Məhkəmə qərarları › İş №2(001)-2674/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2674/2023

25.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2674/2023 25.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X6 Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bəybalayeva Leylafər Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən qəbul edilmiş onun adına yazılmış 186.2 manat cərimənin ləğv olunması, qanunsuz olaraq hesablanmış həmin məbləğin abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2019-cu ildə hamı kimi su çəkilməsi üçün tikintini aparan Azər Mirzəyevə və Rasim Şahverdiyevə 280 manat əvəzinə 200 manat pul vermişdir. 2019-cu ildə hamıya su kodu açdılar, ona isə 50 manat pulu vermədiyinə görə kod açmadılar. Qanunsuz olaraq pul yığılırdı. O, bu barədə Azərbaycan Respublikası DİN-ə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Aldadılmağı barədə şikayət ərizəsi idi. DİN-nin 40-ci bölməsinin rəisi R.Cəbiyev tərəfindən həmin adamlar tapılıb gətirilərək onun adına olan su xəttinə kod açılması və sayğac qoyulması barədə razılığa gəlinmiş və oradaca hal-hazıra kimi həmin sahədə su sahə rəisi işləyən Elmar adlı şəxsə kodun açılması və sayğacın qoyulması barədə göstəriş verilərək razılıq əldə olunmuşdur. O vaxtdan bu vaxta qədər, yəni oktyabr 2022-ci ilə qədər həmin su sahə bu işi naməlum uzatdı. Bu barədə ona və şəxslərə dəfələrlə şifahi və telefonla müraciət etmişdir. O, Elmara şəxsiyyət vəsiqəsinin surətlərini verməyinə baxmayaraq 2022-ci ilin oktyabr ayında idarənin adını bilmədiyi 2 nəfər işçisi yenidən şəxsiyyət vəsiqəsinin sürətlərini tələb edərək kod açılacağını bildirdilər. Həmin ay X7 idarəsindən ona zəng edilərək onun və həyat yoldaşı X3 adına ayrı-ayrılıqda 186.2 manat borc olduğunu bildirdilər. Bunu sorşduqda biri bunun cərimə, başqası isə rüsum pulu olduğunu bildirdlər. Halbuki, o və yoldaşı hələ abonent deyildilər. Onunla heç bir müqavilə bağlamadan kod açıb və cərimə yazdılar. Bu barədə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində Azərsu ASC-yə elektron müraciət etmişdir. Müraciətlərinin nömrələri 12654 və 55886 ilə qeyd edilmişdir. ********** 1196 daxili nömrədən Aynur Nəbiyeva adlı şəxs əlaqə yaratdı və bildirdi ki sizə yeni sayğac qoyulacaq və su pulu yenidən hesablanacaq. xx.xx.2022-ci ildə hər 2 nöqtəyə sayğac qoyuldu. O, yenə Azərsu Cəmiyyətinə müraciət etmişdir. Borcun qanunsuz olması barədə və oradan ona bu məzmunda cavab gəldi ki Asan xidmət mərkəzinə müraciət edərək kod açdırın. Bu su xəttinə və kanalizasiya sisteminə qoşulmaqları üçün xx.xx.2022 tarixli № 0/4/01-7/5/17380-li məktubda göstərilmişdir. Onlar ailədə 4 nəfərdilər. Hər ikisinə 4 nəfər olaraq 8 nəfər ailə üzvü yazmışdırlar. Halbuki o, tək iki uşağı ilə birlikdə 3 nəfər qeydiyyatdadır. Onlardan da biri, yəni oğlu 2 ildir ki hərbi məktəbdə oxuyaraq Dövlət qeydiyatında və təminatındadır. O, müvafiq sənədlərlə AzərSuya yenidən müraciət edərək bu məktubu yazanın ya sərxoş, ya da özbaşınalıq edərək istehlakçıların hüquqlarının kobud surətdə pozaraq qanunsuz əməllərinə don geyindirmək üçün şirkətə vurduqları zərəri vətədaşlardan tutulması üçün (öz maraqlarına görə) edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək, iddia ərizəsinin təmin olunmasına etiraz etdiyini bildirdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Xocasən Qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində inşa edilmiş özünə aid fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Cavabdeh ASC Binəqədi rayon Sukanal İdarəsi üzrə ödənişlərin siyahısından görünür ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə 5 manat məbləğində ödənişlər edilmişdir. **********000 nömrəli abonent kodu olan abonent kartından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, R.Allahverdiyev küçəsi, 561 nömrəli evə 2022-ci il üzrə 186.2 manat borc hesablanmışdır. Borcun 168 manatı xx.xx.2022-ci il tarixdə cərimə olaraq yazılmışdır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 30-cu maddəsinə əsasən Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 4.1.3-cü bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. Həmin qaydaların 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Cavabdeh tərəfinfən təqdim edilmiş sənədlərdən göründüyü kimi, iddiaçıya təkcə xx.xx.2022-ci il tarixdə 168 manatı cərimə olaraq yazılmış olsa da, bu cərimənin əsası məhkəmə araşdırması zamanı müəyyən edilə bilmədi. Digər tarixlərdə hesablanmış cərimələr isə abonentin sayğacında “normal oxuma” qeyd edilməsinə baxmayaraq yazılmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən 561 nömrəli fərdi yaşayış evinə hesablanmış (abonent kodu **********000) 186.2 manat məbləğində borc Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən 561 nömrəli fərdi yaşayış evinə hesablanmış (abonent kodu **********000) 186.2 (yüz səksən altı manat, iyirmi qəpik) manat məbləğində borc Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar