Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2556/2020 23.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Şirkətinin Cavabdeh qarşı “cavabdehin Şirkətin Saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair mülki işə Bakı şəhəri məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Şirkəti Cavabdeh qarşı “cavabdehin Şirkətin Saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsiiləməhkəməyəmüraciət edərək, 2 saylı mədənin 3-cü sahəsində yerləşən inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək bildirdi ki, iddiaçı eyni predmet barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx xxxx 2006-cı il tarixli qətnaməsi ilə iddiası qismən, qanunsuz inşa edilmiş tikilinin onun hesabına sökülməsi barədə tələbi təmin, dəymiş zərərə görə 23040 ABŞ dolları barədə tələbi isə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2008-ci il tarixli, 2(003)-34/08 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, iddiaçının ona qarşı ticarət obyektinin onun hesabına sökülməsinə dair hissədə iddiası təmin edilməmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, qəbul edildiyi andan qüvvəyə minmişdir. Hazırda iddiaçı eyni predmet barədə eyni əsaslar üzrə ikinci dəfə məhkəməyə müraciət etdiyinə görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia tələbi üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2008-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı Şirkəti Cavabdeh qarşı Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraiət edərək, Şirkətə məxsus 2 saylı Neft və Qazçıxarma sexinin 2-ci sahəsində 2409, 793 və 2332 saylı quyuların təhlükəsizlik zolağı daxilindəki ərazidə cavabdehin ticarət obyektinin sökülməsi və dəymiş zərərə görə 23.040 ABŞ dolları məbləğində pulun cavabdehdən şirkətin xeyrinə tutulmasını xahiş etmiş, Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2006-cı il tarixli qətnaməsi ilə İddiaçı Şirkətinin Cavabdeh qarşı iddiası qismən təmin edilərək, qanunsuz inşa edilmiş tikilinin onun hesabına sökülməsi barədə tələbi təmin, dəymiş zərərə görə 23.040 ABŞ dolları barədə tələbi isə rədd edilmişdir. Həmin qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2006-cı il tarixli qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, İddiaçı Şirkətinin Cavabdeh qarşı ticarət obyektinin onun hesabına sökülməsinə dair hissədə iddiası təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin ərazi xəritəsindən görünür ki, cavabdeh tərəfindən inşa edilmiş tikili 2 saylı mədənin 3-cü sahəsində 232409, 230793 və 232332 saylı neft quyularının yanında inşa edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2008-ci il tarixli qətnaməsi ilə Şirkətə məxsus 2 saylı Neft və Qazçıxarma sexinin 2-ci sahəsində 2409, 793 və 2332 saylı quyuların təhlükəsizlik zolağı daxilindəki ərazidə Cavabdeh ticarət obyektinin onun hesabına sökülməsi barədə iddiası təmin edilməmişdir. Hazırda iddiaçı yenidən məhkəməyə müraciət edərək, cavabdehin 2 saylı mədənin 3-cü sahəsində yerləşən inşa edilmiş özbaşına tikilidən çıxarılmasını, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılmasını tələb edir. Halbuki, məhkəmə iclasında İddiaçı Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin ərazi xəritəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, apellyasiya instansiya məhkəməsində hüquqi qiymət verilən tələbdəki cavabdeh tərəfindən aparılmış tikili ilə hazırki tələbdə olan cavabdeh tərəfindən aparılmış tikili eyni sahədə, eyni neft quyularının yanında yerləşir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göründüyü kimi, İddiaçı Şirkəti Cavabdeh qarşı Şirkətə məxsus 2 saylı Neft və Qazçıxarma sexinin 2-ci sahəsində 2409, 793 və 2332 saylı quyuların təhlükəsizlik zolağı daxilindəki ərazidə cavabdehin ticarət obyektinin sökülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin cavabdeh tərəfindən özbaşına tikilinin onun hesabına sökülməsi hissəsində iş üzrə icraata xitam verilməlidir. Həmçinin, məhkəmə, iddia tələbinin digər hissələri “cavabdehin özbaşına tikilidən çıxarılması və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” törəmə tələblər olduğunu və bu tələblərin təmin olunub-olunmamasının bilavasitə iddia tələbinin “özbaşına tikilinin onun hesabına sökülməsi” hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələblərinin icraatına bu hissələrdə də xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Şirkətinin Cavabdeh qarşı “cavabdehin Şirkətin Saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-2556/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2556/2020
23.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver