 dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2432/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2432/2022
19.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver