Məhkəmə qərarları › İş №2(001)-3158/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3158/2021

05.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3158/2021 05.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsini qeyd etməklə, sənədlərin ona məxsus olması faktının müəyyən edilməs barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4220 a saylı bağ sahəsi uzun müddətdir ki, ərizəçinin və ailə üzvlərinin istifadəsindədir. Həmin bağ sahəsinə dair ərizəçiyə X1 və İstismarı Birliyi tərəfindən x xxxxxxxx 1990-ci il tarixli 30 saylı order verilmişdir. Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi kollektiv və koorperativ bağların dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin həyətyanı sahələrin fərdi kollektiv və koorperativ bağların dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin həyətyanı sahələrin, fərdi, kollektiv və koorperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə, onların qanuni istifadəyə və icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, koorperativ bağların isə hər bir koorperativ üzvünün mülkiyyətinə verilir. Həmin əsasnamənin 5-ci bəndinə əsasən vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Əsasnamənin 6-cı bəndinə görə, bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Əsasnamənin 7-ci bəndinə müvafiq olaraq, həmin torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alındığı andan yaranır. Ərizəçi xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə müraciət edərək istifadəsində olan Sabunçu rayonu, Ləiş bağ massivində yerləşən 4220a saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Lakib ona cavab veilmişdir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş 162 saylı Ləiş Bağ- Tikinti Kooperativi üzvlərinin siyahısında onun ata adı “Abdulsalam” kimi deyil “Salam” kimi, həmçinin Bakı şəhəri İcrayyə komitəsinin X1 və X2 bağlar sahəsindəki, 162 nömrəli kooperativ tərəfindən verilmiş orderdə ata adının “A” hərfi kimi göstərilmişdir. Beləliklə, ərizəçinin istifadəsində olan bağ sahəsi barəsində orderdə ərizəçinin ata adının baş hərfi “A” kimi və həmçinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş 162 saylı Ləiş Bağ-Tikinti Kooperativi üzvlərinin siyahısında ərizəçinin ata adı “Salam” kimi göstərildiyindən, ərizəçi istifadəsində olan Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4220 a saylı bağ sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını həyata keçirə bilmir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 1/44 №-li qərarının surətindən görünür ki, həmin qərarla bağ-tikinti kooperativinin şəxsi tərkibi müəyyənləşdirilmiş və siyahının 30-cu bəndində Ərizəçi Salam oğlu göstərilmişdir. İş materiallarında olan Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X1 və istismarı birliyinin xx.xx.1990-cı il tarixli, 30 nömrəli orderinin surətindən görünür ki, həmin orderlə Ərizəçi A. oğluna Bakı şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 1/44 №-li qərarına əsasən Ləhiş bağ sahəsində 162 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 4220A nömrəli bağ ayrılmışdır. İş materiallarında olan Seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1939-cu ildə Dəvəçi rayonunda doğulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, iş materiallarından görünür ki, Bakı şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 1/44 №-li qərarında və Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X1 və istismarı birliyinin xx.xx.1990-cı il tarixli, 30 nömrəli orderində Ərizəçi ata adı düzgün/tam yazılmamış, həmin sənədlər hüquqmüəyyənedicidir və səhvlərin halhazırda aradan qaldırılması mümkün deyil. Bu səbəbdən də ərizəçi Ləhiş bağ massivində yerləşən 4220a saylı bağ sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını həyata keçirə bilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 1/44 №-li qərara əsasən 3 №-li Əlavədə qeyd olunan “X4” adının və Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X1 və X2 bağlar sahəsindəki 162 nömrəli kooperativ tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 30 nömrəli orderinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 1/44 №-li qərara əsasən 3 №-li Əlavədə qeyd olunan “X4” adının və Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X1 və X2 bağlar sahəsindəki 162 nömrəli kooperativ tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 30 nömrəli orderin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar