Məhkəmə qərarları › İş №2(001)-2433/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2433/2022

30.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2433/2022 30.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 11 saylı Dövlət Notariat Kontoruna qarşı “alqı-satqının, çıxarışın etibarsız hesab edilməsi və s” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 11 saylı Dövlət Notariat Kontoruna qarşı “alqı-satqının, çıxarışın etibarsız hesab edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Şövkət Məmmədova küçəsi, 3078-ci məhəllə, ev 57, 107 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 57, M15, mənzil 3) dair Cavabdeh1 ilə X11 arasında Bakı şəhəri 11 saylı Notariat Ofisində bağlanan 4Ə-592 reyestr nömrəli 14 sentyabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, eyni zamanda **********42-053xx-xx-3009 reyestr nömrəli, **********2 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, 56.90 kv.m sahədən ibarət olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Şövkət Məmmədova küçəsi, 3078-ci məhəllə, ev 57, 107 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 57, M15, mənzil 3) alınmasına ödədiyi 65000 manatın Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 8-ci mkr, 3078-ci məhəllə, ev 57, 13 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 57, M3, mənzil 5) alınmasına dair "xxxx" MTK ilə xx.xx.2019-cu il tarixdə yaşayış mənzilinin alqı-satqısı haqqında 75 №-li müqavilə bağlamışdır. Həmin mənzilin dəyəri 65 000 manat müəyyən edilmişdir. "xxxx" MTK ilə xx.xx.2019-cu il tarixdə yaşayış mənzilinin alqı-satqısı haqqında 75 №-li müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 8-ci mkr, 3078-ci məhəllə, ev 57, 13 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 57, M3, mənzil 5) dair 40 000 manat ödəmişdir. Həmin tərəflər arasında bağlanmış xx.xx.2020ci il tarixli yaşayış mənzilinin alqı-satqısı haqqında müqaviləyə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 8-ci mkr, 3078-ci məhəllə, ev 57, 13 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 57, M3, mənzil 5) dair qalan 25 000 manatı da ödəmişdir. Qeyd edilən mənzilin alqı-satqısına dair xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 40 000 manat və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 25 000 manat məbləğin İddiaçı tərəfindən ödənilməsi barədə "xxxx" MTK-nın sədri X5 tərəfindən xx.xx.2021-ci il tarixdə arayış verilmişdir. Cavabdeh X3 övladları ilə birlikdə həmin mənzildə yaşamışlar. İddiaçının mənzili almaqda məqsədi cavabdeh və onun övladları ilə birlikdə həmin mənzildə yaşamaq olmuşdur. Mənzilin təmirinə və məişət əşyalarının alınmasına ümumilikdı 25 000 manat pul xərcləmişdir. Lakin bir müddət sonra Cavabdeh1 ailəmizin bir yerdə olmasını sığortalamaq üçün Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 8-ci mkr, 3078-ci məhəllə, ev 57, 13 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 57, M3, mənzil 5) ½ hissəsinin onun adına rəsmiləşdirilməsini tələb etmişdir. "xxxx" MTK tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş maliyyə arayışında ondan başqa cavabdehin də adı və soyadı qeyd edilmişdir. Bu gələcəkdə qurulacaq ailənin qorunması üçün iddiaçının xahişi ilə ona görə edilmişdir ki, mənzilin cavabdehin adına rəsmiləşdirilməsi mümkün olsun. "xxxx" MTK-nın xx.xx.2020-ci il tarixli 56 №-li prokolundan çıxarışa əsasən, iddiaçı və cavabdeh kooperativə üzv qəbul edilmişlər və adıçəkilən mənzilin paylı mülkiyyətə verilməsi qərara alınmışdır. AR ƏMDK DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 8-ci mkr, 3078-ci məhəllə, ev 57, 13 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 57, M3, mənzil 5) iddiaçı ilə cavabdehin ümumi birgə mülkiyyətinə verilmişdir. Bir müddət sonra Cavabdeh1 iddiaçının inamından sui-istifadə edərək həmin mənzilin bütövlükdə onun adına alqı-satqı yolu ilə keçirilməsi tələb etmişdir. Ailədə münaqişə yaranmaması, cavabdehlə gələcəkdə nikah bağlaması üçün və cavabdehi iki azyaşlı övladı ilə orada yaşamasını nəzərə alaraq mübahisəli mənzilin onun adına rəsmiləşdirilməsinə razı olmuşdur. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 11 saylı Notariat ofisində iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 8-ci mkr, 3078-ci məhəllə, ev 57, 13 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 57, M3, mənzil 5) ona məxsus ½ hissəsini Cavabdeh1 ilə alqı-satqı etmiş və nəticədə mənzil cavabdehin mülkiyyətinə keçmişdir. Alqı-satqıdan 3-4 gün sonra həmin mənzilə daxil olmaq istəyərkən, iddiaçı mənzilin qapısının açarının dəyişdirilməsi ilə üzləşmişdir. Bu barədə cavabdehlə əlaqə saxlayıb məlumat aldıqda cavabdeh ona aralarındakı münasibətin bitdiyini və bir də həmin mənzilə gəlməməsini bildirmişdir. Bu zaman iddiaçıya cavabdehin onun etibarından sui-istifadə etməklə mənzili öz mülkiyyətinə keçirmək planının əvvəlcədən mövcud olması aydın olmuşdur. "xxxx" MTK-nın xx.xx.2020-ci il tarixli 56 №-li prokolundan çıxarışının və xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 11 saylı Notariat ofisində iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 8-ci mkr, 3078-ci məhəllə, ev 57, 13 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 57, M3, mənzil 5) alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi barədə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Həmçinin məhkəmə qərarı ilə adıçəkilən mənzilin üzərinə həbs qoyulmuşdur. Bundan sonra Cavabdeh1 ilə münasibəti düzəltdiyi üçün iddiaçı ərizəsinin geri qaytarılmasını xahiş etmiş və məhkəmə tərəfindən iddia ərizəsi və sənədlər geri qaytarılmış, mənzil üzərindəki həbs götürülmüşdür. Cavabdeh1 ilə iddiaçı münasibətləri bərpa olunduqdan sonra yenidən həmin mənzildə birlikdə yaşamağa başlamışlar. Sonra həmin mənzili satıb daha böyük mənzil almaq qərarına gəlmişlər. Nəticədə, iddiaçı mübahisəli mənzili 95 000 manat dəyərində 48 saylı Notariat Kontoru vasitəsilə satmışdır. Həmin binanın 13-cü mərtəbəsində yerləşən və X6 məxsus 73.20 kv.m sahəsi olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Şövkət Məmmədova küçəsi, 3078-ci məhəllə, ev 57, 107 saylı mənzili (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 57, M15, mənzil 3) Cavabdeh1 adına alqı-satqı edərək rəsmiləşdirmişlər. Alqı-satqıdan sonra iddiaçı xx.xx.2021-ci il tarixdə yeni mənzilə qeydiyyata düşmüşdür. X12 ilə mənzilin alqı-satqı üçün 100 000 manata razılaşılmışdır. İ.Əlixanova iddiaçı tərəfindən 80 000 manat ödənilmiş, qalan 20 000 manat məbləğin isə bir neçə aya ödənilməsinə dair razılığa gəliblər. Yeni mənzil təmirsiz olduğu üçün iddiaçı, cavabdeh və cavabdehin övladları aylığı 450 manat olmaqla, 8 ay müddətində kirayədə yaşamışlar. Yeni mənzilin təmiri iş icraçısı X9 həvalə edilmişdir. İddaçı mənzilin təmirinə 8565,20 manat xərcləmişdir. Mənzilin təmiri zamanı Cavabdeh1 kirayə yaşadığımız mənzili uşaqları ilə birlikdə tərk etmiş və bütün telefonlarını söndürərək onunla əlaqəni kəsmişdir. İddiaçı cavabdehin anası ilə cavabdehə xəbər göndərərək mənzilin alqı-satqısı və təmiri üçün ödədəyi pulları qaytarmasını bildirmişdir. Bu dəfə də cavabdeh tərəfindən aldadıldığını başa düşən iddiaçı məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayıb iddia tələbini dəqiqləşdirərək, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Şövkət Məmmədova küçəsi, 3078-ci məhəllə, ev 57, 107 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 57, M15, mənzil 3) dair Cavabdeh1 ilə X11 arasında Bakı şəhəri 11 saylı Notariat Ofisində bağlanan 4Ə-592 reyestr nömrəli 14 sentyabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, eyni zamanda **********42-053xx-xx-3009 reyestr nömrəli, **********2 qeydiyyat nömrəli xx.xx.2021ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, həmçinin cavabdehin adına olan mənzilin alınmasına sərf edilən 65.000 manat və 73.20 kv.m sahəsi olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Şövkət Məmmədova küçəsi, 3078-ci məhəllə, ev 57, 107 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 57, M15, mənzil 3) təmirinə xərclədiyi 8555,20 manat pulun Cavabdeh1 alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili E.Kiçikbəyov izahatında bildirmişdir ki, təmsil etdiyi şəxs mübahisəli mənzili iddiaçı tərəfin heç bir maddi dəstəyi olmadan özü almışdır. Cavabdeh iddiaçı ilə 3 il əvvəl tanış olmuş və aralarında ilk vaxtlar dostluq münasibətləri olmuş, daha sonra isə faktiki ailə münasibətləri yaranmışdır. İddiaçı cavabdehə Bakı şəhərində mənzillərin qiymətlərinin çox baha olduğunu və onun üçün daha münasib qiymətə mənzil tapa biləcəyini bildirmişdir. Bundan sonra iddiaçı cavabdehi "xxxx" MTK-ya məxsus 2-ci mərtəbədə yerləşən 1 otaqlı, təmirsiz mənzilə baxmağa aparmışdır. Cavabdeh iddiaçının göstərdiyi mənzili bəyənmiş, anasının şahidliyi ilə 65000 manat pulu iddiaçıya vermişdir. İddiaçı tərəf mənzil ucuz alındığına görə o mənzildə haqqının olduğunu düşünür. Lakin iddiaçı mübahisəli mənzili öz şəxsi vəsaiti ilə almamışdır. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, 3 il əvvəl təxminən 2019-da iddiaçı ilə tanış olublar. İddiaçı ilk öncə 8 mkr-da öz yaşadığı binanın 1ci mərtəbəsində ev göstərmiş, evin qiyməti 135000 manat olduğundan onlar evi ala bilməmiş, iddiaçı təxminə 70000 manatlıq ev almaq istədiklərini bildirmişlər. Ev məsələsi iddiaçı ilə münasibətlərdən öncə olub, sonra isə şəxsi münasibətləri yaranıb. İlk evi alarkən MTK iddiaçıya görə endirim etmiş, onlarda evə görə 65000 manat pul vermişlər. Evin alınması üçün 65000 manat pulu isə cavabdeh anası ilə birlikdə Bakıda Yusifə vermişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Cavabdeh1 nümayəndəsi-vəkili E.Kiçikbəyov məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - yaşayış yerindən arayışa əsasən, İddiaçı xx.xx.2021-ci il tarixdən Bakı şəhəri, ünvan 2 ünvanlnda qeydiyyatdadır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Şövkət Məmmədova küçəsi, 3078-ci məhəllə, ev 57, 107 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 57, M15, mənzil 3) 152.50 kv.m sahədən 79.3 kv.m sahəsi X6, 73.2 kv.m sahəsi isə Cavabdeh1 məxsusdur və bu hüquq ona xx.xx.2021-ci il tarixdə verilmişdir. - inşaat mallarına dair xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli satış qaimələrinə əsəsən, Faiq İnşaatdan ümumi dəyəri 2775.20 manat məbləğində tikinti materialları alınmışdır. - yaşayış mənzilinin alqı-satqısı haqqında 75 nömrəli, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, "xxxx" MTK sədri X5 ilə İddiaçı arasında MTK tərəfindəmn inşa olunan Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 5 saylı binanın qarşısında tikiləcək 1 bloklu binanın 2-ci mərtəbəsində, ümumi sahəsi 61.38 kv.m olan 1 otaqdan ibarət mənzilə dair müqavilə bağlanmışdır. - yaşayış mənzilinin alqı-satqısı haqqında xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, "xxxx" MTK sədri X5 ilə İddiaçı arasında MTK tərəfindən inşa olunan Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 5 saylı binanın qarşısında tikiləcək 1 bloklu binanın 2-ci mərtəbəsində, ümumi sahəsi 61.38 kv.m olan 1 otaqdan ibarət mənzilə dair müqavilə bağlanmışdır. - xx.xx.2020-ci il tarixdə "xxxx" MTK tərəfindən İddiaçı və X7 verilmiş maliyyə arayışdan görünür ki, "xxxx" MTK tərəfindən inşa edilmiş ünvan 3 ünvanında yerləşən binanın yaşayışının 2-ci mərtəbəsində, 1 otaqlı, ümumi sahəsi 61.38 kv.m olan 13 saylı mənzilin ümumi dəyəri tam ödənilmişdir. - xx.xx.2020-ci il tarixli 56 nömrəli Protokoldan çıxarışa əsasən, İddiaçı və X1 üzv qəbul edilmiş və ünvan 3 ünvanında yerləşən binanın yaşayışının 2-ci mərtəbəsində, 1 otaqlı, ümumi sahəsi 61.38 kv.m olan 13 saylı mənzil paylı mülkiyyətə verilmişdir. -xx.xx.2021-ci il tarixdə "xxxx" MTK-nın sədri X5 tərəfindən verilmiş arayışa əsasən, ünvan 3 ünvanında yerləşən binanın yaşayışının 2-ci mərtəbəsində, 1 otaqlı, ümumi sahəsi 61.38 kv.m olan 13 saylı mənzilin 65.000 manat məbləğini xx.xx.2019-cu il tarixli yaşayış mənzilinin alqı-satqısı haqqında 75 nömrıli müqaviləyə əsasən 40.000 manat və xx.xx.2020-ci il tarixli yaşayış mənzilinin alqı-satqısı haqqında müqaviləyə əsasən 25.000 manat məbləğini İddiaçı ödəmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Şövkət Məmmədova küçəsi, 3078-ci məhəllə, ev 57, 13 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 57, M3, mənzil 5) 56.90 kv.m sahəsi X8 və Cavabdeh1 ümumi birgə mülkiyyətindədir və bu hüquq onlara xx.xx.2021-ci il tarixdə verilmişdir. - xx.xx.2021-ci il tarixli 4Ə-291 reyestr nömrəli alqı-satqıya dair notariat işinə əsasən, daşınmaz əmlakın alqı-satqısına dair AN-İ ******* nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Şövkət Məmmədova küçəsi, 3078-ci məhəllə, ev 57, 13 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 57, M3, mənzil 5) özünə məxsus ½ hissəsini 40.000 manata Cavabdeh1 satmışdır. - ödəniş qəbzinə əsasən Cavabdeh1 mənzilin alqı-satısı üçün 40.000 pul ödəniş etmişdir. - xx.xx.2021-ci il tarixli 4Ə-592 reyestr nömrəli alqı-satqıya dair notariat işinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 57, M15, 3 saylı ümumi sahəsi 152.5 kv.m olan mənzilin 73.2 kv.m sahəsinin alınması üçün Cavabdeh1 satıcı X6 80.000 manat ödəniş etmişdir. Mənzilin qalan 79.3 kv.m hissəsi mülkiyyəti İ.Əlixanov özündə saxlanmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 izahat verərək bildirdi ki, İddiaçı uzun müddətdir tanıyır. A.Fiiyevanı isə yalnız notariusda görüb. O, mənzilin alqı-satqısı üçün Yusiflə danışıqlar aparmış və 100 000 manata razılaşmışlar. Hazırda 80 000 manat versə də, 20 000 manat borcu hələ də qalmışdır. Notariusda o, Yusif, bir də cavabdeh olmuşdur. Yusif mənzilin Cavabdeh1 adına rəsmiləşdiriləcəyini bildirmişdir və şəxsən maşından 80 000 manat götürüb gəlmiş, notariusda depozitə qoyularaq pul ona verilmişdir. Hal-hazırda mənzildə yaşayış yoxdur, beləki, mənzil satılarkən təmirsiz olub. Bir müddət təmir işləri getsə də, indi dayandırılıb. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında şahid kimi iştirak edən X10 ifadə verərək bildirdi ki, Yusifi tanıyır, onun yaşadığı binada elektrik işləri ilə məşğul olub. 2019-cu ildə Yusif həmin binadan sahəsi təxminən 60 kv.m olan mənzil almışdır. 2019-cu ildə mənzili alarkən 40 000 manat, 1 il sonra, yəni 2020-ci ildə isə 25 000 manat ödəniş etmişdir. Mənzilin hansı məqsədlə alınmasını bilmir. Təxminən 1 il təmir işləri getmiş, sonra ailəlikcə həmin mənzilə köçmüşlər. İddiaçı ilə Cavabdeh1 arasında faktiki nikah münasibətləri mövcud olmuşdur. Daha sonra tərəflər arasında problem olduğundan iddiaçı mənzili cavabdehin adına keçirmişdir. Əvvəlki mənzil satıldıqdan sonra yeni mənzili onun oğlundan almışlar. Hazırda Yusifin onun oğluna 20 000 manat borcu vardır. Aralarında mənzilin dəyəri ilə bağlı 100 000 manata razılıq olsa da, notariusda 80 000 manata alqı-satqı ediblər. Hazırda həmin mənzil təmirsizdir və heç kim yaşamır. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında şahid kimi iştirak edən X4 ifadə verərək bildirdi ki, elektrik ustası kimi həmin mənzildə işlər görmüşdür. Dəqiq ayı xatırlamasa da, qış ayları olub. Yusifin dostu Nazim müəllim vasitəsilə tərəflərə yönləndirilmişdir. Gördüyü işlərə görə Yusif müəllimdən 1000 manat ödəniş almışdır. Ondan başqa mənzildə digər hörgü və s. işlər görülmüşdür. Hazırda təmir işi yarımçıq qalıb. Mənzilin Yusif müəllimə məxsus olduğunu bilib, cavabdehi heç vaxt görməyib. Gördüyü işlərin qiyməti təxmini 1000-1200 manat təşkil edir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında şahid kimi iştirak edən X15 ifadə verərək bildirdi ki, iddiaçının dostudur. Əvvəl iddiaçı bir mənzil almış, sonra onu sataraq, yeni mənzil almışdır. Yeni mənzili aldıqdan sonra iddiaçı ona mənzilin təmirə ehtiyacı olduğunu bildirmişdir. O da öz növbəsində xalası oğlunun vasitəsilə ustalar və fəhlələr tapmış, öz mağazasından tikinti malları göndərmişdir. Lakin iddiaçı borcunu hələ də tam ödəməyib, təxminən 3 000 manat dükana borcu qalıb. Təkcə mənzilin təmirdən qalan tullantıların daşınmasına və təmizlənməsinə 1000-1500 manat pul xərclənib. Ödənişlərin hamısını Yusif edib. Dəqiqliklə xatırlamasa da, ümumilikdə təmirə 8000-8500 manat arası pul getdiyini bilir. Alınan mallara dair qaimələr də verilib. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edir. -1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş saylır ki, bu gür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1093.1-ci maddəsinin tələbinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə Cavabdeh1 əsassız varlanmış şəxs hesab etməklə, qeyd edir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (MM 1091-ci maddə). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (MM 1092-cu maddə). Məhkəmə qeyd edir ki, tərəflər arasında əvvələr faktiki ailə münasibətlərinin olması işin mübahisəsiz halıdır. Məhkəmə iclasında iddiaçı tərəfin verdiyi izahatlardan müəyyən edilir ki, iddiaçının cavabdehə mənzillərin alınması, təmir xərclərinin çəkilməsi yalnız gələcəkdə cavabdehlə birgə yaşamaq niyyətindən irəli gəlmişdir və bu amala söykənmişdir. Lakin cavabdehin iddiaçıya münasibətdə vicdanla hərəkət etməməsi sonuncuya xeyli miqdarda maddi ziyan vurmuşdur. İş materiallarından həmçinin müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 8-ci mkr, 3078-ci məhəllə, ev 57, 13 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 57, M3, mənzil 5) alqı-satqısında 40000 manat cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Lakin ilkin olaraq Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 8-ci mkr, 3078-ci məhəllə, ev 57, 13 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 57, M3, mənzil 5) dəyəri kimi iddiaçı tərəfindən MTK-ya 65000 manat ödənilmişdir. Odur ki, cavabdehin 25000 manat məbləğində iddiaçının hesabına əsassız varlandığı müəyyən edilir. Həmçinin məhkəmə cavabdehin mənzili öz vəsaiti hesabına almasına dair izahatına münasibətdə qeyd edir ki, əgər cavabdeh həqiqətən də mənzili öz vəsaiti hesabına almış olsaydı, onda təkrar mənzilin alqı-satqısında notariat ofisinin depozitinə hansı səbəbdən yenidən mənzilin alınması üçün 40 000 manat pul köçürmüşdür. Belə ki, əgər cavabdehin mənzili öz vəsaiti hesabına əldə etməsi həqiqəti əks etdirmiş olsaydı, onda iddiaçı cavabdehə mənzili alqı-satqı yolu ilə deyil, bağışlama müqaviləsi əsasında onun mülkiyyətinə verərdi. Məhkəmə qeyd edir ki, öhdəliyin (mənzil üçün ödənilmiş pul məbləğinin qaytarılması) lazımınca icra edilməməsi isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə qiymətləndirilməlidir. Məhkəmə iş materiallarında olan təmir-tikinti materiallarının alqı-satqısına dair qaimələri və şahid ifadələrini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Şövkət Məmmədova küçəsi, 3078-ci məhəllə, ev 57, 107 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 57, M15, mənzil 3) təmirinə şəkilmiş xərcin əvəzi olaraq 2775,20 manat pul məbləği Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə alqı-satqı müqaviləsinin və s. etibarsız hesab edilməsinə münasibətdə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, Mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutlmuş formaya riayət edilməsi zəruridir. İş materiallarını araşdıraraq, məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması müəyyən edilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər, əsasən, iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə; əqdin etibarsız sayılması üçün mübahisə edilməsi meyarına görə. Əqdin elementinin qüsurlu olması meyarının mahiyyəti ondan ibarətdir ki, əqdin hansı elementin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlərin dörd növü fərqləndirilir: subyekt tərkibi qüsurlu olan etibarsız əqdlər; iradəsi qüsurlu olan etibarsız əqdlər; forması qüsurlu olan əqdlər; məzmunu qüsurlu olan əqdlər. Beləliklə, iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi forma baxımından bütün tələblərə əməl edilməklə bağlanmışdır. Ona görə də müqavilə etibarsız hesab edilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, müqavilənin etibarsız hesab olunması şərtləri və qaydası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-349-cu, müqavilələrin ləğv edilməsinin şərtləri və qaydası isə həmin Məcəllənin 421-424-cü maddələri ilə tənzimlənir. Qanunvericlikdə müqavilələrin etibarsız sayılmasının və müqavilələrin ləğv edilməsinin müxtəlif şərtləri, qaydası və nəticəsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.1,337.3-337.5-ci maddələrinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, müəyyən olunur ki, alqı-satqıya dair tərəflərin həqiqi iradəsi mövcud olmuş, Mülki Məcəllənin tələblərinə uyğun olaraq forma baxımdan qaydaya riayət olunmuş və bununla da alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun olaraq qanuni bağlanmışdır. Göründüyü kimi əqdin etibarsız hesab edilməsi üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə bağlanmış müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan müqavilə bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqavilə etibarsız hesab edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 8-ci mkr, 3078-ci məhəllə, ev 57, 13 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 57, M3, mənzil 5) alınması üçün İddiaçı tərəfindən ödənilmiş 25.000 manat və Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Şövkət Məmmədova küçəsi, 3078-ci məhəllə, ev 57, 107 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 57, M15, mənzil 3) təmiri üçün iddiaçı tərəfindən çəkilmiş 2775,20 manat pul vəsaiti Cavabdeh1 alınaraq iddiaçıya ödənilməldir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 25.000 (iyirmi beş min) manat məbləğində pul və Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Şövkət Məmmədova küçəsi, 3078-ci məhəllə, ev 57, 107 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 57, M15, mənzil 3) təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 2775,20 (iki min yeddi yüz yetmiş beş manat iyirmi qəpik) pul məbləği tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar