Məhkəmə qərarları › İş №2(001)-3020/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3020/2022

12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3020/2022 12.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bilal X2rşı “kirayə haqqının tutulması” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bilal X2rşı “kirayə haqqının tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 7150 (yeddi min yüz əlli) manat məbləğində kirayə haqqı, 615(altı yüz on beş) manat isə təmizlik xərci və kommunal borc, cəmi 7765(yeddi min yeddi yüz altmış beş) manat və ödənilmiş 97,65 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə iddiaçının qeyd etdiyi poçt ünvanı üzrə (ünvan 1rilmiş cavabdeh, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xİdməti X1 və İnformasiya Təminatı Baş İdarəsi tərəfindən verilmiş 19 aprel 2022-ci il tarixli 05/771 №-li cavab məktubundan görünür ki, İraq Respublikasının vətəndaşı xx.xx.1992-ci il təvəllüdlü X6 Al İedaniyə (pasport №A********) sonuncu dəfə etibarlılıq müddəti 31.08.2022-ci il tarixədək olan müvəqqəti yaşamaq üçün icazə verilmiş və ünvan 2 ünvanında qeydiyyata alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh Bilal X2rşı “kirayə haqqının tutulması” tələbi barədə iddia ərizəsinə dair 2(010)-3020/2022 saylı mülki iş baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı mülki işin aidiyyəti üzrə Xətai Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 36.1-ci maddəsinə əsasən, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 167.2-ci maddəsinə əsasən hakim işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri də edir. Beləliklə də, iş üzrə Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehin məlum olan axırıncı yaşayış yeri Bakı şəhərinin Xətai rayonu ərazisində olduğu üçün Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə əsasən İddiaçı cavabdeh Bilal X2rşı “kirayə haqqının tutulması” tələbi barədə iddia ərizəsinə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 36, 45, 167, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bilal X2rşı “kirayə haqqının tutulması” tələbinə dair 2(001)- 3020/2022 nömrəli mülki iş baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar