Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2634/2020 28.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015ci il tarixli qəbzin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili X2 bildirmişdir ki, iddia ərizəsində cavabdehin rəsmi qeydə alındığı ünvan kimi göstərilmiş ünvan əslində onun yaşadığı ünvandır. Ona görə də hesab edir ki, ilk növbədə cavabdehin rəsmi yaşayış yeri müəyyənləşdirilməli, daha sonra mülki prosessual qanunvericiliyinin aidiyyət qaydalarına riayət etməklə iddia ərizəsinə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iddiaçınən iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS üzrə Məlumat şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli məktubuna əlavə edilmiş arayışdan görünür ki, xx xxx 1960cı il təvəllüdlü, Mingəçevir şəhərində anadan olmuş Cavabdeh qeydiyyat ünvanı barədə məlumat yoxdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddia ərizəsində cavabdehin ünvanı kimi göstərilmiş ünvan cavabdehin yaşayış yeri deyil, həmin ünvan məhz cavabdehin nümayəndəsi və vəkilinin yaşayış yeridir. Belə olan halda, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etsə də, iddiaçı cavabdehin yaşayış yerinin məhz Binəqədi rayonunun ərazisində olması barədə məlumatı iddia ərizəsinə əlavə etməmiş, habelə məhkəmə sorğusu əsasında da cavabdehin yaşayış yerini müyyən etmək mümkün olmamışdır. Ona görə də cavabdehin məlum yaşayış yerinin ünvanı barədə məlumatın məhkəməyə təqdim edilməsi iddiaçıya təklif edilmiş, bu barədə iddiaçıya xx xxxxxxxx 2020-ci il tarixdə məktub ünvanlanmış, qeyd olunan məktub SS681412031AZ nömrəli poçt izləməsinə əsasən xx xxxxxxxx 2020ci il tarixdə iddiaçı tərəfindən qəbul edilmişdir. Bu da öz növbəsində iddia ərizəsini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinin tələbləri baxımından baxılmamış saxlanılması üçün əsas yaratmışdır. Belə olan halda, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları ərizədə göstərilməlidir. 259.0.12-ci maddəsinə əsasən bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. məhkəmə ərizəni baxılmamış saxlayır; 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Təsvir olunanlara əsasən, iddiaçı tərəfindən cavabdehin yaşayış yeri barədə məlumat məhkəməyə təqdim edilmədiyinə görə İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 260 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2634/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2634/2020
28.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver