Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2554/2024 18.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq,məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1962-ci il tarixli, 19806 saylı Orderin Hüseynova (Hacıyeva)Saida İsmayıl qızına məxsus olmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixdə ərizəyə etiraz ilə məhkəməyə müraciət edərək, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına bamayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Ərizəçi nümayəndəsi(vəkili) elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərərək, qeyd edilən tarixdə Gəncə şəhərində baxış iclasında iştirakı ilə əlaqədar məhkəmənin hazırlıq iclasının tarixini razılaşdırmaqla, təxirə salınmasını xahiş etmiş, lakin bununla əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə, məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki,ərizəyə əlavə edilmiş xx.xx.1962-ci il tarixli, 19806 saylı Orderin surəti ilə müəyyən edilir ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 63, mənzil 33 X2 4 nəfər ailə üzvləri ilə birlikdə yaşaması üçün istifadəsinə verilmiş və ailə üzvləri kimi- Rəcəbova Nisəxanım-arvadı, Rzayeva Saida-qızı, Rzayeva Fəridə-qızı, Rzayev Seyranoğlu qeyd edilmişdir. Hal-hazırda Ərizəçi isə orderdə qeyd edilən Rzayeva Saidanın o olduğunu qeyd edərək, orderin ona məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Lakin ərizə və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Ərizəçi X2 qızı deyil, qardaşının qızıdır. Belə olan halda, məhkəmə hesab edir ki, hüquq haqqında mübahisə vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndində dəyişikliklər edilmiş və 2-ci bənd aşağıdakı redaksiyada verilmişdir “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1. və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə hesab edir ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsində mübahisə olduğundan ərizə baxılmamış saxlanmalı, Ərizəçi ümumi əsaslarla məhkəməyə iddia vermək hüququ izah edilməli, habelə ərizəçinin nümayəndəsi(vəkili) Vəkil tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2024-cü il tarixli ********** №-li qəbz əsasında ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi izah edilsin ki, ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə iddia vermək hüququ vardır. Ərizəçinin nümayəndəsi(vəkili) Vəkil tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2024-cü il tarixli ********** №-li qəbz əsasında ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2554/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2554/2024
18.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver