Məhkəmə qərarları › İş №2(001)-2957/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2957/2023

04.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2957/2023 04.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsinə 04 iyul 2023cü il tarixdə xüsusi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Ucar rayon Dövlət Arxivi tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli, 82 nömrəli hüquq müəyyənedici sənədin ona məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar Ucar rayonu Qaradağlı kənd sabiq “Lenin” adına kolxozda 1977-ci il tarixdən 1987-ci il tarixə kimi əmək stajı barədə arxiv arayışının verilməsi üçün Ucar rayon İcra Hakimiyyəti Ucar rayon Dövlət Arxivinə ərizə ilə müraciət etmişdir. Həmin idarə tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli, 82 nömrəli arayışda Ucar rayonu Qaradağlı kənd “Lenin” adına kolxoza aid kolxozçuların son hesablaşma cədvəllərinə əsasən Abdullayev Əkbərin kolxozda aşağıdakı qaydada əmək günləri və əmək haqqı qazanmasına dair qeydlər edilmişdir. Ucar RİHB-nın Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 noyabr 2022-ci il tarixli, 187 saylı arayışından görünür ki, ərizəçinin atası Qaradağlı kəndində yaşamış mərhum X3r. Ərizəçinin AZE 04856512 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1964-cü il tarixdə doğulmuşdur. Adı Ələkbər, ata adı Sərdər, soyadı isə Abdullayevdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Tədqiq edilən sübutlar: - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin ad-soyadı “Ərizəçi”dur. - Ucar rayonu İcra Hakimiyyəti Başçısının Qaradağlı Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli, 187 nömrəli arayışdan görünür ki, Ucar rayon Qaradağlı kənd sakimi Ərizəçi Sərdar oğlunun atası Ucar rayon Qaradağlı kəndində yaşamış mərhum X3r. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Ucar rayon İcra Hakimiyyəti Ucar rayon Dövlət Arxivinin 04 noyabr 2022-ci il tarixli, 82 nömrəli “Arxiv arayışı”nda göstərilmişdir ki, Ucar rayonu Qaradağlı kənd sabiq “Lenin” adına kolxoza aid kolxozçuların son hesablaşma cədvəllərinə əsasən Abdullayev Əkbərin kolxozda aşağıdakı qaydada əmək günləri və əmək haqqı qazanmasına dair qeydlər var: - 1977-ci il: 5 adam günü, 3,84 rubl. - 1980-cı il: 244 adam günü, 1073,8 rubl. - 1981-ci il: 90 adam günü, 284,34 rubl. - 1982-ci il: 166 adam günü, 499,25 rubl. - 1983-cü il: 32 adam günü, 173 rubl. - 1984-cü il: 15 adam günü, 41,6 rubl. - 1985-ci il: 78 adam günü, 129,2 rubl. - 1986-cı il: 208 adam günü, 276,4 rubl. - 1987-ci il: 127 adam günü, 304 rubl. - İş yeri camış ferması, briqada №2 - Qeyd: Son hesablaşma cədvəllərində ata adı qeyd edilməyib. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Ucar rayon İcra Hakimiyyəti Ucar rayon Dövlət Arxivi tərəfindən ərizəçiyə ünvanlandırılmış 23 noyabr 2022-ci il tarixli, 61 nömrəli məktubda göstərilmişdir ki, “...Ucar rayonu Qaradağlı kənd sabiq “Lenin” adına kolxoza aid kolxozçuların son hesablaşma cədvəllərinə baxılarkən Abdullayev Əkbərin 1977-1987-ci illər üzrə iş günləri olduğu sizə bildirilmişdir və siz adınızın cədvəllərdə Əkbər kimi yazıldığını bildirmişiniz. Eyni zamanda həmin son hesablaşma cədvəllərində kolxozçuların ata adları qeyd olunmamışdır. Ərizənizə əsasən həmin illər üzrə kolxozçuların son hesab cədvəllərinə təkrar baxılmışdır. Bildiririk ki, bütün cədvəllərdə Abdullayev Əkbər yazılmaqla ata adı qeyd olunmamışdır. Nəzərinizə çatdırmaq istəyirik ki, Arxiv sənədlərinə hər hansı düzəliş və əlavələr etmək mümkün deyil və qanunla yol verilməzdir.” - X10, X4 və X11 tərəfindən tərtib edilmiş 05 dekabr 2022-ci il tarixli aktda göstərilmişdir ki, həqiqətən Ucar rayon Qaradağlı kənd “Lenin” adına kolxozda 1964-cü ildə Ucar rayon Qaradağlı kəndində anadan olmuş və həmin kənddə yaşayan X5 onlarla bir yerdə kolxozda işləmişdir. Onun adı texniki səhv olaraq kolxozçuların əmək haqqı cədvəllərində X1 qeyd edilmişdir. - Maraqlı şəxs Ucar rayon İcra Hakimiyyəti Ucar rayon Dövlət Arxivindən məhkəməyə ünvanlandırılmış ərizədə göstərilmişdir ki, Ərizəçi Sərdar oğlunun Ucar rayon Qaradağlı kənd sabiq “Lenin” adına kolxozda işlədiyi dövrlərdə əmək haqqı cədvəllərində adının səhv yazılması arxivin təqsiri deyil və arxiv sənədlərinə məhkəmə qərar və qətnaməsi olmadan düzəliş etmək qanunla yolverilməzdir. - Ucar rayon Dövlət Arxivi tərəfindən məhkəməyə təqdim edilmiş “Lenin” adına kolxozun haqq-hesab ödənişi cədvəlindən görünür ki, kolxozun işçiləri sırasında Abdullayev Əkbər adı qeyd edilmişdir. - Ucar rayonu İcra Hakimiyyəti Başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 may 2023-cü il tarixli, 189 nömrəli arayışda göstərilmişdir ki, 1964-cü ildə Ucar rayon Qaradağlı kəndində anadan olmuş Ərizəçi Sərdar oğlu 1977-ci ildə Qaradağlı kəndi Lenin adına kolxozda kolxozçu kimi iş fəaliyyətinə başlamışdır. Tətbiq edilən hüquq: “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının: - 1.2-ci bəndində göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. - 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. - 6.1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. - 6.2-ci bəndində göstərilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. - 6.3-cü bəndində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. -76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 305.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında. - 305.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. -307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsini xahişini nəzərdə tutan ərizənin məhkəmə tərəfindən qəbul edilməsi üçün konkret tələblərə riayət edilməlidir, yəni: - müəyyən (təsdiq) edilməsi xahiş olunan faktlar hüquqi əhəmiyyət kəsb etməlidir, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və ya xitamına səbəb olmalıdır; - hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi sonradan baxılıb həll edilməsi məhkəmənin səlahiyyətinə aid olan hüquq haqqında mübahisə ilə əlaqələndirilməlidir; - ərizəçi hüquqi əhəmiyyəti olan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada (məhkəmənin qətnaməsi olmadan) ala bilməməlidir, yaxud həmin sənədləri bərpa edə bilməməlidir; - təsdiq edilməsi xahiş olunan hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinin qanunvericiliklə başqa qaydası nəzərdə tutulmamalıdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq edilmişdir ki, ərizəçinin Ucar rayonu Qaradağlı kənd sabiq “Lenin” adına kolxoza aid kolxozçuların son hesablaşma cədvəllərinə əsasən kolxozda əmək günləri və əmək haqqı qazanmasına dair qeydlər vardır. Məhkəmədə müəyyən olundu ki, həmin faktın təsdiq edilməsi qanuna əsasən hüquqi nəticələr doğurur. Belə ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Ucar rayon Dövlət Arxivi tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli, 82 nömrəli arayışda əks olunan “Ucar rayonu Qaradağlı kənd sabiq “Lenin” adına kolxoza aid kolxozçuların son hesablaşma cədvəllərinə əsasən Abdullayev Əkbərin kolxozda əmək günləri və əmək haqqı qazanmasına dair qeydlər (1977-ci il: 5 adam günü, 3,84 rubl. 1980-cı il: 244 adam günü, 1073,8 rubl. 1981-ci il: 90 adam günü, 284,34 rubl. 1982-ci il: 166 adam günü, 499,25 rubl. 1983-cü il: 32 adam günü, 173 rubl. 1984-cü il: 15 adam günü, 41,6 rubl. 1985-ci il: 78 adam günü, 129,2 rubl. 1986-cı il: 208 adam günü, 276,4 rubl. 1987-ci il: 127 adam günü, 304 rubl. İş yeri camış ferması, briqada №2) ərizəçinin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş hallarda əmək pensiyası təminatı hüququna təsir etdiyindən sözügedən arayış hüquq müəyyənedici sənəddir və bu sənədin ərizəçiyə məxsus olması yuxarıda sadalanan sübutlarla təsdiq olunur. Sənəddə onun adının “Əkbər” kimi qeyd olunması isə ərizəçinin iradəsindən asılı olan hal olmamaqla yanaşı bu halın sənədi tərtib edən qurum tərəfindən də aradan qaldırması da artıq mümkün deyil. Belə olan halda məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Ucar Rayon İcra Hakimiyyəti Ucar rayon Dövlət Arxivi tərəfindən verilmiş “Ucar rayonu Qaradağlı kənd sabiq “Lenin” adına kolxoza aid kolxozçuların son hesablaşma cədvəllərinə əsasən Abdullayev Əkbərin kolxozda əmək günləri və əmək haqqı qazanmasına dair qeydlərin əks olunduğu 04 noyabr 2022-ci il tarixli, 82 nömrəli arayışın AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Ucar Rayon İcra Hakimiyyəti Ucar rayon Dövlət Arxivi tərəfindən verilmiş “Ucar rayonu Qaradağlı kənd sabiq “Lenin” adına kolxoza aid kolxozçuların son hesablaşma cədvəllərinə əsasən Abdullayev Əkbərin kolxozda əmək günləri və əmək haqqı qazanmasına dair qeydlərin əks olunduğu (1977-ci il: 5 adam günü, 3,84 rubl. 1980-cı il: 244 adam günü, 1073,8 rubl. 1981-ci il: 90 adam günü, 284,34 rubl. 1982-ci il: 166 adam günü, 499,25 rubl. 1983-cü il: 32 adam günü, 173 rubl. 1984-cü il: 15 adam günü, 41,6 rubl. 1985-ci il: 78 adam günü, 129,2 rubl. 1986-cı il: 208 adam günü, 276,4 rubl. 1987-ci il: 127 adam günü, 304 rubl. İş yeri camış ferması, briqada №2) 04 noyabr 2022-ci il tarixli, 82 nömrəli arayışın AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin sahibi Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar