Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2609/2021 15.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı Cavabdeh X1rşı atalığın müəyyən edilməsinə və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X1rşı atalığın müəyyən edilməsinə və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ilə cavabdeh X9 rəsmi nikaha daxil olmadan 3 il müddətində birgə ailə münasibətlərində yaşamışlar. Bu münasibətlərdən 21.08.2011-ci il təvəllüdlü X8 anadan olmuşdur. İddiaçı cavabdehlə bir müddət normal münasibətdə olsa da, sonradan tərəflərin münasibətləri pisləşmiş, uşaq doğulandan 7 ay sonra tərəflər faktiki olaraq ayrı-ayrı yaşayırlar. İddiaçı aliment tələbi ilə bağlı 2014-cü ildə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, lakin cavabdehin və onun ailə üzvlərinin xahişi ilə iddia ərizəsini geri götürmüş, bundan sonra cavabdeh hər ay aliment öhdəliyini icra etmişdir. Hazırda uşağın 9 yaşı vardır. Cavabdeh 2020-ci ilin sentyabr ayınadək övladının saxlanması üçün aliment ödəsə də, sonradan ödənişləri dayandırmışdır. Uşağın sağlamlığı və təhsili üçün sərf olunan vəsait nəzərə alınarsa alimentin məbləği 200 manat müəyyən olunmalı və alimentin tutulması 2020-ci ilin oktyabr ayından hesablanmalıdır. Ona görə də 21.08.2011-ci il təvəllüdlü X3 atasının cavabdeh X5masının müəyyən edilməsinə, uşağın doğum akt qeydində atasının X5masının qeyd edilməsinə, cavabdehdən uşağın saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulmasına və alimentin 2020-ci ilin oktyabr ayından hesablanmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh X6 məhkəməyə təqdim etdiyi ərizəsində Hacızadə Mehdinin atası olmasını, atalığın müəyyən edilməsinə və uşağın saxlanması üçün aliment ödəməyə razı olmasını, əvvəllər də uşağın saxlanması üçün aliment ödədiyini, uşağa öz soyadının verilməsinə razı olmadığını, ona görə də iddia ərizəsini qismən qəbul edərək onun Hacızadə Mehdiyə münasibətdə atalığının müəyyən olunmasına, uşağın saxlanması üçün ondan hər ay 175 manat alimentin tutulmasına dair qətnamə qəbul edilməsini göstərmişdir. Cavabdeh X7 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh X9 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Həmin Məcəllənin 45.1.-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 07.09.2011-ci il tarixli AZ - İİ № 740767 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X8 21.08.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 3179 nömrəsi ilə qeyd edilmiş, atası X10, anası İddiaçıdır. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 234.2.-ci maddəsinə əsasən aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, X9 İddiaçı 21.08.2011-ci il tarixdə dünyaya gətirdiyi X3 atası olmasını etiraf etdiyindən, iddiaçı cavabdehin gəlirləri barədə sübutlarını məhkəməyə təqdim etmədiyindən iddia ərizəsi qismən təmin edilərək X6 İddiaçı 21.08.2011-ci il tarixdə dünyaya gətirdiyi X3 atası olması müəyyən edilərək, yetkinlik yaşına çatmayanın doğum akt qetdində bu barədə dəyişiklik aparılmalı, uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 175 manat aliment tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçının təyin olunan alimentin 2020-ci ilin oktyabr ayından hesablanması tələbi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı tərəflərin izahatı ilə cavabdehin əvvəllər də iddiaçıya aliment ödəməsi müəyyən olunduğundan, iddiaçı aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsinə dair mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən, məhkəmə tərəfindən iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək müvəqqəti alimentin tutulması barədə qərardad qəbul edildiyindən alimentin hesablanması 15.04.2021-ci il tarixdən başlanmalıdır. Belə ki, aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.(AM-nin 100.1-100.3-cü mad) Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. 21.08.2011-ci il təvəllüdlü X3 atasının X5ması müəyyən edilsin. 21.08.2011-ci il təvəllüdlü X3 doğum akt qeydində dəyişiklik edilərək ata qrafasında X9 yazılsın. 15.04.2021-ci il tarixdən hesablanmaqla X3 yetkinlik yaşına çatanadək saxlanması üçün X4 hər ay 175 manat aliment İddiaçı xeyrinə tutulsun. X4 dövlət rüsumuna görə 30 manat dövlət nəfinə tutulsun. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-2609/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2609/2021
15.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver