Məhkəmə qərarları › İş №2(001)-2564/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2564/2021

03.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2564/2021 03.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Ekhtibar Mamedov Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Mamedov Ekhtibar cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Mamedov Ekhtibar iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.10.2020-ci il tarixli qərardadına əsasən onun 2(001)-6305/2020 saylı mülki iş üzrə iddianın təmini tədbirinin seçilməsinə dair ərizəsi təmin edilərək Cavabdeh1 mülkiyyətində olan Volkswagen Passat markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilin, həmçinin Bakı şəhəri Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsi 72 saylı evin 33 saylı mənzilin üzərinə həbs qoyulmuş, həmin əmlakların özgəninkiləşdirilməsi Cavabdeh1 qadağan edilmişdir. Qərardadın icrası avtomobillə bağlı hissədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə həvalə edilmişdir. Qərardad icra üçün Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin məlumatına əsasən 04.11.2020-ci il tarixdə həmin idarəyə daxil olmuşdur. Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Binəqədi Rayon Məhkəməsinə və ona ünvanladığı 05.12.2020-ci il tarixli 016-111953-1220 saylı məktubundan göründüyü kimi Cavabdeh1 mülkiyyətində olan Volkswagen Passat markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə məhkəmə qərardadına əsasən həbs qoyulduğunu bilə-bilə 03.11.2020-ci il tarixdə qohumu Cavabdeh3 adına özgəninkiləşdirmişdir. Cavabdeh1 üzərinə həbs qoyulmuş əmlakı özgəninkiləşdirməklə qanunsuzluq etmişdir. Həmçinin Cavabdeh1 şəxsi mülkiyyətində olan qeyd olunan nəqliyyat vasitəsinə etibarnamə üzrə səlahiyyətlər verdiyi qohumu, yəni yeznəsi Cavabdeh2 və digər qohumu Hacıyev X4 Passat markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə məhkəmə qərardadına əsasən həbs qoyulmasından məlumatlı olduqları halda həmin nəqliyyat vasitəsi sonuncunun adına sənədləşdirilmiş, lakin qeyd olunan nəqliyyat vasitəsi həmin tarixdən Cavabdeh3 idarəetməsində və ya istifadəsində olmamışdır. Belə ki, alqı-satqı müqaviləsi formal olaraq bağlanmış, məqsəd isə Cavabdeh1 mülkiyyətində olan əmlaka gələcəkdə tələb yönəldilməsinin qarşısını almaq olmuşdur. Cavabdeh1 üzərinə həbs qoyulmuş əmlakı özgəninkiləşdirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Ona görə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.10.2020-ci il tarixli qərardadına əsasən üzərinə həbs qoyulmuş Volkswagen Passat markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobilin 03.11.2020-ci il tarixdə Cavabdeh1 tərəfindən Cavabdeh3 adına özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini, Cavabdeh1 üzərinə həbs qoyulmuş əmlakı özgəninkiləşdirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı ona qarşı pul tələbinə dair mülki işin hazırlıq məhkəmə iclasında yalnız onun həyat yoldaşı iştirak etmiş, həmin vaxt o, Türkiyədə olmuşdur. Türkiyədən nəvaxt qayıtmasını xatırlamır. Volkswagen Passat markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 2007-ci ildə onun adına almışdır. Avtomobiln onun adına rəsmiləşdirilməsinin səbəbi Bakı şəhərinə məxsus qeydiyyat nömrəsinin alınması olmuşdur. O, bu avtomobil bağlı heç bir ödəniş etməmişdir. Cavabdeh2 onun 2010-cu ildə verdiyi baş etibarnaməsi əsasında nəqliyyat vasitəsini idarə etmiş və avtomobili 03.11.2020-ci il tarixdə onun xəbəri olmadan satmışdır. O, avtomobilin alqı-satqısında iştirak etməmiş, alqı-satqı müqaviləsi ilə bağlı ona pul verilməmişdir. İddiaçıdan aldığı borcu qaytara bilmədiyi üçün onunla iddiaçı arasında məhkəmə mübahisəsi olmuş, iddia ərizəsinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Həmin işlə bağlı qəbul edilən iddianın təmin tədbiri barədə qərardaddan onun gec xəbəri olmuş, qərardaddan şikayət verməmişdir. Həmin qərardadla onun mülkiyyətində olan mənzilində üzərinə həbs qoyulmuşdur. Həmin mənzil bankda ipotekada olmaqla məhkəməyə müraciət edən ipoteka saxlayanın tələbi ilə qiymətləndirilmişdir. Mənzilə tutma yönəldildikdən sonra o, iddiaçıya olan borcunu ödəyəcəkdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, Volkswagen Passat markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobili 2006-cı ildə Bank Respublikadan kredit götürməklə Cavabdeh1 adına almış, krediti 2012-ci ildə ödəyib qurtarmışdır. Avtomobil Cavabdeh1 etibarnaməsinə əsasən onun istifadəsində olmuşdur. İddiaçı məhkəməyə müraciət etdikdən sonra Cavabdeh1 borcunun olması ona məlum olmuş, bu səbəbdən avtomobili Cavabdeh1 etibarnaməsi əsasında öz qohumu T.C. Hacıyevə 9500 manata satmış, həmin pul vəsaitini Cavabdeh1 verməmişdir. Bundan sonra T.C. Hacıyev ona və oğluna etibarnamə vermişdir. Lazım olanda o, avtomobildən istifadə edir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi X7 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, onun oğlu Cavabdeh3 qohumu Cavabdeh2 Volkswagen Passat markalı ** SP *** dövlət qeydiyyat nişanlı avtomobili 9500 manata almışdır. Bu barədə müqavilə bağlandıqdan sonra Cavabdeh3 N.B. Məmmədova həmin avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir (M.Hüseynovun şikayəti üzrə 2015-ci il 4 mart tarixli Qərar). Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası DİN-in Baş X11 İdarəsi QİŞ tərəfindən 29.11.2007-ci il tarixdə verilmiş AB № 116886 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Volkswagen Passat minik markalı 2006-cı il buraxılışlı qara rəngli BVZ 009591 mühərrik nömrəli WVWZZZ3CZ7E018102 ban nömrəli **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətindədir. Azərbaycan Respublikası DİN-in Baş X11 İdarəsinin kompüter çıxarışından müəyyən olunur ki, Volkswagen Passat minik markalı 2006-cı il buraxılışlı qara rəngli BVZ 009591 mühərrik nömrəli WVWZZZ3CZ7E018102 ban nömrəli **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 29.11.2007-ci il tarixdən Cavabdeh1 adına qeydiyyatdadır. Satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh3 arasında bağlanmış 03.11.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı özünə məxsus Volkswagen Passat minik markalı 2006-cı il buraxılışlı qara rəngli BVZ 009591 mühərrik nömrəli WVWZZZ3CZ7E018102 ban nömrəli **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh3 10000 manata satmışdır. Bakı şəhəri 44 saylı dövlət notariat kontoru tərəfindən 27.12.2010-cu il tarixdə verilmiş ƏN-İİİ № 072600 saylı etibarnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətində olan Volkswagen Passat minik markalı **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 20 il müddətinə, 27.12.2030-cu il tarixədək sürücülük hüququ olduqda idarə etməyi, qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, bağışlamağı, ipotekaya qoymağı, onun üzərində sərəncam verməyi və başqa tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi Cavabdeh2 etibar etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.10.2020-ci il tarixli 2(001)-6305/2020 saylı qərardadından müəyyən olunur ki, iddiaçı X1 ərizəsi təmin edilərək Cavabdeh1 mülkiyyətində olan Volkswagen Passat markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Bakı şəhəri Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsi 72 saylı evin 33 saylı mənzilinin üzərinə həbs qoyulması, həmin əmlakların özgəninkiləşdirilməsinin Cavabdeh1 qadağan edilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.10.2020-ci il tarixli 2(001)-6305/2020 saylı məktubundan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.10.2020-ci il tarixli 2(001)-6305/2020 saylı qərardaının surəti və digər sənədlər cavabdehlər Cavabdeh1 və X2 göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.10.2020-ci il tarixli 2(001)-6305/2020 saylı məktubundan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.10.2020-ci il tarixli 2(001)-6305/2020 saylı icra vərəqəsi icra edilməsi üçün Azərbaycan Respublikası DİN-in Baş X11 İdarəsinə göndərilmişdir. Poçt şöbəsinin xəbərnaməsinin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası DİN-in Baş X11 İdarəsi 02.11.2020-ci il tarixdə qəbul etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-6305/2020 saylı mülki iş üzrə hazırlıq məhkəmə iclasının 02.11.2020-ci il tarixli protokolundan müəyyən olunur ki, cavabdeh X5 hazırıq məhkəmə iclasında iştirak etmişdir. Azərbaycan Respublikası DİN-in Baş X11 İdarəsinin 05.12.2020-ci il tarixli 016- 111953-1220 saylı məktubundan müəyyən olunur ki, Volkswagen Passat markalı **-SP- *** dövlət qeydiyyat nişanlı avtomobil 03.11.2020-ci il tarixdə Cavabdeh1 adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirildiyindən Binəqədi Rayon Məhkəməsinin 27.10.2020-ci il tarixli 2(001)-6305/2020 saylı qərardadının icrası mümkün olmamışdır. Binəqədi Rayon Məhkəməsinin 27.10.2020-ci il tarixli 2(001)-6305/2020 saylı qərardadı DİN-in Baş X11 İdarəsinə 04.11.2020-ci il tarixdə daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.11.2020-ci il tarixli 2(001)-6305/2020 saylı qətnaməsindən müəyyən olunur ki, X1 Cavabdeh1 və X2 qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi barədə iddiası qismən təmin edilərək 20000 ABŞ dolları əsas, borcun ödənilməməsinə görə yaranmış 1300 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 21300 ABŞ dolları məbləğində pul vəsaiti tərəflər arasında borc münasibətlərinin yarandığı dövrdə Azərbaycan manatına olan məzənnə ilə 36210 manat müəyyən edilməklə Cavabdeh1 tutularaq X3 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.10.2020-ci il tarixli 2(001)-6305/2020 saylı qərardadına əsasən iddiaçı X1 iddianın təmini tədbiri seçilməsinə dair ərizəsi təmin edilərək Cavabdeh1 mülkiyyətində olan Volkswagen Passat markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsi Cavabdeh1 qadağan edilmiş, qərardad icrasının təmin edilməsi üçün Azərbaycan Respublikası DİN-in Baş X11 İdarəsinə göndərilmiş, sonuncu 02.11.2020-ci il tarixdə qərardadı qəbul etsə də, satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh3 arasında bağlanmış 03.11.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsini təsdiq etmiş, nəticədə məhkəmə aktının icrası təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 157.1.-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.-ci maddəsinə əsasən iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; İstinad olunan normalardan müəyyən olunur ki, iddianın təmini tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasının təmin etmək məqsədi ilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarıilə məhkəmə müdafiəsi iddianı təmini tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpasıdır. İstinad olunan normalardan müəyyən olunur ki, iddianın təmini tədbiri gələcəkdə qətnamənin icrasının təmin edilməsi məqsədi ilə seçilir. Azərbaycan Respublikası MM-nin 152.8.-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 359.1.-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 337.1.-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə qeyd edir ki, müqavilənin etibarlı olması üçün tərəflər müqavilə bağlayarkən qanunla müəyyən olunan şərtlərə əməl etməli, əqdi təsdiq edən səlahiyyətli şəxs isə tərəflərin qanunla müəyyən olunan şərtlərə əməl edilməsini yoxlamalı, yalnız bundan sonra əqdi təsdiq etməlidir. Mülkiyyətçiyə əmlakı üzərində sərəncam vermək hüququ məhkəmə aktı ilə iddianın təmini tədbiri olaraq qadağan edildiyi, bu barədə məhkəmə aktı həmin iş üzrə tərəflərə və həmin aktı icra etməli olan səlahiyyətli şəxslərə vaxtında göndərildiyi, Cavabdeh1 və N.B.X6 minik markalı **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə dair qərar qəbul etməklə icrası məcburi olan məhkəmə aktının icra edilməməsi üçün şərait yaratmışlar. Ona görə də məhkəmə iddiaçının 03.11.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair tələbini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5.-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər. Məhkəmə araşdırması zamanı etibarsız əqd üzrə Cavabdeh2 Cavabdeh3 9500 manat alması öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, yuxarıda istinad olunan maddi hüquq normasının tələbinə əməl edilməklə həmin vəsaitin geri qaytarılması da hazırkı məhkəmə aktı ilə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərinin mövcud olması aşkar olunmadığından məhkəmə iddiaçının iş üzrə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsinə dair tələbini təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri Cavabdeh1 aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh3 arasında Volkswagen Passat minik markalı **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair bağlanmış 03.11.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh3 9500 manat Cavabdeh2 xeyrinə tutulsun. Cavabdeh1 dövlət rüsumuna görə 20 manat Ekhtibar Mamedovun xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar