Məhkəmə qərarları › İş №2(001)-2627/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2627/2021

31.05.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2627/2021 31.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə Ərizəçi qızı 20.11.1978-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi qızı 20.11.1978-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi X8 ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, ərizəçinin qızı X6 20.11.1978-ci il tarixdə anadan olmuşdur. 20.11.1978-ci il təvəllüdlü X6 anadangəlmə mərkəzi sinir sisteminin üzvi xəstəliklərinin qalıq əlamətləri dərin ağıl geriliyi və epilepsiya xəstəsi olmaqla öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə edə bilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının qərarına əsasən 20.11.1978-ci il təvəllüdlü X6 İ qrup əlil olmaqla əmək qabiliyyətsizdir. X6 öz hərəkətlərinin mənasını başa düşmür, kənar şəxsin köməyi olmadan sərbəst yaşaya, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir, həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirə bilmir. Belə ki, ailədə 20.11.1978-ci il təvəllüdlü X3 maddi və mənəvi köməklik göstərən şəxs ərizəçidir, E.Q.Qəhrəmanovanın bütün ehtiyaclarını ərizəçi qarşılayır və ona baxır. Ərizəçinin həyat yoldaşı X4 vəfat etmişdir. 20.11.1978-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi gələcəkdə onun hüquqlarının həyata keçirilməsi və üzərində qəyyum təyin edilməsi üçün vacibdir. Ona görə də 20.11.1978-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Marneuli rayonu Kumar kənd soveti tərəfindən verilmiş İİİ-ТИ seriyalı № 298200 saylı 27.11.1978-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 20.11.1978-ci il tarixdə Marneuli rayonunda anadan olmuş, atası X4, anası Ərizəçidır. Azərbaycan Respublikası ƏƏSMN 4 saylı Tibbi-Sosial Ekspert Komissiyasının TSE- 01 № 045810 saylı arayışından müəyyən olunur ki, 1978-ci il təvəllüdlü X6 uşaqlıqdan müddətsiz İ qrup əlildir, əmək qabiliyyətsizdir və kənar şəxsin qulluğuna ehtiyacı vardır. Azərbaycan Respublikası ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın 19.01.2021-ci il tarixli çıxarışından müəyyən olunur ki, 20.11.1978-ci il təvəllüdlü X3 MSS-nin üzvi xəstəliklərinin qalıq əlamətləri, dərin ağıl geriliyi və epilepsiyaya bənzər tutmalar səbəbindən 24.09.2007-ci il tarixdən müddətsiz, İ dərəcəli əlillik təyin olunmuş və kənar şəxsin qulluğuna ehtiyacı vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının 08.05.2021-ci il tarixli 1035 saylı rəyindən müəyyən olunur ki, X2 ağır dərəcəli əqli gerilik aşkar olunur. X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X6 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, 20.11.1978-ci il təvəllüdlü X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını tam dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığı araşdırma zamanı təsdiq olunduğundan ərizə təmin edilərək 20.11.1978-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. 20.11.1978-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar