Məhkəmə qərarları › İş №2(001)-2915/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2915/2024

02.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2915/2024 02.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil2, Cavabdeh4 nümayəndəsi, Vəkil1, Cavabdeh5, Cavabdeh8, Cavabdeh9 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X1, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X1, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmədən Abşeron Rayon Aqrar İslahat Komissiyasının 21 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə ona və ailə üzvlərinə ayrılan ünvan 1ində yerləşən ümumi sahəsi 0,40 ha təşkil edən torpaq sahəsinə dair cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanılan 18 mart 2013-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, eləcə də Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanılan 05 sentyabr 2013-cü il tarixli AN-İ № ******* saylı alqısatqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh6 və Cavabdeh7 arasında bağlanılan 24 iyul 2014-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh8 arasında bağlanılan 31 yanvar 2015-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh9 arasında bağlanılan 06 noyabr 2014-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh10 və X2 arasında bağlanılan 14 fevral 2015-ci il tarixli AN- İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh12 arasında bağlanılan 03 iyul 2014-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh14 arasında bağlanılan 22 sentyabr 2014-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə X3 araında bağlanılan 19 dekabr 2017-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh13 arasında bağlanılan 16 aprel 2019-cu il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh15 Bəhaləddin oğlu araında 0,02 ha toraq sahəsinə dair bağlanılan 2021-ci il tarixli alqı-satqı müqaviləsi, Cavabdeh12 ilə Cavabdeh16 arasında 0,04 ha torpaq sahəsinə dair bağlanılan 14 sentyabr 2021-ci il tarixli alqı- satqı müqaviləsi, Cavabdeh10 ilə Cavabdeh17 arasında 0,02 ha torpaq sahəsinə dair bağlanılan 22 noyabr 2021-ci il tarixli AN-İ №1004804 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edlməsi, həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X1, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı qismən mümkün hesab edilmiş və iddia ərizəsinin Cavabdeh3 aid hissəsinin icraata qəbul edilməsindən imtina edilmişdir (Cavabdeh3 xx.xx.2013-cü ildə vəfat etdiyindən).

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Aqrar İslahat Komissiyasının 21 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə ünvan 1ində yerləşən və cizgidə göstərilən sərhəd daxilində 0,40 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün pay torpağı kimi onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin pay torpağı üzərində onun mülkiyyət hüquqları 16 fevral 1998-ci ildə dövlət aktı qeydiyyat kitabında 491 nömrə ilə qeydiyyata alınmış və ona JN-254 kod 30800108 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı verilmişdir. Bu məqsədlə o “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, ərazi üzrə reyestr xidmətinə müraciət edərək Abşeron Rayon Aqrar İslahat Komisiyyasının 21 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə ona və ailə üzvlərinə pay torpağı kimi ayrılan və 16 fevral 1998-ci ildə dövlət aktı qeydiyyat kitabında 491 nömrə ilə qeydiyyata alınan, JN-254 kod 30800108 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə mülkiyyətində ünvan 1ində yerləşən və cizgidə göstərilən sərhəd daxilində 0, 40 ha torpaq sahəsi üzərində onun xüsusi mülkiyyət hüququnu daşınmaz əmlakın dövlər reyestrində qeydə almağı və bu barədə reyestrdən çıxarış verməyi xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi xx.xx.2023-ci il tarixli 3-21-3-32/2-14-0100-8/2023 saylı məktubla torpaq sahəsinə olan hüququn dövlət reyestrində qeydə alınmasından və çıxarış verilməsindən imtina etdiyi üçün o çıxarışın verilməsi tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İşə Sumqayıt İnzibati Məhkəməsində baxılarkən cavabdeh təşkilat iddia tələbini qəbul etməmiş və məhkəməyə ünvanladığı xx.xx.2023-ci il tarixli məktubla ona məxsus torpaq sahəsinin ayrı-ayrı şəxslərin adlarına alqı-satqı müqavilələri əsasında rəsmiləşdirildiyini bildirmiş və həmin alqı-satqı müqavilələrinin və çıxarışların təstiq olunmuş surətlərini məhkəməyə təqdim etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin həmin iş üzrə 20 oktyabr 2023-ci il tarixdə keçirilən iclasında iclasa sədrlik edən hakim ( Hakim-Ceyhun Məmmədov) həmin məktubu və əlavə olunan müqavilə və çıxarışları tərəflərə elan etmiş və həmin iclasda ona təqdim etmişdir. Təqdim edilən sənədlərdən görünür ki, ona məxsus ünvan 1ində yerləşən ümumi sahəsi 0,40 ha təşkil edən torpaq sahəsi onun adından Abşeron 1 saylı NK-nın xx.xx.2013-cü il tarixli 7E/2838 reyestrli etibarnamə əsasında imza edən Cavabdeh3 tərəfindən 18 mart 2013-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müaviləsi əsasında Cavabdeh4 15700 manata satılmış, sonuncu isə həmin torpaq sahəsinə dair xx.xx.2013-cü il tarxili çıxarış aldıqdan sonra 05 sentyabr 2013-cü il tarixli AN-İ № ******* saylı alqı-satı müqaviləsi ilə torpaq sahəsini Cavabdeh5 satmışdır. Cavabdeh5 isə öz növbəsində 24 iyul 2014-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında torpaq sahəsinin 0,02 ha hissəsini Cavabdeh6, 0,02 ha torpaq sahəsini isə Cavabdeh7, 31 yanvar 2015-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında torpaq sahəsinin 0,02 ha hissəsini Cavabdeh8 06 noyabr 2014-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında torpaq sahəsinin 0,1 ha hissəsini Cavabdeh9, 14 fevral 2015-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında torpaq sahəsinin 0,02 ha hissəsini Cavabdeh10, 0,03 ha hissəsini cavabdeh X1, 03 iyul 2014-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında torpaq sahəsinin 0,04 ha hissəsini Cavabdeh12, 22 sentyabr 2014-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında torpaq sahəsinin 0,08 ha hissəsini Cavabdeh14, 19 dekabr 2017-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında torpaq sahəsinin 0,02 ha hissəsini cavabdeh X1, 16 aprel 2019-cu il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında torpaq sahəsinin 0,02 ha hissəsini Cavabdeh13, 2021-ci il tarixli müqavilə əsasında ( çıxarış var, müqavilə isə əldə edilməmişdir) torpaq sahəsinin 0,02 ha hissəsini Cavabdeh15 Bəhaləddin oğluna satmışdır. Sonradan cavabdehlərdən Cavabdeh12 0,04 ha torpaq sahəsini 14 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında digər Cavabdeh16, Cavabdeh10 isə özünün 0,02 ha torpaq sahəsini 22 noyabr 2021-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh17 satmışdır. Aşağıda göstərilən əsaslara görə iddiaçı hesab edir ki, ona məxsus olan ünvan 1ində yerləşən ümumi sahəsi 0, 40 ha təşkil edən torpaq sahəsinə dair cavabdehlər Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanılan 18 mart 2013-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, eləcə də Cavabdeh4 Cavabdeh5 arasında bağlanılan 05 sentyabr 2013-cü il tarixli AN-İ № ******* saylı alqısatqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh6 və Cavabdeh7 arasında bağlanılan 24 iyul 2014-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 Qəşəm qızı arasında bağlanılan 31 yanvar 2015-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh9 arasında bağlanılan 06 noyabr 2014-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh10 və X3 arasında bağlanılan 14 fevral 2015-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh12 arasında bağlanılan 03 iyul 2014-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh14 arasında bağlanılan 22 sentyabr 2014-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə X3 arasında bağlanılan 19 dekabr 2017-ci tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh13 arasında bağlanılan 16 aprel 2019-cu il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi, Cavabdeh5 ilə Cavabdeh15 Bəhaləddin oğlu arasında 0,02 ha torpaq sahəsinə dair bağlanılan 2021-ci il tarixli alqı-satqı müqaviləsi, Cavabdeh12 ilə Cavabdeh16 arasında 0,04 ha torpaq sahəsinə dair bağlanılan 14 sentyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi, Cavabdeh10 ilə Cavabdeh17 arasında 0,02 ha torpaq sahəsinə dair bağlanılan 22 noyabr 2021-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, Abşeron rayonu Məmmədli kıəndində yerləşən iddiaçıya məxsus 0,40 ha torpaq sahəsini onun adından satan Cavabdeh3 tanımır və ona heç vaxt etibarnamə verməmişdir. Bildirir ki, 2013-cü ilin əvvəlində o həmin torpaq sahəsinə dair çıxarış almaq istəyirmiş. Amma bunun üçün vaxtı yox idi. Ona yaxın olan bir tanışı bildirmişdir ki, İlqar adlı şəxs torpaqların sənədləşdirilməsi işini yaxşı bilir və ona məsləhət görüb ki, həmin şəxsə müraciət etsin. O İlqar adlı şəxsi əvvəllər tanımamışdır. Buna baxmayaraq, həmin şəxslə, yəni Cavabdeh2 adlı şəxslə görüşmüş və ona nə istədiyini bildirmişdir. Cavabdeh2 həmin torpaq sahəsinə dair çıxarışın alınması üçün ona etibarnamə verməli olduğunu, etibarnamə verərsə, ən çoxu 2 aya onun adına çıxarış ala biləcəyini bildirmişdir. İddiaçı həmin şəxsə tam inanmışdır. Çünki bu sahədə təcrübəli olduğunu, bir çox insanların oxşar problemlərini həll etdiyini inandırıcı şəkildə ona bildirmişdir. Hətta başqa şəxslərin ona verdikləri etibarnamələri də ona göstərərək, onların çıxışlarını da eyni üsulla, yəni etibarnamə verilməsi yolu ilə aldığını bildirirdi. İddiaçı da inanaraq ona etibarnamə verməyə razı olmuşdur. Bundan sonra İlqar xx.xx.2013-cü il tarixdə onun yaşadığı evə notariusla gələrək elə evdə ondan etibarnamə almışdır. Etibarnamənin məzmunu və müddəti barədə notariusa heç bir göstəriş verməmişdir. Notarius etibarnamədə imza edəcəyi yeri göstərib orada imza etməli olduğunu demişdir. İddiaçı onun dediklərini etmişdir. Etibarnamə hazır olduqdan sonra İlqar 2-3 ay ərzində onun adına reyestrdən çıxarışı alıb verəcəyini vəd edib getmişdir. Sonrakı 1 ay ərzində o İlqarla danışmamışdır. Amma 2-ci ayın ortalarından İlqarla əlaqə yaradıb işlırin necə getdiyini soruşmuşdur. O da iddaçıya bildirmişdir ki, 1-2 aya sənəd hazır olacaqdır. 2013cü ilin iyul ayının axırlarında o İlqarla görüşərək işlərin hansı mərhələdə olduğunu soruşmuşdur. İlqar iddiaçıdan 10-15 gün vaxt istəmişdir. Ona bildirmişdir ki, əgər çıxarış həmin vaxt ərzində hazır olmasa, daga bu işlə mə.ğul olmasın. Həmin müddət tamam olduqda o, İlqarla əlaqə yaradıb bu işlə məşğul olmamasını tapşırmaq istəmiş, lakin əlaqə yarada bilməmişdir. Bundan sonra o 19 avqust 2013-cü ildə ünvan 2 gedərək Cavabdeh2 verdiyi etibarnaməni ləğv etdirmişdir. İddiaçı bütün bunları qeyd etməklə bildirmək istəyir ki,o Cavabdeh3 adlı şəxsi tanımır və ona etibarnamə verməmişdir. Ümumiyyətlə, onun həmin torpaq sahəsini satmaq niyyəti olmamışdır. Lakin hazırda əldə etdiyi sənədlərdən görünür ki, Cavabdeh2 iddiaçının ona verdiyi etibarnamədən mənimsəmə niyyəti ilə istifadə edərək başqa şəxsə-yəni Cavabdeh3 etibarnamə vermiş, sonuncu da ona məxsus torpaq sahəsini Cavabdeh4 satmışdır. Cavabdeh4 da torpaq sahəsini aldıqdan az sonra başqa şəxslərə satmışdır. Sumqayıt İnzibti Məhkəməsində iddiaçıya təqdim edilən sənədlərdən görünür ki, cavabdehlər Cavabdeh2, X13, Cavabdeh4 və digərləri iddiaçıya məxsus torpaq sahəsini qısa müddət ərzində bir-birinə satmaqla torpaq sahəsinin geri qaytarılmasına qarşı hüquqi əngəllər yaratmaq niyyəti güdmüş, bu məqsədlə birgə hərəkət etmiş, torpaq sahəsini qanunsuz yolla ələ keçirmək məqsədilə əvvəlcədən düşünülmüş plan üzrə bir neçə dəfə təkrar alqı-satqı müqavilələri bağlamışlar. Cavabdehlərin iddiaçıya qarşı bu hərəkətləri hüquqdan sui-istifadədir, qanunsuz və etibarsızdır. Bununla bağlı iddiaçı bildirir ki, o, Cavabdeh2 etibarnamə verəndə ona torpaq sahəsini satmaq tapşırığı verməmişdir. Ümumiyyətlə, onun torpaq sahəsini satmaq niyyəti olmamışdır. Cavabdeh2 iddiaçının tapşırığından kənara çıxaraq qanunsuz və əsassız olaraq ona məxsus torpaq sahəsinin satılmasını təşkil etmişdir. Cavabdeh2 digər Cavabdeh3 etibarnamə verəndə də bu barədə iddiaşıya məkumat verməmiş, nəticədə ona məxus 0,40 ha torpaq sahəsinin qanunsuz və əsassız olaraq iddiaçının mülkiyyətindən çıxmasına səbəb olmuşdur. Cavabdeh2 bununla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 364-cü maddəsinin də tələlərini kobud şəkildə pozmuşdur. Göründüyü kimi, Cavabdeh2 iddiaçının adından 3cü şəxsə-Cavabdeh3 etibarnamə verməklə və bu barədə iddiaçıya məlumat verməməklə qanunvericiliyin tələblərini kobud şəkildə pozmuş, ona verdiyi etibarnamədən irəli gələn hüquqlardan sui-istifadə etmişdir. Yuxarıda da qeyd edildiyi kimi iddiaçı Cavabdeh2 etibar edərək ona məxsus torpağa dair çıxarış almağı ona tapşırmış və həvalə etmişdir. Lakin o, iddiaçının ona olan etibarından sui-istifadə etmiş, tapşırığı icra etməmiş, 3-cü şəxsə etibarnamə verərək torpağı satdırmışdır. İddiaçının adından verilən etibarnamədə geniş səlahyyətlər olsa da, Cavabdeh2 tapşırılan əsas və yeganə vəzifə torpağa dair çıxarış almaq olmuşdur. Lakin Cavabdeh2 bu vəzifəni yerinə yetirməmiş və ona verilən hüquqlardan sui-istifadə etmişdir. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Bütün bunları qeyd edərək iddiaçı hesab edir ki, ona məxsus 0,40 ha torpaq sahəsinə dair bağlanılan alqısatqı müqavilələri etibarsız hesab edilməlidir. Çünki əldə edilən sənədlərdən göründüyü kimi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qabacadan və ya sonradan əlbir olaraq pis niyyətlə razılığa gəlib onun əmlakını mənimsəmişlər. İddiaçı X4 tanımır və heç vaxt görməmişdir. Cavabdeh2 bu barədə iddiaçıya heç bir məlumat verməmişdir. Onlar iddiaçıya qarşı birlikdə əlbir hərəkət etmiş və onun əmlakına dair qanunsuz əqdlər bağlanılmasını təşkil etmişlər. Odur ki, iddiaçıya məxsus torpaq sahəsinə dair bağlanılan bütün alqı-satqı müqavilələri etibarsız hesab edilməlidir. İddiaçı etibarsız hesab edilməsini tələb etdiyi alqı-satqı müqavilələri barədə ilk 20 oktyabr 2023-cü il tarixində məlumat əldə etmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə məhkəmə iclaslarında bildirmişdir ki, iddiaçı Cavabdeh3 adlı şəxsi ümumiyyətlə tanımır və ona heç vaxt etibarnamə verməmişdir. İddiaçı 2013-cü ilin əvvəlində həmin torpaq sahəsinə dair çıxarış almaq istəyirdi və sənədləşmə işlərinin aparılmasına yardım etmək məqsədilə tanışın yönləndirdiyi Cavabdeh2 etibarnamə vermişdir. Hətta etibarnamə İlqarın təşkil etdiyi formada, notarius evə gələrək tərtib edilmişdir. Cavabdeh2 ona ən geci 2 aya iddiaçının adına çıxarış alacağını bildirmişdir. Hətta bununla bağlı İlqara 3500 manat pul vermişdir. İddiaçıya etibarnamə verdikdən sonra 1 ay ərzində İlqarla danışmamış, lakin ikinci ayın ortalarında İlqardan işlərin necə getdiyini soruşmuşdur. Daha sonra iddiaçı 2013-cü ilin iyul ayının ortalarında İlqarla görüşmüş, İlqar iddiaçıdan 10-15 gün vaxt istəmişdir. İddiaçı isə İlqara 10-15 gün ərzində alınmadığı halda artıq bu işlə məşğul olmamasını xəbərdar etmişdir. Daha sonra İlqarın telefonlarına zəng çatmamış və iddiaçı cavabdehin hərəkətlərindən ehtiyat edərək xx.xx.2013-cü il tarixdə ünvan 2 gedərək Cavabdeh2 verdiyi etibarnaməni ləğv etdirmişdir. Həmin vaxt iddiaçı torpağa baxmış və torpaq sahəsinin boş olduğunu, orada hər hansı tikinti işlərinin aparılmadığını gördükdən sonra etibarnaməni vaxtında ləğv etdiyinə görə rahatlıq tapmışdır. Lakin iddiaçı səhhətində problemlər olduğuna görə o vaxtdan sonra həmin torpaq sahəsinə baş çəkməmişdir. Bir vəkil kimi ona çıxarış alınması ilə bağlı iddiaçı ona müraciət etdikdən və iş inzibati məhkəmənin icraatında olan vaxt torpaq sahəsinin başqa şəxslərə satılmasından xəbəri olmuşdur.Həmin müqavilələrlə tanış olduqdan sonra iddiaçının arvadı Lalə xanım soraqlaşmış və müəyyən etmişdir ki, Cavabdeh4 ilə Cavabdeh2 arasında lombard məsələsi ilə bağlı borc münasibətləri olmuşdur. Belə ki, Cavabdeh4 lombard işlədirmiş və İlqarın ona borcunun əvəzində iddiaçıya məxsus torpaq sahəsini vermişdir. Lakin bununla bağlı mötəbər sübutları yoxdur.

5. Məhkəmə iclaslarında Cavabdeh4 nümayəndəsi, Vəkil1 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs qanunun tələbinə uyğun olaraq notarial qaydada müqavilə bağlamaqla torpaq sahəsini müqavilədə göstərilən qiymətə almışdır. İddiaçının guya çıxarış almaq üçün İlqara etibarnamə verməsi barədə dəlilləri absurddur. Hansı ki, həmin vaxt dövlət aktı elə çıxarışı əvəz edirdi və hər hansı rəsmiləşdirmə üçün çıxarış alınmasına gərək yox idi. Bundan əlavə hüquqlarını müdafiə etdiyi şəxs iddiaçını tanıyır, belə ki, o da ünvan 1inə yaşayır. İddiaçı barəsində polisdə dələduzluqla bağlı cinayət işi olmuşdur və bu səbəbdən torpaq sahələrini satmışdır. İddiaçı ilə İlham adlı şəxs qohumdurlar və İlham makler fəaliyyəti ilə məşğul olmuşdur. Hüquqlarını müdafiə etdiyi şəxs İlqarı tanımır və lombard fəaliyyəti ilə məşğul deyildir.

6. Bundan başqa Vəkil1 iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir.

7. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh12 bildirmişdir ki, o, 4 sot torpaq sahəsini 2014-cü ildə tanımadığı cavan oğlandan 9000 manata almış və daha sonra öz adına çıxarış verilmişdir. Torpaq sahəsini alarkən boş olmuş və 2015-ci ildə hasar çəkdirmişdir. 2021-ci ildə isə boş şəkildə torpaq sahəsini satmışdır.

8. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh11 bildirmişdir ki, o, 5 sot torpaq sahəsini 2015-ci ildə Şahin adlı şəxsdən 12500 manata almış və 2015-ci ildə də oğlu üçün ev tikmişdir. Torpaq sahəsini alanda boş olmuş və hasarı özü çəkdirmişdir.

9. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh13 bildirmişdir ki, 2 sot torpaq sahəsini 2019-cu ildə Elşən adlı şəxsdən 5000 manata almış və 2020-ci ildə ev tikmişdir. Torpaq sahəsini alanda hasarı çəkilmişdi.

10. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh6 bildirmişdir ki, 2 sot torpaq sahəsini 2014-cü ildə Şahin adlı şəxsdən 4600 manata almış və Tərlan adlı şəxsə satmışdır. Tərlan isə hazırda ev tikibdir.

11. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh7 bildirmişdir ki, 2 sot torpaq sahəsini 2014-cü ildə Şahin adlı şəxsdən almış və heç bir tikinti aparmadan Tərlana satmışdır.

12. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh8 bildirmişdir ki, 2 sot torpaq sahəsini 2015-ci ildə Şahinin nümayəndəsi Özbək adlı şəxsdən 5000 manata almışdır. Torpaq sahəsini alandan sonra sanitar qovşaq tikdirmiş, hasar çəkmiş və həyətə daş tökdürmüşdür.

13. Bundan başqa Cavabdeh8 iddiaya yazılı qaydada etiraz vermiş və etirazını belə əsaslandırmışdır ki, iddia ərizəsində bildirildiyi kimi, ünvan 1ində yerləşən 0,40 ha torpaq sahəsi Abşeron Rayon Aqrar İslahat Komisiyyasının xx.xx.1997-ci il tarixli 15 nömrəli qərarı İddiaçı mülkiyyətində olmuşdur. Daha sonra isə onun birbaşa razılığı olmasa da, Abşeron 1 saylı NK-nın xx.xx.2013-cü il tarixli 7E/2838 reyestrli etibarnamə əsasında Cavabdeh3 imzası ilə cavabdehlərdən biri Cavabdeh4 arasında AN-İ №0340996 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsi ilə Abşeron rayonu Məmmədli kəndində yerləşən ümumi sahəsi 0.40 ha təşkil edən torpaq sahəsi 15700 manat qarşılığında Cavabdeh4 satılmışdır. Cavabdeh4 tərəfindən həmin torpaq sahəsinə xx.xx.2013-cü il tarixli Çıxarış alınmışdır. Daha sonra isə xx.xx.2013-cü il tarixli, AN-İ №0375367 saylı alqı-satqı müqaviləsi ilə Cavabdeh4 tərəfindən Cavabdeh5 satmışdır. Cavabdeh5 isə müxtəlif tarixli alğı-satqı müqavilələri ilə torpaq sahəsini hissəvi şəkildə müxtəlif şəxslərə satmışdır.Həmin alğı-satqı müqavilələrindən biri olan xx.xx.2015-ci il tarixli, AN-İ №485622 saylı alqı-satqı müqaviləsi əsasında ünvan 1i ünvanında yerləşən 0.02 ha torpaq sahəsini əldə etmişdir. Həmin alqı-satqı müqaviləsi əsasında tərəfindən RX ******* seriya və saylı Hüquqların Dövlət qeydiyyat haqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış alınmışdır. Həmçinin, DƏDRX 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixli **********18 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Cavabdeh bildirir ki, AN-İ № ******* saylı alqı-satqı müqaviləsi iddiaçının bildirdiyi kimi qanunsuz əsaslarla bağlanmışdırsa belə, bu digər alqı-satqı müqavilələrinin ləğv edilməsi üçün deyildir. Çünki həmin alğı-satqı müqaviləsindən sonra bağlanmış hər bir müqavilə vicdanlılıq prinsipinə əsasən bağlanmışdır. Belə ki, şəxslərin Cavabdeh4 torpaq sahəsini hansı əsaslarla əldə etməsini bilmək öhdəlikləriolmamış və ümumiyyətlə bu haqda məlumatlarının olması mümkün deyildir. Onlar vicdanlı alıcı olmuş və dövlət reyestrinin həqiqiliyi və tamlığına etimad etmişlərdir. İşin faktiki hallarının iddiaçının bildirdiyi kimi olduğunu hesab etsələr belə, Cavabdeh3 hüquqdan sui-istifadə nəticəsində bağlanmış alğı-satqı müqavilələrinin ləğv edilməsinin tələb edilməsi mümkün deyildir. Yalnız bunun nəticəsinə dəymiş maddi zərəri İddiaçı Cavabdeh3 tələb edə bilər. Göründüyü kimi, cavabdeh vicdanlı alıcı olmuş və dövlət reyestrinin həqiqiliyi və tamlığna etimad edərək AN-İ№485622 saylı alğı-satqı müqaviləsini bağlamış və ünvan 1i ünvnında yerləşən 0.02 ha torpaq sahəsini əldə etmişdir. Daha sonra isə həmin müqaviləyə əsasən lazımi sənədləşmələr aparmış və RX ******* seriya və saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış alınmışdır.

14. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh9 bildirmişdir ki, 10 sot torpaq sahəsini Şahin adlı şəxsdən 1 sotu 2200 manata almışdır, torpağın sənədləri tam qanuni idi, hazırda torpağın ətrafında yol çəkilir və iddiaçı torpağın qiymətinin qalxdığına görə 10 ildən sonra məhkəməyə müraciət etmişdir. Torpaq sahəsi alan zaman da, indi də boşdur. Hasarı özü çəkmişdir. Torpaq sahəsini Şahin ona şəxsən satmışdır və İlham, İlqar adlı şəxsləri tanımır.

15. Bundan başqa Cavabdeh9 iddiaya yazılı qaydada etiraz vermiş və etirazını belə əsaslandırmışdır ki, iddia ərizəsində bildirildiyi kimi, ünvan 1ində yerləşən 0,40 ha torpaq sahəsi Abşeron Rayon Aqrar İslahat Komisiyyasının xx.xx.1997-ci il tarixli 15 nömrəli qərarı İddiaçı mülkiyyətində olmuşdur. Daha sonra isə onun birbaşa razılığı olmasa da, Abşeron 1 saylı NK-nın xx.xx.2013-cü il tarixli 7E/2838 reyestrli etibarnamə əsasında Cavabdeh3 imzası ilə cavabdehlərdən biri Cavabdeh4 arasında AN-İ №0340996 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsi ilə Abşeron rayonu Məmmədli kəndində yerləşən ümumi sahəsi 0.40 ha təşkil edən torpaq sahəsi 15700 manat qarşılığında Cavabdeh4 satılmışdır. Cavabdeh4 tərəfindən həmin torpaq sahəsinə xx.xx.2013-cü il tarixli Çıxarış alınmışdır. Daha sonra isə xx.xx.2013-cü il tarixli, AN-İ №0375367 saylı alqı-satqı müqaviləsi ilə Cavabdeh4 tərəfindən Cavabdeh5 satmışdır. Cavabdeh5 isə müxtəlif tarixli alğı-satqı müqavilələri ilə torpaq sahəsini hissəvi şəkildə müxtəlif şəxslərə satmışdır.Həmin alğı-satqı müqavilələrindən biri olan xx.xx.2014-cü il tarixli, AN-İ №0468941 saylı alğı-satqı müqaviləsi əsasında ünvan 1i ünvanında yerləşən 0.10 ha torpaq sahəsini əldə etmişdir. Həmin alqı-satqı müqaviləsi əsasında tərəfindən RX ******* seriya və saylı Hüquqların Dövlət qeydiyyat haqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış alınmışdır. Həmçinin, DƏDRX 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixli **********69 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Cavabdeh bildirir ki, AN-İ №0340996 saylı alqı-satqı müqaviləsi iddiaçının bildirdiyi kimi qanunsuz əsaslarla bağlanmışdırsa belə, bu digər alğı-satqı müqavilələrinin ləğv edilməsi üçün deyildir. Çünki həmin alğı-satqı müqaviləsindən sonra bağlanmış hər bir müqavilə vicdanlılıq prinsipinə əsasən bağlanmışdır. Belə ki, şəxslərin Cavabdeh4 torpaq sahəsini hansı əsaslarla əldə etməsini bilmək öhdəlikləriolmamış və ümumiyyətlə bu haqda məlumatlarının olması mümkün deyildir. Onlar vicdanlı alıcı olmuş və dövlət reyestrinin həqiqiliyi və tamlığına etimad etmişlərdir. İşin faktiki hallarının iddiaçının bildirdiyi kimi olduğunu hesab etsələr belə, Cavabdeh3 hüquqdan sui-istifadə nəticəsində bağlanmış alğı-satqı müqavilələrinin ləğv edilməsinin tələb edilməsi mümkün deyildir. Yalnız bunun nəticəsinə dəymiş maddi zərəri İddiaçı Cavabdeh3 tələb edə bilər. Göründüyü kimi, cavabdeh vicdanlı alıcı olmuş və dövlət reyestrinin həqiqiliyi və tamlığna etimad edərək AN-İ№0468941 saylı alğı-satqı müqaviləsini bağlamış və ünvan 1i ünvnında yerləşən 0.10 ha torpaq sahəsini əldə etmişdir. Daha sonra isə həmin müqaviləyə əsasənlazımi sənədləşmələr aparmış və RX ******* seriya və saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış alınmışdır.

16. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh17 bildirmişdir ki, o, kiçik ölçüdə torpaq sahəsi axtarırdı və maklerə müraciət etmişdir. xx.xx.2021-ci ildə 2 sot torpaq sahəsini Cavabdeh11 5400 manata almışdır. O, nə İlhamı, nə İlqarı, nə də Leylanı tanımır. Torpaq sahəsini alanda 3 tərəfdən hasara alınmışdır və hər hansı tikinti işləri aparmamışdır.

17. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh15 Bəhaləddin oğlu bildirmişdir ki, 2021-ci ildə 2 sot torpaq sahəsini Cavabdeh6 5000 manata almışdır. Elşən onun bacısı və qardaşının qonşusu idi. 3 ildir ki torpaqda ev tikmişdir. Nə İlhamı, nə İlqarı, nə də Leylanı tanıyır.

18. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 izahatında bildirmişdir ki, o, özü də torpaq sahəsini etibarnamə ilə almışdır. Belə ki, həmin vaxt Xətai Polis idarəsində işləyirdi və maklerlərlə əlaqələri var idi. Özbək adında makler ona ucuz qiymətə torpaq təklif etdi və bildirdi ki, alıb baha sata bilər. Torpağı təxminən 25-30 minə almışdır. Həmin vaxt torpağın bir sotunun dəyəri 600-700 manat təşkil edirdi. O, nə Cavabdeh2ı, nə də ki Cavabdeh4 şəxsən tanıyır. Torpağı alanda boş idi, hər hansı tikili olmamışdı. Bundan sonra o torpağı hissə-hissə müxtəlif şəxslərə satmışdır. Hər dəfə alqı-satqıya gələndə satdığı şəxslərin tikinti işləri apardığını görürdü. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

19. Torpağa Mülkiyyət Hüquna Dair JN-254 nömrəli Dövlət Aktından görünür ki, Abşeron Rayon Aqrar İslahatı Komissiyasının 21 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə Abşeron Rayonu Məmmədli Kəndində 0.40 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir.

20. xx.xx.2013-cü il tarixli Abşeron rayon 1 saylı Notariat Kontorunun notariusu R.K.Hümmətov tərəfindən təsdiq edilən, reyestrdə 7E/2838 nömrə ilə qeyd edilən etibarnamədən görünür ki, Abşeron 1 NK-nun xx.xx.2013-cü il tarixli, 7E/2404 reyestr nömrəli etibarnamə əsasında İddiaçı adından çıxış edən Cavabdeh2 Torpağın Mülkiyyətə Verilməsinə X15 JN-254 KOD 30800108 əsasən ünvan 1ində yerləşən 0.40 ha torpaq sahəsinin üzərində sərəncam verməyi, satmağı bağışlamağı, dəyişməyi, idarə etməyi, ipoteka(girov) qoymağı, pulunu almağı, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX ərazi İdarələrində 1-saylı arayış almağı, aldığına dair imza etməyi, dövlət notariat kontorunda onların adından bütün əqdlər bağlamağı, imza etməyi, vərəsəlik hüququ haqqında şəhadətnaməni almağı, digər səlahiyyətli orqanlarda nümayəndəsi olmağı, bu tapşırığın yerinə yetirilməsi ilə bağlı digər hərəkətləri etməyi Cavabdeh3 xx.xx.2063-cü ilədək etibar etmişdir

21. İddiaçı Eyyub oğlu tərəfindən ünvan 2 ünvanlanan xx.xx.2013-cü il tarixli ərizədə qeyd edilmişdir ki, İddiaçı Eyyub oğlu 2013-cü ildə Dövlət Aktı ilə adına olan pay torpağını etibarnamə ilə Cavabdeh2 vermişdir və xx.xx.2023-cü ildən öz istəyilə Cavabdeh2 verdiyi etibarnamə ləğv olunsun.

22. Həmin ərizənin notariusa təqdim edilməsi və etibarnaməyə xitam verilməsi iş materialları ilə sübut olunmur.

23. xx.xx.2013-cü il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, Abşeron rayon 1 saylı Notariat Kontorunun xx.xx.2013-cü il tarixli, 7E-2838 reyestr nömrəli etibarnamə əsasında satıcı İddiaçı adından Həsənov X7 rayon, Məmmədli kəndində yerləşən ümumi sahəsi 0.40 ha olan torpaq sahəsini 15700 manata Cavabdeh4 satmışdır.

24. xx.xx.2013-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı Əliyeva X9 rayon, Məmmədli kəndində ümumi sahəsi 0.3977 ha torpaq sahəsini Cavabdeh5 20000 manata satmışdır.

25. Bundan sonra Cavabdeh5 həmin torpaq sahəsinin tamamını hissə-hissə yuxarıda qeyd edilən müqavilələrə əsasən Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh15, Cavabdeh12, Cavabdeh14 satmışdır.

26. Daha sonra Cavabdeh5 aldıqları torpaq sahələrini Cavabdeh12 Cavabdeh16, Məlikov X8 Lalə Yusif qızına, Cavabdeh6 isə Cavabdeh13 satmışdır. Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

28. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

29. 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

30. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

31. 350. Əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər.

32. 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

33. 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

34. 359.4. Xarakterinə görə yalnız şəxsən bağlana bilən əqdlərin, eləcə də bu Məcəllədə göstərilən digər əqdlərin təmsilçi vasitəsilə bağlanmasına yol verilmir.

35. 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.

36. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

37. 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər.

38. 364.2. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur.

39. 364.4. Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz.

40. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

41. 777.2.Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

42. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.

43. 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.

44. 780.2. Əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır.

45. 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Məhkəmənin mövqeyi:

46. Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Mülki Məcəllənin 362.2-ci maddəsinə görə, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.

47. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.

48. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.

49. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).

50. Məhkəmə işin müəyyən edilmiş hallarını araşdıraraq o nəticəyə gəlir ki, iddia əsassızdır.

51. Belə ki, iddiaçının həm məhkəmə iclaslarında bildirdiklərindən, həm iddia ərizəsinin dəlillərindən o qənaət formalaşır ki, iddia tələbinin hüquqi əsasını bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı, aldatma nəticəsində bağlanmış əqdin etibarsızlığı, vəkalət alanın tapşırıqla verilən səlahiyyətlərini aşması, etibar edilmiş etibaretmə qaydasının pozulması təşkil edir.

52. İşin halları ilə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam vermək, satmaq bağışlamaq, dəyişmək, idarə etmək, ipoteka(girov) qoymaq, pulunu almaq, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX ərazi İdarələrində 1-saylı arayış almaq, aldığına dair imza etmək, dövlət notariat kontorunda onların adından bütün əqdlər bağlamaq və.s hərəkətlər etmək üçün Cavabdeh2 xx.xx.2013-cü il tarixdə etibarnamə vermişdir. İddiaçı Cavabdeh2 yalnız mülkiyyətində olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması ilə bağlı tapşırıq verdiyini iddia etsə də, etibarnamədən torpaq sahəsinə dair sərəncam əqdinin bağlanılması ilə bağlı tapşırığın verildiyi müəyyən edilir. Yəni torpaq sahəsini satmaq tapşırığın məzmununa daxil olmuşdur. Bundan sonra vəkalət alan Cavabdeh2 isə etibarnamə ilə ona verilmiş səlahiyyətləri xx.xx.2013-cü il tarixdə Cavabdeh3 vermişdir. Sonuncu isə iddiaçının adından verilmiş səlahiyyətlər daxilində xx.xx.2013-cü il tarixli notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini digər Cavabdeh4, o isə xx.xx.2013-cü ildə Cavabdeh5 satmışdır. Cavabdeh5 isə 40 sot torpaq sahəsini hissə-hissə, müxtəlif vaxtlarda başqa şəxslərə satmışdır. Göründüyü kimi əqdin formasına dair, subyekt tərkibinə dair, məzmununa dair şərtə əməl edilmişdir.

53. İradə ifadəsinin zədələnməsi və bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi barədə isə iddiaçı hər hansı sübut təqdim etməmiş, tələbini formal dəlillərlə əsaslandırmağa çalışmışdır. Belə ki, iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh4 birgə hərəkət edərək, torpaq sahəsini qanunsuz yolla ələ keçirmək məqsədilə əvvəlcədən düşünülmüş plan üzrə bir neçə dəfə təkrar alqı-satqı müqavilələri bağladıqlarını bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Əksinə iddiaçı ünvan 2 ünvanladığı ərizəsində Dövlət Aktı ilə adına olan torpağını etibarnamə ilə Cavabdeh2 vermiş olduğunu göstərmiş və hazırda öz istəyi ilə Cavabdeh2 verdiyi etibarnamənin ləğv olunmasını xahiş etmişdir. Üstəlik etibarnamə 50 il müddətinə verilmişdir və torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı tapşırığın 50 il müddətinə verilməsi inandırıcı deyildir. Üstəlik iddiaçı tapşırığın icrası ilə bağlı vəkalət alana 3500 manat pul verdiyini bildirsə də, tapşırığı icra etmədiyindən əmin olan vəkalət alandan 10 il ərzində verdiyini tələb etməməsi onun hazırda alqı-satqı müqavilələrini mübahisələndirməklə hüquqdan sui-istifadə etdiyi təəssüratını yaradır. Hansı ki, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüqudan sui-istifadə hesab edilir.

54. Bundan əlavə məhkəmə iddianı həmçinin aşağıda qeyd edilənlərə görə əsassız hesab edir.

55. Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur.

56. İşin halları ilə müəyyən edilir ki, Abşeron rayon, Məmmədli kəndində yerləşən ümumi sahəsi 0.40 ha olan torpaq sahəsini(mübahisəli torpaq sahəsini) Cavabdeh4 xx.xx.2013-cü il tarixdə Cavabdeh5 satmışdır. Tədqiq edilmiş sübutlarla Cavabdeh5 vicdanlılığını istisna edən hal müəyyən edilməmişdir. Bunun davamı olaraq Cavabdeh5 həmin torpaq sahəsini hissə-hissə başqa şəxslərə satmışdır və onlar da vicdanlı əldə edən hesab edilir. Belə ki, həm Cavabdeh5, həm də digər şəxslər daşınmaz əmlakın dövlət reyestrindəki qeydə inanaraq hərəkət etmişlər və onların qeydiyyatın düzgün olmadığını bilməsi müəyyən edilmir.

57. Odur ki, alqı-satqı müqavilələrinin etibarsızlığı ilə bağlı tələb əsassız hesab edilməli və iddiaçıya təmsilçinin vurduğu ziyanı tələb etmək hüququnun olması izah edilməlidir. Tətbiq edilən prosessual normalar:

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

59. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

61. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

62. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

63. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, iddia rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

64. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar