Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2682/2020 23.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı (məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh Bakı X1 Departamenti əsl Cavabdeh ilə əvəz edilmişdir) iddiaərizəsi, daha sonra iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya əsassız hesablanmış 4.524,40 manat məbləğində borc məbləğinin silinməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Abşeron rayonu, Novxanı bağları ərazisində bağ evi var. Abonent olaraq qazdan istifadəyə görə Cavabdeh Bakı X1 Departamenti ilə onun arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Bununla bağlı qeyd olunan bağda akt əsasında sayğac quraşdırılmış və istismara verilmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə cavabdeh təşkilat tərəfindən ona sayğacın dövlət yoxlanılmasından keçirilməsi haqqında bildiriş göndərilmişdir. Bildirişdə qeyd edilmişdir ki, istifadə etdiyi qaz sayğacının işlək vəziyyətdə saxlanılmasının təmin edilməsi məqsədilə, onun istifadəsində olan G-16 markalı, 75118479 saylı qaz sayğacının işlək vəziyyətdə olması yoxlanılacaq. Yoxlama ilə əlaqədar qaz sayğacının çıxarılması zərurəti yarandığından cavabdeh təşkilat tərəfindən qaz sayğacının olmadığı və işləmədiyi müddətdə qazın hesablanması haqqında №002530 saylı, xx xxxxxx 2020ci il tarixli akt tərtib edilmişdir. Akta əsasən 2020-ci ilin yanvar ayının 01-dən həmin ayın 28-nə kimi, yəni cəmi 28 gün, onun bağ evində sayğacsız dövr ərzində istifadə olunan qazın gündəlik sərfiyyatı (əvvəlki ayların orta günlük sərfiyyatına uyğun, əvvəlki illərin cari yanvar ayının orta günlük sərfiyyatına uyğun) hesablanaraq müəyyən edilməli idi. Göstərilən qayda isə hesablaşma cavabdeh təşkilatla razılaşdırılmışdır. Bağ evində mövsümdən asılı olaraq qaz sərfiyyatı fərqli olur. İlin soyuq aylarında bir ay ərzində ən çox 400 manat, isti aylarında isə ən çox 8 manat məbləğində qaz sərfiyyatı olur. O, hər ay bildiriş-xəbərdarlıq aldıqdan sonra bildirişdə göstərilən məbləği tam şəkildə ödəmiş və onun 2020-ci ilin yanvar ayına borcu olmamışdır. xx xxxxxx 2019-cu il tarixli bildirişxəbərdarlıqda 2018-ci ilin dekabr ayının 31-dən 2020-ci ilin yanvar ayının 31-nə kimi olan müddət ərzində onun bağ evində qaz sərfiyyatının dəyəri 235,60 manat təşkil etmişdir. Lakin bütün bunlaraq baxmayaraq, cavabdeh təşkilat, abonentlə gəldiyi razılaşmanın tələblərini kobud surətdə pozaraq tərtib etdiyi № 002530 saylı, xx xxxxxx 2020-ci il tarixlu aktla 2020-ci ilin yanvar ayının 01-dən həmin ayın 28-nə kimi, yəni cəmi 28 gün ərzində onun bağ evində guya 4.524,40 manat məbləğində 23722 kubmetr qaz sərfiyyatının olduğunu qeyd etmiş və ona qeyd olunan məbləğin onun tərəfindən ödənilməsini tələb edən xx xxxxxx 2020-ci il tarixli bildiriş xəbərdarlıq göndərilmişdir. Yuxarıda qeyd olunanlar cavabdeh təşkilat tərəfindən Abonentin saldosu adlı cədvəldə də öz əksini tapmışdır. Cədvəldən göründüyü kimi ona məxsus bağ evində qazla işləyən cihazlardan yalnız 4 gözlü qaz pitəsi və kombi vardır. Cədvəldə qeyd olunanlar da bir daha təsdiq edir ki, ilin soyuq aylarında bir ay ərzində ən çox 400 manat, isti aylarda isə ən çox 8 manat məbləğində qaz sərfiyyat olur. Cavabdeh Bakı X1 Departamentinin tətbiq etdiyi cərimə və təqdim etdiyi yekun borc məbləği qanunvericiliyin tələbləri pozulmaqla hesablanmış və ona görə də əsassızdır. Cavabdeh təşkilatın təqdim etidiyi borc süni surətdə şişirdilmişdir. Cəmi bir ədəd 4 gözlü qaz piltəsi və bir kombinin 28 gün ərzində 4.524,40 manat məbləğində qaz işlətməsi barədə akt tərtib edilməsi ağılasığmazdır, heç bir meyara uyğun gəlmir və buna görə də əsassızdır. Sonradan cavabdeh təşkilat tərəfindən bağ evinə yeni sayğac quraşdırıldı. Bu hal cavabdeh təşkilatın ərizəsinə əlavə etdiyi xx xxxxxx 2020-ci il tarixli, № 29/1640-02203/1 saylı Sayğacın istismara yararlığı haqqında arayışı və xx xxxxxx 2020-ci il tarixli № ******* saylı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktı ilə öz təsdiqini tapır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh nümayəndəsi məhkəməyə gəlməmiş, buna baxmayaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh İB-nin Bakı RQSD-nin nümayəndələri tərəfindən tərtib edilmiş “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” № ******* saylı, xx xxxxxx 2020-ci il tarixli aktından görünür ki, abonent İddiaçı xx xxxxxx 2020-ci il xx xxxxxx 2020-ci il tarixədək cihazların saatlıq sərfiyyatına uyğun olaraq hesablanmış təbii qaz sərfinin miqdarı 23722 m3 müəyyən edilmişdir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx xxxxxx 2020-ci il tarixli, ******* saylı akta əsasən G-25 İtron tipli 75118479 saylı sayğac xəttin üzərində öz yerinə quraşdırılaraq, işlək vəziyyətdə təhvil verildi. **********17810 saylı abonent İddiaçı abonentin saldosundan görünür ki, onun 2019cu ilin dekabr ayı üçün borcu 412 manat, 2020-ci ilin yanvar ayı üçün borcu isə 4524,4 manat təşkil edir. Həmçinin həmin sənəddən müəyyən olunur ki, 2019-cu ilin dekabr ayı üçün qazın sərfi 2057 m3, yanvar 2020-ci ilin yanvar ayı üçün 23722 m3 olmuşdur. xx xxxxxx 2019-cu il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına təbii qazdan istifadəyə görə 296 manat məbləğində ödəniş edilmişdir. xx xxxxxx 2019-cu il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına təbii qazdan istifadəyə görə 411 manat məbləğində ödəniş edilmişdir. xx xxxxxx 2020-ci il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, İddiaçı tərəfindən xx xxxxxx 2020-ci il tarixində 412,00 manat məbləğində Cavabdeh İstehsat Birliyinə ödəniş edilmiş, hazırda ödəniləcək məbləğ 4.524,20 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.4.-cü bəndinə görə qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının bağ evində quraşdırılmış sayğac cavabdeh təşkilatın əməkdaşları tərəfindən yoxlanılması üçün çıxarılmış, iddiaçı 2020-ci ilin yanvar ayında 28 gün ərzində təbii qazdan sayğac olmadan istifadə etmiş, ona cavabdeh tərəfindən cihazların saatlıq sərfiyyatına uyğun olaraq hesablanmış təbii qaz sərfinin miqdarı 23722 m3 müəyyən edilmişdir. Buna görə cavabdeh tərəfindən iddiaçıya 4.524,40 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, dekabr və yanvar ayları qış fəslinə aid olan aylardır və hər biri 31 gündən ibarətdir. İş materiallarından da göründüyü kimi, 2019-cu ilin dekabr ayında iddiaçı 412,00 manat dəyərində təbii qazdan istifadə etmiş və bir gün üçün həmin məbləğ 13,29 (412 / 31 gün) manat təşkil edir. Yuxarıda qeyd olunan Qaydalara əsasən, istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. İddiaçı tərəfindən 2020-ci ilin yanvar ayında 28 gün ərzində sayğac olmadan təbii qazdan istifadə edilməsi nəzərə alınmaqla, onun qaz sərfiyyatı həmin ay üçün 372,12 (13,29 x 28 gün) manat təşkil edir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən dekabr ayında 2057 m3, yanvar ayında isə 23722 m3, yəni 11 dəfədən artıq təbii qazdan istifadə edilməsi də ağlabatan deyil və 2019-cu ilin yanvar ayında, yəni bir il öncə də iddiaçı tərəfindən təbii qazdan istifadəyə görə 411 manat məbləğində cavabdehin hesabına ödəniş edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçı tərəfindən 2020-ci ilin yanvar ayında 28 gün ərzində 372,12 manat dəyərində təbii qazdan istifadə edildiyi nəzərə alınmaqla ona cavabdeh tərəfindən hesablanmış 4.524,40 manat borcdan həmin məbləğ çıxılmalı, qalan 4.152,28 manat məbləğində borc cavabdeh tərəfindən silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı (Abonent kodu: **********17810) hesablanmış 4.152,28 (dörd min bir yüz əlli iki manat, iyirmi səkkiz qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-2682/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2682/2020
23.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver