Məhkəmə qərarları › İş №2(001)-2861/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2861/2020

31.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2861/2020 31.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 302 saylı sərəncamı ilə vətəndaş X2 adına ayrılmış 6-cı mkr., İ.Həşimov küçəsi, 6 A nömrəli evin yaşayış sahəsi 29,47 kv.m olan 2 otaqlı 48 saylı mənzilin eyni şəxsə, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuşdur. Bu barədə xx.xx.1967-ci il tarixdə doğum haqqında şəhadətnamə verilmiş və şəhadətnamə rus dilində tərtib edildiyindən ad soyad və ata adı “X9 oqli” kimi yazılmışdır. xx.xx.1996-cı il tarixdə adına Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamına əsasən X6 6-cı mkr., İ.Həşimov küçəsi, 6 A nömrəli evin yaşayış sahəsi 29,47 kv.m olan 2 otaqlı 48 saylı mənzilin əsas kirayəçisi hesab edilmişdir. Mənzilin sənədlərini qaydaya salmaq üçün Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə müraciəti əsasında bildirdilər ki, şəxsiyyət vəsiqəsində ad, soyad və ata adı Ərizəçi, Sərəncamda isə X6 qeyd edildiyindən və bu uyğunsuzluğun aradan qaldırılması üçün təqdim edilən sənədlərdə kifayət qədər əsas olmadığından, həmin faktların təsdiq olunması üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Məhkəmə iclasında izahatı alınan ərizəçi ərizəsini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi Bakı şəhərində doğulmuş, soyadı “Qazıyev”, adı “Şahin”, ata adı isə “Qabil” kimi qeyd olunmuşdur. İş materiallarında olan AZ seriyalı, ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi soyadı “Qaziev”, adı “Şaxin”, ata adı isə “Qabil” kimi qeyd olunmuşdur. İş materiallarında olan Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 302 saylı sərəncamının surətindən görünür ki, 6-cı mkr., İ.Həşimov küçəsi, 6 A nömrəli evin yaşayış sahəsi 29,47 kv.m olan 2 otaqlı 48 saylı mənzil X2 adına ayrılmışdır. İş üzrə Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli, məktubun görünür ki, təqdim olunmuş sənədlər arasında uyğunsuzluq mövcuddur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan NT-İ seriyalı, 546215 saylı diplomun surətindən görünür ki, xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi soyadı “Həziyev”, adı “Şahin”, ata adı isə “Habil” kimi qeyd olunmuşdur. İş materiallarında olan Bakı şəhəri X3 İcraiyyə Komitəsinin xx.xx.1995-ci il tarixli, 472 saylı arayışının surətindən görünür ki, 6-cı mkr., İ.Həşimov küçəsi, 6 A nömrəli evin yaşayış sahəsi 29,47 kv.m olan 2 otaqlı 48 saylı mənzilin Ərizəçi məxsus olması və həmin ünvanda qeydiyyatda olması qeyd edilmişdir. İş materiallarında olan xx.xx.1995-ci il tarixli ərizənin surətindən görünür ki, X1 Rayon İcra Hakimiyyəti Başçısına 6-cı mkr., İ.Həşimov küçəsi, 6 A nömrəli evin, 48 saylı mənzilinin onun adına keçməsinə sərəncam verilməsi barədə müraciət etmişdir. İş materiallarında olan xx.xx.1995-ci il tarixli ərizənin surətindən görünür ki, X5 6-cı mkr., İ.Həşimov küçəsi, 6 A nömrəli evin, 48 saylı mənzilinin onun əri X2 adına keçməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 302 saylı sərəncamına əsasən 6-cı mkr., İ.Həşimov küçəsi, 6 A nömrəli evin yaşayış sahəsi 29,47 kv.m olan 2 otaqlı 48 saylı mənzil X2 adına ayrılmışdır. Adına ayrılmış mənzilin sənədlərini Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə təqdim edərək qeyd edilən mənzili mülkiyyətinə keçirmək istərkən bildirilmişdir ki, şəxsiyyət vəsiqəsində ad, soyad və ata adı Ərizəçi, Sərəncamda isə X6 qeyd edildiyindən yanlışlıq aradan qaldırıldıqdan sonra ərizəsinə baxıla bilər. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyənedilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikasə Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizəçi 1967-ci ildə Azərbaycan SSR Respublikasında doğulmuşdur. Rus əlifbası ilə yazılan dövrdə onun doğum haqqında şəhadətnaməsində və həmin şəhadətnamə əsasında verilmiş şəxsiyyət vəsiqəsində ərizəçinin adı “Ərizəçi“ kimi qeyd olunmuşdur. Lakin Azərbaycan dəniz balıq sənayə texnikomunun verdiyi diplomda ərizəçinin adı azərbaycan dilində “X6” rus dilində isə “Ərizəçi” kimi qeyd olunmuşdur. Bundan başqa Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996cı il tarixli 302 nömrəli Sərəncamından görünür ki, Vətəndaş X6 6 mkr, İ.Həşimov küçəsi, 6a nömrəli evin əsas kirayəçisi hesab edilmişdir. Göründüyü kimi ərizəçinin şəxsiyyət vəsiqəsindəki məlumatlarla müvafiq sərəncamdakı adı soyadı ata adında uyğunsuzluq yaranmışdır və nəticədə mübahisə predmeti olan mənzili özəlləşdirə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquq əhəmiyyətlidir və həmin uyğunsuzluğun aradan qaldırılması başqa qayda mümkün deyildir. Müəyyən edilməsi xahiş olunan faktın əsaslı olması yuxarıda sadalanan sübutlarla öz təsdiqini tapır. Belə ki, ərizəçinin doğum haqqında şəhadətnaməsindən görünür ki, şəhadətnamə tərtib edilərkən kiril qrafikalı Azərbaycan əlifbasından deyil, rus-kiril əlifbasından istifadə edilmişdir. Bu isə “Ə” hərfinin “E” kimi, “H” hərfinin “Г kimi yazılması ilə nəticələnmişdir. Beləliklə məhkəmə hesab edir ki, 6 mkr, İ.Həşimov küçəsi, 6a nömrəli evin əsas kirayəçisinin X6 olmasının müəyyən edilməsi barədə Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 302 nömrəli Sərəncamının ASAN 3 orqanının xx.xx.2017-ci il tarixdə verdiyi AZE ******** seriyalı şəxsiyyət vəsiqəsində qeyd olunan Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə eyni zamanda ərizəni ona görə əsaslı hesab edir ki, ərizəçinin qeydiyyatda olaraq yaşadığı ünvan məhz mübahisələndirilən sərəncamdakı ünvanla eynidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 6 mkr, İ.Həşimov küçəsi, 6a nömrəli evin əsas kirayəçisinin X6 olmasının müəyyən edilməsi barədə Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 302 nömrəli Sərəncamının ASAN 3 orqanının xx.xx.2017-ci il tarixdə verdiyi AZE ******** seriyalı şəxsiyyət vəsiqəsində qeyd olunan Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar