Məhkəmə qərarları › İş №2(001)-3236/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-3236/2023

10.05.2023 · Şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-3236/2023 10.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Maraqlı şəxs “Azərbaycan Respublikası vətəndaşlığının itirilib-itirilməməsi məsələsinə baxılması” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı Maraqlı şəxs Azərbaycan Respublikası vətəndaşlığının itirilibitirilməməsi məsələsinə baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı icraat üzrə materiallardan görünür ki, xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının Saatlı rayonunda anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı Maraqlı şəxs xx.xx.2021-ci il tarixli ərizə ilə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək 2018-ci ildən Rusiya Federasiyasının Moskva vilayətinin Qubernator Administrasiyasında işlədiyini qeyd etmiş və bu səbəbdən onun Azərbaycan Respublikası vətəndaşlığının itirilməsini xahiş etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdə Maraqlı şəxs xx.xx.2018-ci il tarixindən bu günədək X4 Administrasiyasında işlədiyi və xx.xx.2019-cu il tarixindən X4 Administrasiyasının Dövlət və Bələdiyyə Xidməti İdarəsinin Dövlət Mülki və Bələdiyyə Xidməti şöbəsində baş inspektor vəzifəsincə çalışdığı (X4 Administrasiyasının 2 aprel 2019-cu il tarixli 175-RAG nömrəli sərəncamı) barədə məlumat öz əksini tapmışdır.Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”nin 25-3-cü hissəsinə uyğun olaraq, C F.Əlizadənin Rusiya Federasiyasının dövlət və ya bələdiyyə orqanlarında könüllü xidmət ec ib-etməməsi barədə Rusiya Federasiyasının səlahiyyətli dövlət orqanlarına sorğu göndərilməsi üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə xx.xx.2021-ci il tarixli 08/h-636Sf nömrəli məktub göndərilmişdir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə daxil olmuş 08.06.20 22-ci il tarixli 4/15-9684/15/22 nömrəli məktubuna əlavə olunmuş notanın surətindi Moskva vilayətinin X1 Cəmşid Fizuli oğluna ü yerindən verilmiş 24.01,2022-ci il tarixli 2 nömrəli arayışın həqiqiliyi təsdiq edilmişdi".Həmçinin Maraqlı şəxs 14,05.2018-ci il tarixdən əmək müqaviləsi əsasında Moskva vilayətinin Qubernatorunun Administrasiyasında işlədiyi və xx.xx.2019-cu il tarixdən Moskva vilayətinin dövlət mülki xidməti vəzifələrinə aid olmayan vəzifədə Dövlət və bələdiyy 3 xidməti idarəsinin Dövlət mülki və bələdiyyə xidməti şöbəsində baş inspektor çalışdığı qeyd olunmuşdur. Dövlət Miqrasiya Xidməti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanılması haqqında xx.xx.2022-ci il tarixli 08/01Q nömrəli qərardad qəbul edilərək, şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəliklərin olub-olmaması barədə araşdırma aparılması ilə əlaqədar səlahiyyətli orqanlara sorğu göndərilmişdir. Sorğu ilə əlaqədar Azərbaycan Kredit Bürosundan daxil olmuş xx.xx.2022-ci il tarixli D-347/22 nömrəli cavabda “Banklar haqqında’’ Azərbaycan Respublikası Qanununun 41.2- ci madcəsinə istinad edilməklə qeyd olunmuşdur ki, sorğu edilmiş məlumatlar bank sirri təşkil edir və yalnız borcalanların özlərinə onların müvafiq qaydada müraciətləri, üçüncü şəxslərə isə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. Sorğuya cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş xx.xx.2022-ci il tarixli **********011300 nömrəli məktuba əsasən Maraqlı şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində və hüquqi şəxsin təsisçisi və rəhbəri qismində ceydiyyatda olması barədə məlumat mövcud deyildir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli xx/xx-8591 nömrəli məktubundan görünür ki, ‘‘Elektron icra” informasiya sistemindən, eləcə də Saatlı rayon icra və probasiya şöbəsindən əldə edilmiş məlumatlara əsasən Maraqlı şəxs ıun borclu tərəf qismində keçdiyi hər hansı icra sənədi icraata daxil olmamışdır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinir xx.xx.2022-ci il tarixli 3418 nömrəli məktubunda qeyd olunmuşdur ki, ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşadığına görə uzun müddət hərbi qeydiyyatdan yayınmış xx.xx.1994cü il təvəllüdlü Maraqlı şəxs xx.xx.2021-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinə ərizə ilə müraciət sdərək hərbi qeydiyyata alınmasını xahiş etmişdir. Çağırışçı hərbi qeydiyyata alındıqdan sonra rayon çağırış komissiyasına Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetində təhsil alması barədə sənəd təqdim etmiş və həmin sənədə əsasən ona "Hərt i vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.5- ci madds sinin tələbləri ilə xx.xx.2021 -ci il tarixədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. Təhsilə görə verilmiş möhlətin müddəti bitdikdən sonra müddətli nəqiqi hərbi xidmətə cəlb edilməsi məqsədilə Xidmətin Saatlı rayon şöbəsinə çağırılmış, lakin o, hərbi xidmətə münasibətinin müəyyənləşdirilməsi üçün rayon çağırış komissiyesına gəlməmişdir. Maraqlı şəxs Xidmətin Saatlı rayon şöbəsinə gətirilməsinə köməklik göstərilməsi barədə rayon polis şöbəsinə rəsmi müraciət olunmuş və daxil olmuş cavab məktubunda onun ölkə ərazisində olmaması səbəbindən Xidmətin Saatlı rayon şöbəsinə gətirilməsinin mümkün olmadığı qeyd edilmişdir. Qeyd olunanlarla əlaqədar, hərbi vəzifə ilə bağlı öhdəliyinin icrasından yayınmağa davam edən Maraqlı şəxs adı 17,11.2021-ci il tarixdə Azərbaycan Respublikası Preziden inin 2008-ci il tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Girişçıxış və qeydiyya" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnarrə"nin tələblərinə uyğun olaraq, “Sərhədkeçməyə məhdudiyyət siyahısfna daxil edilərək dövlət sərhədindən sərbəst hərəkətinə məhdudiyyət qoyulmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlə'inə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”nin 25-5-ci hissəsine uyğun olaraq toplanmış sənədlər rəy verilməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilmişdir. Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və Daxili İşlər Nazirliyi Maraqlı şəxs Azərbaycan Respublikası vətəndaşlığını itirməsinə etiraz etmirlər. Beləliklə, Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi i ə bağlı icraat nəticəsində müəyyən edilmiş halları nəzərə alaraq və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli Qanununun 18-ci maddəsinin ikinci hissəsini rəhbər tutaraq, Maraqlı şəxs Azərbaycan Respublikası vətəndaşlığını itirməsini məqsədəuyğun hesab etmir.Belə ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli 3418 nömrəli məktuba əsasən onun Azərbaycan dövləti qarşısında icra edilməmiş öhdəliyi mövcuddur. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunu ıun 18-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələ ində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi Azərbaycan Respub ikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərman ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”nin 25-3-cü hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi barədə kütləvi informasiya vasitələrindən, fiziki və hüquqi şəxslərdən(vəzifəli şəxslərdən), dövlət orqanlarından, o cümlədən xarici ölkələrin müvafiq dövlət orqanlarından məlumat daxil olduqda, Dövlət Miqrasiya Xidməti həmin məlumatları dəqiqləşdirmək məqsədi ilə Xarici İşlər Nazirliyi vasitəsilə xarici dövlətlərin səlahiyyətli dövlət orqanlarına sorğu göndərir. Göndərilmiş sorğu nəticəsində Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələ'ində könüllü xidmət etməsi barədə məlumatlar öz təsdiqini taparsa, Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlayır. Əsasnamənin 25-5-ci hissəsinin tələbinə görə Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin və Daxili İşlər Nazirliyinin rəyləri və şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafelər ilə bağlı əmlak öhdəliklərinin olub-olmaması barədə müvafiq məlumat alındıqdan sonra 1 ay müddətində Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy hazırlayır və həmin rəyi, habelə toplanmış digər sənədləri təqdim etməklə şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5645/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan ərizəçi şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2612/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş və iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Həmin qərardadda qeyd edilmişdir ki, “xitamın hüquqi əsası kimi Mülki-Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə istinad olunub. Həmin maddəyə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilir. Lakin həmin maddədə qeyd olunan hal hazırkı işdə mövcud deyil. Ərizəçi DMX-nin nümayəndəsi birinci instansiya məhkəməsində icraat zamanı izahatında bildirib ki, Maraqlı şəxs vətəndaşlığını itirməsini məqsədəmüvafiq hesab etmir (iş v. 79). Lakin ərizəçi DMX ərizədən imtina etməyib. Odur ki, ərizəçi DMX-nin nümayəndəsinin izahatı məhkəməyə əsas vermir ki, işə məhkəmə qaydasında baxılmalı olmadığı qənaətinə gəlsin. İşə məhkəmə qaydasında baxılmalı olub-olmadığı ərizəçinin nümayndəsinin izahatı ilə müəyyən olunmur. MülkiProsessual Məcəllənin 305.1.13 və 355-8-ci maddələrinə görə, vətəndaşlığın itirilməsi barədə ərizəyə məhkəmə qaydasında baxılır”. Bundan sonra iş məhkəməyə geri qayıtmış və hazırki proses təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi bildirmişdir ki, onlar hesab edirlər ki, hər bir halda vətəndaşlığın itirilməsi məsələsinə məhkəmə qaydasında baxılmalıdır. Onların rəy tərtib edərkən və ərizə verərkən arzuladığı hüquqi nəticə şəxsin vətəndaşlığının itirilməsi üçün əsasların olmamasının məhkəmə tərəfindən müəyyən edilməsidir. Əks yanaşma onların rəyinə və arzuladıqları hüquqi nəticəyə ziddir. Yəni əgər məhkəmə müəyyən etsə ki, şəxsin vətəndaşlığının itirilməsi üçün əsas var və itirilməlidir, bu halda qəbul edilmiş qətnamə onların arzuladığı hüquqi nəticəni yaratmayacaqdır. Bundan əlavə onlar məhkəmənin tələbi dəqiqləşdirmək(“AR vətəndaşlığını itirməsi barədə qətnamə qəbul edilməsi” kimi tələb irəli sürmək) barədə təklifi ilə razı deyildirlər və hesab edirlər ki, işə ərizədə göstərilən tələbə uyğun baxılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-8.1-ci maddəsində qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar məhkəməyə müraciət edir. Həmin Məcəllənin 355-9-cu maddəsində isə göstərilmişdir ki, Şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə əlaqədar ərizədə vətəndaşlığın itirilməsinə əsas olan hallar göstərilməli və ərizəyə müvafiq icra hakimiyyəti orqanının əsaslandırılmış rəyi və bununla əlaqədar toplanmış sənədlər əlavə edilməlidir. Eyni zamanda 355-10.3-cü maddədə qeyd edilmişdir ki, işə mahiyyəti üzrə baxan hakim “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla, ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Göstərilən prosessual normaların tələbindən göründüyü kimi xüsusi icraat qaydasında baxılmalı olan məsələ şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını itirməsi məsələsinə qiymət verməkdir. Hansı ki, Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını itirməsi üçün əsaslar müəyyən etdikdə, bu əsasları ərizədə göstərməklə və əsaslandırmış rəylə birlikdə məhkəməyə müraciət etməlidir. Halbuki hazırki ərizədə Dövlət Miqrasiya Xidməti əksinə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını itirməsi üçün əsaslar olmadığını göstərmiş və bu barədə rəy tərtib etməklə məhkəməyə müraciət etmişdir. Nəticə etibarı ilə ərizəçinin əldə etməyi arzuladığı hüquqi nəticə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını itirmədiyinin məhkəmə qaydasında müəyyən edilməsi olmuşdur. Lakin mülki prosessual qanunvericilikdə belə tələbə xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsində qeyd edilmişdir ki, hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin qanunun 52.1-ci maddəsində qeyd edilmişdir ki, Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Bundan başqa “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” AR qanunun 16-cı maddəsində Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi üçün əsaslar sadalanmışdır. Bunlara: 1) Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq nəticəsində; 2) Azərbaycan Respublikasının vətəndaşlığını itirmək nəticəsində; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş digər əsaslar olduqda. Həmin Qanunun 17-ci maddəsində isə göstərilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşlığından çıxma bu qanunla müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir və Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti rədd edilə bilər. Azərbaycan Respublikası vətəndaşlığından çıxma haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur. Bundan başqa həmin qanunun 18-ci maddəsində Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsaslar sadalanmışdır. Qanunun tələblərindən göründüyü kimi vətəndaşlıqdan “çıxma” və vətəndaşlığın “itirilməsi” Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsinin ayrı–ayrı əsaslarıdır. Vətəndaşlıqdan çıxma barədə icraat şəxsin müraciəti əsasında başlanılır və vətəndaşlığa qəbul və ya bərpa olunmaq, vətəndaşlıqdan çıxma barədə vəsatət qaldıran şəxsin təqdim etdiyi sənədləri icraata qəbul edən Dövlət Miqrasiya Xidməti təqdim olunmuş sənədləri rəy verilmək üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərir. Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilmiş sənədlər rəylə birlikdə geri qaytarılır. Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərir. Həmin Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbulu, bərpası və ya onun vətəndaşlıqdan çıxması barəsində müvafiq sərəncam verilir.(bax Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında” Əsasnamənin 3-4-cü bəndləri) Həmin Əsasnamənin 5-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi və vətəndaşlıqdan çıxma ilə bağlı verilmiş müraciətlərə baxılmasının nəticələri barəsində onlara Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi tərəfindən yazılı məlumat verilir. 6-cı bəndinə əsasən isə, Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti toplanmış sənədlər əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən rədd edilə bilər. Həmin Əsasnamənin 18-21-ci bəndlərinə əsasən, Azərbaycan Respublikası vətəndaşlığından çıxma şəxsin vəsatəti üzrə həyata keçirilə bilər. Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından çıxması barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anketlə Dövlət Miqrasiya Xidmətinə və ya Xarici İşlər Nazirliyinə müraciət edir. Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anketi Azərbaycan Respublikası ərazisində yaşayan vətəndaşlar Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan vətəndaşlar isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsi ilə Xarici İşlər Nazirliyinə təqdim edirlər. Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi həmin sənədlərin bir nüsxəsini baxılmaq üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərir. Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilmiş sənədlər rəylərlə birlikdə geri qaytarılır, Dövlət Miqrasiya Xidməti və ya Xarici İşlər Nazirliyi əsaslandırılmış rəy çıxardıqdan sonra toplanmış materialları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmaq üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına göndərir. Bu Əsasnamənin 6-cı hissəsində göstərilmiş hallar aşkar olarsa, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən həmin şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə vəsatəti rədd edilə bilər. Göründüyü kimi şəxsin Azərbaycan Respublikası vətəndaşlığından çıxması onun iradəsindən asılıdır və yuxarıda qeyd edilən prosedurda həll edilir. Lakin şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi onun iradəsindən asılı olmayaraq, əldə etdiyi məlumatlara əsasən bunun üçün əsaslar olduğu qənaətinə gələn müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmə qaydasında həll edilir. Belə ki, qeyd edilən Əsasnamənin 24-25.4-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi, xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi, dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı, terror fəaliyyətində iştirakı, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi, dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsini, bu Əsasnamənin 6-cı hissəsində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla, məhkəmə həll edir. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları 1 ay müddətində bu barədə yazılı məlumat verməlidirlər. Azərbaycan Respublikasının ərazisində yaşayan vətəndaşlar Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan vətəndaşlar isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsilə Xarici İşlər Nazirliyinə (Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqlarının olmadığı ölkələrdə yaşayan şəxslər birbaşa Xarici İşlər Nazirliyinə) məlumat verirlər. Bunun üçün onlar nümunəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ərizə-anketi dolduraraq, onu internet informasiya ehtiyatı, poçt, elektron poçt vasitəsilə və ya şəxsən müvafiq dövlət orqanına təqdim etməlidirlər. Xarici İşlər Nazirliyi xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları barədə məlumatı həmin şəxslərin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanması üçün Dövlət Miqrasiya Xidmətinə təqdim edir. Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığını könüllü qəbul etməsi haqqında məlumat daxil olduqda Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlayır. Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi barədə kütləvi informasiya vasitələrindən, fiziki və hüquqi şəxslərdən (vəzifəli şəxslərdən), dövlət orqanlarından, o cümlədən xarici ölkələrin müvafiq dövlət orqanlarından məlumat daxil olduqda, Dövlət Miqrasiya Xidməti həmin məlumatları dəqiqləşdirmək məqsədi ilə Xarici İşlər Nazirliyi vasitəsilə xarici dövlətlərin səlahiyyətli dövlət orqanlarına sorğu göndərir. Göndərilmiş sorğu nəticəsində Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi barədə məlumatlar öz təsdiqini taparsa, Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlayır. Həmin əsasnamənin 25.5-ci bəndində göstərilmişdir ki, bu əsasnamənin 25-2 - 25-4cü hissələrində nəzərdə tutulmuş qaydada şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlandıqda Dövlət Miqrasiya Xidməti şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəliklərinin olub-olmaması barədə 1 ay müddətində araşdırma aparır. Öhdəliklərin olub-olmaması barədə araşdırma aparılması ilə əlaqədar səlahiyyətli orqanlara sorğu göndərilir. Sorğu göndərilmiş səlahiyyətli orqanlar müvafiq məlumatı 1 ay müddətində təqdim etməlidirlər. Eyni zamanda toplanmış sənədlər rəy verilməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə və Daxili İşlər Nazirliyinə göndərilir. Həmin orqanlar 1 ay müddətində müvafiq rəy bildirmədikdə, bu, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını itirməsinə etirazın olmaması kimi qəbul edilir. Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin və Daxili İşlər Nazirliyinin rəyləri və şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəliklərinin olubolmaması barədə müvafiq məlumat alındıqdan sonra 1 ay müddətində Dövlət Miqrasiya Xidməti əsaslandırılmış rəy hazırlayır və həmin rəyi, habelə toplanmış digər sənədləri təqdim etməklə şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət edir. Yuxarıda göstərilənlərə əsasən yekun olaraq məhkəmə o qənaətə gəlir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti əgər vətəndaşın müraciətini vətəndaşlıqdan “çıxma” kimi qiymətləndirirsə bununla bağlı Əsasnamənin 3-5, 18-21-ci bəndləri çərçivəsində icraat başlamalı və prosedura uyğun olaraq hərəkət etməlidir. Əgər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti şəxsin müraciətini xarici dövlətin vətəndaşlığını könüllü qəbul etməsi barədə məlumat kimi qiymətləndirirsə, bu halda, həmin məlumat xarici dövlətlərdə yaşayan vətəndaşlar tərəfindən Xarici İşlər Nazirliyi vasitəsilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə təqdim edilməli və sonuncu tərəfindən Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanılmalı idi. Və yaxud Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında könüllü xidmət etməsi barədə fiziki və hüquqi şəxslərdən (vəzifəli şəxslərdən) məlumat aldıqda həmin məlumatları dəqiqləşdirmək məqsədi ilə sorğular göndərməli, məlumatlar öz təsdiqini tapdığı halda Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlamalıdır. Nəticədə əgər Dövlət Miqrasiya Xidməti şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı əmlak öhdəliklərinin olmamasını müvafiq araşdırma aparmaqla müəyyən etdikdən sonra əsaslandırılmış rəy hazırlamalı və həmin rəyi, habelə toplanmış digər sənədləri təqdim etməklə şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət etməli idi. Əks halda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti inzibati icraat haqqında qanunun tələblərinə uyğun olaraq ya vəsatətin təmin edilməməsi, ya da başlanmış inzibati icraata xitam verilməsi barədə qərar qəbul etməli idi. Buradan da müəyyən edildiyi kimi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət etmək hüququ vardır və yalnız həmin məsələyə xüsusi icraat qaydasında məhkəmədə baxılmalı olması nəzərdə tutulmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir; 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Maraqlı şəxs “Azərbaycan Respublikası vətəndaşlığının itirilib-itirilməməsi məsələsinə baxılması” barədə iş üzrə icraata vətəndaşlığın itirilməməsinin müəyyən edilməsi barədə məsələyə məhkəmədə baxılmalı olmaması səbəbindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Maraqlı şəxs “Azərbaycan Respublikası vətəndaşlığının itirilib-itirilməməsi məsələsinə baxılması” barədə iş üzrə icraata vətəndaşlığın itirilməməsinin müəyyən edilməsi barədə məsələyə məhkəmədə baxılmalı olmaması səbəbindən xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar