Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3129/2021 15.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçı Bədı̇ rov Hı̇ kmət Əlbəşı̇ r oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Bədı̇ rov Hı̇ kmət Əlbəşı̇ r oğlunun cavabdeh "Cavabdeh" İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz olaraq hesablanmış əsassız borcun abonentin hesabından silinməsi tələbinə dair iddiası üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı Bədı̇ rov Hı̇ kmət Əlbəşı̇ r oğlu cavabdeh "Cavabdeh" İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz olaraq hesablanmış əsassız borcun abonentin hesabından silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmadan geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçının iddia ərizəsinin baxılmadan geri qaytarılmasına etiraz etmədiyini bildirərək, işə mahiyyəti üzrə baxılmasına təkid etmədi. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdehin nümayəndəsi işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara a l d ı: İddiaçı Bədı̇ rov Hı̇ kmət Əlbəşı̇ r oğlunun cavabdeh "Cavabdeh" İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və qanunsuz olaraq hesablanmış əsassız borcun abonentin hesabından silinməsi tələbinə dair mülki iş baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-3129/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3129/2021
15.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver