Məhkəmə qərarları › İş №2(001)-2874/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2874/2021

05.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2874/2021 05.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, X1 cavabdehlər Cavabdeh1 Məmmədqulu oğluna və Bakı şəhəri İcra Hakimiyyətinə qarşı torpaq icarəsi müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X2 cavabdehlər Cavabdeh1 Məmmədqulu oğluna və Bakı şəhəri İcra Hakimiyyətinə qarşı torpaq icarəsi müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məsəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Belə ki, hazırkı iddia tələbi Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 2 saylı ünvanda yerləşən torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi ilə bağldır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialara tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin maddənin mənasına görə müəyyən kateqoriya mülki-hüquq münasibətləri üçün qanunda ərazi aidiyyətinin ümumi qaydalarından fərqli qaydada müəyyən edilib. Qanun bu halda mülki işin yalnız bu maddədə göstərilən məhkəmələrə aidiyyətini nəzərdə tutur və bu aidiyyət növü müstəsna aidiyyət adlanır. Müstəsna aidiyyətin xüsusiyyəti ondan ibrətdir ki, işin hansı məhkəməyə verilməsi iddiaçının iradəsindən asılı deyildir. Sadalanan işlərə göstərilən məhkəmələrdə baxılması həmin tələblər üzrə yerində müayinə aparılması, sübutların toplanması, şahidlərin izahatlarının alınması kimi prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasını şərtləndirir. Bununla da, hazırkı iş üzrə mübahisəli daşınmaz əmlakın Bakı şəhərinin Nəsimi rayonunda yerləşməsini nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinin tələbləri baxımından iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə işə baxmalı olan məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 cavabdehlər Cavabdeh1 Məmmədqulu oğluna və Bakı şəhəri İcra Hakimiyyətinə qarşı torpaq icarəsi müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar