Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2922/2023 23.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, Ərizəçi nümayəndəsi X13, Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi oğlu X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin övladı X11 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində X18 ilə ərizəçi arasında olan qeyri rəsmi nikahdan anadan olmuş, uşaq xəstə doğulduğu üçün ərizəçinin həyat yoldaşı X14 onları tərk edib getmiş və geri qayıtmamışdır. Anadan olan gündən hazırkı vaxta kimi ərizəçinin oğlu Məhəmməd ərizəçinin və valideynlərinin himayəsində olub. Məhəmməd Həsənov anadan olan gündən “Uşaq serebral iflic” xəstəsidir və xx.xx.2023-cü ilə qədər həmin xəstəliklə bağlı müavinət almışdır. Eyni zamanda, ərizəçiyə də uşağa baxdığı üçün Prezident müavinəti verilmişdir. xx.xx.2023-cü ildən Məhəmməd Həsənovun 18 yaşı tamam olduğundan ərizəçi əlillik dərəcəsi almaq üçün TƏBİB-ə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə Məhəmməd Həsənova qiymətləndirmə nəticəsində birinci dərəcəli müddətsiz əlillik təyin olunmuş və 95% orqanizminin funksiyalarının pozulması faizi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə X6 xəstəliyinin təyinatı ilə bağlı “Spastik tetraplegiya, spastik tetraparez yuxan paraparez aşağı paraplegiya. Kompleks parsial qıcolma tutmalan ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, simptomatik epilepsiya” dioqnozu təyin olunmuşdur. Əmək qabiliyyətsizdir. Hazırda ərizəçinin oğluna və ərizəçinin özünə təyin olunmuş müavinəti və əlillik pensiyasını şəxsin fəaliyyət qabiləyyəti olmamasına dair məhkəmə qətnaməsi olmadığı və ona qəyyum təyin edilmədiyi üçün ala bilmirlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X16 ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, hər keçən gün uşağa ziyan vermiş olur. Belə ki, hazırkı ərizənin verilməsinin əsas səbəbi – uşağa aid pensiyanın köçürüldüyü kartı bankda ala bilməmələridir. Yəni, onlar bütün lazımi prosedurlardan keçiblər, müddətsiz birinci qrup əlillik təyin olunub, uşağa hər ay pensiya köçürülür, lakin onlar uşaq banka getmək iqtidarında olmadığına görə həmin məbləğdən istifadə edə bilmirlər, bu da uşağın baxılması və müalicə məsələlərində ciddi problemlər yaradır. Belə ki, bacısı da öhdəsində tamamilə özünə qulluq edə bilməyən, baza ehtiyaclarını belə kənar kömək olmadan icra edə bilməyən uşaq olduğuna görə işləyə də bilmir. Dövlət tərəfindən ayrılmış pensiyadan istifadə edə bilməsə uşağı normal səviyyədə saxlamaq mümkünsüz olacaq. İşin rəyin alınması üçün təzədən ekspertizaya göndərilməsini lazımsız süründürməçilik hesab edir. Belə ki, onlar bütün mümkün olan rəyləri alıblar və məhkəməyə təqdim ediblər. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin nümayəndəsi X15 iş üzrə müvafiq ekspertiza rəyi alınmadan ərizənin təmin edilməsinə etiraz etmədi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan K.Y.Fərəcova adına X2 X8 xx.xx.2022-ci il tarixli, 5628 saylı epikrizindən görünür ki, X6 uşaq serebral iflici tetraparetik forma, spastik tetraparez, simptomatik epilepsiya, F72 əqli gerilir diaqnozu qoyulmuş və qeyd olunmuşdur ki, X11 gəzmir, oturmur, danışmır, kobud psixomotor geriliyi var. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Ə.D.Məlikov adına X21” Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, PHŞ-6-18/2- 86/2023 saylı Tibbi rəyindən görünür ki, X1 iflic (G80.0). Spastik tetraparez: yuxarı paraparez, aşağı paraplegiya (G82.4). Total afaziya (R47). Simptomatik epilepsiya (G40.2). Koordinasiya pozqunluğu (R 27.8). Kobud psixomotor gerilik. Aşağı ətrafların kontrakturası (M24). Kənar şəxsin köməyindən tam asılılıq (Z74.0) diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli, 1/689 saylı rəyindən görünür ki, X4 ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq, davranış və dayaq-hərəkəti aparatının pozuntuları müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X6 orqanizmin funksiyalarının 95% pozuntusu ilə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu 9 saylı şəhər poliklinikasının xx.xx.2023-cü il tarixli, 264 saylı arayışından görünür ki, X11 poliklinikanın psixiatriya kabinetində qeydiyyatdadır və onda ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq, davranış və dayaq-hərəkəti aparatının pozuntuları müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin arayışından görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X5 anası Ərizəçi, atası isə X12r. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Mülki Məcəllənin 35.1-ci maddəsinə görə, qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 317.3-cü maddəsinə müvafiq olaraq, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Məhkəmə iş materiallarında olan K.Y.Fərəcova adına X2 X8 xx.xx.2022-ci il tarixli, 5628 saylı epikrizini, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Ə.D.Məlikov adına X21” Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, PHŞ-6-18/2-86/2023 saylı Tibbi rəyini, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli, 1/689 saylı rəyini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatı, uşağın vəziyyətinə dair video görüntüləri, Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin nümayəndəsinin mövqeyini və ərizəçinin X11 üçün dövlət tərəfindən ayrılan pensiyanı iki aydır ki, ala bilməməsini nəzərə alaraq, iş üzrə əlavə olaraq ekspertizanın təyin edilməsini zəruri hesab etmir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edildi ki, X11 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Bu baxımdan o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuş X11 (FİN: 8ATC2J7) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2922/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2922/2023
23.05.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver