Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2529/2024 13.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh ”Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 13 may 2024-cü il tarixdə açıq məhkəmə iclasına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh”Azəriqaz” İstehsalat Birliyi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 13 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********02330) xx.xx.2022-ci il tarixli aktda əsasən əsassız hesablanmış 86 (səksən altı) manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu: **********02330 olan qaz sayğacı güclü külək zamanı hasar aşaraq sayğacı zədələmiş və xx.xx.2022-ci il tarixdə bu barədə məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə sayğac dəyişdirilmiş və qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. 29 aprel 2022-ci il tarixdə ARNŞ Cavabdeh İB tərəfindən qaz sayğacının yoxlanılması barədə akt tərtib edilmiş və aktda “sayğacdan qaz keçməsi, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğacın gövdəsi kənar təsir nəticəsində gövdəsinin yan hissələrinin əzilməsi” qeyd edilmişdir. Həmçinin ARNŞ Cavabdeh İB tərəfindən xx.xx.2022-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Aktda sayğacdan qaz keçməsi, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğacın gövdəsi kənar təsir nəticəsində gövdəsinin yan hissələrinin əzilməsi, dəymiş ziyanın hesablanması göstərilmişdir. Qaz itkisinə görə 86 manat borc hesablanmışdır. Sayğac küçədə yerləşdiyindən, tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməmişdir. Akt onun iştirakı olmadan tərtib edilmişdir. Sayğaca müdaxilə edilməsi barədə hər hansı bir sübut yoxdur. Qeyd olunanlardan göründüyü kimi sayğac təbii təsirlər nəticəsində zədələnmiş, ona görə də bununla bağlı borc hesablanması qanunsuzdur. Araşdırma aparılmadan qaz itkisi hesablanmışdır. Onun tərəfindən qeyri-qanuni qazdan qazdan istifadəyə yol verilməmiş və bu amili 3 ay müddətində yoxlamaqla ödənişləri tutuşdurub müəyyən etmək mümkün olardı. Bununla da, onun bir istehlakçı kimi hüquqları kobud şəkildə pozulmuşdur. Qaz sayğacına əlavə qazdan istifadə nəzərdə tutur, lakin bu amil cavabdeh tərəfindən araşdırılmamışdır. Belə ki, istifadə edilmiş qaz sərfiyyatında hər hansı bir müdaxiləyə şübhə doğurmur və 3 ay müddətində ödənişlərə nəzarət etməklə bunu müəyyənləşdirmək mümkündür. Onun sayğacdan qeyri qanuni istifadə etməyi ilə bağlı hər hansı bir sübut da yoxdur, əsassız hesablanmış borc məbləği də qanunsuz olraq hesablanmışdır. Ona görə də cvabdeh tırıfindən hesablanmış əsassız borc silinməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, o, hadisə baş verən gün dənizdə olmuşdur. Güclü külək zamanı hasar aşıb və onun sayğacı zədələnmişdir. Xeyli vaxt keçdikdən sonra ona 84 manat cərimə hesablanmışdır. Göstərdiklərini nəzərə alaraq ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********02330) xx.xx.2022-ci il tarixli aktda əsasən əsassız hesablanmış 86 (səksən altı) manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdeh ”Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, İddiaçı onun qonşusudur. Dəqiq tarixi yadında qalmayıb, səhər çörək almağa gedərkən divarın maşının üstünə aşdığını görmüşdür. Həmçinin o, divarın aşması nəticəsində sayğacın da, qırıldığını görmüşdür. Səhər tezdən olduğu üçün heç kimi yolda görməmişdir. Mülki iş materiallarında olan: - Cavabdehin əməkdaşları və iddiaçının iştirakı ilə tərtib edilmiş 05 aprel 2022-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, iddiaçıya məxsus mənzildən mexaniki **********4 nömrəli, 02786 kub-metr, plomb nömrəsi 11406106 olan, sayğacın sınaraq yararsız hala düşməsi səbəbi ilə çıxarılmış, mənzilə mexaniki, **********8 nömrəli yeni sayğac quraşdırılmışdır. - Abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya **********02330 abonent kodu verilmiş, iddiaçıya məxsus mənzildə təbii qazla işləyən cihazlar kimi 4 gözlü qaz plitəsi və qənaətli su qızdırıcısı göstərilmişdir. - Cavabdeh tərəfindən tərtib edilmiş “Qaz sayğacının yoxlanılması barədə” 29 aprel 2022-ci il tarixli, MSK-29/1710-01512-1 nömrəli aktdan görünür ki, iddiaçının mənzilindən götürülmüş sayğaca baxış keçirilmiş, 28 aprel 2022-ci il tarixə elektron göstərici 02786 kub-metr olmuşdur. Sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın gövdəsi kənar təsir nəticəsində yan hissələrdən azalıb. - Abonentin saldosundan görünür ki, iddiaçıya 2024-cü ilin yanvar ayına qalıq və aktlar üzrə iddiaçıya 84,15 manat borc hesablanmışdır. Məhkəmə mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Tətbiq edilən hüquq: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.6-cı maddəsinə əsasən Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; - 8-1-ci maddəsinə əsasən Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir;” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sü- butları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: - 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1-ci bəndinə əsasən, İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1-ci bəndinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2-ci bəndinə əsasən əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3-cü bəndinə əsasən istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. - 6.5-2-ci bəndinə əsasən, İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. - 6.5-4-cü bəndinə əsasən, Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı işin həqiqi halları ilə müəyyən edilmişdir ki, İddiaçı yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu: **********02330 olan qaz sayğacı güclü külək zamanı hasar aşaraq sayğacı zədələmiş və xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən bu barədə Cavabdeh İB-nə məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə sayğac dəyişdirilmiş və qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. 29 aprel 2022-ci il tarixdə cavabdeh tərəfindən qaz sayğacının yoxlanılması barədə akt tərtib edilmiş və aktda “sayğacdan qaz keçməsi, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğacın gövdəsi kənar təsir nəticəsində gövdəsinin yan hissələrinin əzilməsi” qeyd edilərək, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş və nəticədə iddiaçıya 1717 kub-metr qaz itgisinə görə 86 manat məbləğində pul iddiaçıdan tələb edilmişdir. Göründüyü kimi iddiaçı öz üzərinə düşən vəzifələri yerinə yetirmiş, yəni hadisə baş verdiyi vaxt sayğacın zədələndiyini görüb dərhal aidiyyəti quruma məlumat vermiş və həmin qurum tərəfindən də lazımi tədbirlər görülərək qaz sayğacı dəyişdirilmişdir. Həmçinin qeyd edilən hal məhkəmə araşdırması zamanı dindirilmiş şahid ifədəsi ilə də öz təsdiqi tapmışdır. Belə olduğu təqdirdə iddiaçıya hesablanmış borc ağlabatan deyil. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yəni mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş üzrə cavabdeh ”Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və iddiaçıya hesablanmış borcun hansı səbəbdən yaranması barədə heç bir sübut təqdim etməmişdir. Halbuki mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə görə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Azəriqaz” İstehsalat Birliyi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 13 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********02330) xx.xx.2022-ci il tarixli akta əsasən İddiaçı qaz sərfiyyatına görə hesablanmış 86 (səksən altı) manat məbləğində borc silinməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Azəriqaz” İstehsalat Birliyi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 13 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********02330) xx.xx.2022-ci il tarixli akta əsasən İddiaçı qaz sərfiyyatına görə hesablanmış 86 (səksən altı) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-2529/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2529/2024
13.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver