Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2515/2023 11.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi,Məhkəmə iclas katibi X4, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxsin nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1938-ci il tarixdə Bakı şəhərində anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onun X1 üzərində qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X6 onun anasıdır. xx.xx.1938-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bugünə qədər onun himayəsindədir. 2021-ci ildə avqust ayında insult xəstəliyi keçirdi və Medistyle klinikasında 2 həftə reanimasiya şöbəsində qaldı və oradan çıxardıb evə gətirdi. Həmin gündən bu günə qədər yataq xəstəsidir, fəaliyyət qabiliyyətlərini itirmişdir. Bundan başqa keçirdiyi xəstəliyi və yaşı ilə əlaqədar olaraq da psixi heç bir hərəkət edə bilmir və yalnız yataq xəstəsidir. Anasına o, baxır və faktiki olaraq onun himayəsindədir. Müəyyən əqdlərin bağlanmasında, sosial müavinətlərin alınması ilə bağlı və bir çox sair məsələlərdə imza gərək olarkən, o, bunu edə bilmir. Ona görə də, qərara gəlmişdir ki, anası X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə sənədlər rəsmiləşdirilsin. Buna isə daima ehtiyac var. Belə ki, müəyyən sənədləşmələrdə anasının imzası lazım gəlir. O, isə bunu etmək iqtidarında deyil. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE 17350443 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1938-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Medistyle Hospital tərəfindən verilmiş epikrizdən görünür ki, X6 hospitala daxil olarkən ümumi vəziyyəti ağırdır, huşu koma. Xəstənin sağ yuxarı ətrafında plegiya, sağ aşağı ətrafında dərin ağrı qıcığına az hərəki reaksiya qeyd olunur. Dəri və görünən selikli qişaları solğun , avazımışdır. Tənəffüsü sərbəstdir, THDS 24 akt. SpO2-90%. A/T 194/120 mm.c.st. Ps-1' 130-180 vurğu, səyrici aritmiya, taxisistolik forma. Dili quru, ərplidir. Qarnı palpasiya zamanı yumşaq, ağrılıdır. Periton qıcıqlanması mənfidir. Xəstə reanimasiya şöbəsinə yerləşdirildi. Müvafiq müayinə planı verildi. Xəstə baş-beyin MRT müayinəsi olundu - Sol frontotemporoinsular payda kortikosubkortikal və dərin ağ maddədə, sol bazal qanqliyalarda sol orta beyin arteriyası (MCA) sulama hövzəsində kəskin dövr işemik insult sahəsi. Xəstəyə müvafiq müalicə başlandı. Aparılan müalicələr nəticəsində xəstənin ümumi vəziyyətində müsbət dinamika qeyd olundu. Beləki huşu stupor, sensomotor afaziya qeyd edilir.Tənəffüsü sərbəstdir. Sp02 98% . A/T14S/90 mm.c.st. Ps – 1` 70 vurğudur. Qidalanması nazoqastal zona vasitəsilədir. Diurez uretral kateterlədir. xx.xx.2021-ci il tarixində xəstə yaxınları müalicəni nevropatoloqun nəzarəti altında ambulator şəraitdə davam etdirmək üçün xəstəni evə apardılar. “Bakı Səhiyyə Mərkəzi” Publik hüquqi şəxs tərəfindən verilmiş ambulator kitabçadan çıxarışdan görünür ki, X1 əsas xəstəliyi keçirilmiş işemik, insultun qalıqlar. Vəziyyəti orta ağırdır. Xəstənin yataqda qulluğa ehtiyacı var. Nitqi yoxdur, danışa bilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, X2 Keçirilmiş insultdan sonra yaranmış vegetativ vəziyyət müəyyən edilir. Hal-hazırda X1 hazırki psixi vəziyyəti ilə əlaqədar o, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də X1 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. X2 müəyyən edilən Keçirilmiş insultdan sonra yaranmış vegetativ vəziyyət ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, X1 öz hərəkətlərinin mənasını dərk etməməsi və onları şüurlu idarə etmək iqtidarına malik olmaması halları məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik ekspertizasının rəyi ilə təsdiq edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməli, xx.xx.1938-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə ərizənin digər hissəsi ilə əlaqədar isə qeyd edir ki, məhkəmənin hazırda gəldiyi xx.xx.1938-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qənaət, onun üzərində qəyyum təyin edilməsi üçün əsas olduğundan ərizə bu hissədə də rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə qismən təmin edilsin. xx.xx.1938-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-2515/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2515/2023
11.07.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver