Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2560/2021 24.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi İddiaçının nümayəndəsi, Vəkil, Cavabdehin nümayəndəsi, vəkil X2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə cavabeh Cavabdeh arasında 27 iyun 2018-ci il tarixdə bağlanmış “Çoxmənzilli yaşayış binasının tikntisi haqqında fərdi müqavilə”nin etibarsız hesab edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh ’İddiaçı” MMC-yə qarşı Bakı şahari, Yasamal rayonu, xarici dairəvi 8 ünvanında 29 saylı bina, 7-ci martaba, 3 otaqlı, 34 saylı manzilla bağlı hüquqların notariat rasmilaşdirilmasinin hayata keçirilməsi üçün zərüri olan hərəkətlərin edilməsi vəzifəsinin İddiaçı MMC-nin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciat etmişdir. Məhkəmə baxışı zamanı məlum olmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmatinin Bakı Ərazi İdarəsinin 20.12.2017-ci il tarixli Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən" arayışa əsasən Bakı şahari, Yasamal rayonu, Xarici Dairəvi yolu 8 ünvanında 29 saylı bina, 7-ci mətrəbə, 3 otaqlı, 34 saylı mənzil “İddiaçı" MMC-nin mülkiyyətində olsa da, Cavabdeh ilə ‘İddiaçı" MMC arasında hamin yaşayış mənzilə dair 27 iyun 2018-ci il tarixda "Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə" bağlanmışdır, Qeyd olunan müqavilə hamin vaxt MMC-nin direktoru olan X16 tərəfindən imzalanmış va möhürlə təsdiq edilmişdir.Halbuki, sözügedən mənzilə dair 20.12.2017-ci il tarixdan “Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlat reyestrindən” Arayış mövcud olmuşdur ki, bu da “xxxx" MMC-ya tam qanuni əsaslarla həmin mənzil barəsində notariat qaydasında alğı-satqı müqaviləsi bağlamaqla özgəninkiləşdiilməsi səlahiyyətini verir. Lakin buna baxmayaraq, naməlum səbəbdən həmin mənzil barəsində alğı-satqı müqaviləsi deyil, “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə“si bağlanmışdır ki, qeyd olunan hal da həmin müqavilənin etibarlığını va mötəbərliyini şübhə altına salır. Məhkəmə baxışı zamanı “xxxx” MMC-nin Cavabdeh ila bağlanmış 27 iyun 2018-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə"nin etibarsız olduğuna va bağlandığı andan heç bir hüquqi qüvvəyə malik olmadığına dair kifayət qədər dəlillərin gətirilməsinə baxmayaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsi qeyd olunan dəlillərə məhəl qoymamış və 5 noyabr 2020-ci il tarixli 2(011)-4588/2020 nömrəli qətnaməsi ila iddia ərizəsini təmin etmişdir. Sözügedən məhkəmə qatnaməsində qeyd edilmişdir ki, cavabdeh tərəf mübahisəli mənzillə baglı iddiacının məhkəməyə taqdim etdiyi müqavilənin saxta olduğunu bəyan etsə də, bununla baglı mötəbər sübutları məhkəməyə təqdim etməmiş, iddiaşının həmin mənzillə bağlı müqaviləsinin etibarsızlığı tələbini irəli sürməmişdir Eyni zamanda, məhkəmə qətnaməsində göstərilmişdir ki, bununla yanaşı cavabdeh tərəf iddiaçı ila bağlanmış müqaviləni imzalayan X20İu barasinda bir mənilin bir neçə adama satılması faktı ilə bağlı cinayət işinin Korrupsiyaya qarşı Mübarizə Bas İdarəsində getdiyini öyrənsə də, məhkəməyə təqdim edilmiş cinayət işinin başlanması haqqında qararda müəyyən edilmiş epizodlarda Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8 ünvanında 29 saylı bina, 7-ci martaba 3 otaqlı 34 saylı mənzilin mövcud olmadığı müəyyən edilmişdir .Qeyd olunan məhkəmə qətnaməsindən göründüyü kimi, məhkəmə iddia ərizəsini təmin edərkən yaganə əsas kimi mübahisələndirilən mənzillə bağlı Cavabdeh ilə bağlanmış “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi Müqaviləsinin"sinin etibarsızlığı ilə bağlı tələbin irali sürülmədiyini, eyni zamanda bununla bağlı məhkəməyə mütəbər sübutların təqdim edilmədiyini göstərmişdir.Hesab edirlər ki, aşağıda göstərilən əsaslara va qüvvədə olan qanunvericiliyinin tələblərinə görə Cavabdeh ila "xxxx” MMC arasında bağlanmış “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi Müqavilə”si etibarsız hesab edilməlidir. Məsələnin mahiyyəti ilə bağlı bildirilir ki, “xxxx” MMC Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8 ünvanında inşa etdiyi binalarda olan digər mənzillərlə yanaşı hazırda mübahisələndirilən 29 saylı binanın 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, 34 saylı mənzilə dair öz hüquqlarını 20 dekabr 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reystrində qeydiyyata almış va bu qeydiyyata dair mülkiyyət hüquqlarını təsdiq edən Daşınmaz Əmlakın Dövlat Reyestr Xidmətinin Bakı Ərazi İdarəsindən “Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən” Arayış əldə etmişdir.Daha sonra, “xxxx” MMC Cavabdeh ila həmin yaşayış manzila dair 27 iyun 2018-ci il tarixdə “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi Müqavilə” bağlanmış və həmin müqavilənin predmetinə görə sifarişçi Cavabdeh Bakı Şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8 ünvanında yerləşəm 29 saylı bina, 7-ci mərtəbə, 3 otaqlı, 34 saylı mənzilin tikintisini sifariş vermiş, podratçı “xxxx” MMC isə sözügedən mənzilin tikintisini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndində mənzilin qiyməti tam ödənildiyi göstərilmiş, 5.1-ci bəndində isə qeyd edilmişdir ki, tərəflər müqaviləni imzaladıqdan sonra “Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindan Arayış” tərəflərin imzaladığı Akt asasında “Sifarişçi”yə təqdim edir.Eyni zamanda,“xxxx” MMC Cavabdeh mübahisələndirilən mənzil ilə bağlı müqavilə üzrə mənzilin dəyərinin tam ödənildiyinə və “xxxx” MMC-ya borcunun olmadığına dair maliyyə arayışı təqdim etmişdir. Həmçinin, “xxxx” MMC ila Cavabdeh arasında “Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayış”ın təhvil-təslimi üzrə 27 iyun 2018-ci il tarixdə 3 saylı Akt tartib edilmiş va qeyd olunan aktla “xxxx” MMC-nin baş direktoru Mail İbadov va baş direktor müavini Salman Xıdırov “Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz amlakın dövlət reyestrindan Arayış”ın Cavabdeh təhvil verilməsini, sonuncu isə həmin arayışın təhvil almasını öz imzaları ilə təsdiq etmişlər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, “xxxx” MMC Bakı şhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8 ünvanında 29 saylı bina, 7-ci martaba, 3 otaqlı, 34 saylı mənzil üzrə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydiyyata alınsa da, həmin mənzil barəsində sarancam verilməsi qanunvericilik normaların kobud pozulması ila hayata keçirilmişdir ki, bu da mənzilə dair bağlanmış “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə"nin etibarsız hesab edilməsinə dəlalət edir. Qanunvericiliyin qeyd olunan normalarından görünür ki, “KAT Holding” MMC inşa etdiyi binanın tərkib hissəsi sayılan va hazırda mübahisələndirilən mənzilə dair mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alsa da, həmin mənzilə sərəncam verilmasi zamanı müqaviləni notarial qaydada təsdiq etməmiş, ümumiyyətlə alğı-satqı müqaviləsinin bağlanması əvəzinə, qanunvericiliyin tələblərinə zidd olaraq “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” bağlamışdır ki, bu da hamin müqavilənin etibarsız hesab edilməsinə birbaşa əsasdır. Buna görə ki, sadalanan qanunvericilik normalarında imperativ qaydada tasbit edilmişdir ki, tikintisi başa çatmayan binalarda onun tərkib hissəsi hesab edilən mənzil barəsində sərəncam verilməsi yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan va hamin müqavilə notarial qaydada tasdiq edildikdən sonra hayata keçirilə bilər. Digər tərəfdən, “xxxx” MMC ila Cavabdeh arasında 27 iyun 2018-ci il tarixdə bağlanmış “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə”nin etibarsız hesab edilməsinə əsas dəlillərdən biri də odur ki, “xxxx” MMC-nin təsisçiləri Potsyus Povilas və Elçin Ələkbərov 4 aprel 2018-ci il tarixdə əmr imzalayaraq hamin vaxt “xxxx” MMC- nin rəhbəri olan Mail İbadova inşa edilən binalarda yaşayış va qeyri-yaşayış mənzilləri yalnız alğı-satqı müqaviləsi asasında özgəninkiləşdirilməsi səlahiyyəti verilmişdir. Qeyd olunan hal isa bir daha onu təsdiq edir ki, inşa edilan binalardakı mənzillərə dair notarial qaydada təsdiq edilməli olan alğı-satqı müqaviləsindən başqa digar formada müqavilələrin bağlanması ilə mənzillərin özgəninkiləşdirilməsi nəinki yuxarıda qeyd olunan qanunvericilik normaların tələblərinə zidd olmuş, hatta “xxxx” MMC-nin direktoru Mail İbadova təsisçilər tərəfindən belə səlahiyyət verilməmişdir. Bundan başqa, 27 iyun 2018-ci il tarixdə bağlanmış “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi Müqavilə”nin 3.2-ci bəndinə mənzilin qiyməti tam ödənilir qeyd edilsə də, sözügedən müqavilənin heç bir bəndində mənzilin qiymətinin nə qədər təşkil etdiyi göstərilməmiş, eyni zamanda “xxxx” MMC tərəfindən Cavabdeh mənzilin qiymətinin tam ödənilməsi və borcun olmaması ila bağlı maliyyə arayışı verilsə da, mənzilin qiymətinin ödənilməsini təsdiq edən ödəniş sənədləri ümumiyyətlə mövcud olmamışdır. Başqa sözla müqavilədə mənzilin qiyməti nəzərdə tutmadığı halda maliyyə arayışında mənzilin qiymətinin tam ödənilməsini göstərilməsi həmin maliyyə arayışının həqiqiliyini də şübhə altına alır ona görə ki, söhbət hansı məbləğin ödənilməsindən getdiyi aydın deyil. Qeyd olunan hallar isa hazırkı müqavilənin və maliyyə arayışının formal olaraq tərtib edilməsini va mənzilin özgəninkiləşdirilməsi ila bağlı real alğı-satqı əmaliyyatının olmamasının bariz nümunəsidir. Bundan əlavə, “xxxx” MMC ilə Cavabdeh arasında “Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayış”ın təhviltəslimi üzrə 27 iyun 2018-ci il tarixdə 3 saylı Aktın tərtib edilməsi isə hazırda mübahisələndirilən mənzil üzrə mülkiyyət hüququnun sonuncuya keçməsi ilə bağlı heç bir hüquqi naticə yaratmır. MƏlum məsələdir ki, mənzilə dair mülkiyyət hüquqların qeydiyyatını təsdiq edən “Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayış"ın təhvil verilməsi həmin mənzilə dair mülkiyyət hüququnun başqasına keçməsinə dəlalət etmir. Hazırda da mübahisələndirilən maənzil daşınmaz amlakın dövlət reyestrində “xxxx” MMC-nin mülkiyyətinda olmaqda qalır. Eyni zamanda, qeyd edilməlidir ki, “xxxx” MMC həmin ərəfələrdə hazırda mübahisə predmeti olan mənzildən başqa daşınmaz əmlakın dövlət reyetrində hüquqları qabaqcadan qeydiyyata alınmış bir çox manzillər barəsində notarial qaydada tasdiq edilmiş alqı-satqı müqavilələri asasında sərəncam vermiş va onları qanunvericiliyinin tələblərinə uyğun olaraq özgəninkiləşdirmişdir. “xxxx” MMC ilə xxxx-nın tabeliyində olan “xxxx” MMC arasında sosial evlərin tikintisi ilə əlaqədar 30.07.2017-ci il tarixli “İnvestisiya sahəsində birgə sahibkarlıq fəaliyyati haqqında” müqavilə bağlanmışdır.Müqaviləyə asasən “xxxx” MMC-nin təqdim etdiyi, Bakı şahari, Yasamal rayonu, Xarici Dairəvi yolu 8 ünvanındaki 0.17 ha torpaq sahəsində 3 yaşayış binasının “xxxx” MMC tərəfindən 30.12.2018-ci il tarixədək tikilməsi, 1 binanın “xxxx” MMC-yə tahvil verilmasi, digər 2 bina üzrə mənzillərin satışının isə tikintini aparan MMC tərəfindən hayata keçirilməsi nəzərdə tutulmuşdur.Tikinti işləri aparılarkan 50% faiz payla “xxxx” MMC-nin təsisçisi olmuş Potsyus Pavilas özünəmaxsus 2.060.000,00 ABŞ dolları məbləğində pulu tikintinin aparılması üçün MMC-nin digər təsisçisi Elçin Ələkbərova vermişdir. Aralarında olan razılaşmaya uyğun olaraq təqdim edilən sərmayə asasında binalar inşa edilib onlara düşən binalardakı mənzillər satıldıqdan sonra qoyulmuş sərmayə qaytarılmalı və əldə olunmuş gəlir yarı bölünməli olmuşdur. “xxxx" MMC-nin təsisçisi Litva Respublikasının vatandaşı Potsyus Povilas va X21 Agentliyinin Azarbaycan Respublikasının Baş Prokurorluğuna ‘ xxxx" MMC-nin tasisçisi Elçin Ələkbbərovun qanun pozuntutularına yol verməsi barədə daxil olmuş müraciətləri asasında Baş prokuror yanında Korrupsiya qarşı Mübariza Baş İdarasinda araşdırma aparılm ışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, “xxxx" MMC-nin sabiq direktoru X17 təsisçi Elçin Ələkbərovla əlbir olaraq sonuncunun tapşırığı ilə 18 oktyabr 2018- ci il tarixdə X8 28 nömrəli binanın 25-ci mənzilini, 26 avqust 2019-cu il tarixdə isa X3 28 nömrali binanın 6-Cı mənzlini mü\/afiq olaraq 65.000,00 və 75.000,00 manat müqabilində sataraq, notariat qaydada təsdiq edilən “Daşınmaz əmlakın altı-satqısı" müqavillərində isa yalandan olaraq hər bir manzilin satış qiymətinin 30.000,00 manat olmasını göstərmişdir. Bundan başqa, yatırdığı sərmayənin əvəzini ala bilmədiyinə görə narazı qalan “xxxx" MMC-nin digər təsisçisi Potsyus Povilasın hüquq mühafizə organlarına şikayətinin qarşısını almaq üçün, Mail İbadov əlbir olduğu Elçin Ələkbərovun tapşırığına əsasən 15 may 2018-ci il tarixli müqavilələrlə X5 va X4 adına rəsmiləşdirilmiş ümumilikda 150.092, 00 manat dəyərinda olan 20 va 24 saylı mənzilləri, 5 iyul 2018-ci il il tarixdə X1 adına rəsmiləşdirilmiş ümumiİikdə 178.858,35 manat dəyərində olan 65 va 68 saylı mənzilləri, 4 oktyabr 2018ci il tarixdə X11 və X9 adına rəsmiləşdirilmiş ümumilikdə 60.000,00 manat dəyərinda olan 31 va 36 nömrəli mənzilləri 20 dekabr 2019-cu iltarixli müqavilələrlə Potsyus Povilasın adına da rəsmiləşdirmişdir. Beləliklə göründüyü kimi, “xxxx" MMC-nin təsisçisi X10 va X16 etibardan sui-istifadə etmə va aldatma yolu ila özgənin külli miqdarda əmlakını ələ keçirdiyindən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səalhiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi ilə fiziki va hüquqi şəxslərin hüquqlarına va qanuni manafelərinə mühüm zərər vurduğundan, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etdiyindən əməllərində külli miqdarda ziyan vurmaqla dələduzluq, vəzifə səlahiyyətlərindən sui- istifadə və vəzifə saxtakarlığı cinayətlərinin tərkib əlamətləri müəyyən edilmişdir. Bu səbəbdən də, Azərbaycan Respublikasının Mənzil X7 va Potsyus Povilasın müraciətləri asasında toplanmış 02/2-7839-20 N-li material üzrə X10 va X12 barələrində Azarbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət ii başlanılmış və cinayət işi üzrə ibtidai istintaqın aparılması Baş İdarənin İstintaq İdarəsinə həvalə edilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şaxs X10 barəsində müvafiq məhkəmənin qərarı ilə həbs, X16 barəsində isə başqa yera getməmək barədə iltizam qətimkan tədbirləri seçilmişdir.Bundan başqa əldə etdikləri mötəbər məlumata asasan “xxxx” MMC-nin sabiq rəhbərliyi barəsində aparılan ibtidai istintaq dövründə daşınmaz əmlakın dövlət reyestrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən MMC-nin mülkiyyətində olan bir çox mənzillər, o cümlədən hazırda mübahisə predmeti olan mənzilin özgəninkiləşdirilməsi ilə bağlı əməliyyatların hayata keçirilməsinə qadağa qoyulmuşdur. Eyni zamanda, qeyd edirik ki, Cavabdeh “xxxx” MMC-nin sabiq cinayətkar rəhbərliyi ilə mübahisələndirilən mənzilə dair 27 iyun 2018-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə” bağlasa da, həmin mənzil Cavabdeh sahibliyinə və istifadəsinə verilməmiş, sonuncu həmin mənzildə yaşamamış, mənzilin yerləşdiyi bina isə ümumiyyətlə istismara qəbul edilməmişdir. Qeyd olunan mənzil isə bu günədək daşınmaz əmlakın dövlət reyestrində “xxxx” MMC-nin mülkiyyətində qalmaqda davam edir. Göstərilənlərdən belə qənaətə gəlmək olar ki, Cavabdeh ilə iddiaçı arasında 27 iyun 2018-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında müqavilə” uydurma əqd kimi, yəni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış va buna əsas məqsəd “xxxx” MMC-nin pul vəsaitlərinin dələduzluq yolu ilə qanunsuz olaraq ələ keçirməkdən ibarət olmuşdur ki, bu əqd də əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməlidir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib o qənaətə gəlir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla başqa məhkəmənin icraatında iş olduğundan və həmin mülki iş üzrə qəbul edilmiş qətnamə qanuni qüvvəsini almadığından hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər Xətai Rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli, 2(011)-4588/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “mənzillə bağlı notariat rəsmiləşdirməsinin təmin edilməsinə məcbur edilmə” tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8 ünvanında 29 saylı bina, 7-ci mərtəbə, 3 otaqlı, 34 saylı mənzillə bağlı hüquqlarının notariat rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün zərur olan hərəkətlərin edilməsi vəzifəsi cavabdeh İddiaçı MMC-nin üzərinə qoyulması müəyyən edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3133/2021 saylı, 23.04.2021-ci il tarixli qətnaməsindən görünür ki, Xətai Rayon Məhkəməsinin 05.11.2020ci il tarixli qətnaməsinin ləğv olunmuş, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina 29№-da yerləşən 34 №-li mənzilin Cavabdeh mülkiyyətinə verilməsi üçün zəruri olan əqdin notariat qaydasında bağlanması vəzifəsi “ İddiaçı” MMC-nin üzərinə qoyulmuşdur. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli, 2(011)-4588/2020 saylı qətnaməsindən həmin iş üzrə cavabdeh, hazırki iş üzrə iddiaçı olan İddiaçı MMC apellyasiya şikayətini hazırki iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3133/2021 saylı, 23.04.2021-ci il tarixli qətnaməsində məhkəmə Apelyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etmişdir: “Cavabdehin 1-ci dəlili ondan ibarətdir ki, iddiaçı həmin mənzili əldə etmək üçün cavabdehlə notariat qaydasında müqavilə bağlamalı idi. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçını hazırkı tələbi məhz notariat rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün zəruri olan hərəkətlərin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədədir. Əgər notariat qaydasında bağlanmış müqavilə mövcud olsaydı hazırkı tələbin irəli sürülməsinə zərurət olmazdı. Ona görə də bu dəlil iddianın rədd edilməsinə əsas ola bilməz. Cavabdehin 2-ci dəlili ondan ibarətdir ki, müqaviləni cavabdehin adından bağlayan Mail İbadova (MMC-nin Baş direktoruna) cavabdehin təsisçiləri tərəfindən mənzilləri yalnız alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmək səlahiyyəti verilmişdi. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin halın mübahisənin düzgün həlli üçün əhəmiyyəti yoxdur. İddiaçı ilə bağlanmış müqaviləni cavabdehin səlahiyyətli şəxsi (MMC- nin Baş direktoru) imzalayıb və müqavilə cavabdehin möhürü ilə təsdiq olunub. Müqavilə bağlanana qədər iddiaçıya Baş direktorun belə müqavilə bağlamağa səlahiyyətinin olmaması barədə məlumat verilməyib. Cavabdehin 3-cü dəlili ondan ibarətdir ki, müqavilədə və maliyyə arayışında mənzilin qiyməti qeyd olunmayıb. Bununla bağlı məhkəmə qeyd edir ki, belə müqavilələrdə qiymət mühüm (zəruri) şərt deyil. Ona görə də qiymətin göstərilməməsi müqavilənin etibarsızlığına səbəb ola bilməz. Maliyyə arayışında cavabdeh etiraf edib ki, iddiaçı mənzilin qiymətini tam ödəyib. Əgər iddiaçının həmin müqavilə üzrə cavabdehə borcu qalıbsa cavabdeh müvafiq sübutlar təqdim etməklə qiymətin ödənilməsi barədə tələb irəli sürə bilər”. Eyni zamanda həmin qətnamədə qeyd edilmişdir ki, “cavabdeh başqa mülki işdə “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” 27.06.2018-ci il tarixli müqavilənin etibarsız sayılması barədə tələb irəli sürsə də həmin hal hazırki iş üzrə icraatın dayandırılmasına əsas deyil, çünki müqavilənin etibarsız sayılması üçün cavabdehin istinad etdiyi halların hazırki işdə araşdırılması və qiymətləndirilməsi mümkündür”. Göründüyü kimi, hazırki işdə iddiaçı olan İddiaçı MMC-nin iddia tələbinin əsaslandırılmasında mübahisəli müqavilənin etibarsız hesab edilməsinə dair istinad etdiyi dəlilləri, onun cavabdeh olduğu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli, 2(011)- 4588/2020 saylı qətnaməsindən vermiş olduğu apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Yəni hazırki iddia tələbinin əsaslandırılmasına dair dəlillər Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-3133/2021 saylı, 23.04.2021-ci il tarixli qətnaməsi ilə yoxlanılmış və həmin dəlillərə müvafiq hüquqi qiymət verilmişdir. Eyni zamanda apellyasiya icraatı zamanı İddiaçı MMC-nin hazırki iddia tələbi üzrə mülki işin baxılanadək dayandırma barədə vəsatətinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, müqavilənin etibarsız hesab edilməsi barədə tələb hazırki icraat çərçivəsində yoxlanılacaqdır və bu hal daha sonra məhkəmə tərəfindən yoxlanılmışdır. Odur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla başqa məhkəmənin icraatında iş olduğundan və həmin mülki iş üzrə qəbul edilmiş qətnamə qanuni qüvvəsini almadığından hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili mülki işin baxılmamış saxlanılmasına etiraz etmiş və bildirmişdir ki, bu hal onların məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, vəkil mülki işin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə yaranmış məsələ ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hüquqi müəyyənlik prinsipinin mahiyyəti digər məsələlərlə yanaşı həmçinin, onu nəzərdə tutur ki, qanuni qüvvəyə minmiş qətnamə ilə həll olunmuş mübahisələr üzrə ikinci dəfə məhkəmədə eyni iddianın qaldırılması ona mahiyyəti üzrə baxılması, həmçinin həmin işlər üzrə qəbul edilmiş qətnamədən verilmiş şikayətlərin mahiyyəti üzrə yoxlanılması yolverilməzdir. Ona görə ki, bu hal qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyini və işlərə baxılmasının səmərəliliyini şübhə altına qoyur. Eyni zamanda bu qayda artıq həll olunmuş mübahisənin yenidən ayrı icraatda mübahisələndirilməsinə yol açmaqla şəxslərin ədalət mühakiməsinin mötəbərliyinə olan inamını pozur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Beləliklə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla digər məhkəmənin icratında artıq mülki iş olduğundan hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa iddia ərizəsi baxılmamış saxlanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2560/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2560/2021
24.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver