Məhkəmə qərarları › İş №2(001)-2625/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2625/2024

04.07.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2625/2024 04.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2001-ci ildə təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan övladı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, onun qızı xx.xx.2001-ci il təvəllüdlü X4 uzun müddətdir xəstədir, uşaqlıqdan serebral iflic xəstəliyindən əziyyət çəkir. Qeyd olunmalıdır ki, ona “Hemiplegik spastik serebral iflic, keçirilmiş uşaq serebral iflicin davamlı qalıq əlamətləri, limmobillik(hərəkətsizlik) diaqnozu qoyulmuşdur və 10 nömrəli şəhər Polilkinikasında qeydiyyatdadır. Dəfələrlə müalicələrdə olmuşdur, yaxşılaşma halı baş verməmişdir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona birinci dərəcəli əlillik verilmişdir. Kənar şəxslərin köməyinə ehtiyyacının olması götərilmişdir. X4 öz hərəkətlərini idarə etmək qabilliyətinə malik deyildir, kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanları yoxdur, həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata küçirmək imkanlarına malik deyildir. O, öz hərəkətlərinin nəticəsini dərk etmək qabilliyətinə malik deyil, hərəkətlərinin mənasını anlaya bilmir, kənar şəxsin köməyi olmadan sərbəst qərarlar qəbul etmək imkanları yoxdur, əqli çatışmamazlıq nəticəsində öz hərəkətlərini idarə edə bilmir. X3 qəyyum təyin edilməsi barədə o, Binəqədi rayon İcra Hakimiyyəti Qəyyumluq Və Himayəçilik Komissiyasına müraciət etmişdir, şəxsin fəaliyyət qabilliyəti olmayan hesab edilməsi barədə məkhəməyə müraciət etməyi bildirmişlər. X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi gələcəkdə onun hüquqlarının həyata keçirilməsi üçün vacibdir. O, sərbəst şəkildə hüquqlarını həyata keçirmək qabilliyətinə malik deyildir. O, əmək qabiliyyətsizdir kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanları yoxdur. Ona anası baxır, qulluq edir, onunla birlikdə yaşayır, onun fəaliyyət qabiliyyətsiz hesab edilməsi gələcəkdə onun qəyyumu təyin edilməyinə, hüquqlarını onun tərəfindən sərbəst şəkildə həyata keçirilməsi üçün vacibdir. Tərəflərin izahatları və ərizəyə münasibəti:

3. Əvvəlki məhkəmə iclaslarında iştirak edən ərizəçi ərizəsinin dəlillərinə uyğun izahat vermiş və bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə, onların nümayəndəsinin məcburi iştirakının tələb olunmasının bildirilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. Bakı şəhər Nərimanov Rayon VVADQ Şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 065796 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2001-ci il tarixində Bakı şəhərində doğulmuş, atası X6, anası X5r.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, xx.xx.2001-cü il təvəllüdlü X3 İ dərəcəli əlillik verilmiş və hemiplegik spastik serebral iflic, keçirilmiş uşaq serebral iflicin davamlı qalıq əlamətləri, immobillik (hərəkətsizlik) diaqnozu qoyulmuşdur.

7. AZE seriyalı, 17151189 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2001-ci il tarixində Bakı şəhərində doğulmuşdur.

8. AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixində Masallı rayonun Qızılağac kəndində doğulmuşdur.

9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında 69429816 №-li arayışdan görünür ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır.

10. TƏBİB X10, ”Bakı Baş Səhiyyə Mərkəzi” X10in 10 nömrəli şəhər Poliklinikasının arayışından görünür ki, Ərizəçi psixatır qeydiyyatında deyil.

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, xx.xx.2001-cü il təvəllüdlü X3 qoyulan diaqnoz-Hemiplegik spastik serebral iflic, keçirilmiş uşaq serebral iflicin davamlı qalıq əlamətləri, immobillik var, kənar şəxslərin köməyinə ehtiyacı var, əlil arabasından istifadə edir.

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 1244 saylı rəydən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü X2 uşaq serebral iflicinin qalıq əlamətləri, orta dərəcəli əqli geriliklə müəyyən edilir. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X4 onda müəyyən edilən Uşaq serebral iflicinin qalıq əlamətləri, orta dərəcəli əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək üçün ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

14. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin:

15. 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.

16. 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.

17. 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir.

18. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

19. 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır;

20. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər;

21. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir;

22. 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir;

23. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər;

24. 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabilyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır;

25. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

26. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən xx.xx.2001-ci il təvəllüdlü X1 anasıdır. xx.xx.2001-ci il təvəllüdlü X1 əqli qüsurları haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir.Ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də onun tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas vardır.

27. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Tətbiq edilən prosessual normalar:

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

29. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

30. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

31. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

32. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

33. Beləliklə, məhkəmə mülki iş materiallarına əsaslanaraq hesab edir ki, şəxsin öz hərəkətlərini idarə etmək baxımından fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsas olduğundan ərizə təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.2001-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar