Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3035/2021 03.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, döngə 9 ünvanında yerləşən və faktiki olaraq iddiaçıya məxsus fərdi yaşayış evinə təbbi qazın verilməsi ilə bağlı 2013-cü ildə "Qaz paylayıcı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə" müqavilə bağlanmış və sayğac quraşdırılmışdır. 13.02.2012-ci il tarixdə iddiaçının ərizəsi əsasında əvvəl quraşdırılmış mexaniki sayğac sökülərək smart kartla işləyən sayğac quraşdırılmış və "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" akt tərtib edilmişdir. 2021-ci ilin yanvar ayından başlayaraq karta yüklənilmiş məbləğdən qalıq borc tutulmağa başlanmış və iddiaçı bununla bağlı "Cavabdeh" İstehsalat Birliyinə ərizə ilə müraciət etmişdir. Heç bir araşdırma aparılmadan ona bildirilmişdir ki, 339 manat borcu qalıb. İddiaçı müraciət edərək abonentin saldosunu və 2013-cü ildən bu günədək olan ödənişlər barədə çıxarışı əldə etmiş və ona təqdim edilmiş çıxarışda 2014-cü ildən 2020-ci ilin noyabr ayınadək borcun 0 olması , abonentin saldosunda isə birdən birə 2020-ci ilin noyabr ayında 254 manat, 2021-ci ilin yanvar ayında 335, fevral ayında isə 339 manat göstərilmişdir, halhazırda isə 364 manat olması bildirilmişdir. Bu borcun haradan və necə yaranması barədə iddiaçıya heç bir məlumat verilməmişdir. İddiaçının cavabdeh tərəfə heç bir borcu olmamış, abonentin saldosundan da görünür ki, hər ay ödənişlər normaya uyğun ödənilmişdir. Borc olduğu təqdirdə cavabdehin 7 il gözləməsi və borcu tələb etməməsi ağlabatan deyildir. Həqiqətən də iddiaçının borcu olmuş olsaydı cavabdeh uzun müddət bundan qabaq bu borcun ödənilməsi üçün tədbirlər görərdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X1 03.06.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, məhkəmə iclasının təyin edildiyi tarixdə və saatda apellyasiya instansiyası məhkəməsində məhkəmə iclası təyin edildiyinə görə, hazırkı işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Eyni zamanda cavabdehin nümayəndəsi ərizəyə məhkəmə tərəfindən göndərilmiş sorğuya cavabı əlavə etmiş və həmim cavabda aşağıdakılar göstərilmişdir: “ ... İcraatınızda olan İddiaçı cavabdeh “Cavabdeh” İB-yə qarşı kommunal xərclərlə bağlı istehlakçının hüquqlarının müdafiəsinə dair iddia ərizəsi üzrə 2(001)-3035/2021 saylı iş üzrə sorğunuza cavab olaraq bildiririk ki, **********70008 nömrəli istehlakçı kodu üzrə 15.10.2020-ci il tarixdə quraşdırılmış mexaniki tipli, G-4 markalı, **********7 nömrəli qaz sayğacı 18.02.2021-ci il tarixdə abonentin ərizəsinə əsasən Zenner tipli, G4T markalı, **********835 nömrəli smart sayğacla əvəz edilmişdir. Bu barədə 18.02.2021-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Borcun yaranma əsasları bunlardır: - 2020-ci il üçün ümumi qaz sərfiyyatı 3067 m3 olmuşdur (2020-ci ilin İ-X ayları üzrə 1320 m3 + 2020-ci ilin X-Xİİ ayları üzrə 1747 m3 ) - İllik qaz sərfiyyatının 2200 m3 hissəsi illik limit olmuşdur. 3067 m3 - 2200 m3 = 867 m3 - İllik limiti keşmiş hissə yarandığı ilk ay müddətində 0.10 qəpiklə hesablanır 867 m3x 0.10 qəp = 86.70 manat (smart sayğac üzrə 2020-ci ilin 11-ci ayında ödənilmiş 3.70 manat ödəniş artıq sərfiyyatdan çıxılmışdır: (86.70-3.70 = 83.00 )manat) Beləliklə: 2020-ci ilin 12-ci ayının əvvəlinə borc 12.00 manat + (159.00 manat + 83 manat + 81.30 manat +18.80 manat) = 354.10 manat -(15 manat+15 manat ödənişlər) = 324.10 manat 2021-ci ilin mart ayına borc məbləği 324.10 manat təşkil etməkdədir”. Beləliklə, iş materiallarından görünür ki, 15.10.2020-ci il tarixdə İddiaçı məxsus yaşayış sahəsində mexaniki qaz sayğacı quraşdırılmış və həmin sayğac istehlakçının ərizəsinə əsasən 18.02.2021-ci il tarixdə smart sayğacla əvəz edilmişdir. Cavabdehin nümayəndəsinin məhkəmənin sorğusuna əsasən məhkəməyə təqdim etdiyi abonet kodu **********70008 olan İddiaçı hesabından çıxarışdan görünür ki, onun 12.2013-11.2020 illər ərzində borcu olmamış, tərəfindən mütəmadi olaraq istifadə etdiyi qazın dəyəri ödənilmş, lakin abonentin saldosundan göründüyü ki, 2021-ci ilin yanvar ayının əvvəlinə 254 manat, fevral ayının əvvəlinə 335 manat, mart ayının əvvəlinə isə 339,10 manat borcu əmələ gəlmişdir. Həmin borcun yaranması əsasları barədə cavabdehə sorğu ünvanlansa da, cavabdeh tərəfindən məhkəməyə verilmiş cavabda sadəcə müəyyən riyazi hesablamalar əks olunmuş, 2020-ci ilin dekabr ayınadək aylar üzrə sərfin məbləği maksimum 10 manat civarında olduğu halda, dekabr ayında yaranmış 159 manat borcun və İddiaçı hesabından çıxarışda olan məlumatlarla abonentin saldosu arasında (eyni zamanda aktlarda qeyd olunmuş sayğacların göstəricilərinə dair məlumatlarla həmin sənədlərdə qeyd olunan məlumatlar arasında) olan ziddiyyətlərin nəyə əsasən yaranması aydın deyil. Qeyd olunan məsələlərin aydınlaşdırılması üçün məhkəmə iclasında cavabdehin nümayəndəsinin iştirakı zəruri olsa da, nümayəndə üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qeyd olunan prosessual hüquq normalarının məzmunundan göründüyü kimi, Mülki Prosessual Məcəllənin 77.1- ci maddəsində hər bir tərəfin öz tələbinin əsası kimi istinad etdiyi halı sübut etmək vəzifəsi müəyyən edilsə də, həmin maddənin ikinci bəndində tərəflərdən birinin dövlət orqanlarının, icra və s. olması və həmin orqanın qəbul etdiyi qərarın mübahisələndirilməsi zamanı prosessual statusundan asılı olmayan sübutetmə vəzifəsini dövlət müəssisə, idarə və ya təşkilatının üzərinə qoyulması müəyyən edilmişdir. Belə olan halda hazırkı iş üzrə iddiaçının cavabdeh tərəfindən hesablanmış borcun silinməsini tələb etməsinə baxmayaraq, borcun qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla yaranmasını sübut etmə vəzifəsi iddiaçının deyil, cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin üzərinə düşür, cavabdeh isə qeyd olunan vəzifəni icra edə bilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə müvafiq olaraq, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddiası təmin edilərək, ona əsassız olaraq hesablanmış cərimə borcu silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı (abonent kodu: **********70008) hesablanmış 339,10 (üç yüz otuz doqquz manat on qəpik) manat cərimə borcu silinsin. “Cavabdeh” İstehsalat Birliyindən dövlət rüsumuna görə 20 (iyirmi) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-3035/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3035/2021
03.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver