Məhkəmə qərarları › İş №2(001)-2990/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2990/2020

31.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2990/2020 31.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 11 saylı Notariat Kontoruna qarşı qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən vahid əmlak kimi Cavabdeh1 mülkiyyətinə verilmiş ünvan 1 saylı fərdi yaşayış evinə və evin yerləşdiyi ümumi ərazisi 0,0443 ha olan torpaq sahəsinə münasibətdə ümumi sahəsi 36,3 m2 olan bir yaşayış otağından, ayaqyolundan və alaqapıdan ayaqaltı adlanan sahəyə qədər olan məsafədə ümumi sahəsi 50 m2 olan həyətyanı sahədən ibarət ayrıca tikilinin ona satılmasına dair Cavabdeh1 və əri X9 ilə onun arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 11 saylı Notariat Kontoruna qarşı 11 saylı notariat ofisinin notariusu İ.A.Məmmədov tərəfindən xx.xx.1993-cü ildə ölmüş H.G.Hümbətova məxsus olan Bakı şəhəri Binəqədi rayonu Q.Qarayev küçəsi 38 saylı fərdi yaşayış evi və 0,0443 ha torpaq sahəsi üzərində Cavabdeh1 qanun üzrə vərəsəlik hüququnun tanınması barədə verilmiş xx.xx.2019-cu il tarixli 2V-90 № li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə, onun hüquqi nəticəsi olan daşınmaz əmlakın mülkiyyət hüququ barədə **********3510301 reyestr nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə əsasən iddia tələblərini dəqiqləşdirərək qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən vahid əmlak kimi Cavabdeh1 mülkiyyətinə verilmiş ünvan 1 saylı fərdi yaşayış evinə və evin yerləşdiyi ümumi ərazisi 0,0443 ha olan torpaq sahəsinə münasibətdə ümumi sahəsi 36,3 m2 olan bir yaşayış otağından, ayaqyolundan və alaqapıdan ayaqaltı adlanan sahəyə qədər olan məsafədə ümumi sahəsi 50 m2 olan həyətyanı sahədən ibarət ayrıca tikilinin ona satılmasına dair Cavabdeh1 və əri X9 ilə onun arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin A tikilisini 2004-cü ilin aprel ayında birgə Cavabdeh1 və onun mərhum əri X2 almışdır. Fərdi yaşayış evinin çıxarışı olmadığı üçün alqı-satqı notarial qaydada rəsmiləşdirilməmişdir. 2004-cü ilin aprel ayından o, aldığı fərdi yaşayış evinin A tikilisində yaşamış, 2016-cı ildə övladının xəstəliyi ilə bağlı atasının evinə köçmüşdür. RİH tərəfindən icazə verilmədiyi üçün o, aldığı evdə təmir-tikinti işləri aparmamışdır. 2019-cu ilin yayından ona məlum olmuşdur ki, birgə Cavabdeh1 mübahisə predmeti olan tikilini mülkiyyətinə qeydiyyata aldırmışdır. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 2 saylı vəkil bürosuna ünvanladığı **********25 nömrəli xx.xx.2019-cu il tarixli məktubda göstərilmişdir ki, ünvan 1 saylı fərdi yaşayış evi 11 saylı DNK-nun 2v-90 reyestr nömrəli xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətindədir. 1 saylı Bakı Ərazi İdarəsi **********551 nömrəli xx.xx.2019-cu il tarixli məktubunda daha sonra göstərmişdir ki, ünvan 1 saylı fərdi yaşayış evi 11 saylı DNK-nun xx.xx.2019-cu il x.k390 nömrəli məktubuna əsasən X3 adına 1964-cü il tarixdə tərtib edilmiş texniki pasporta əsasən xx.xx.2019-cu il tarixdə X3 adına ilkin qeydiyyatdan keçmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlarda daşınmaz əmlakın ümumi sahəsi 70 m2 göstərilmiş və Cavabdeh1 məxsus B tikilisinin sahəsi 70 m2-dir. Çıxarış B tikilisinə aiddirsə o zaman A tikilisinə mülkiyyət hüququ tanına bilməz. Həmçinin hər iki tikilinin arasında daş hasar olmuş və onların girişləri ayrıdır. Cavabdeh1 və mərhum əri 2004-cü ilin aprel ayının 3-də sözügedən ünvanda ayrıca tikili olaraq yerləşən yaşayış sahəsini həyətyanı sahəsi ilə birlikdə 2500 ABŞ dollarına ona satmış və buna görə onunla müqavilə bağlayaraq ondan nağd olaraq ilk öncə 2000 ABŞ dolları, sonra isə 500 ABŞ dolları məbləğində pul almışlar. X4 imzaladığı verilən pulların nömrələri qeyd olunmuş müqavilə və həmin müqaviləyə əsasən ödədiyi sonuncu 500 ABŞ dollarının ondan alındığı barədə ərizə mövcuddur. Ona satılan yaşayış sahəsi 2004-cü ilin aprel ayından onun istifadəsinə verilmiş, tikiliyə ayrıca onun adına qaz sayğacı, işıq sayğacı quraşdırılmış, kommunal ödənişlər onun tərəfindən ödənilmişdir. Ona satılan tikilinin adına sənədləşdirilməsi xərcləri razılaşmaya görə onun tərəfindən çəkilməli olsa da sənədlərin alqı-satqıya hazırlanması cavabdehlər tərəfindən icra olunmalı idi. Həmin vaxt həmin əraziyə və üzərindəki tikililərə dair cavabdehin atasının adına texniki pasportdan savayı heç bir sənəd olmamışdır. Texniki pasporta əsasən ərazinin sənədləşdirilməsi həmin dövrdə çətinlik törətdiyindən həmin dövrə görə ərazi zəbt olunmuş ərazi üzərindəki tikililərdə özbaşına tikili sayıldığından aralarındakı alqı-satqı müqaviləsini rəsmiləşdirmək mümkün olmamışdır. X4 vəfatından sonra cavabdeh ona satılan tikiliyə görə pul təklif edərək həmin ərazini geri qaytarılmasını bildirmişdir. O, buna razı olmadığı üçün cavabdeh ona qarşı uydurma iddialarla məhkəməyə müraciət etmiş, ona məxsus əmlakı mənimsəməyə cəhd etmişdir. Cavabdeh və mərhum əri X9 onunla olan razılaşmalarını, ərazinin ilkin sənədləşmələrinin aparılmasını gecikdirməklə faktiki olaraq yaşayış sahəsinin ona satılan hissəsinin notarial qaydada təsdiq olunmasından yayınmışlar. Cavabdeh isə dələduzluq yolu ilə ona satılan hissəni ondan almağa səy göstərir. Ona görə də qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən vahid əmlak kimi Cavabdeh1 mülkiyyətinə verilmiş ünvan 1 saylı fərdi yaşayış evinə və evin yerləşdiyi ümumi ərazisi 0,0443 ha olan torpaq sahəsinə münasibətdə ümumi sahəsi 36,3 m2 olan bir yaşayış otağından, ayaqyolundan və alaqapıdan ayaqaltı adlanan sahəyə qədər olan məsafədə ümumi sahəsi 50 m2 olan həyətyanı sahədən ibarət ayrıca tikilinin ona satılmasına dair Cavabdeh1 və əri X9 ilə onun arasında alqı-satqı müqaviləsi bağlanmış hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X10 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun ana babasının mülkiyyəti olmuş, vərəsəlik yolu ilə anası Cavabdeh1 mülkiyyətinə keçmişdir. Cavabdeh1 heç vaxt ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı satmamış, bu evə görə iddiaçıdan pul vəsaiti almamışdır. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində bir müddət kirayədə yaşamış, kirayə haqqını onun atası M.H.Rzayevə ödəmiş, daha sonra bu evi tərk etmişdir. Onun mərhum atası M.H.Rzayev bir çox şəxslərin eləcə də iddiaçının etibarından sui-istifadə edərək ondan pul vəsaiti almışdır. M.H.Rzayevin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair hər hansı bir hüququ olmadığından, həmin evə dair hüquqlar 2004-cü ildə qeydə alınmadığından alqı-satqı müqaviləsinin predmeti ola bilməzdi. Fərdi yaşayış evinin A tikilisi onların köməkçi evi olmuş, iddiaçı onların razılığı olmadan 500 manat pul verib tikiliyə sayğac quraşdırmışdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Cavabdeh Bakı şəhəri 11 saylı Notariat Kontoruna və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X21 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdeh Bakı şəhəri 11 saylı Notariat Kontorunun nümayəndəsi və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X20 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdeh Bakı şəhəri 11 saylı Notariat Kontorunun nümayəndəsinin və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X20 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, şahidin ifadəsini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 1 saylı ünvanda 0.0443 ha torpaq sahəsində yerləşən sahəsi 70 m2 olan fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə X3 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 479 nömrəli reyestr kitabının 44984 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 1 saylı ünvanda 0.0443 ha torpaq sahəsində yerləşən sahəsi 70 m2 olan fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 479 nömrəli reyestr kitabının 44984 nömrəli vərəqində qeydiyyata alınmışdır. 11 saylı notariat ofisinin notariusu İ.A.Məmmədov tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 X3 vərəsəsidir və ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019cu ildə X5 verilmiş **********35-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 70 m2 olan fərdi yaşayış evi və həmin ünvanda yerləşən 0,0443 ha torpaq sahəsi Cavabdeh1 miras qalmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə H.C.Hümbətovun adına tərtib olunan texniki pasportun surətindən müəyyən olunur ki, ünvan 1 saylı fərdi yaşayış evi A və B tikilisindən ibarətdir. Bakı şəhəri Binəqədi rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli İİ-ЖГ № 428341 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.1993-cü il tarixdə ölmüş, bu barədə 753 saylı ölüm akt qeydi tərtib olunmuşdur. Satıcı X9 və alıcı İddiaçı arasında bağlanmış xx.xx.2004-cü il tarixli daşınmaz əmlakın alqısatqısı üzrə beh müqaviləsinin surətindən müəyyən olunur ki, tərəflərin dəyərini 2500 ABŞ dolları müəyyən etdikləri mənzilə görə alıcı satıcıya 3 gün müddətində 2000 ABŞ dolları beh vermiş, alıcı tərəfindən razılaşma pozulduğu halda behin geri qaytarılmadığı, satıcı tərəfindən razılaşma pozulduğu halda isə behin ikiqat geri qaytarılması barədə tərflər razılığa gəlmişlər. Müqavilədə aparılan qeyddən müəyyən olunur ki, X1 rayonu Qarayev küçəsi ev 38 ünvanında yerləşən 1 otaq, 1 şüşəbənd, tualet və arxa qapıdan şüşəbəndin ayaqaltısına qədər həyətyanı sahəni İddiaçı 2500 ABŞ dollarına satmış, həmin məbləğin 2000 ABŞ dollarını xx.xx.2004-cü ildə, qalan 500 ABŞ dollarını isə xx.xx.2004-cü il tarixdə almışdır. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İ № 999662 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 xx.xx.2019-cu il tarixdə ölmüş, bu barədə 182 saylı ölüm akt qeydi tərtib olunmuşdur. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-7707/2019 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddia ərizəsi təmin edilərək X12 Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Q.Qarayev küçəsində 0,0443 ha ərazidə yerləşən 38 saylı fərdi yaşayış evinin A tikilisindən ailə üzvləri və əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Məhkəmə iclasında şahid X19 ifadəsində göstərmişdir ki, İddiaçı ünvan 1 saylı evin A tikilisini X6 2500 ABŞ dollarına almağa razılaşmış, həmin məbləğin 1000 ABŞ dollarını o, 1000 ABŞ dollarını isə S.R.Qulamaova vermişdir. Daha sonra 500 ABŞ dolları da satıcıya verilmişdir. Evin alqı-satqısı barədə danışıqlarda Cavabdeh1 da iştirak etmişdir. Həmin vaxt evdə kirayədə yaşayan bir molla ailəsini satıcı evdən çıxarmışdır. İddiaçı 2016-cı ilə qədər həmin ünvanda yaşamış, sonradan uşağının xəstəliyi ilə əlaqədar atasının evinə köçmüşdür. İddiaçı aldığı evin həyətinə tökülən hasar çəkilməsi üçün işlənmiş daşların bir hissəsi həmin vaxt oğurlanmışdır. İddiaçı aldığı evin sənədləri olmadığından onlar dəfələrlə evi sənədləşdirmək istəsələr də nəticəsi olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X23 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İddiaçı Azərbaycan Respublikası MM-nin 335.2-ci maddəsinin xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına istinad edərək, 2004-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, H.G.Hümbətova məxsus olmuş evə və torpaq sahasinə dair onunla cavabdeh D.H.Razayeva və sonuncunun mərhum əri M.H.Rzayev arasında 2004-cü ildə razılaşdırılmış alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş edir. İddiaçı mərhum M.H.Rzayevlə arasında olan razılaşmadan cavabdeh D.H. Razayevanın da məlumatının olmasını bildirsə də, bu halı sübuta yetirə bilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsi müəyyən edirdi ki, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2006-cı il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Mülki Məcəllənin 335.2-ci maddəsinin tələbinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nətəicəyə gəlir ki, iddiaçı S.R. Qulamovanın 2004-cü ildə dövlət reyestrində qeydə alınmayan evə və torpaq sahəsinə dair, həmin evə və torpaq sahəsinə heç bir hüququ olmayan M.H.Rzayevlə razılaşması alqı-satqı müqaviləsi kimi qiymətləndirilə bilməz. Belə ki, yuxarıda istinad olunan maddi hüquq normasının tələbinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün əqd özü qanuna zidd olmamalıdır. Ona görə də məhkəmə iddianı əsassız hesab edib təmin etmir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh1 və Bakı şəhəri 11 saylı Notariat Kontoruna qarşı qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən vahid əmlak kimi Cavabdeh1 mülkiyyətinə verilmiş ünvan 1 saylı fərdi yaşayış evinə və evin yerləşdiyi ümumi ərazisi 0,0443 ha olan torpaq sahəsinə münasibətdə ümumi sahəsi 36,3 m2 olan bir yaşayış otağından, ayaqyolundan və alaqapıdan ayaqaltı adlanan sahəyə qədər olan məsafədə ümumi sahəsi 50 m2 olan həyətyanı sahədən ibarət ayrıca tikilinin ona satılmasına dair Cavabdeh1 və əri X9 ilə onun arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar