Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-321/2024 27.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı2 nümayəndəsi (vəkil) Vəkil1, cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 Mehti oğlunun iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı (Şəmkir rayon 1 saylı Notariat Ofisi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X11 ilə aralarında bağlanmış xx.xx.2005-ci il tarixli, 4Ə-01-94 saylı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı2 nümayəndəsi (vəkil) Vəkil1 xx.xx.2024-cü il tarixdə ərizə verərək cavabdeh X11 vəfat etdiyindən, onun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 əsl cavabehlə əvəz edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayon AİK-nın 1998-ci il 30 mart tarixli, 49 nömrəli qərarı ilə Şəmkir rayonu Dəllər Cırdaxan kəndi ərazisində 1.90 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün onların mülkiyyətinə verilmişdir. xx.xx.2005-ci il tarixdə onlar torpaq sahələrini cavabdeh Əşrəf Hacıyevə 10 il müddətinə (iki dəfə 5 il olmaqla) icarəyə vermişlər. Torpağın icarəyə verilməsinə dair aralarında razılıq olduqda Əşrəf Hacıyev onları məcbur etdi ki, icarə müqaviləsini notariat qaydada təsdiq etdirək. Həmin gün notariat orqanının əməkdaşı İbrahimov Məmmədova və İddiaçı2 boş, yazısı olmayan blanka imza etdirdi, elə başa düşdülər ki, icarə müqaviləsi bağlamışlar. Müqavilə bağlandıqdan sonra cavabdeh yerlərini əkdiyinə görə icarə haqqı olaraq bir dəfə 1100 ABŞ dolları pul ödəmiş, həmin vaxt dolların məzənnəsi 38 manat idi, onun verdiyi pul cəmi 400 manat olmuşdur. 2015-ci ilə kimi cavabdeh torpaqdan istifadə etmişdir. 2016-cı ildə o, icarə haqqını ödəmədiyinə görə torpağı qaytarmağını ondan tələb etmiş, həmin vaxt cavabdeh bildirmişdir ki, o, torpağı satın almışdır. Onlar, isə torpağı icarəyə verdiklərini, satmadıqlarını ona bildirmişdir. Həmin vaxtdan da torpaqları ailəsi ilə birlikdə özləri əkibbiçməyə başlamışlar. xx.xx.2018-ci il tarixdə DƏDRX-n 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edərək torpaq sahəsinə görə çıxarış almışıq və torpaq onların ümumi mülkiyyətindədir. Cavabdeh X11 hazırda Gəncə İnzibati Məhkəməsində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə və üçüncü şəxs kimi onlara qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddia qaldırmışdır. Ona görə də hazırda məhkəməyə müraciət edərək alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair tələb irəli sürməyə məcbur olmuşlar. Müqavilə bağlanarkən aralarında heç bir alqısatqı söhbəti olmamışdır. Əşrəf Hacıyev savadsızlıqlarından istifadə edərək icarə müqaviləsinə deyil, alqı-satqı müqaviləsinə imza etdirmişdir. Müqavilədə qeyd olunur ki, guya müqavilə bağlanarkən onlara 6.000.000 (altı milyon) manat pul ödənilmişdir. Lakin, Əşrəf Hacıyev müqavilədə qeyd olunan pul məbləğini ödəməmiş, yəni, müqavilə formal olaraq bağlanmışdır, o, torpağı icarəyə götürdüyünü deyərək, onları aldatmışdır. İddiaçı3 xx.xx.2004-cü il tarixdə Rusiya Federasiyasına- Tümenə getmiş və oradan Azərbaycana xx.xx.2007-ci ildə qayıtmışdır. İddiaçı4 isə 2004-cü ilin iyul ayında əsgərliyə getmiş, Beyləqan rayonunda əsgərlikdə olmuş, hərbi xidmətdən 2006-cı ilin yanvar ayında tərxis olunub evinə qayıtmışdır. Hər iki müqaviləyə, ümumiyyətlə, imza atmamış, əvəzlərinə hansısa kənar şəxs imza etmişdir. Məhkəmə-xəttşünaslıq ekspertizası keçirildiyi təqdirdə, müqavilədəki imzaların onlara məxsus olmadığını müəyyən etmək mümkün olacaqdır. Bağlanmış müqavilə onların həqiqi iradəsini ifadə etmir, müqavilə bağlanarkən onun şərtlərinə əməl edilməmişdir. Onları aldadılma nəticəsində müqavilə bağlamışıq, müqavilə rəsmiləşdirilərkən torpağın haqqı ödənilməmiş, nə də, torpağı hal-hazıra kimi Əşrəf Hacıyevə təhvil verməmişlər. Həmçinin, İddiaçı5, müqavilə bağlanarkən yetkinlik yaşına çatmamış, hazırda alqı-satqı müqaviləsi etibarsız sayılmazsa, hüquqları pozulacaq və torpağa mülkiyyət hüququndan məhrum olacaq. Mübahisə edilən torpaq sahəsi qanuni əsaslarla 1998-ci ildən onların mülkiyyətinə verilmişdir. Ona görə də alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi (vəkil) Vəkil1 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddia tələbinin əsasını müqavilədəki imzalar təşkil edir ki, qeyd edilən imzalar iddiaçılara məxsus deyil. Ekspertiza təyin edildi, lakin keçirilmədi. Bundan əlavə hazırda sərhəd-keçid məntəqəsinə məxsus çıxarışlar təqdim edilmişdir ki, iddiaçı burda olmamışdır. Hesab edir ki, iş üzrə kəsici müddət olduğuna görə iddia müddətini ötürməmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 Mehti oğlu iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, iş üzrə xətşunaslıq ekspertizası təyin edildi, lakin iddiaçı tərəf heç bir tədbir görmədi. Bundan əlavə notariat əgər qarşı tərəfi aldatmışdırsa, aidiyyəti qurumlara şikayət etmək hüququ vardır, lakin bu hüquqlardanda istifadə etməmişlər. Ona görə də hesab edir ki, iddia tələbi əsassızdır. O, həmçinin onun tərəfindən verilmiş iddia tələbinin rədd edilməsi və iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə vəsatətini müdafiə edərək göstərmişdir ki, hazırki iş üzrə iddiaçılar bir ailə olaraq 2016-cı ildən cavabdeh X5 torpaq sahəsini zəbt edərək təssərufatla məşğul olub faydalanırlar. Həmin torpaq sahəsinə dair aralarında notariat qaydasında bağlanmış xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi mövcuddur. İddiaçıların notariat ofisində icarə müqaviləsi əvəzinə alqı-satqı müqaviləsini aldadılaraq imzaladıqları, imzaların bir qisminin saxtalaşdırılması barədə iddiaları isə tam əsassızdır. İddia ərizəsinin 3-cü abzasında qeyd edilir ki, tərəflər arasında artıq 2016-cı ildə mübahisə baş vermiş, cavabdehə torpağın satıldığı yox, icarəyə verildiyi bildirilmişdir. Hesab edir ki, iddia tam əsassız olduğu üçün rədd edilməli, eyni zamanda iddia müddəti ötürüldüyü üçün, iddiadan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən hallan bildiyi və ya bilməli olduğu gündən 1 il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğu bildiyi və ya bilməli olduğu gündən başlayır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Göstərilənləri nəzərə alaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddialarının rədd edilməsi və iddia müddəti tətbiq edilərək iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: Dövlət Torpaq və Xirətəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsinin müdirinin Şəmkir rayon Notariat Kontoruna ünvanlanmış xx.xx.2005-ci il tarixli məktubundan görünür ki, ünvan 2 sakini İddiaçı1 adına olan JN-342 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına girov qoyulmayıb, həbs yoxdur və mübahisəli deyil. 28 mart 2005-ci il tarixdə Şəmkir 2 saylı Notariat Ofisində təsdiq edilmiş Müqavilədən görünür ki, ünvan 2ində yaşayan İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 torpağa mülkiyyət hüququna dair JN-342, KOD-50406018 saylı dövlət aktına əsasən onlara məxsus olan Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində kəndində yerləşən 1.90 hektar torpaq sahəsini Şəmkir rayon Dəllər-Cırdaxan kəndində yaşayan X1. Həmçinin həmin müqavilə imzalanarkən torpaq sahəsinə görə X3 6.000.000 (altı milyon) manat almışlar. Torpağa Mülkiyyət Hüququna Dair 11 dekabr 1998-ci il tarixli, JN-342 nömrəli, KOD:50406018 nömrəli Dövlət aktından görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli, 49 nömrəli qərarı ilə İddiaçı1 və onun ailə üzvləri olan İddiaçı2, X6, X8, X4 çizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatlı məhsulların istesalı məqsədi ilə 1.90 hektar torpaq sahəsi mülkiyyətinə verilmiş və dövlət aktı qeydiyyat kitabında 8340 nömrə ilə qeydi edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AN-322504 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Şəmkir rayonu Dəllər Cırdaxan kəndində 1.9032 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət kimi İddiaçı2 adına qeydiyyata alınmışdır. Seriya RX, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu Dəllər Cırdaxan kəndində ümumi sahəsi 1.9032 hektar torpaq sahəsi xx.xx.2018-ci il tarixdən ümumi birgə paylarla İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 və İddiaçı5 adlarına qeydiyyata alınmışdır. Şəmkir rayon 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı1 10 il müddətinə bütün hüquqlarını İddiaçı2 vermişdir. Şəmkir rayon 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı4 10 il müddətinə bütün hüquqlarını İddiaçı2 vermişdir. Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı3 5 il müddətinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını İddiaçı2 vermişdir. Rusiya Federasiyasının Stavropol şəhərinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, X9 bütün hüquqlarını İddiaçı2 vermişdir. Şəmkir rayonu Dəllər Cırdaxan kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışlardan görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Şəmkir rayonu Dəllər Cırdaxan kəndində yaşayırlar. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli, 33/38/M111 nömrəli arayışından görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Məmmədova X10 Azərbaycan Respublikasının Dövlət Sərhəddindən xx.xx.2004, xx.xx.2004, xx.xx.2004-cü il tarixlərdə Gürcüstan Respublikasına, xx.xx.2004 və xx.xx.2007-ci il tarixlərdə isə Rusiya Federasiyasına çıxış etmişdir. AO-0614362 nömrəli Hərbi Biletdən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı4 xx.xx.2004-cü ildə hərbi xidmətə başlamış və xx.xx.2006-cı il tarixdə təxris olunmuşdur. Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 26 iyun 2024-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 vərəsələri Bakı şəhəri Sulutəpə qəsəbəsi Baş evi 106/406 ünvanda qeydiyyatda olan arvadı Cavabdeh1, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Ə/D, Sulutəpə qəsəbəsi, Baş evi 106/406 ünvanında qeydiyyatda olan qızı Cavabdeh2, Bakı şəhəri, Sulutəpə qəsəbəsi, Baş evi 106/406 ünvanında qeydiyyatda olan qızı Cavabdeh3, Bakı şəhəri, Sulutəpə qəsəbəsi, Baş evi 106/406 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh4 və onların hər biri miras əmlakı ¼ (bərbər) hissədə irs almalıdırlar. Şəhadətnamə verilən əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə X7 verilmiş **********83-11301 reyestr nömrəli, ********** qeytdiyyat nömrəli dövlət reyestrindən şəxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 106/406 nömrəli bağ evi ünvanında yerləşən 2 mərtəbəli, 3 otaqlı yaşayış sahəsi 59.38 kv/metr, yardımçı sahəsi 46.1 kv/metr olan bağ eviindən ƏMDK yanında DƏDRX-nin Şəmkir Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə X7 verilmiş **********62 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 7i ünvanında yerləşən ümumi sahəsi 3.3979 ha olan torpaq sahəsinin ümumi birgə mülkiyyət üzrə ona məxsus hissəsindən, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə X7 verilmiş **********1 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 7i ünvanında yerləşən ümumi sahəsi 2.3475 ha olan torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus 1.68 ha torpaq sahəsindən ibarət, real vaxt rejiminə daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi **********DO72701 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 106/406 nömrəli bağ evi ünvanında yerləşən bağ evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi **********CY72701 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 7i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həb altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi **********WJ72701 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 7i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2. fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız gorünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, 28 mart 2005-ci il tarixdə Şəmkir 2 saylı Notariat Ofisində təsdiq edilmiş Müqaviləyə əsasən ünvan 2ində yaşayan İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 torpağa mülkiyyət hüququna dair JN-342, KOD-50406018 saylı dövlət aktına əsasən onlara məxsus olan ünvan 7ində yerləşən 1.90 hektar torpaq sahəsini ünvan 2ində yaşayan X1. Həmçinin həmin müqavilə imzalanarkən, iddiaçılar torpaq sahəsinə görə X3 6.000.000 (altı milyon) manat məbləğində pul almışlar. Göründüyü kimi hazırda tərəflər arasında xx.xx.2005-ci il tarixdə Şəmkir 2 saylı Notariat Ofisində təsdiq edilməklə 01-94 saylı alqı-satqı müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Hazırda isə iddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Şəmkir rayon AİK-nın 1998-ci il 30 mart tarixli, 49 nömrəli qərarı ilə Şəmkir rayonu Dəllər Cırdaxan kəndi ərazisində 1.90 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün onların mülkiyyətinə verilmişdir. xx.xx.2005-ci il tarixdə onlar torpaq sahələrini cavabdeh Əşrəf Hacıyevə 10 il müddətinə (iki dəfə 5 il olmaqla) icarəyə vermişlər. Torpağın icarəyə verilməsinə dair aralarında razılıq olduqda Əşrəf Hacıyev onları məcbur etmişdir ki, icarə müqaviləsini notariat qaydasında təsdiq edilməlidir. Həmin gün notariat orqanının əməkdaşı İbrahimov Məmmədova və İddiaçı2 boş, yazısı olmayan blanka imza etdirmiş, onlar elə başa düşmüşlər ki, icarə müqaviləsi bağlamışlar. Müqavilə bağlandıqdan sonra cavabdeh yerlərini əkdiyinə görə icarə haqqı olaraq bir dəfə 1100 ABŞ dolları pul ödəmiş, həmin vaxt dolların məzənnəsi 38 manat idi, onun verdiyi pul cəmi 400 manat olmuşdur. 2015-ci ilə kimi cavabdeh torpaqdan istifadə etmişdir. 2016-cı ildə cavabdeh icarə haqqını ödəmədiyinə görə torpağı qaytarmağını ondan tələb etmiş, həmin vaxt cavabdeh bildirmişdir ki, o, torpağı satın almışdır. Onlar, isə torpağı icarəyə verdiklərini, satmadıqlarını ona bildirmişlər. Müqavilə bağlanarkən aralarında heç bir alqı-satqı söhbəti olmamış, Əşrəf Hacıyev onların savadsızlıqlarından istifadə edərək, icarə müqaviləsinə deyil, alqı-satqı müqaviləsinə imza etdirmişdir. Hazırki iddia tələbinin əsasını tərəflər arasında müqavilə bağlanarkən (mərhum) Əşrəf Hacıyev iddiaçıların savadsızlıqlarından istifadə edərək, onları aldadaraq, icarə müqaviləsinə deyil, alqı-satqı müqaviləsinə imza etdirməsi təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, məlum olduğu kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı bu münasibətlərin iştirakçılarının iradə ifadəsini əks etdirən əqdlərə əsaslanır. Əqdin keçərsiz olmasına təsir edən səbəblər müxtəlif mahiyyət və xüsusiyyətə malik olduğu üçün etibarsızlığın aşağıdakı növləri fərqləndirilir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən (müddətin keçməsindən, mübahisələndirmədən, məhkəmə qərarından) asılı olmayaraq bağlandığı andan özüözlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.). Mübahisə edilən əqdlərdə isə əqdin tərəfinin iradəsi zədələnmiş olur. İradənin zədələnməsinə səbəb olan əsaslar Mülki Məcəllənin 339.1-339.4-cü və 347ci maddələrində nəzərdə tutulmuşdur (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s). Mübahisə edilən əqdlərdə isə əqdin tərəfinin iradəsi zədələnmiş olur. İradənin zədələnməsinə səbəb olan əsaslar Mülki Məcəllənin 339.1-339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuşdur (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s). Hazırkı halda iddiaçılar hesab edirlər ki, mübahisə edilən əqd bağlanarkən iradələri zədələnmişdir. Bu baxımdan məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi üzrə deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddənin tələblərinin nəzərə alınmasını vacib hesab edir. Təsədüfi deyil ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “.... Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.”. İşin müəyyən edilən hallarına görə tərəflər arasında 28 mart 2005-ci il tarixdə alqısatqı müqaviləsi bağlanmışdır. 2016-cı ildə iddiaçılar (mərhum) Əşrəf Hacıyevdən torpağı qaytarmağını ondan tələb etmiş, 2018-ci il tarixdə isə mübahisəli torpaq sahəsinə dair iddiaçılar ümumi birgə mülkiyyətə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Göründüyü kimi iddiaçılar hüquqlarının pozulmasını artıq 2016-cı ildən bilsələr də, hüquqlarının bərpası ilə bağlı məhkəməyə xx.xx.2023-cü il tarixdə, yəni təqribən 7 il sonra müraciət etmişlər. İrəli sürülən iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddət olduğundan (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı) iddiaçıların hazırkı müqaviləni mübahisələndirmək hüquqları aradan qalxmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıların xx.xx.2005-ci il tarixli, 4Ə-01-94 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası rədd olunmalıdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-321/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-321/2024
27.11.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver