Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2802/2025 06.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə, Ərizəçi maraqlı şəxs Binəqədi RİH Qəyyumluq və Himayəçilik Komissiyasını cəlb etməklə şəxsin fəailiyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Binəqədi RİH Qəyyumluq və Himayəçilik Komissiyasını cəlb etməklə şəxsin fəailiyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Daxil olmuş ərizə və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, ərizə mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məcburi forma və məzmununa riayət edilməmiş, ərazi aidiyyətinə görə düzgün verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.3-ci maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 152.1.3-cü maddəsinə müvafiq olaraq, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir. (Konstitusiya Məhkəməsi Plenumunun M.A.Muradovun şikayəti üzrə 2004-cü il 28 aprel tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarları) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7029/2024 saylı, xx.xx.2024-cü il tarixli məhkəmələr arasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair mülki iş üzrə ərazi aidiyyətində fikir ayrılığına dair qərardadına əsasən məhkəmə kollegiyası qanunvericiliyin tələbləri baxımından şəxsin yaşayış yerinin onun yaşayış yeri üzrə qeydiyyata alındığı, rəsmi qeydiyyat ünvanı hesab edərək məhkəmələr arasında fikir ayrılığını həll etmiş, mülki işi şəxsin rəsmi qeydiyyata alındığı ünvan üzrə məhkəməyə baxılması üçün göndərmişdir. Məhkəmənin mövqeyi Təqdim olunmuş iddia ərizəsi və əlavə olunmuş sənədləri nəzərdən keçirərkən, həmçinin “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan məlum olur ki, ərizəçinin rəsmi ünvanı Cəbrayıl rayonu, Süleymanlı ərazi dairəsi, Daşkəsən kəndidir. Hazırki tələb isə mülki prosessual qanunvericiliyə əsasən aidiyyətin ərizəçinin seçim azadlığı ilə müəyyənləşdirilməsini nəzərdə tutmamışdır. Belə olan halda hazırkı ərizənin hansı əsaslarla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilməsi ərizənin məzmunundan və ərizəyə əlavə edilmiş sənədlərdən aydın deyil. Bu səbəbdən hazırki halda sözügedən ərizəyə Binəqədi rayon Məhkəməsində baxılıb hüquqi qiymət verilməsi mülki prosessual qanunvericilikdə nəzərdə tutulan aidiyyət normalarının pozulması ilə nəticələnə bilər. Qeyd edilən nöqsanlar iddia ərizəsi ona əlavə edilmiş sənədlərlərin müraciət edənə qaytarılması üçün əsas sayıldığından ərizəçiyə geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 263,264,268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxs Binəqədi RİH Qəyyumluq və Himayəçilik Komissiyasını cəlb etməklə şəxsin fəailiyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada müvafiq ərazi məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(001)-2802/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2802/2025
06.03.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver