Məhkəmə qərarları › İş №2(001)-2566/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2566/2025

06.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2566/2025 06.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdehnə (İB) qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanına dair tərtib edilmiş ******* saylı xx.xx.2018 tarixli aktını qanunsuz hesab etməklə qazdan istifadəyə görə hesablanmış 2376 manat borcun əsassız hesab edilərək silinməsi və qazın verilişinin uzun müddətdir dayandırılması üçün 500 manat mənəvi ziyanın Cavabdehndən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanı üzrə xx.xx.2018-cı ıl tarixdən yeni tipli kartla işləyən qaz sayğac quraşdırılmışdır. Ona kart verilmiş və karta pul ödədikdən sonra qazdan istifadə mümkün oldu. Qaz sayğacının göstəricisinə uyğun olaraq ödənişləri vaxt vaxtında ödəmişdir. xx.xx.2018-ci ıl tarixdə ******* saylı AKT tərtib edilərək çıxış borusu zədəlidir kimi qeyd etmişlər. Qaz sayğacının göstəricisi ilə müəyyən edilimiş borcunu vaxtı-vaxtında ödəmiş və bu barədə ona yeni sayğac quraşdırılan qədər heç kim heç bir irad bildirməmişdir. Sonradan X2 xx.xx.2018-ci il tarixli aktı ilə qazı kartı bloklanmış və hazırda kartla qazın verilməsi dayandırılmışdır. X2 təqdim etdikləri aktda qeyd edilir ki, rəyə əsasən sayğacın çıxışı plasmas borusu deşilib. Sayğacın özünə isə müdaxilə aktda göstərilməmişdir Dəfələrlə sayğaca baxış keçirilmiş lakin ona bu barədə irad bildirilməmişdir. Sayğac küçədə yerləşdiyindən nəzarəti də "Azəriqaz" İR-nin əməkdaşları etmişdir. O, sayğaca heç vaxt müdaxilə etməmişdir. Barəsində ******* saylı akt tərtib edərək guya sayğacı istismara yararsız kimi qeydiyyata alaraq və guya itirilmiş qazın bərpası üzrə tələbə əsasən 11880 kub/metr qazı istifadə edib pulunu ödəmədiyinə dair akt tərtib edilmişdir. Bu barədə rəsmi ərizə ilə X3 əməkdaşlarının qanunsuz hərəkətləri barədə məlumat vermiş və qazın verilməsinin təmin edilməsini təkid etsə də, ona qazın verilməsində köməklik edə bilməyəcəklərini və yalnız qanunsuz olaraq heç bir borcu olmadığı halda 2376 manat ödənildikdən sonra qaz verilməsinin bərpa edilməsini bildirmişlər. Cavabdeh təşkilat ünvan 3 ünvanı üzrə qazdan istifadəyə görə borcun barəsində ona hər hansı arayış təqdim etməmiş, bu borcun yaranmasının əsasları bildirməmişdir. Borcun yaranması səbəbləri şübhəlidir, mütəmadi olaraq qazdan istifadəyə görə xidmətin pulunu ödəmiş, bunu təsdiq edən çoxsaylı ödəniş çoxsaylı karta ödədiyi pul ödənişləri vardır. Qeyd olunan borc həqiqətə uyğun olmayan yəni guya çıxış borusu zədəlidir kimi akt tərtibi ilə öz əksini tapmışdır. Onu da qeyd edir ki, əgər çıxış borusu zədəli olsa idi qaza mütəmadi olaraq yoxlayan nəzarətçi borunun zədəli olduğunu aşkar etmiş olardı. Həmçinin qeyd edir ki, qazın itkisini 180 gün yəni 6 aylıq vaxt hesabatı ilə aparılıb. Lakin qaz sayğacı yeni quraşdırılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, izahatında göstərmişdir ki, ünvan 2 ünvanı üzrə xx.xx.2018-cı ıl tarixdən yeni tipli kartla işləyən qaz sayğac quraşdırılmış və ona kart verilmişdir. Karta pul ödədikdən sonra qazdan istifadə mümkün olmuşdur. Qaz sayğacının göstəricisinə uyğun olaraq ödənişləri vaxt vaxtında ödəsə də, xx.xx.2018-ci ıl tarixdə ******* saylı AKT tərtib edilərək çıxış borusu zədəlidir kimi qeyd etmişlər. Hesab edir ki, həmin akt əsassızdır, ona görə də ona hesablanmış borcun silinməsi və mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 elektron kabinet vasitəsi ilə vermiş olduğu etirazını müdafiə edərək göstərmişdir ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********80047 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış G4 markalı **********80047 nömrəli sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 29/110-00376 saylı Akta əsasən “sayğacı minimal sərfiyyatda 100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir, sayğacın çıxış plastmas borusu deşilib” qaz itkisi, müdaxilə barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2018-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2018-ci il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 11880 m3 təşkil etmişdir. Hesablanmış 2376 manat məbləğində dəymiş ziyan 2018-ci ilin may ayından abonentin koduna yerləşdirilmişdir. Həmçinin, mənəvi zərərin tutulması hissəsinə münasibətdə qeyd etmək istəyirik ki, həmin hissədə iddia əsassızdır. Belə ki, hazırda iddiaçı əsassız hesablanmış borca görə böyük əsəb və stress keçirdiyini iddia etsə də, bunu təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında İddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. Bir daha bildirir ki, **********80047 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiz ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca güya müdaxilə etməməsini qeyd edərək, Məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiz ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mülki iş materiallarında olan: Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 01 fevral 2018-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********80047 saylı abonent kodu verilmiş İddiaçı yaşayış evinə quraşdırılmış G4 markalı, **********80047 nömrəli sayğac (sayğacın çıxış plasmas borusu deşildiyi üçün) çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. “Qaz sayğacının yoxlanılması barədə” 29/110-00376 saylı Aktanda görünür ki, “sayğacı minimal sərfiyyatda 100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir, sayğacın çıxış plastmas borusu deşilib” qaz itkisi, müdaxilə barədə rəy verilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı Aktdan görünür ki, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, hesablanmış dəymiş ziyanın həcmi 11880 m3 təşkil edir və hesablanmış 2376 manat məbləğində dəymiş ziyan 2018-ci ilin may ayından abonentin koduna yerləşdirilmişdir. Abonentin **********80047 nömrəli saldosundan görünür ki, iddiaçıya məxsus evə 19 yanvar 2019-cu il tarixdə Smart G-4İTRON GALLUS PAY, **********9 nömrəli sayğac quraşdırılmış, 2018-ci ilin aprel, may iyul, oktyabr ayları üçün qazın sərfi 11880 m3 göstərilmiş və ödəniləcək məbləğ 2376 manat qeyd edilmişdir. Tətbiq edilən hüquq: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.6-cı maddəsinə əsasən Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sü- butları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın: - 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir (25 iyun 2023-cü il tarixədək olan redaksiya). Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 01 fevral 2018-ci il tarixli, ******* nömrəli aktı tərtib edilərək, istehlakçıya məxsus **********80047 saylı abonent kodu verilmiş İddiaçı yaşayış evinə quraşdırılmış G-4 markalı, 1002AQ**********7 nömrəli sayğac (sayğacın çıxış plasmas borusu deşildiyi üçün) çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. “Qaz sayğacının yoxlanılması barədə” 29/110-00376 saylı Aktına əsasən “sayğacı minimal sərfiyyatda 100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir, sayğacın çıxış plastmas borusu deşilib” qaz itkisi, müdaxilə barədə rəy verilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı Aktı ilə itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2018-ci il tarixli tələbnamə ilə isə hesablanmış dəymiş ziyanın həcmi 11880 m3 təşkil edir və hesablanmış 2376 manat məbləğində dəymiş ziyan 2018-ci ilin may ayından abonentin koduna yerləşdirilmişdir. Məhkəmə bununla bağlı ilk olaraq qeyd edir ki, hazırki işdən görünür ki, ARDNŞ Azəriqaz İB və İTRİ-nin MSK29/1710-00376 saylı rəyi əsasında iddiaçının mənzilindən çıxarılmış G-4 markalı, 1002AQ**********7 nömrəli sayğaca baxış keçirilib yararsız olması barədə 25 may 2018-ci il tarixli, ******* nömrəli akt tərtib edilərkən, aktda yalnız vəzifəsi göstərilməmiş Mirzəyev Fariz və Fərzəliyev Azər imzalamışlar. İddiaçı qrafasında isə “imtina etdi” yazısı yazılmışdır. Lakin iddiaçının həmin aktı imzalamaması, həmin yoxlama zamanı iddiaçının iştirakının təmin edilməsi ilə bağlı isə cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbu ki, sayğaca baxış zamanı aşkar edilmiş nöqsanlar, ola bilər ki, iddiaçının təqsirindən yox, məhz sayğacın köhnə olmasından və s. hallardan yarana bilərdi. Xüsusilə qeyd edilməlidir ki, Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi haqqında xx.xx.2018-ci il tarixli, ******* nömrəli Aktdan görünür ki, İddiaçı mənzilində quraşdırılmış G-4 markalı, 1002AQ**********7 nömrəli sayğacın yerli birləşmələrin ləğvi, bundan əlavə xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktda əsasən isə çıxış borusu zədəli olduğu üçün yenisi ilə əvəzlənmiş və köhnəsi isə dövlət yoxlamasına göndərilmişdir. Həmin aktda iddiaçı yeni sayğacın quraşdırılması və köhnəsinin çıxarılmasında iştirak etmiş və Aktda imza etmişdir. Göründüyü kimi köhnə sayğac yerindən çıxarılarkən onda (aktda göstərilən) qüsurlar mövcud olsaydı, heç olmasa o, həmin vaxt bir neçə hissədə biruzə vermiş olardı. Bundan əlavə əgər iddiaçıya məxsus mənzilə quraşdırılmış sayğacda aktda göstərilən əsas müəyyən edilmiş olsaydı, həmin əraziyə təhkim edilmiş nəzarətçi tərəfindən aşkar edilərək, dərhal tədbirlər görülmüş olardı. Göründüyü kimi iddiaçının mənzilindən çıxarılmış sayğacın zədəli olması, sıradan çıxması iddiaçının qanunazidd, təqsirli hərəkətləri nəticəsində baş verməsi iş materialları ilə sübuta yetirilməmiş və bununla bağlı cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yəni mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən də iddiaçının təqsiri üzündən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt iddiaçının və hal şahidlərinin iştirakı olmadan tərtib olunduğundan mötəbər sayıla və ona əsasən hesablanmış cərimə məbləği qanuni hesab edilə bilməz. Tərtib edilmiş aktda göstərilir ki, “sayğacın çıxış plasmas borusu deşilib”. Yəni akta əsasən sayğacın yararsız olduğu görünür. Məhkəmə qeyd edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, qaz saygacı düzgün işləmədiyi halda itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən hesablanmış borc silinməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesablanmış borcu əsassız hesab edir və qeyd edir ki, iddia tələbi borcun silinməsi hissədə təmin edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin 500 manat mənəvi zərərin ödənilməsi ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə, əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Qeyd edilən xüsusatlardan da aydın olur ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə vurğulayır ki, mənəvi zərər məhz bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir. Məhkəmə insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının bilavasitə zərər vuran şəxs tərəfindən pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirə bilməsini, hazırki işdə isə cavabdeh tərəfindən iddiaçının hər hansı bir şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulmasına yönələn hərəkətlər edilməsinin müəyyən edilməməsini nəzərə alaraq, iddiaçının iddia tələbində bununla bağlı istinad etdiyi halların əsassız olması qənaətinə gəlir və belə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi qəsəbəsi, Biləcəri qəsəbəsi, Binəqədi şosesi, məhəllə 4, 33 saylı evə (abonent kodu:**********80047) 11880 m3 əlavə qazın sərfiyyatına görə əsassız olaraq hesablanmış 2376 məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Binəqədi qəsəbəsi, Biləcəri qəsəbəsi, Binəqədi şosesi, məhəllə 4, 33 saylı evə (abonent kodu:**********80047) 11880 m3 əlavə qazın sərfiyyatına görə əsassız olaraq hesablanmış 2376 məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar