Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2-2(3-10)-30/2026 28.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı ilk iddia cavabdeh Cavabdeh iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qarşılıqlı iddia (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, Kirayə müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Sadiqov Zülfüqar Əhməd oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə İmran oğlunun, Cavabdeh - Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul tələbinə dair” ilk iddia, cavabdeh Cavabdeh iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi və dondurmaların geri götürülməsi tələbinə dair” qarşılıqlı iddia üzrə kommersiya mübahisəsinə dair Şəki Kommersiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İddiaçı “istifadəyə verən” İddiaçı MMC ilə cavabdeh “istifadəçi” Cavabdeh arasında ##.##.2023-cü il tarixli, **D-**/** nömrəli “dondurucu avadanlıqların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “istifadəyə verən” İddiaçı MMC satışını təşkil etdiyi məhsulları saxlamaq məqsədi ilə müqaviləyə əlavədə göstərilən soyuducu avadanlıqları “istifadəçi” Cavabdeh əvəzsiz istifadəsinə verməyi, Cavabdeh isə öz növbəsində həmin soyuduculardan istifadə təbii köhnəlmə xərci nəzərə alınmaqla aldığı vəziyətdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən təqdim edilmiş əmlak üçün istifadə haqqı tələb edilmir. 3.2-ci bəndinə əsasən “istifadəçi” ona verilən əmlakın itirildiyi və ya məhv edildiyi təqdirdə həmin əmlakların dəyərinin iki mislini “istifadəyə verən”-ə ödəyir. Qeyd olunan müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.
2. İş materiallarında olan ##.##.2023-cü il tarixli, **D-**/** nömrəli “dondurucu avadanlıqların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə imzalanmış ##.##.2023cü il tarixli * saylı əlavədən görünür ki, əlavədə hər birinin modeli, seriya nömrəsi, barkod nömrəsi və dəyəri əks olunan cəmi 26 ədəd soyuducu “istifadəyə verən” İddiaçı MMC tərəfindən “istifadəçi” Cavabdeh istifadəsinə verilmişdir. Həmin əlavə iddiaçı şirkətin möhürü və cavanbdehin imzası ilə təsdiq edilmişdir.
3. İş materiallarında olan ##.##.2023-cü il tarixli, **D-**/** nömrəli “dondurucu avadanlıqların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə əsasında imzalanmış təhviltəslim aktlarından görünür ki, Cavabdeh müqavilə üzrə 6 ədəd “Uğur UDD 500” markalı, 11 ədəd “Uğur UDD 400” markalı, 2 ədəd “Uğur UDD 600” markalı, 1 ədəd “Uğur UDD 300” markalı soyuducu olmaqla, cəmi 20 ədəd soyuducu təhvil verilmişdir. Həmin aktda soyuducu avadanlığların hər birinin kodu və barkod nömrəsi öz əksini tapmışdır. Qeyd olunan təhviltəslim aktı Cavabdeh və iddiaçı şirkətin nümayəndəsi tərəfindən imzalanmışdır.
4. İş materiallarında olan ##.##.2024-cü il tarixli, İADE-1437 nömrəli, ##.##.2024-cü il tarixli İADE-1395 nömrəli, ##.##.2024-cü il tarixli, İADE-1855 nömrəli və ##.##.2024-cü il tarixli soyuducuların geri qaytarma təhvil-təslim aktlarından görünür ki, Cavabdeh tərəfindən müqavilə üzrə ona təhvil verilən 8 ədəd “Uğur UDD 500” markalı, 8 ədəd “Uğur UDD 600” markalı, 8 ədəd “Uğur UDD 400” markalı olmaqla cəmi 24 ədəd soyuducu İddiaçı MMC-yə qaytarılmışdır. Həmin aktlar İddiaçı MMC-yə məxsus möhürlə təsdiq edilmişdir.
5. “xxxx” MMC qiymətləndirmə şirkəti tərəfindən təqdim edilən ##.##.2022-ci il tarixli, MB **-**** nömrəli, qiymətləndirmə rəyindən görünür ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə məxus (köhnə adı: “xxxx” MMC) daşınar və daşınmaz əmlakar, həmçinin şirkətə məxsus soyuducular qiymətləndirilmişdir. Həmin rəydən görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Uğur UDD 300” markalı soyuducuların qiyməti 270,84 manat, “Uğur UDD 400” markalı soyuducuların qiyməti 328,93 manat, “Uğur UDD 500” markalı soyuducuların qiyməti 351,50 manat, “Uğur UDD 600” markalı soyuducuların qiyməti 370 manat təşkil etmişdir.
6. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilən ##.##.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus mühasibat uçotunda “Uğur UDD 300” markalı soyuducuların qiyməti 271 manat, “Uğur UDD 400” markalı soyuducuların qiyməti 329 manat, “Uğur UDD 500” markalı soyuducuların qiyməti 352 manat, “Uğur UDD 600” markalı soyuducuların qiyməti 370 manat kimi qiymətləndirilmişdir.
7. İş materiallarında olan ##.##.2024-cü il tarixli “qarşılıqlı borc vəziyyətinin üzləşmə” aktından görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh aralarında bağlanan müqavilə üzrə 995,85 manat borcu vardır. Həmin akt İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus möhürlə təsdiq edilmiş, şirkətin rəhbəri tərəfindən imzalanmışdır.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMCyə qaytarılmayan 26 ədəd soyuducu (dondurucu) avadanlıqlarının ümumi dəyərinin iki mislini, yəni 17366 (on yeddi min üç yüz altmış altı) manat məbləğində pul vəsainin və əlavə olaraq ödənilmiş məhkəmə rüsumunun cavabdeh Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. Cavabdeh Cavabdeh cavabdeh İddiaçı MMC-yə qarşı “pul və əmlakın geri götürülməsi öhdəliyinin cavbdehin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli qarşılıqlı borc vəziyyətinin üzləşməsi haqqında akta əsasən İddiaçı MMC-nin Cavabdeh olan 995,85 manat məbləğində borcun Cavabdeh xeyrinə İddiaçı MMC-dən tutulması və İddiaçı MMC tərəfindən geri götürülməli olan 1500 manat dəyərində olan dondurmaların geri götürülməsi öhdəliyinin İddiaçı MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı MMC və cavabdeh Cavabdeh arasında bağlanmış “01” may 2023-cü il tarixli, MD-**/** saylı “soyuducu (dondurucu) avadanlıqlarının əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh Cavabdeh 46 ədəd dondurucu avadanlığı əvəzsiz istifadəyə verilmişdir. Qeyd edilən soyuducu (dondurucu) avadanlıqlarının 20 ədədi (1 ədəd Uğur 300, 11 ədəd Uğur 400, 7 ədəd Uğur 500, 1 ədəd Uğur 600 markalı) ## ##### 2023-cü il tarixində onun qardaşı X7 təhvil alınaraq ona təhvil verilmişdir, 26 ədədi (15 ədəd Uğur 400, 1 ədəd Uğur 500, 10 ədəd Uğur 600 markalı) ## ### 2023-cü il tarixində təhvil verilmişdir. Bu günkü günə qədər həmin dondurucuların 20 ədədi geri qaytarılsa da qalan 26 ədədinin geri qaytarılması təmin edilməmiş və göstərilən səylər nəticə verməmişdir. Nəzərə alınsa ki, cəmi aşağıdakı sayda soyuducu (dondurucu) avadanlıqları qəbul edilmişdir: Uğur 300 - 1 ədəd, Uğur 400 - 26 ədəd, Uğur 500 - 8 ədəd, Uğur 600 - 11 ədəd, cəmi 46 ədəd. Cəmi aşağıdakı sayda soyuducu (dondurucu) avadanlıqları geri qaytarılmışdır: Uğur 400 - 6 ədəd, Uğur 500 - 7 ədəd, Uğur 600 - 7 ədəd, Cəmi 20 ədəd. Qaytarılmayan soyuducu (dondurucu) avadanlıqlarının sayı: Uğur 300 - 1 ədəd, Uğur 400 - 20 ədəd, Uğur 500 - 1 ədəd, Uğur 600 - 4 ədəd, Cəmi 26 ədəd. Nəzərə alınsa ki, təhvil verilən soyuducu (dondurucu) avadanlıqlarının qiymətləri hal-hazırda (təbii köhnəlmə nəzərə alınmaqla) aşağıdakı kimi dəyərləndirilir (bu barədə Arayış təqdim edilir): Uğur 300 - 271 manat, Uğur 400 - 329 manat, Uğur 500 - 352 manat, Uğur 600 - 370 manat. Qaytarılmayan soyuducu (dondurucu) avadanlıqlarının dəyəri aşağıdakı kimidir: Uğur 300 – 1x271 = 271 manat, Uğur 400 – 20x329 = 6580 manat, Uğur 500 – 1x352 = 352 manat, Uğur 600 – 4x370 = 1480 manat, cəmi: 8683 manat. Qeyd edilən “soyuducu avadanlıqlarının əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilənin 1.3 bəndinə əsasən “istifadəçi” “istifadəyə verən”-dən əmlakı qəbul edir və “istifadəyə verən”-ə məxsus məhsulların dondurulmasını təmin etməyi üzərinə götürür və hazırkı müqavilənin dayandırılmasından və ya xitamından sonra “istifadəyə verən”-ə əmlakı təbii köhnəlmə nəzərə alınmaqla aldığı vəziyyətdə qaytarmağı üzərinə götürür. Həmin müqavilənin 3.2. bəndinə müvafiq olaraq - “istifadəyə verən”-ə qaytarılan əmlak “İstifadəçi” tərəfindən təhvil alınmış vəziyyətdə, təbii köhnəlmə nəzərə alınmaqla qaytarılmalıdır. “İstifadəçi” tərəfindən əmlaka zərər dəyən zaman, belə zərərin əvəzi aşağıdakı qaydada ödənilir: 3.2.1. əmlakın itirilməsi/məhv edilməsi itirilmiş/məhv edilmiş əmlakın dəyərinin 2 misli məbləğdə. Həmin müqavilənin 3.5. bəndinə müvafiq olaraq əmlakın vaxtında qaytarılmamasına, eləcə də əmlakın təmir xərcinin və yaxud itirilmiş/məhv edilmiş dəyərinin vaxtında ödənilməməsinə görə, “istifadəçi”-yə daxil olmuş tələb əsasında hazırkı müqavilə ilə təhvil verilmiş əmlakın dəyərinin 1% (bir faiz) həcmində cəriməni, gecikdirilmiş hər təqvim gününə görə “istifadəyə verən”-ə ödəyir. Əmlakın “istifadəçi” tərəfindən “istifadəyə verən”-ə qaytarılması 15 (on beş) təqvim günündən artıq müddətə gecikdirilərsə, əmlak itirilmiş/məhv edilmiş hesab edilir və “İstifadəçi” onun dəyərinin 2 mislini “istifadəyə verən”-ə ödəyir. Həmin müqavilənin 5.2. bəndinə müvafiq olaraq tərəflər arasında bu müqavilənin icrası üzrə yaranan mübahisələr qarşılıqlı razılıqla həll olunacaqdır. Qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasının məhkəmələri tərəfindən öz həllini tapacaqdır. Məsələnin sülh yolu ilə həll edilməsi məqsədilə tərəfimizdən cavabdehə cəriməsiz olaraq həmin dondurucuların qaytarılmasının həyəta keçirilməsi barədə dəfələrlə danışıqlar aparılsa da və yazılı xəbərdarlıqlar edilsə də (sonuncu yazılı xəbərdarlıq (pretenziya) ##.##.2022 il tarixində təqdim edilmişdir), dondurucular geri qaytarılmamışdır. Həmin müqavilənin 3.5. bəndinə müvafiq olaraq ...əmlakın “istifadəçi” tərəfindən “istifadəyə verən”-ə qaytarılması 15 (on beş) təqvim günündən artıq müddətə gecikdirilərsə, əmlak itirilmiş/məhv edilmiş hesab edilir və “istifadəçi” onun dəyərinin 2 mislini “istifadəyə verən”ə ödəyir. Beləliklə qeyd edilən kimi, cavabdehlə bağlanmış müqavilədə göstərilən öhdəliklər onun tərəfindən kobud şəkildə pozulmuş və icra edilməmişdir. Nəzərə alınsa ki, qaytarılmayan 26 ədəd soyuducu (dondurucu) avadanlıqlarının ümumi dəyəri 8683 manat təkil edir və həmin müqavilənin 3.5. bəndinin tələblərinə əsasən, cərimə tətbiq etmədən, 26 ədəd Soyuducu (dondurucu) avadanlıqlarının dəyərinin 2 misli 17 366 manat təkil edir.
11. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi iddia həcminin azaldılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh Cavabdeh tərəfindən 4 ədəd soyuducu geri qaytarılmış və nəticədə cavabdehin borcu qaytarılan soyuducuların dəyərini çıxmaqla 7303 manat təşkil edir. Bu səbəbdən iddia tələbinin həcmi azaldılaraq, “xxxx” MMCyə qaytarılmayan 22 ədəd Soyuducu (dondurucu) avadanlıqlarının ümumi dəyərinin iki mislini, yəni 14606 manat məbləğində pul vəsaitinin və əlavə olaraq ödənilmiş məhkəmə rüsumunun cavabdeh Cavabdeh “xxxx” MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
12. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə qaytarılmayan 26 ədəd dondurucuların ümumi dəyərinin iki mislini, yəni 17 366 manat məbləğində pul vəsatinin və əlavə olaraq ödənilmiş məhkəmə rüsumunu cavabdeh Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, ##.##.2024-cü il tarixli qarşılıqlı borc vəziyyətinin üzləşməsi haqqında akta əsasən İddiaçı MMC-nin Cavabdeh 995,85 manat məbləğində borcu vardır. Həmçinin, Cavabdeh satılmaq üçün İddiaçı MMC tərəfindən verilmiş, satılmamış və istehsal müddəti keçmiş 1500 manat dəyərində olan dondurmalar İddiaçı MMC tərəfindən geri təhvil götürülməli idi. Lakin İddiaçı MMC bundan imtina etmişdir. Bunu etməklə İddiaçı MMC-nin məqsədi ondan ibarətdir ki, istehsal müddəti keçmiş malların dəyəri olan 1500 manatın Cavabdeh alsın. Qeyd edilənlərdən göründüyü kimi, Cavabdeh e-*-*(***)-***/**** saylı iş üzrə qarşılıqlı iddia tələbi hüququ yaranmışdır.
13. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Nümayəndə İmran oğlu iştirak edərək izahatında bildirmişdir ki, müqavilə üzrə soyuducular ## ##### 2023cü il tarixində cavabdehin qardaşı X7 təhvil alınaraq Cavabdeh verilmişdir. Hazırda rəhbərlik deyib ki, soyuducuları nə cür versələr qəbul edin. Lakin cavabdeh tərəf 20 soyuducunu əvvəl qaytarıb, müxtəlif bəhanələr gətirərək 26-sı onda qalıb. Daha sonra da 4 soyuducunu qaytardı, lakin 22 soyuducu yenə cavabdehdə qaldı. İlkin iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmdən xahiş etdi. Qarşılıqlı iddia tələbinin 995,85 manat məbləğində borcun ödənilməsi hissəsini qəbul etdiyini, lakin dondurmaların geri götürülməsi barədə hissəsini qəbul etmədiyini bildirmişdir. Belə ki, iddiaçının nümayəndələri dondurmaları geri götürmək üçün getmişlər, lakin cavabdeh tərəfindən dondurma geri qaytarılmamışdır. Hesab edir ki, qarşılıqlı iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir.
14. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddiaçı tərəf 2023-2024-cü illərdə Cavabdeh ilə işləyib. Bildirirlər ki, Cavabdeh 46 ədəd soyuducu avadanlığı istifadəyə verilmişdir. İddiaçı tərəf özü də etiraf edir ki, soyuducuların 20-si qaytarılıb. Soyuducuların 4-nü də təhvil veriblər. 5-ci soyuducu dondurmanın verildiyi şəxsdə idi. Lakin həmin şəxsin anbarı bağlı olduğu üçün təhvil verə bilməyiblər. 5-ci soyuducunu da təhvil verməyə hazırdırlar. 20 ədəd soyducunun geri qaytarılması haqda hər-hansı sənəddə cavabdehin imzası yoxdur. Qarşılıqlı iddianı müdafiə edərək təmin edilməsini, ilkin iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir.
15. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, səyyar fəhlə kimi fəaliyyət göstərir. Bu hadisə keçən il Qəbələ rayonunda baş verib. Nicat bəy ona deyib ki, əməkdaşlarla birlikdə gedib soyducuları götürün. Soyducuları ərazidən yığıblar. Donduruculardan 13 ədədini bir dəfə,19 ədədini bir dəfə və 9 ədədini də bir dəfə yığıblar. Soyuducuları təhvil verəndə heç bir sənədə imza etməmişdir.
16. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, 10 ildir ki, cavabdeh Cavabdeh işçisidir. Ekspeditel kimi işləyirdi və mal paylayırdı. Qəbələ ərazisində səlahiyyətində olan soyducuları paylayıb. Soyducuların neçə ədədini payladığı dəqiq yadında deyil, lakin ərazi cəhətdən topluyub gətirdikləri yadındadır. Anbardan şəxsən özünün iştirakı və köməkliyi ilə maşınlara yığıb göndəriblər. Soyducuların 13 ədədini bir dəfə,19 ədədini də bir dəfə geri qaytarıblar. Soyducuların 19 ədədədini Qəbələ ərazisindən, 13 ədədini isə digər işçiləri Oğuz, İsmayıllı ərazisindən gətiriblər. Sonrada 9 ədədini isə Oğuz, Göyçay ərazisindən gətiriblər. Soyuducuları təhvil verəndə heç bir sənədə imza etməmişdir. 17 Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, cavabdeh Cavabdeh işçisidir. Sürücü kimi fəaliyyət göstərir və malları təhvil alıb, paylama işi ilə məşğul olur. Şəki ərazisindəki soyducuları özü gətirib. Soyducuların təxminən 12 ədədini gətirib. Soyuducuları təhvil verəndə heç bir sənədə imza etməmişdir.
18. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, cavabdeh Cavabdeh işçisidir. Ekspeditel kimi işləyirdi və malları paylayırdı. Soyducuların neçə ədədini yığmağı dəqiq yadında deyil, lakin Göyçay, İsmayıllı, yəni işlədiyi ərazidən yığıb. Soyducuların 4 ədədinin yığımında iştirak edib. Soyducunun 1 ədədi də anbardadır.
19. Şəki Kommersiya Məhkəməsinin (hakim Elnarə Hüseynova) ## ####### 2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi ilə ilkin iddia təmin edilərək ilkin iddia üzrə cavabdeh Cavabdeh 14606 manat məbləğində pul və ödənilmiş 133,82 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, qarşılıqlı iddia qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən 995,85 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməsi qət edilmişdir.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 386.1, 427.2, 442, 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə, 448.1, 448.2, 732, 733.1, 733.2, 734.1, 734.2, 735, 736.1, 736.2, 736.3, 736.4, 737-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
22. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, mülkiyyət hüquqlarının müdafiəsi dövlət tərəfindən tanınır və qorunur. Məhkəmə, tərəfindən qəbul edilən qətnamə əsassız olaraq cavabdehin hüququnu pozmuş və onun mülkiyyətinə müdaxilə təşkil etmişdir. Faktiki olaraq əsası olmadığı halda məhkəmə cavabdehin üzərinə 14606 manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyi qoyulmuş və bununla da cavabdehin mülkiyyət hüququ pozulmuşdur. Şəki Kommersiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi iş materiallarını tam araşdırmamış, təqdim olunmuş müqavilə və sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, işdə təqdim olunan sənədlərdən görünür ki, İddiaçı MMC-nin iddia etdiyi soyuducular əvvəllər “xxxx” MMC tərəfindən Pərviz Mehralıyevə verilmiş və həmin soyuducular üzrə artıq məhkəmə qətnaməsi qəbul edilmişdir. Eyni avadanlıqlar üzrə ikinci dəfə eyni tələbin təmin edilməsi qanunsuzdur. Tərəfimizdən bu hal barəsində məhkəməyə vəsatət təqdim edilsə də, məhkəmə tərəfindən bu hal nəzərə alınmamışdır. Bundan əlavə, məhkəmə soyuducuların istismar müddətinin bitməsini, fiziki aşınmasını və 6 ədəd avadanlığın qaytarılmasına dair tərəfimizdən təqdim edilən sübutlara hüquqi qiymətvermədən qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən Şəki Kommersiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi və ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
24. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.
25. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə İmran oğlu apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
26. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişdir.
27. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
30. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
31. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsinin bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
32. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (...).
33. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (...).
34. Maddə 427. Öhdəliyin icrası müddəti (...). 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
35. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
36. Maddə 445. Borclunun icranı gecikdirməsi (...). 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
37. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (...).
38. Maddə 732. Əvəzsiz istifadə müqaviləsi Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər.
39. Maddə 733. Əvəzsiz istifadəyə verilən əşyanı kirayəyə verənin məsuliyyəti 733.1. Əvəzsiz istifadəyə verilən əşyanı kirayəyə verən kirayəçi qarşısında yalnız qəsdən və ya kobud ehtiyatsızlıq üzündən törədilmiş əməllər və ya qüsurlar üçün məsuliyyət daşıyır. 733.2. Əgər kirayəyə verən üçüncü şəxslərin hər hansı hüquqlarının və ya iddialarının olduğunu və ya əvəzsiz istifadəyə verilmiş əşyanın hər hansı qüsurunu qəsdən gizlədirsə, bunun nəticəsində əmələ gələn zərərin əvəzini kirayəçiyə ödəməyə borcludur.
40. Maddə 734. Əvəzsiz istifadəyə götürülmüş əşyanın saxlanması 734.1. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. Kirayəyə verənin digər xərclərin əvəzini ödəmək vəzifəsi özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun müəyyənləşdirilir. 734.2. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi çərçivəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır.
41. Maddə 735. Əvəzsiz istifadəyə götürülmüş əşyadan müqavilə şərtlərinə uyğun istifadə Kirayəçinin əvəzsiz istifadəyə götürdüyü əşyadan müqavilədə göstəriləndən savayı, başqa təyinatla istifadə etməsinə icazə verilmir. Kirayəyə verənin icazəsi olmadan onun həmin əşyanı üçüncü şəxslərin istifadəsinə vermək hüququ yoxdur.
42. Maddə 736. Əvəzsiz istifadəyə götürülmüş əşyanı qaytarmaq vəzifəsi 736.1. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. 736.2. Əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. 736.3. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. 736.4. Əgər kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı üçüncü şəxslərin istifadəsinə verirsə, şübhə halında kirayəyə verən əşyanın qaytarılmasını üçüncü şəxslərdən də istənilən vaxt tələb edə bilər.
43. Maddə 737. Əvəzsiz istifadə müqaviləsi üzrə hüquq münasibətlərinə vaxtından əvvəl xitam verilməsi Kirayəyə verən əvəzsiz istifadə müqaviləsini, əvvələn, əvəzsiz istifadəyə verdiyi əşyaya gözlənilməz hallar nəticəsində ehtiyac duyduqda, ikincisi, kirayəçi əşyadan müqavilənin şərtlərini pozmaqla istifadə etdikdə, o cümlədən əşyanı üçüncü şəxslərin istifadəsinə verdikdə və ya kirayəçinin kifayət qədər vicdanlı olmaması üzündən əşya mühüm təhlükəyə məruz qaldıqda və üçüncüsü, kirayəçinin öldüyü halda vaxtından əvvəl ləğv edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
48. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
49. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
51. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
52. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
53. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
54. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
55. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi qismən ləğv edilməli və ilk iddia tələbi qismən təmin edilməlidir.
57. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
58. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
59. Müəyyən edilmişdir ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya əvəzsiz istifadə müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, iddiaçı aralarında bağlanan ##.##.2023cü il tarixli, **D-**/** nömrəli “dondurucu avadanlıqların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən 9 ay müddətinə 46 ədəd soyuducu avadanlığı cavabdehin əvəzsiz istifadəsinə vermişdir. Bu hal iş materiallarında olan ##.##.2023-cü il tarixli müqaviləyə imzalanan əlavədən və təhviltəslim aktlarında öz təsdiqini tapmışdır. Cavabdeh isə müqaviləyə əsasən 46 ədəd soyuducu avadanlığın iddiaçıya istifadə etdikdən sonra 24 ədədini geri təhvil vermiş, lakin qalan 22 ədəd soyuducunu təhvil verməmişdir. Cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Belə olduğu halda cavabdeh öz üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə müqavilə şərtlərini pozmuşdur.
60. İddiaçı və cavabdeh hazırkı ilk və qarşılıqlı iddia tələbləri ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan Şəki Kommersiya Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermişdir.
61. Cavabdehin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin qətnaməsini ilk iddianın təmin və qarşılıqlı iddianın təmin edilməyən hissəsində mübahisələndirmiş, ümumiyyətlə cavabdeh tərəf ilk iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddianın isə tam təmin edilməsini tələb edir.
62. İlk iddianı təmin edən birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iş materiallarından görünür ki, cavabdehə verilən soyuduculardan 1 ədəd “Uğur UDD 300” markalı, 18 ədəd “Uğur UDD 400” markalı, 3 ədəd isə “Uğur UDD 600” markalı soyuducu müqavilə üzrə iddiaçıya geri qaytarılmamışdır. Belə ki, həmin soyuducuların qiyməti ekspert rəyinə əsasən 1 ədəd “Uğur UDD 300” markalı soyuducunun qiyməti 271 manat, “Uğur UDD 400” markalı soyuducunun qiyməti 329 manat, “Uğur UDD 600” markalı soyuducunun qiyməti isə 370 manat təşkil etmişdir. Belə olduğu halda 1 ədəd qaytarılmayan “Uğur UDD 300” markalı soyuducunun qiyməti (1x271=271) 271 manat, 18 ədəd qaytarılmayan “Uğur UDD 400” markalı soyuducuların qiyməti (18x329=5922) 5922 manat, 3 ədəd qaytarılmayan “Uğur UDD 600” markalı soyuducuların qiyməti isə (3x370=1110) 1110 manat təşkil edir. Müqavilənin şərtinə əsasən həmin soyuducuların ümumi dəyərinin iki misli isə (271+5922+1110=7303x2=14606) 14606 manat təşkil etmişdir. Nəticədə iddiaçı tərəfindən qeyd edilən məbləğin tələb edilməsi əsaslı olmuşdur.
63. Bu səbəbdən birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddia tələbi əsaslı olduğundan təmin edilməli, ##.##.2023-cü il tarixli **D**/** nömrəli müqavilə üzrə iddiaçıya qaytarılmayan 22 ədəd dondurucu (soyuducu) avadanlıqların dəyərinin iki misli olan 14606 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
64. Qarşılıqlı iddianı qismən təmin edən birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia tələbi üzrə tələb edilən 995,85 manat məbləğində borc tərəflər arasında bağlanan müqavilədən irəli gəlir. Həmin müqavilə üzrə İddiaçı MMCnin cavabehə 995,85 manat borcu yaranmış və həmin məbləğ tərəflər arasında imzalanan ##.##.2025-ci il tarixli qarşılıqlı üzləşmə aktında öz əksini tapmışdır. Həmçinin İddiaçı MMCnin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında qarşılıqlı iddia tələbini həmin hissədə qəbul etdiyini bildirmişdir.
65. Eyni zamanda birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin 1500 manat dəyərində dondurma məhsulunun İddiaçı MMC tərəfindən geri götürülməsinə dair hissəsi ilə bağlı qeyd etmişdir ki, qeyd olunan dəyəri 1500 manat olan dondurmaların Cavabdeh qalması və onların İddiaçı MMC tərəfindən götürülmədiyi iddia edilsə də, lakin bu faktları təsdiq edəcək sübut qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, nəticədə bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
66. Bu səbəbdən birinci instansiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən 995,85 manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh ödənilməli və qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir.
67. İlk iddia tələbində geri qaytarılmayan 22 ədəd soyuducunun dəyərinin müqavilə şərtlərinə əsasən iki misli həcmində cəmi 14606 manat pul tələbi ilə bağlı kollegiya aşağıdakıları qeyd edir.
68. İşə apellyasiya qaydasında baxılarkən cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinet vasitəsi vəsatət göndərmişdir. Həmin vəsatətdə qeyd olunmuşdur ki, ...iş materiallarında mövcud olan qiymətləndirmə rəyi obyektiv və əsaslı deyil, eyni zamanda mübahisə predmeti olan əmlakın real bazar dəyərini əks etdirmir. Belə ki, iş üzrə 26 ədəd soyuducunun dəyəri müəyyən edilərkən onların istismar müddəti ərzində məruz qaldığı amortizasiya (təbii köhnəlmə) nəzərə alınmamışdır. Bu isə nəticə etibarilə əmlakın faktiki bazar dəyərinin süni şəkildə yüksək göstərilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən sualların səlahiyyətlərinə aid olmadığı göstərilərək qərardad icra edilməmişdir. Sonradan müraciət edilmiş Ekspertiza Bürosu isə əmlakın ekspertə təqdim olunmaması səbəbindən rəy verə bilməmişdir. Məhkəmə tərəfindən tərəflərə bildiriş göndərilsə də, faktiki ekspertiza həyata keçirilməmiş və buna baxmayaraq iş üzrə qətnamə qəbul edilmişdir. Halbuki, faktiki olaraq təqdim edilmiş, lakin onların dəyəri müəyyən edilərkən təhvil verildiyi tarixdən keçən müddət ərzində baş vermiş aşınma nəzərə alınmamışdır. Qeyd edilən hallar göstərir ki, iş üzrə əhəmiyyətli olan əsas fakt olan əmlakın real dəyəri düzgün müəyyən edilməmişdir. Bu isə məhkəmə araşdırmasının natamam aparılmasına və nəticə etibarilə əsassız qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Göstərilənlərə əsasən iş üzrə 26 ədəd mübahisəli soyuducularla bağlı təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir.
69. Məhkəmə kollegiyası bu nəticəyə gəlmişdir ki, ##.##.2023-ci il tarixli MD-**/** nömrəli müqaviləyə ##.##.2023-ci il tarixli ** nömrəli Əlavədə göstərilən 26 ədəd, cavabdeh Cavabdeh təhvil verilmiş ## ##### 2018-ci il tarixli Təhvil-Təslim aktında göstərilən 14 ədəd, ## ##### 2018-ci il tarixli Təhvil-təslim aktında göstərilən 6 ədəd soyuducunun modelinə uyğun olaraq amortizasiya (təbii köhnəlmə) dəyəri çıxılmaq şərti ilə hər birinin dəyərinin müəyyən edilməsi üçün iş üzrə qiymətləndirmə (ekspertiza) keçirilməsi zəruridir.
70. Belə ki, birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadına əsasən ekspertizanın aparılması məqsədi ilə iş materialları Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertiza üzrə araşdırmalı olan məsələnin Məhkəmə Ekspertizasının fəaliyyətinə aid olmaması səbəbindən qərardad icra edilmədən, iş materialları ilə birlikdə məhkəməyə geri qaytarılmışdır.
71. Bundan sonra birinci instansiya məhkəməsi tərəfindən sözügedən qərardadda qoyulan suallar üzrə rəyin verilməsi məqsədi ilə Məhkəmə Ekspertizası Bürosuna məktub ünvanlanmışdır. Məhkəmə Ekspertizası Bürosu tərəfindən məhkəməyə vəsatət daxil olmuş, vəsatətdə qərardadda qoyulmuş sual üzrə tədqiqat aparılmalı olan əmlakın ekspertə təqdim edilmədiyi bildirilmiş və qeyd olunan əmlak ekspertə təqdim ediləcəyi zaman ekspert rəyinin məhkəməyə təqdim ediləcəyi qeyd olunmuşdur. Həmin vəsatətin icrası məqsədi ilə, məhkəmə tərəfindən iş üzrə tərəflərə qeyd olunan əmlakların ekspertə təqdim edilməsi barədə bildiriş göndərilmişdir. Lakin iddia predmeti olan əmlak ekspertə təqdim edilməmişdir.
72. Göstərilən səbəbdən sənədlər ekspertiza aparılmadan icrasız geri qaytarılmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iş üzrə qətnamənin çıxarılmasını mümkün hesab etmişdir. Kollegiya göstərilən mövqe ilə razılaşmayaraq qeyd edir ki, əgər məhkəmə mübahisə predmeti olan soyuducuların qiymətləndirilməsini zəruri hesab etmişsə, bu halda həmin imkan tükətilməlidir. Bu ilk iddia tələbinin əsaslılığına qiymət verilməsi baxımındanhəlledicidir. Yalnız ##.##.2022-ci il tarixli, MB **-**** nömrəli (4 il əvvəlki) qiymətləndirmə rəyini əsas götürməklə yekun nəticəyə gəlinməsi hazırkı işin halları baxımından yetərli hesab edilmir.
73. Diqqət yetirilməli məqam, soyuducuların dəyəri müəyyən edilərkən onların cavabdehə təhvil verildiyi tarixdən keçən istismar müddəti ərzində məruz qaldığı amortizasiyanın (təbii köhnəlmənin) nəzərə alınmamasıdır.
74. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının ## ### 2026-cı il tarixli qərardadı ilə ##.##.2023-ci il tarixli MD-**/** nömrəli müqaviləyə ##.##.2023-ci il tarixli ** nömrəli Əlavədə göstərilən 26 ədəd, cavabdeh Cavabdeh təhvil verilmiş ## ##### 2018-ci il tarixli Təhvil-Təslim aktında göstərilən 14 ədəd, ## ##### 2018-ci il tarixli Təhvil-təslim aktında göstərilən 6 ədəd soyuducuların qiymətləndirilməsi “xxxx” MMC-yə həvalə edilmişdir.
75. “xxxx” MMC Qiymətləndirmə Şirkətinin ## #### 2026-cı il tarixli, MB **/**** saylı qiymətləndirmə rəyində (hesabatında) qeyd olunur ki; - qiymətləndirməyə təqdim edilən sənədlər əsasında ##.##.2023-cü tarixli MD-**/** nömrəli müqaviləyə ##.##.2023-cü il tarixli ** nömrəli Əlavədə, ## ##### 2018-ci il tarixli və ## ##### 2018-ci il tarixli Təhvil -təslim aktlarında mübahisə predmeti olan 46 ədəd müxtəlif model və markada olan soyuducunun istehsal ili və istifadə müddəti nəzərə alınmaqla amortizasiya (təbii köhnəlmə) dəyəri çıxılmaq şərti ilə ##.##.2024-cü il tarixə cəmi dəyəri 8034 (səkkiz min otuz dörd) manat təşkil edir.
76. İş üzrə verilmiş ## #### 2026-cı il tarixli, MB **/**** saylı qiymətləndirmə rəyi hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır.
77. Məhkəmə kollegiyası qeyd edir ki, qiymətləndiricinin rəyi nəzərdən keçirilərkən müəyyən edilir ki, həmin rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Kollegiya izah edir ki, qiymətləndiricinin rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında alınmış həmin rəydə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu baxımdan qiymətləndiricinin rəyində müəyyən edilmiş dəyərlər əsas götürülməlidir.
78. “X5rşı işi üzrə” ## ###### 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
79. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ##.##.1997-ci il tarixli * saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
80. Həmin qərarda qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
81. İş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, cavabdehə verilən soyuduculardan 1 ədəd “Uğur UDD 300” markalı, 18 ədəd “Uğur UDD 400” markalı, 3 ədəd isə “Uğur UDD 600” markalı soyuducu müqavilə üzrə iddiaçıya geri qaytarılmamışdır. ## #### 2026-cı il tarixli, MB **/**** saylı qiymətləndirmə rəyinə əsasən 1 ədəd “Uğur UDD 300” markalı soyuducunun qiyməti 114 manat, 1 ədəd “Uğur UDD 400” markalı soyuducunun qiyməti 168 manat, 1 ədəd “Uğur UDD 600” markalı soyuducunun qiyməti isə 192 manat təşkil etmişdir. Belə olduğu halda 1 ədəd qaytarılmayan “Uğur UDD 300” markalı soyuducunun qiyməti (1x114=114) 114 manat, 18 ədəd qaytarılmayan “Uğur UDD 400” markalı soyuducuların qiyməti (18x168=3024) 3024 manat, 3 ədəd qaytarılmayan “Uğur UDD 600” markalı soyuducuların qiyməti isə (3x192=576) 576 manat təşkil edir. Müqavilənin şərtinə əsasən həmin soyuducuların ümumi dəyərinin iki misli isə (114+3024+576=3714x2=7428) 7428 manat təşkil etmişdir. Nəticədə ilk iddia tələbi qismən əsaslı olmuşdur.
82. Qarşılıqlı iddianı qismən təmin edən birinci instansiya məhkəməsi öz qənaətini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia tələbi üzrə tələb edilən 995,85 manat məbləğində borc tərəflər arasında bağlanan müqavilədən irəli gəlir. Həmin müqavilə üzrə İddiaçı MMCnin cavabehə 995,85 manat borcu yaranmış və həmin məbləğ tərəflər arasında imzalanan ##.##.2025-ci il tarixli qarşılıqlı üzləşmə aktında öz əksini tapmışdır. Həmçinin İddiaçı MMCnin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında qarşılıqlı iddia tələbini həmin hissədə qəbul etdiyini bildirmişdir.
83. Məhkəmə qarşılıqlı iddia tələbinin İddiaçı MMC tərəfindən geri götürülməli olan 1500 manat dəyərində olan dondurmaların geri götürülməsi öhdəliyinin İddiaçı MMC-nin üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia həmin hissədə rədd edilməlidir. Belə ki, dəyəri 1500 manat olan dondurmaların Cavabdeh qalması və onların İddiaçı MMC tərəfindən götürülmədiyini təsdiq edəcək sübutlar qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, nəticədə bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
84. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, iş materialları ilə iddiaçı İddiaçı MMC-nin sözü gedən məbləği cavabdehdən tələb etməsi müəyyən edilməmişdir.
85. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
86. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
87. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi ilə təmin edilmiş ilk iddianın аpellyаsiyа qаydаsındа qismən ləğv edilməsi üçün əsаslаr olduğundan cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Kommersiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi qismən - ilk iddia tələbi üzrə cavabdeh Cavabdeh 7178 manat məbləğində pul tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək ilk iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamənin qalan hissəsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
88. İş üzrə 300 manat qiymətləndirmə xərcinin 150 manatı iddiaçı İddiaçı MMC-dən, 150 manatı isə cavabdeh Cavabdeh tutularaq müstəqil qiymətləndirici “xxxx” MMC Qiymətləndirmə Şirkətinin (VÖEN: **********, hesablaşma hesabı: AZ33IBAZ40090019446792716216 “xxxx” ASC Yasamal filialı, Kodu: 805562, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ01350100000000002944, S.W.İ.F.T BİK: IBAZAZ2X) hesabına ödənilməlidir.
89. Hazırkı kommersiya mübahisəsi üzrə mübahisələndirilən məbləğ on min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır (bax: 55-ci bənd). Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*-*(***)-***/**** saylı qətnaməsi qismən - ilk iddia tələbi üzrə cavabdeh Cavabdeh 7178 (yeddi min bir yüz yetmiş səkkiz) manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilərək ilk iddia tələbi həmin hissədə təmin edilməsin. Cavabdeh Cavabdeh iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməli olduğu borcun məbləği 7428 (yeddi min dörd yüz iyirmi səkkiz) manat müəyyən edilsin. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumunun 94.28 (doxsan dörd manat iyirmi səkkiz qəpik) manatı cavabdeh Cavabdeh aid edilsin. Cavabdeh Cavabdeh 94.28 manat məbləğində pul alınıb iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumunun 39.54 (otuz doqquz manat əlli dörd qəpik) manatı onun özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə 300 manat qiymətləndirmə xərcinin 150 manatı iddiaçı İddiaçı MMC-dən, 150 manatı isə cavabdeh Cavabdeh tutularaq müstəqil qiymətləndirici “xxxx” MMC Qiymətləndirmə Şirkətinin (VÖEN: **********, hesablaşma hesabı: AZ33IBAZ40090019446792716216 “xxxx” ASC Yasamal filialı, Kodu: 805562, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ01350100000000002944, S.W.İ.F.T BİK: IBAZAZ2X) hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov